Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1312/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü (əmlakda payların bərabər bölünməsi), qızıl-zinət əşyalarının qaytarılması tələbi, sübutların qiymətləndirilməsi (işdə iştirak edən şəxslərin izahatlarının qiymətləndirilməsi, səs və video yazıların qiymətləndirilməsi), maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, qətnamənin qanuniliyi və əsaslılığı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızı-zinət əşyaları və sair tələblərinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli 2(104)-135/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh1 ilə X2 16 sentyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 04 avqust 2008-ci təvəllüdlü X4 və 28 iyul 2012-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Tərəflər arasındakı nikah 02 sentyabr 20021-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. 2. 27 noyabr 2012-ci il tarixli Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 569 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsindəki 400 kv metr torpaq sahəsində Cavabdeh2 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. 3. 30 iyul 2020-ci il tarixli 800805-911037/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik 27 faiz ödəmək şərti ilə 18 ay müddətinə götürdüyü 2900 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. 4. 30 iyul 2020-ci il tarixli 800805-911037/1 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli 800805-911037/1 saylı Girov müqaviləsidən görünür ki, 2 ədəd boyunbağı, 2 ədəd qolbağı və 2 dəstdən ibarət 583 əyyarlı, ümumi 67, 2 qram çəkidə, ümumi dəyəri 5878, 66 manat olan 6 ədəd qızıl-zinət əşyası Cavabdeh2 tərəfindən banka girov qoyulmuşdur. 5. 18 noyabr 2020-ci il tarixli 5181***-*******01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik 29,6 faiz ödəmək şərti ilə götürdüyü 1240 manat məbləğində krediti faizlərlə birlikdə xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 6. 18 noyabr 2020-ci il tarixli 5181***-*******01 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli 5ZİNAS190350202 saylı Girov müqaviləsinə əsasən 1 ədəd 583 əyyarlı 5,2 qram çəkidə 361,87 manat dəyərində boyunbağı-kulon, 1 ədəd 583 əyyarlı 6,7 qram çəkidə 466,26 manat dəyərində sırğa, 1 ədəd 585 əyyarlı 2 qram çəkidə 1 39,66 manat dəyərində üzük, 1 ədəd 583 əyyarlı 4,1 qram çəkidə 256,8 manat dəyərində qaşı düşmüş üzük, 1 ədəd 583 əyyarlı 3,1 qram çəkidə 194,17 manat dəyərində qaşı düşmüş üzük, 1 ədəd 750 əyyarlı 5,8 qram çəkidə 519,25 manat dəyərində üzük Cavabdeh2 tərəfindən banka girov qoyulmuşdur.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktuba əsasən, Gəncə şəhər 5 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli 4Ə-1-99 saylı alqı-satqı müqaviləsinə görə X1 ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 81, 8 saylı mənzili (29,1 kv metr iki yaşayış otaqları, 12,8 kv metr yardımçı sahə) xx.xx.1986-cı təvəllüdlü Cavabdeh1 satmışdır. Alıcı xx.xx.2013- cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1701/2021 saylı qərardadına əsasən bu mənzilin üzərinə həbs qoyulmuşdur. Cavabdeh2 adına 3 saylı Gəncə ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişd ir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə sərəncam əsasında əldə etdikləri Cavabdeh2 adına rəsmiləşdirilmiş Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400 kv metr boş torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 45000 manat xərcin üzərində 70 faiz payın müəyyən edilərək, çəkilmiş xərcin 70 faizinin cavabdehlərdən alınaraq ona ödənilməsi, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, bina 81, mənzil 8, birgə nikah dövründə əldə etdikləri “Mercedes-Benz” markalı avtomobil üzərində 70 faiz payın müəyyən edilərək ona ödənilməsi, hər iki cavabdehdən iddia ərizəs inin təsviri hissəsində göstərilmiş qızılzinyət əşyalarının və cehiz əşyalarının alınıb ona verilməsi, bu mümkün olmadıqda həmin əşyaların dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə sərəncam əsasında əldə etdikləri Cavabdeh2 adına rəsmiləşdirilmiş Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400 kv metr torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 100000 manat xərcin üzərində 70 faiz payın müəyyən edilərək, çəkilmiş xərcin 70 faizinin alınaraq ona ödənilməsi, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, bina 81, mənzil 8 üzərində 70 faiz payın müəyyən edilməsi, hər iki cavabdehdən iddia ərizəsinin təsviri hissəsində göstərilmiş qızıl-zinyət əşyalarının alınıb ona verilməsi, bu mümkün olmadıqda həmin əşyaların dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 ilə 16 sentyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2008-ci təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı iki uşaqları doğulmuşdur. Ona məxsus olan qızıl-zinət əşyaları cavabdehlərdə qalmış, Cavabdeh1 ona məxsus qızılları bir neçə dəfə onun xəbəri olmadan banka girov qoyub kredit götürmüşdür. Cavabdeh1lə onunla olan telefon danışıqlarında da bu faktı etiraf etmiş və qızılların satıldığını bildirmişdir. O, Cavabdeh1lə birgə ayrı yaşamış, qaynanası Cavabdeh2 isə onlardan ayrı yaşamışdır. Həmçinin o, Elnurla birgə nikahda olan zaman Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi ev 81, mənzil 8-i almışlar. Bundan başqa sərəncam əsasında Cavabdeh2 adına olan Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400 kv metr boş torpaq sahəsində o, Cavabdeh1lə birgə təsərrüfatları hesabına fərdi yaşayış evinin inşası üçün 100000 manat xərc çəkmişlər. Göstərilənlərə əsasən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir.
11. Cavabdeh2 nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları iddiaçının özündə olmuşdur. Cavabdeh2 iddiaçı ilə bir evdə yaşamamış, ayrı-ayrı ünvanlarda yaşamışlar. Cavabdeh2 adına olan kreditlərdə girov qoyulmuş qızıl əşyaları qızına məxsus olmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında qızıllarla bağlı hansı razılaşmanın olmasından Cavabdeh2 məlumatı olmamışdır. Bundan başqa sərəncama əsasən Cavabdeh2 məxsus torpaq sahəsində olan ev 2015-2016-cı illərdə sonuncunun öz vəsaiti hesabına, bankdan kredit götürməklə tikilmişdir, iddiaçı və Cavabdeh1 həmin evin tikintisinə heç bir xərc çəkməmişlər. İddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
12. Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, o, İddiaçı ilə 16 sentyabr 2007ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, iddiaçı ilə birgə nikahdan iki uşaqları doğulmuşdur. Gəncə şəhəri Cavadxan qəsəbəsində sərəncam əsasında anası Cavabdeh2 adına rəsmiləşdirilmiş 400 kv metr torpaq sahəsi anası Cavabdeh2 öz vəsaiti hesabına alınmış, orada olan envin inşası və təmiri də anasının vəsaiti hesabına həyata keçirilmişdir. Birgə nikah dövründə onun adına rəsmiləşdirilmiş Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi 81 nömrəli binanın 8 nömrəli mənzili atası tərəfindən alınmış, lakin onun adına rəsmiləşdirilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi qızılları o, nikah dövründə satmış, yalnız nişan üzüyü qalmışdır. O, özü həbsdən çıxdıqdan sonra övladlarına əmlaklarından pay verəcəkdir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir.
13. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(044)139/2022 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, bina 81, mənzil 8 üzərində İddiaç ı ½ hissədə payı müəyyən edilməsi, Cavabdeh1 1 ədəd 2300 manat dəyərində İtaliya istehsalı brilyant komplekt (27 qram), 1 ədəd 2500 manat dəyərində komplekt rus qızılı və 800 manat dəyərində 1 ədəd 750 əyarlı nişan üzüyü naturada, bu mümkün olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd göstərmişdir ki, Cavabdeh1 Gəncə şəhər Üzeyir Hacıbəyov küçəsi ev 81, 8 nömrəli mənzilin atası tərəfindən onun adına alındığını bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmin mənzil birgə nikah dövründə alqı-satqı yolu ilə əldə olunduğu üçün İddiaçı ilə Cavabdeh1 ümumi (birgə) milkiyyətidir.
15. İddiaçı mənzilin 70 faizi üzərində payının müəyyən edilməsini tələb etsə də, hazırkı mübahisə üzrə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsində göstərilən hallar mövcud olmadığına görə həmin əmlak tərəflər arasında bərabər bölünməlidir.
16. Digər mübahisəli əmlakın, sərəncam əsasında Cavabdeh2 məxsus Gəncə şəhəri Cavad xan qəsəbəsindəki 400 kv metr torpaq sahəsinin üzərindəki tikili evin məhz iddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə və onların ümumi gəliri hesabına tikinti və təmir edilməsi iddia olunsa da, iddiaçı tərəfindən bu faktı təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
17. Belə ki, Şahid2 Cavabdeh1 10000 manat borc pul verməsini göstərsə də, verdiyi borcun məhz Gəncə şəhəri Cavadxan küçəsindəki torpaq sahəsindəki evin tikinti və təmiri üçün xərcləndiyini bildirməmişdir. Bundan başqa digər şahid Yegane Verdiyeva ifadəsin də tikinti və təmir zamanı, tikintidən əvvəl və sonra da Cavabdeh1 ondan hər zaman borc pul istəyib qaytarmasını, lakin borc pul istəyərkən heç vaxt tikinti üçün istəməsini bildirmədiyini qeyd etmişdir. Göründüyü kimi şahidlər hər ikisi Cavabdeh1 borc pul istəməsini göstərsə də, həmin pulu tikinti üçün istəməsini, tikinti üçün sərf olunmasını bildirməmiş və bu barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir.
18. Birinci instansitya məhkəməsi daha sonra qeyd etmişdir ki, tələb olunan zinət əşyalarının mövcudluğu Cavabdeh1 tərəfindən mübahisələndirilsə də, 1 ədəd 2300 manat dəyərində İtaliya istehsalı olan brilyant komplektin, 1 ədəd 2500 manat dəyərində komplekt rus qızılının və 1 ədəd nişan üzüyün həqiqətən mövcud olması işdəki fotoşəkillərlə müəyyən edilir. Məhkəmə iclası zama nı təqdim olunmuş və məhkəmə iclasında dinlənilmiş iddiaçının Cavabdeh1lə olan “telefon danışığına aid səs yazısı barədə” disklə həmin qızıl-zinət əşyalarının Cavabdeh1 tərəfindən nikah müddətində satılması sübut müəyyən edilmişdir.
19. İddiaçı qızılların Cavabdeh2 olduğunu və sonuncu tərəfindən banklara girov qoyulduğunu bildirsə də, bu faktı sübut edə bilməmişdir. Çünki banklar tərəfindən təqdim edilmiş girov müqavilələrinin əlavəsində qeyd edilən qızılların məhz iddiaçıya məxsus qızıllar olduğunu müəyyən etmək mümkün olmamışdır.
20. Məhkəmə hesab etmişdir ki, iddiaçının qızıl-zinət əşyası tələbi yalnız Cavabdeh1 münasiəbtdə təmin olunmalıdır.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1, 225.2, 225.3 və 225.4-cü maddələrinə, Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3, 37.1 və 37.2-ci Mülki Prosessual Məcəllənin 14.2, 771, 80, 88, 104.3 və 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
22. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilərək, iddianın tam təmin olunmiasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400 kv metr boş torpaq sahəsində birgə təsərrüfatları hesabına fərdi yaşayış evinin inşası üçün cavabdehlə birgə gəlirləri əsasında aparılmış tikinti və təmir işləri ilə bağlı çəkilmiş 100000 manat xərcin əsaslılığı dindirilmiş şa hid ifadələri ilə təsdiq edilir. Cavabdehlərdən Cavabdeh2 xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün, onun sağlamlığının bərpasına özünə pul lazım olduğu halda, onun əri Cavabdeh1lə inşa etdikləri evin birgə nikah dövründə inşa edilməməsi barədə məhkəmənin gəldiyi qənaət əsassızdır. Məhkəmə onunla Cavabdeh1 birgə nikah dövründə 400 kv metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisi və təmiri üçün xərclənmiş pulun birgə nikah dövründə qazanılmasını hissəsində düzgün nəticəyə gəlməmişdir.
24. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsinin qismən Cavabdeh1 1 ədəd 2300 manat dəyərində İtaliya istehsalı olan brilyant komplekt (27 qram), 1 ədəd 2500 manat dəyərində komplekt rus qızılı və 800 manat dəyərində 1 ədəd 750 əyarlı nişan üzüyü naturada, bu mümkün olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus qızıllar birgə nikah dövründə yaranmış borclarına görə iddiaçının razılığı ilə satılaraq borclar ödənilmişdir. Məhkəmə isə həmin halı nəzərə almamış, iddianı həmin hissədə təmin etməkdə haqlı olmamışdır.
26. İddiaçı tərəf məhkəmə kollegiyasına "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyini təqdim etmişdir. Həmin rəyə əsasən İddiaçı məxsus qızıl-zinyət əşyalarının fotoşəkillərinə baxış keçirilməklkə, 1 ədəd 750 əyar, 27 qram komplektin qiyməti 2700 manat, 1 ədəd 583 əyar komlektin qiymə ti 2200 manat, 1 ədəd 750 əyar üzüyün qiymətinin 800 manat, cəmi qiymətinin 5700 manat olduğu müəyyən edilmişdir.
27. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli 2(104)-135/2023 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun (sədrliyi və məruzəsi ilə) hakimlər İ.T.Həsənov və Ş.Q.Rzaquliyevdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsi qismən, iddianın Cavabdeh1 ilə birgə nikah dövründə sərəncam əsasında əldə etdikləri Cavabdeh2 adına rəsmiləşdirilmiş Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400 kv metr torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 100000 manat xərcin üzərində 70 faiz payın müəyyən edilərək, çəkilmiş xərcin 70 faizinin alınaraq ona ödənilməsi hissəsinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, iddiannı həmin hissədə qismən təmin edilməsi, Cavabdeh1 Sədim oğlu ilə birgə nikah dövründə Gəncə şəhəri Cavadxan qəsəbəsində 400 kv metr boş torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 80000 manat xərcin yarısı olan 40000 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməsi, qətnamə Cavabdeh1 1 ədəd 2300 manat dəyərində İtaliya istehsalı olan brilyant komplekt (27 qram), 1 ədəd 2500 manat dəyərində komplekt rus qızılı və 800 manat dəyərində 1 ədəd 750 əyarlı nişan üzüyü naturada, bu mümkün olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
28. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisə edilən fərdi yaşayış evi İddiaçı ilə Cavabdeh1 birgə nikah müddətində birgə vəsaitləri hesabına tikilmiş və həmin evin tikintisinə faktiki olaraq sərf edilmiş xərc, yəni mal-materialın alınması, daşınması və inşası zamanı ödənilən zəhmət haqqı da daxil olmaqla, çəkilmiş 80000 manat məbləğində xərc onların ünumi mülkiyyətidir.
29. Belə ki, mübahisə edilən fərdi yaşayış evinə çəkilmiş təmir-tikinti xərci Cavabdeh2 etirafı həddində, yəni 80000 manat müəyyən edilməli və həmin xərcin ½ hissəsində, yəni yarı dəyəri olan 40000 manat pul Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir.
30. İdd ianı qızıl-zinyət əşyalarına dair hissədə məhkəmə mübahisə ilə bağlı ilk növbədə qeyd etmişdir ki, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakı digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakın mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir.
31. Qeyd edilən qızıl-zinət əşyalarının mövcudluğu Cavabdeh1 tərəfindən mübahisələndirilsə də, 1 ədəd 2300 manat dəyərində İtaliya istehsalı olan brilyant komplektin, 1 ədəd 2500 manat dəyərində komplekt rus qızılının və 1 ədəd nişan üzüyün həqiqətən mövcud olması işdəki fotoşəkillərlə müəyyən edilir. Digər tərəfdən birinci instansiya məhkəməsində icraat zamanı dinlənilmiş iddiaçının Cavabdeh1lə olan “telefon danışığına aid səs yazısı barədə” disklə həmin qızıl-zinət əşyalarının Cavabdeh1 tərəfindən satılması sübut olunmuşdur.
32. Məhkəmə kollegiyası iş üzrə tərəflərin verdikləri izahatları iş materialları ilə qarşılıqlı şəkildə təhlil etməklə, araşdıraraq, belə qənaətə gəlmişdir ki, İddiaçı 1 ədəd 750 əyarlı 27 qramlıq komplektin qiyməti 2700 manat, 1 ədəd 583 əyarlı komlektin qiyməti 2200 manat, 1 ədəd 750 əyarlı üzüyün qiymətinin 800 manat olan qızıl-zinət əşyalarından məhrum edilmişdir.
33. Cavabdeh tərəfin iddiaçıya məxsus qızıl-zinət əşyalarının birgə nikah dövründə yaranmış borclarına görə iddiaçının razılığı ilə satılaraq borclara ödənilməsini göstərsə də, onun həmin dəlili inandırıcı görünmür və mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.
34. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instans iya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə qismən işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmişdir.
35. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 157.2, 157.6, 157.7, 157.8, 225.1, 225.2, 225.4 və 666.1-ci, Ailə Məcəlləsinin 36.1, 36.3, 37.1, 37.2, 32.1, 34.1 və 35-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
36. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli 2( 104)135/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qızıl-zinət əşyaları Cavabdeh2 məxsus olmuş, həmin əşyaların iddiaçının olması heç nə ilə təsdiq edilmir. Belə ki, kreditin təminatı kimi istifadə olunmuş zinət əşyaları ilə hər hansısa bir şəkli belə yoxdur. Əgər belə bir hal olmuş olsaydı, o zaman iddiaçı tərəfindən məhkəməyə təqdim edilərdi. Ümumiyyətlə, bütün məhkəmə prosesində qarşı tərəfin öz tələbini heç bir qanuni əldə etdiyi sübutlarla sübut etmədiyi halda, onun xeyrinə qətnamə qəbul edilmişdir. Məhkəmə qarşı tərəfin qazancını təsdiq edən hər hansısa bir sübut tələb etməmiş, vergi ödəyicisi olub-olmamasını araşdırmamışd ır. Üstəlik, Cavabdeh1 iki dəfə məhkum olunmuşdur. Bu, isə təsdiq edir ki, iddiaçının onların birgə nikahda olduqları müddətdə ev tikdirə bilmək imkanını istisna edir. Məhkəmə prosesində evin tikilməsi üçün alınan materialların haradan alınması, dəyərləri, evin tikintisində iştirak edən ustaların kimliyi ilə bağlı heç bir sübut araşdırılmamışdır. Məhkəmə Cavabdeh2 onkoloji xəstə olmağına əsaslanmış, lakin nəzərə almamışdır ki, onkoloji xəstəlikdən müalicə olunub, xəstəliyin 6-12 ay çəkmiş, daima əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəməyə başqa səs yazıları təqdim etsə də, məhkəmə həmin səs yazılarının dinlənilməsindən əsassız olaraq imtina etmişdir. Məhkəmə prosesində hakimlərin qabaqcadan fikir bildirmələrindən tutmuş, onun təqdim etdiyi sübutları qəbul etməmələri, ona və vəkilinə dan ışmaq üçün imkan verməmələri təsdiq edir ki, məhkəmə işə qərəzli, birtərəfli yanaşmışdır.
38. Gəncə Apelyasiya Məhkəməsi ən birinci, qanunsuz yolla əldə etdiyi səs yazısını sübut kimi qəbul etmişdir. Bundan başqa, qeyd edilən səs yazısının yalnız bir cümləsinə istinad edərək evin guya ki, iddiaçı tərəfindən tikilməsi qənaətinə gəlmişdir. Həmin səs yazısı anasının xəbəri olmadan yazılmışdır, beləliklə də qanunsuz yolla əldə edilmişdir. Bundan başqa, həmin səs yazısının yalnız bir cümləsi “analıq vəzifəmi yerinə yetirmişəm, sizə torpaq almışam” formasındadır. Halbuki, qeyd edilən torpaq sahəsi anası tərəfindən alındığı kimi, tikinti də onun tərəfindən icra edilmişdir. Səs yazısı tam deyil, üstəlik anası dəfələrlə “sizin üçün torpaq alıb ev tikdirmişəm”, sözünü demişdir. Həm səs yazısı hədd ən artıq qarma-qarışıq bir vəziyyətdədir, səsləri tam eşitmək mümkün deyil, təhrif olunması, hər hansısa bir formada başqa bir müdaxilənin olub-olmamasını araşdırmaq mümkün deyildir. Səs yazının yazılma tarixi də məlum deyildir. Məhkəmə bu zaman sübuta obyektiv qiymətləndirməmiş, qərəzli mövqe nümayiş etdirmiş, özünü məhkəmə prosesində qarşı tərəfin vəkili kimi aparmışdır.
39. Cavabdeh öz mövqeyini Mülki Məcəllənin 152.5, 152.1 və 180.3-cü maddələrinə və Mülki Prossesual Məcəllənin 76.1-76.3, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın rədd olunması hissəsindən iddiaçı tərəfindən mübahisələndirilməmiş, cavabdehlər isə qətnaməni iddianın təmin olunması hissədə mübahisələndirmişdir. Ona görə hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunması hissədə qanuniliyinin yoxlanılması təşkil edir. Tə tbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
43. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
44. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
45. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah döv ründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsi
46. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır
47. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
48. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
49. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
50. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı 05 aprel 2024-cü il tarixli Qərarı
51. Bənd
5. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi və saitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdlıraraq hesab edir ki, aşağıdakı əsaslara cavabdehlərin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, 4000 manat məbləğində pulun və 5600 manat dəyərində 3 ədəd qızılzinət əşyalarının Cavab deh1 tutulması hissədə ləğv olunmaqla iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
59. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın qızıl-zinət əşyaları tələbinə aid hissədə qeyd etmişdir ki, həmin əşyaların mövcud olması və cavabdehlərin qanunsuz sahibliyində qalması sübuta yetirilmiş, Cavabdeh1 qızıl-zinət əşyalarının birgə nikah dövründə yaranmış borclara görə iddiaçının razılığı ilə satılması və əldə olunmuş vəsaitin həmin borcların ödənilməsinə yönəldilməsi barədə barədə göstərdiyi dəlillər inandırıcı olmamaqla mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.
60. İş materiallarına görə iddiaçı göstərmişdir ki, qızıl-zinət əşyalarının ər-arvad kimi birgə yaşadıqları dövrdə bir neçə dəfə banka girov qoyulmaqla qaynanası Sulduz Əliyeva nın adına kredit alınmış və sonradan Cavabdeh1 ona həmin əşyaların satıldığını söyləmişdir. Cavabdehlər Cavabdeh1 və Sulduz Əliyeva isə qızıl-zinət əşyalarının iddiaçının özünün razılığı ilə 2018-ci ildə satıldığını və əldə olunmuş vəsaitin ailənin ümumi xərclərinə sərf olunduğunu göstərmişdir.
61. Göründüyü həm iddiaçının, həm də cavabehlərin izahatları ilə müəyyən edilir ki, iddiaçının tələb etdiyi 3 ədəd qızıl-zinət əşyaları mövcud olmuşdur. Lakin məhkəmələr həmin əşyaların cavabbeh Cavabdeh1 tərəfindən satılması qənaətinə gələrkən işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hal kimi əşyaların tərəflərin birgə nikahda olduqları dövrdə, yaxud faktiki ayrıldıqdan sonra satılıb-satılmamasını müəyyən etməmişdir. Aydındır ki, qızıl-zinət əşyaları tərəflər nikahda olduqları və ailə kimi birg ə yaşadıqları müddətdə cavabbeh Cavabdeh1 tərəfindən satılmışdırsa, iddiaçı həmin vaxt buna etiraz etməmiş və onların dəyərini tələb etməmişdirsə, əşyaların üzərində sərəncam verilməsində iddiaçının iradə ifadəsi mövcud olmuşdur ki, işə baxan aşağı instansiya məhkəmələri bu halı diqqətdən qaçırmışdır.
62. Məhkəmə kollegiyası birgə nikah dövründə Gəncə şəhəri Cavadxan qəsəbəsində 400 kv metr boş torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 80000 manat xərcin yarısı olan 40000 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməsi barədə apellyasiya məhkəməsinin qənaəti ilə bağlı qeyd edir ki, məhkəmə bu məsələnin həlli zamanı da səhvə yol vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
63. Apellya siya məhkəməsi hesab etmişdir ki, mübahisə edilən fərdi yaşayış evi İddiaçı ilə Cavabdeh1 birgə nikah müddətində birgə vəsaitləri hesabına tikilmiş və həmin evin tikintisinə faktiki olaraq sərf edilmiş xərc, yəni mal-materialın alınması, daşınması və inşası zamanı ödənilən zəhmət haqqı da daxil olmaqla, çəkilmiş 80000 manat məbləğində xərc onların ümumi mülkiyyətidir, ona görə də həmin sərf olunmuş vəsatitn yarısı Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Bu hal cavabbeh Sulduz Əliyevanın iddiaçı ilə telefon danışığında “analıq edib sizə torpaq alıb vermişəm” ifadəsini işlətməsi, Sulduz Əliyeva onkoloji xəstə olduğuna görə yaşyış evini inşa etdirməyə imkanının olmaması, iddiaçının izahatı, iddiaçının əvəllər həmin evdə yaşaması və cehiz əmlakların da orda olması ilə təsdiq olunur.
64. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi bu qənaət düzgün olmamışdır. İlk növbədə qeyd edilməlidir ki cavabbeh Sulduz Əliyevanın iddiaçı ilə telefon danışığında “analıq edib sizə torpaq alıb vermişəm” ifadəsini işlətməsi, Sulduz Əliyeva onkoloji xəstə olduğuna görə yaşyış evini inşa etdirməyə maddi imkanının olmaması, iddiaçının həmin evdə yaşaması və cehiz əmlakların da orda olması kimi hallar cavabbeh Sulduz Əliyevanın qanuni istifadəsində olan torpaq sahəsində müvafiq icra hakimiyyət orqanının razılığına əsasən tikilmiş yaşayış evinin ər-arvad kimi yalnız Cavabdeh1 və İddiaçı vəsaiti hesabına inşa olunması, Sulduz Əliyevanın həmin yaşayış evinə heç bir aidiyyatının olmaması, vəsait sərf etməməsi qənaətinə gəlmək üçün əsas deyildir, “analıq edib sizə torpaq alıb verm işəm” ifadəsi də Cavabdeh1 və İddiaçı həmin torpaq sahəsində yaşayış evi inşa etdirmələri anlamını vermir.
65. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 2012-ci il tarixli 569 nömrəli sərəncamına görə Gəncə şəhəri, Cavadxan qəsəbəsindəki 400 kv metr torpaq sahəsində Cavabdeh2 tərəfindən fərdi yaşayış evinin layihələndirilməsinə icazə verilmiş, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsi Memarlıq və tikinti şöbəsinə tapşırılmışdır. İşdə olan Daşınmaz Əmlakıq Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 06 avqust 2021-ci il tarixli arayışına görə (c.1, v.79-80) elektron baza məlumatlarında Sulduz Əliyevanın adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. Belə olan halda məhkəmə torpaq sahəsinin mülkiyyətçisini müəyyən etmədən həmin sahə üzəri ndə tikilmiş yaşayış evinin Cavabdeh1 məxsus olması və tikili hesabına Cavabdeh1 varlanması qənaətinə gəlməkdə səhvə yol vermişdir. Yaşayış evi ər-arvad Cavabdeh1 və İddiaçı birgə vəsaiti hesabına inşa olunması öz təsdiqini tapsa belə, evin tikilməsindən varlanan şəxsin müəyyən edilməsi mübahisənin həllində mühüm əhəmiyyət kəsb edir ki, çünki qanunvericiliyə görə hazırkı iddiya cavab verməli şəxs həmin şəxs ola bilər.
66. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 2012-ci il tarixli 569 nömrəli sərəncamına görə isə torpaq sahəsi cavabdeh Sulduz Əliyevanın məxsus ola bilər, müvafiq olaraq həmin torpaq sahəsində inşa edilmiş tikilinin ona aid olması ehtimalı daha yüksəkdir.
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsində işə baxılan zaman cavabdeh Sulduz Əliyeva sədrlik eldən Loğman Süleymanova etiraz etmiş, lakin həmin etiraza heç bir münasibət bildirilməmiş, etiraz qanunla müəyyən edilmiş qayadada həll edilməmişdir.
68. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə qismən ləğv edilməli və iş ləğv olunmuş hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, t am və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-135/2023 nömrəli iş üzrə 21 dekabr 2023-cü il tarixli qətnaməsi qismən, Cavabdeh1 Sədim oğlundan 40000 manat məbləğində pul, 1 ədəd 2300 manat dəyərində İtaliya istehsalı olan brilyant komplekt (27 qram), 1 ədəd 2500 manat dəyərində komplekt rus qızılı və 800 manat dəyərində 1 ədəd 750 əyarlı ni şan üzüyü naturada, bu mümkün olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.