Məhkəmə qərarları › İş №2(102)-1313/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1313/2024

30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1313/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, sübut etmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi (Maraqlı şəxs1) barədə ərizəsinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1515/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kass asiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi məhkəməyə ərizə verərək, atası Hüseynov Mustafa Məhərrəm oğlundan miras qalmış Gədəbəy rayonunun Çobankənd kəndində yerləşən ikiotaqlı, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 21 kv.m olan evinin və 0.25 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin bacı və qardaşları müxtəlif ünvanlarda yaşayırlar. Ərizəçi isə atasından və anasından miras qalmış evdə yaşayaraq, əmlakı idarə etmiş, həmçinin evi təmir etdirmiş və evdə yaxşılaşdırma işləri aparmışdır. Eləcə də, atasının dəfn xərclərini çəkmişdir. Həmin ev mərhum atası Məhərrəm Hüseynovun adına olmuşdur. Həmin evi öz adına vərəsəlik qaydasında keçirilməsi ilə əlaqədar Gədəbəy rayon Notariat Kontoruna və eləcədə DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciətlər etmişdir. Lakin Maraqlı şəxs1 tərəfindən xx.xx.2021-ci il tarixli 55 saylı imtina məktubu verilmişdir. Mübahisəli evin təsərrüfatbaşına kitabdan çıxarışı var və həmin çıxarışda ev və həyətyanı torpaq sahəsi barədə qeydlər aparılmışdır. Sənədlərini DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin Gədəbəy rayon Şöbəsinə təqdim etsə də, sənədləri qəbul edilməmiş, əmlakın mülkiyyət kimi qeydiyyatdan keçmədiyi və evlə bağlı heç bir hüququ sənədin olmadığı bildirilmişdir.

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3, X5 və X4 eyniməzmunlu ifadələr verərək, ərizədə qeyd olunanları təsdiq etmişlər.

4. Ərizəçi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş Gədəbəy rayon Dövlət Arxivinin 03 fevral 2021-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, Çobankənd kənd İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair 1 nömrəli Təsərrüfatbaşına kitabında 35 nömrəli şəxsi hesabda Hüseynov Mustafa Məhərrəm oğlunun adına 0,25 ha torpaq sahəsi qeyd edilmişdir.

5. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(042)-688/2021 nömrəli, 6 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) ərizə təmin edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, valideynləri öldükdən sonra, ərizəçi onlardan miras qalmış bütün əmlakı idarə etmişdir. Həmçinin ərizəçinin valideynlərinin vəfat etdiyi vaxt torpaq islahatı k eçirilmədiyi üçün torpaq sahəsinə və fərdi yaşayış evinə ərizəçinin valideynlərinin mülkiyyət hüququ qeydə alınmamış, lakin onların torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququna gözləntisi olmuş, yəni həmin əmlak ərizəçinin valideynlərinin faktiki mülkiyyətində olmuş və onların ölümündən sonra həmin əmlak miras aktivinə daxil olmuşdur.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1243,2, 1243.3, 1246 və 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs qismində Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, qətnamən in ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmamışdır. Belə ki, valideynlərinin vəfatından sonra mübahisəli fərdi yaşayış evində o yaşamış, hazırda isə oğlu yaşayır. Birinci instansiya məhkəməsi miras əmlakın mövcud olubolmamasını araşdırmamış, 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarışa əsaslanmışdır. Mübahisələndirilən fərdi yaşayış evi və torpaq sahəsi onun adına qeydiyyata alınmış və bu barədə ona sənədlər verilmişdir. Lakin ərizəçi 21 il keçdikdən sonra onun müvəqqəti olaraq Abşeron rayonunda olması ndan istifadə edərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

10. Məhkəmə iclasında Maraqlı şəxs2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, anası 1999-cu ildə, atası isə 2000-ci ildə vəfat etmişlər. Mübahisəli əmlakda atası ilə birlikdə yaşamış, onun vəfatından sonra da həmin evdə yaşamağa davam etmişdir. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Evin yerləşdiyi 0,25 ha torpaq sahəsi isə Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli, 26 nömrəli qərarı ilə ona verilmiş və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN314D KOD 50529018 nömrəli şəhadətnamə tərtib olunmuşdur. Eləcə də, fərdi yaşayış evi təsərrüfatbaşına kitabında onun adına qeydə alınmış dır. 2017-2018-ci illərdə Bakı şəhərinə köçmüş, lakin oğlu Şamxal həmin təsərrüfatda qalmışdır. Qardaşı Mahmud isə hələ atasının vəfatından əvvəl Bakı şəhərinə köçmüşdür. Mahmud atasının yas yerində iştirak etsə də, yas mərasimi qurtardıqdan sonra Bakı şəhərinə qayıtmışdır. Təxminən 2 il bundan əvvəl Mahmud onun icazəsi olmadan özbaşına evin dam örtüyünü dəyişmişdir.

11. Məhkəmə iclasında ərizəçi apellyasiya şikayətini qəbul etməyərək, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, anası 1999-cu ildə, atası isə 2000-ci ildə vəfat etmişdir. 5 qardaş, 5 bacı olmuşlar. Valideynlərinin dəfn xərci onun tərəfindən çəkilmişdir. Atasının yeddi mərasimindən sonra Bakı şəhərinə getmiş və sonradan 40 mərasiminə gəlmişdir. Atası öləndən sonra evdə qardaşı Yusif qalmış, lakin s onradan Yusif də Bakı şəhərinə köçmüşdür. Atasından qalmış ev onun vəsaiti hesabına təmir olunmuşdur.

12. Məhkəmə Torpağın mülkiyyətə verilməsinə dair JN-314D KOD 50529018 nömrəli şəhadətnamə əsasında müəyyən etmişdir ki, Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli 26 nömrəli qərarı ilə Maraqlı şəxs2 Gədəbəy rayonu Çobankənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir.

13. Məhkəmə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Çobankənd kənd İƏD üzrə nümayəndəliyin 147 nömrəli arayışı əsasında müəyyən etmişdir ki, Hüseynov X1 qeydiyyatda olmasa da, 01 nömrəli Təsərrüfatbaşına kitabın 35 nömrəli şəxsi hesabında qeydiyyatdadır və adına ümumi sahəsi 86 kv.m olan fərdi yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsi göstərilmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1515/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ərizə təmin edilməmişdir.

15. Məhkəmə hesab etmişdir ki, ərizəçi xüsusi icraat qaydasında, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə (mirasın onun tərəfindən qəbul edilməsi faktı barədə) məhkəməyə ərizə verərkən maraqlı şəxs qismində miras qoyanın digər birinci növbə vərəsələrini göstərməli olduğu halda, Maraqlı şəxs1 maraqlı şəxs qismində göstərmişdir. Halbuki, iş üzrə çıxarılacaq qətnamə Maraqlı şəxs1 maraqlarına deyil, m irasqoyan Mustafa Hüseynovun ilk növbədə digər birinci növbə vərəsələrinin hüquq və vəzifələrinə toxunur. İşə baxan birinci instansiya məhkəməsi isə miras qoyanın digər birinci növbə vərəsələrinin dairəsini müəyyən edib, onları işə cəlb etməli olduğu halda bunu etməmiş və ərizəyə baxaraq hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, işin hallarını araşdırmamış, işdə olan sübutlara düzgün qiymət verməmişdir. İşə baxılarkən Hüseynov Mustafa Məhərrəm oğlunun adına 2000-ci ilə olan dövrdə yalnız 0,25 ha torpaq sahəsinin qeydə alındığı bəlli olmuşdur. Ərizəçi isə ərizədə 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 21 kv.m olan iki otaqlı fərdi yaşayış evinin atasından miras qaldığını göstərmişdir.

17. Məhkəməyə əlav ə təqdim edilmiş sənədlər əsasında müəyyən etmişdir ki, Gədəbəy rayonu Çobankənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 21 kv.m olan iki otaqlı fərdi yaşayış evinin 30 yanvar 2000-ci ildə ölmüş Hüseynov Mustafa Məhərrəm oğlundan miras qalması sübut olunmur. İşə baxan birinci instansiya məhkəməsi isə ərizəçinin vərəsəlik hüququ və bunun həyata keçirilməsi ilə bağlı əsasların olub-olmamasını araşdırmadan, yuxarıda adları qeyd olunan daşınmaz əmlakların Hüseynov Mustafa Məhərrəm oğlundan miras qalması, eləcə də, Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi qənaətə gələrək düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik oldu ğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

18. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Yəni Hüseynov Mustafa Məhərrəm oğlundan öldüyü günə miras qalmadığı halda birinci instansiya məhkəməsi Maraqlı şəxs2 mülkiyyətində olan 0,25 ha torpaq sahəsini, eləcə də Gədəbəy rayon Çobankənd İƏD üzrə nümayəndəliyinin 01 nömrəli Təsərrüfatbaşına kitabın 35 nömrəli şəxsi hesabında onun adına qeydə alınmış və ümumi sahəsi 86 kv.m olan fərdi yaşayış evini 30 yanvar 2000-ci il tarixdə ölmüş Mustafa Hüseynovdan miras qalan əmlak kimi qiymətləndirərək, ərizəni təmin etmiş və bununla da düzgün olmayan qətnamə qəbul etmişdir.

19. Məhkəmə öz mövqeyini A zərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 139.1, 139-1.1.1, 139-1.1.8, 152.1, 153.1, 1133.1, 1133.2, 1134.1, 1151.1 və 1151.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Ərizəçi (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş sənədlərlə yanaşı, şahidlərin ifadələri də miras əmlaka ərizəçinin sahiblik etdiyini təsdiq etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin müvafiq sorğular verərək, torpaq sahəsinin üzərində olan tikilinin kimə məxsus ol masını müəyyən etməməsi nəticəsində yanlış qənaətə gəldiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi ümumiyyətlə müstəqil hər hansı sübut toplamaq səlahiyyəti olmadığından yalnız tərəflərin təqdim etdiyi sübutlarla kifayətlənməli, əks halda işdə olan sübutlar əsasında işə qiymət verməli idi.

22. Bundan əlavə, məhkəmənin tərəflərin işə cəlb edilməməsi barədə gəldiyi nəticə də düzgün olmamışdır. Belə ki, digər vərəsələrin işə cəlb edilməsinin və ya edilməməsinin işin mahiyyətinə hər hansı təsiri yoxdur. Hazırkı mübahisə miras əmlakın faktiki qəbul edilməsi ilə əlaqədar olduğundan mirasın faktiki qəbuluna dair hallar notariat orqanı tərəfindən müəyyən edilməli və müvafiq şəhadətnamə verilməlidir. Göründüyü kimi burada yeganə maraqlı tərəf kimi notariat orqanı çıxış edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

25. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki ş əxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

28. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

29. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

30. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

31. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

32. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətd ən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında...

37. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

38. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:...307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin.

39. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

40. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı ərizəçinin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının araşdırılması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır.

48. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, MPM-in sübutetmə ilə bağlı ümumi prinsipinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Heç şübhəsiz ki, subyekt tərkibinə və hüquqi təbiətinə görə iddia icraatından ciddi fərqlənən xüsusi icraatda bu prinsip eyni qaydada tətbiq oluna bilməz.

49. Lakin hüquqi faktın müəyyən olunması barədə işlər üzrə də ərizəçilər tanınmasını tələb etdikləri hüquqi faktların mövcudluğu barədə mübahisəsiz, ziddiyyətsiz və yetərli sübutları məhkəməyə təqdim etməli, belə sübutları müstəqil qaydada əldə edə bilmədikdə isə bununla bağlı məhkəməyə vəsatət verməlidirlər. Belə sübutlar mübahisəli, ziddiyyətli və yetərli olmadığı halda məhkəmələrin həmin ərizələri təmin etməməsi prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz.

50. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Gədəbəy rayonu Çobankənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 21 kv.m olan iki otaqlı fərdi yaşayış evinin 30 yanvar 2000-ci ildə ölmüş Hüseynov Mustafa Məhərrəm oğlundan miras qalması ərizəçi tərəfindən sübut edilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə ərizəçinin vərəsəlik hüququ və bunun həyata keçirilməsi ilə bağlı əsasların olub-olmamasını araşdırmadan, yuxarıda adları qeyd olunan daşınmaz əmlakların Hüseynov Mustafa Məhərrəm oğlundan miras qalması, eləcə də, Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi qənaətə gələrək düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məh kəmə kollegiyası Qərara aldı Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1515/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar