Məhkəmə qərarları › İş №2(102)-1314/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1314/2023

26.04.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1314/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1314/2022 (Açar sözlər: hərracın nəticələri haqqında yekun protokolların, digər sənədlərin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi) Bakı şəhəri 26 aprel 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatların, hərracın nəticələri haqqında ye kun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5767/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Mişiyev Elşən Adil oğlu və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə “ “ aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apelyasiya Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 2(103)8400/2018 saylı qətnaməsi ilə 1.564.070 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı Mişiyev Elşən Adil oğluna ödənilməsi qət edilmiş, qətnamə qüvvəyə minərək icraya yönəldilmişdir.

2. İcra icraatı çərçivəsində Bakı şəhəri Cavabdeh2 12193-109588/19-15-4 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən borcluya məxsus Bakı şəhəri Nəsimi rayonu Fizuli küşəsi,79 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin və Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin bazar qiymətini müəyyən edilməsi "xxxx" MMC-yə sifariş edilmişdir. 3. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatlarına əsasən İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 400.000 manat, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı qiyməti 130.000 manat, Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 1 6 saylı mənzilin qiyməti 100.000 manat müəyyən edilmişdir.

4. İcra işinə əlavə olunmuş "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatdan müəyyən edilir ki, İddiaçı məxsus “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil 33.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh2 tərəfindən DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 6650/109588/19-15-4 saylı məktubdan görünür ki, İddiaçı məxsus “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil 33.000 manat əvəzində icra sənədi üzrə tələbkar Mişiyev Elşən Adil oğlunun etibarnamə üzrə nümayəndəsi Vəkil2 aktla təhvil verilmişdir. Odur ki, qeyd olunan avtomobilin tələbkar Mişiyev Elşən Adil oğlunun adına rəsmiləşdirilməsinin təmin edilməsi xahiş olunmuşdur. AD seriyalı 822432 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** MO *** (yeni nömrə) dövlət qeydiyyat nişanlı “Hyundai İX-55” minik markalı avtomobilin mülkiyyətçisi Mişiyev Elşən Adil oğludur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əvvəlki qeydiyyat hərəkətlərinin aparılmasına əsas olan sənədlərdən görünür ki¸ sözügedən avtomobil xx.xx.2020-ci il tarixdə X2 adına özgəninkiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri Cavabdeh2nə qa rşı “əmlakın qiymətləndirilməsi barədə hesabatların etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymtələndirilməsi Xidməti “ MMC tərəfindən aparılan xx.xx.2019-cu il tarixli 224, 224/1, 224/2 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatların etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, "xxxx" MMC əlavə cavabdeh cəlb edilməklə, xx.xx.2019- cu il tarixli 224, 224/1, 224/2, saylı Əmlakın qiymətləndirilməsi barədə hesabatların, həmçinin Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələri haqqında yekun protokolların və ondan ir əli gələn bütün hüquqverici sənədlərin, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan əmlakların qiymətləndirilməsi barədə hesabatlarda əks olunan qiymətlər reallıqdan uzaqdır, real dəyərlərindən xeyli azdır. Əmlaklarının dəyəri xeyli yüksək olduğundan hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qiymətləndirmə aparılarkən əmlaklarının yerləşdiyi ərazi, rayon, yəni şəhərin mərkəzində yerləşmələri nəzərə alınmamışdır. Belə ki, şəhərin mərkəzində Fizuli küçəsində arxitektur binada yerləşən ümumi sahəsi 225.3 kv.m. təmirli qeyri-yaşayış sahəsi 400.000 manat qiymətləndirilməsi ağlabatan deyildir. Bazar dəyəri müəyyən edilərkən həmçinin kommersiya cazibəd arlığı nəzərə alınmamışdır. Eləcə də şəhərin mərkəzində 28 may küçəsində yerləşən təmirli 2 otaqlı mənzilin 130.000 manat qiymətləndirilməsi, Nazim Hacıyev küçəsində yerləşən təmirli 2 otaqlı mənzilin də 100.000 manat qiymətləndirilməsi ağlabatan deyildir. Bundan əlavə əmlaklarının qiymətləndirilməsi qanunsuz aparılmışdır. Belə ki, Cavabdeh2 icra məmuru Cəmil Tağıyevin xx.xx.2019-cu il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarından məhkəməyə şikayət vermişdir və bununla bağlı icraatın dayandırılmasını xahiş etmişdir. Buna baxmayaraq qanunsuz olaraq əmlakları qiymətləndirilmişdir, ona görə də hesabatlar qanunsuzdur. Bundan əlavə,xx.xx.2020-ci il tarixdə yuxarıda göstərilən əmlakları ilə bağlı qanunsuz hərrac keçirilmiş və özgəninkiləşdirilmə aparılmışdır. Bununla bağlı sənə dlər hələ təqdim edilməyib. Lakin hərracla bağlı hərəkətlər qanunsuzdur, çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının xx.xx.2020-ci il tarixli qərardadı ilə onun Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmişdir. Hərracı keçirən cavabdehə bu barədə məlumat versə, də tələsik qanunsuz hərrac keçirilmişdir.

8. İş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X10” MMC-yə həvalə edilmişdir. 9. xx.xx.2020-ci il tarixli “X10” MMC-nin əmlakın qiymətləndirilməsinə dair hesabatına əsasən ünvan 3 ünvanda yerləşən q eyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixinə yekun bazar dəyəri 450.000 manat, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin yekun bazar dəyəri 150.000 manat, Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin yekun bazar dəyəri 110.000 manat, Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixə 40.000 manat, xx.xx.2020-ci il tarixə 36.000 manat təşkil edir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) 2(005)-421/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “Əmlakın qiymətləndirilməsi barədə hesabatların, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə” tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pulun İddiaçı tutulması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, təxminən bir illik zaman fasiləsi ilə verilmiş iki rəy arasında 10-15% qiymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların və hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda, xx.xx.2019-cu il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlar kifayət qədər əsaslandırılmışdır, müba hisəli sahələrə baxış keçirilmiş, əmlakın texniki göstəriciləri hesabatda əksini tapmışdır.

12. İş üzrə hərracın nəticələrinin ləğv edilməsi və ya etibarsız hesab olunması üçün digər əsaslar müəyyən edilməmişdir. Bundan başqa, İddiaçı iddia ərizəsində mübahisələndirdiyi - həmin daşınmaz əmlakların və mübahisəli avtomobilin qiymətinin daha yüksək olmasını sübut edəcək hər hansı bir dəlili məhkəməyə təqdim edə bilməmişdir.

13. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı hərracın keçirilməsi qaydalarını müəyyən edən Mülki Məcəllənin 415-ci maddəsinin tələblərinin pozulmasına istinad etməmiş və bununla da, o, mübahisələndirilən hərracın həmin qaydalara uyğun keçirildiyini etiraf etmişdir. Ona görə də, hərrac keçirilməsi qaydalarının pozulması nəticəsinə gəlməyə və Mülki Məcəllənin 416-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda göstərilən iddia tələbləri əsassız olduğundan iddiaçının iddia tələblərinin qalan hissələrinə “prosessual qənaət” prinsipinə əsasən qiymət verməyə zərurət görməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Qətnamədən İddiaçı və işdə iştirak etməyə cəlb edilməyən, qətnamə maraqlarına toxunan Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər.

16. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi əmlaklarının düzgan qiymətləndirilməməsinə istinad etmişdir.

17. Maraqlı şəxs apellyasiya şikayətində ona istinad et mişdir ki, İddiaçı onun razılığı olmadan birgə nikah dövründə əldə olunmuş ümumi əmlaklara dair Mişiyev Elşən Adil oğlu ilə 17 dekabr 2011-ci il tarixli razılaşma müqaviləsi bağlamışdır. Həmin əmlaklar birgə nikah dövründə əldə olunduğuna görə onun razılığı alınmadan bağlanmış müqaviləni o mübahisələndirmək hüququna malikdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10893/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və ödənilmiş dövlət rüsumunun onları ödəyən tərəflərə aid edilməsi qət edilmişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddi açı apellyasiya şikayətində qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və həmin dəlillərə hüquqi qiymət verilmişdir.

20. Maraqlı şəxs apellyasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, Mişiyev Elşən Adil oğlu və İddiaçı arasında əmlakla bağlı mübahisələr uzun müddətdir ki, davam edir və Maraqlı şəxs həmin mübahisələrdən məlumatlıdır. Maraqlı şəxs 17 dekabr 2011-ci il tarixli müqavilənin etibarsızlığı ilə əlaqədar bir il müddətində iddia qaldırmaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Hə min qətnamədən İddiaçı və maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər M.Əhmədova, Ə.Əliyev və İ.Xəlilov ) 2(102)-3111/2022 saylı 07 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)10893/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya insansiya məhkəməsinə göndərilmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla həmin mövqe ilə razılaşdığını göstərib ape llyasiya şikayətini əsassız hesab etmişdir. İşdən aşkar edilən hal isə odur ki, iddiaçı iddia tələbində hərracların nəticələrinin etibarsız hesab edilməsini tələb etmiş, lakin apellyasiya kollegiyası məhkəmə araşdırmasını tam həyata keçirməyərək iddiaçının istinad etdiyi hərracın keçirilib- keçirilmədiyini aydınlaşdırmadan, istinad edildiyi kimi hərrac keçirilmişdirsə, hərracın nəticələri barədə sənədləri əldə etmədən hərracın keçirilməsini qanuni hesab etmişdir.

24. Kassasiya yoxlaması nəticəsində işdən görünür ki, apellyasiya məhkəməsinə ilkin olaraq iddiaçının apellyasiya şikayəti daxil olmuş, daha sonra maraqlarına toxunan şəxsin apellyasiya şikayəti mümkünlüyü yoxlanılıb icraata qəbul edilmişdir. Maraqlarına toxunan şəxsin apellyasiya şikayəti apellyasiya məhkəməsinin icraatına daxi l olan zamana kimi məhkəmə araşdırmasını həyata keçirmiş apellyasiya məhkəməsinin hakimi Rəşad Həsənov Cavabdeh3 MMC-yə xx.xx.2021-ci il tarixdə (səh 47, İİ cild) sorğu ünvanlayaraq hərracın keçirilməsi ilə bağlı bütün sənədlərin, hərrac keçirilən tarixə hərracı keçirmək səlahiyyətinin olmasına dair sənədlərin məhkəməyə təqdim edilməsini xahiş etmiş, lakin hərracın nəticələri, hərrac keçirmə səlahiyyətini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təmin edilməmişdir.

25. Hətta eyni məzmunlu sorğu ilə 12 saylı Vəkil Bürosunun vəkili Vəkil1 da Cavabdeh3 MMC-yə müraciət etmiş (səh 58, İİ cild) həmin sorğuya da cavab əldə edilə bilinməmişdir.

26. Apellyasiya məhkəməsi xx.xx.2021-ci il tarixdə Nəsimi rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh2nə (səh 64, 65, İİ cild) sorğu ünvanlayaraq hərracla bağlı sifarişin verilməsi ilə əlaqədar sənədləri, sifarişin nəticəsi barədə sənədləri tələb etmiş, həmin sorğular da cavabsız qalmış, həmin tarixdə eyni zamanda "xxxx" MMC-yə də hərracın keçirilməsi barədə sənədlərin, hərrac keçirmə barədə səlahiyyətin olmasını təsdiq edən sənədin təqdim edilməsi ilə də bağlı (səh 68, İİ cild) sorğu ünvanlamış, eyni qaydada bu sorğu da cavabsız qalmışdır. Yekun məhkəmə aktını çıxarmış apelyasiya kollegiyası isə bu halı diqqətdən kənarda saxlamış, zəruri olan və qeyd edildiyi kimi tələb edilmiş sübutların əldə edilməməsinə əhəmiyyət verməmişdir.

27. Bundan başqa, apellyasiya kollegiyası hesabatların mübahisələndirilməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla kifayətlənmiş, birinci instansiya məhkəməsi kimi bu hissə üzr ə bildirmişdir ki, bir illik zaman fasiləsi ilə verilmiş iki rəy arasında 10-15% qiymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların və hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz.

28. Halbuki, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxan məhkəmə olaraq məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə ən azından bu hissə üzrə fərziyyə əsasında deyil, bu sahədə xüsusi biliyə malik şəxslərin rəyini əldə etməklə münasibət bildirə bilərdi ki, bunu etməmişdir. Fərziyyə əsasında tələbin əsssız olunması qənaətinə gəlinməsi isə yolverilməzdir və prosessual pozuntu kimi qəbul edilməlidir.

29. Digər tərəfdən, maraqlarına toxunan şəxsin apellyasiya şikayətinə münasibətdə apellyasiya kollegiyası kəsic i müddətin tətbiq edilməsi qənaətinə gəlmiş olsa da, bu istiqamətdə də hər hansı araşdırma aparmamış, maraqlarına toxunan şəxsin hüquqlarının pozulma anının hansı zamanla müəyyən edilməsinə dair hər hansı münasibət ifadə etməmiş və həmin anı müəyyənləşdirmədən göstərilən müddəti tətbiq etməklə göstərilən şəxsin də apellyasiya şikayətinin dəlillərinin əsassız olaması qənaətinə gəlmişdir.

30. Halbuki, qeyd olunan şəxsin apellyasiya şikayəti üzrə həmin şəxsin hüquqlarının pozulması anının müəyyən edilməsi mübahisənin ona münasibətdə ədalətli həll edilməsi üçün daha vacib idi. Çünki maraqlarına toxunan şəxs kassasiya şikayətində əri İddiaçı tərəfindən sonuncunun qardaşı ilə mübahisələndirilən əmlaklarla bağlı bağlamış olduğu razılaşma müqaviləsini mübahisələndirdiyini göstərmiş, bu halın təsdi qi kimi Ali Məhkəməyə icraatın dayandırılması barədə vəsatətlə müraciət edərək, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə onun cavabdeh İddiaçı və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı “razılaşma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlə İddiaçı cavabdeh Mişiyev Elşən Adil oğluna qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu” tələbinə və İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Mişiyev Elşən Adil oğluna qarşı “borcun tutulması” tələbinə dair işlərin bir icraatda birləşdirilməsini göstərib icraatın dayandırılmasını xahiş etmişdir.

31. Hazırki halda kassasiya kollegiyasında icraatın dayandırılmasına əsas olmadığından vəsatət əsassız hesab edilsə də, yuxarıda göstərilən Bakı Apellyasiya Məhkəməsinin icraatı nda olan iş üzrə icraat maraqlarına toxunan şəxsin hazırki mübahisənin əsasını təşkil edən əmlaklarla bağlı hüququnun pozulma anının müəyyən edilməsi baxımından da önəmlidir. Apellyasiya kollegiyası isə göründüyü kimi, maraqlarına toxunan şəxsin hüquqlarının pozulma anının hansı zamanla müəyyən edilməsi barədə hər hansı fikir irəli sürməmiş və münasibət bildirməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiyan məhkəməsinin göstərişlərini icra edərək, təqdim olunmuş əlavə sənədlər əsasənda müəyyən etmişdir ki: 33. -İddiaçı məxsus “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil 33.000 manat əvəzində icra sənədi üzrə tələbkar Mişiyev Elşən Adil oğlunun etibarnamə üzrə nümayəndəsi Vəkil2 aktla təhvil verilmiş, AD seriyalı 822432 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsiə əsasən ** MO *** (yeni nömrə) dövlət qeydiyyat nişanlı “Hyundai İX-55” minik markalı avtomobilin mülkiyyətçisi Mişiyev Elşən Adil oğlu olmuş, sözügedən avtomobil xx.xx.2020-ci il tarixdə X2 adına özgəninkiləşdirilmişdir.

34. Hər 3 daşınmaz əmlakla bağlı Cavabdeh3 MMC tərəfindən birinci hərrac xx.xx.2019-cu il tarixə, ikinci hərrac xx.xx.2020-ci il tarixə, 3-cü hərrac xx.xx.2020-ci il tarixə təyin edilmiş, sonuncu hərrac barədə bildirişlərin hər birində ayrılıqda hərraca çıxarılan əmlakların ilkin satış qiyməti, 10%, 20% və 30 % endirimli qiymətləri göstərilmişdir. 35. - Cavabdeh3 MMC-nin direktoru Y.N.Əliyev şəxsində bir tərəfdən və Mişiyev Elşən Adil oğlu 7E-203 saylı, xx.xx.2020-ci il tarixli etibarnaməyə Vəkil2 (bundan sonra “Alıcı”) şəxsində bir tərəfdən bağlanmış hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilələrdən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzil (yeni qaydalarla: AZ1000 Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 46, M4,m2) 30% endirimlə 91.000 (doxsan bir min) manata, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsi 30% endirimlə 280.000 (iki yüz səksən min) manata, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzili 30% endirimlə 70.000 (yetmiş min) manata satılmış, əmlakların göstərilən qiymətlərə satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə hərrac yekunları barədə 18, 19 və 20 saylı protokollar imzala nmışdır, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********12 saylı məktubunun məzmunundan görünür ki, hazırki iş üzrə mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzili, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzili hələ də İddiaçı mülkiyyətindədir.

36. Həmçinin iş materiallarından müəyyən edilmişdir ki, borclu İddiaçı tərəfindən Konstitusiya məhkəməsinə şikayət verilmiş və Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2020-ciil tarixli qər ardadına əsasən borclu İddiaçı şikayəti Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmişdir. Bununla əlaqədar Cavabdeh2 icra məmuru X4 xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8400/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır.

37. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin İddiaçı şikayətinə dair xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı şikayəti üzrə məhkəmə aktının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması və hər hansı hüquqi nəticəyə gəlinməsi Plenumun səlahiyyətəri xaricindədir. Buna görə də İddiaçı şikayəti üzrə konstitsiya işinin icraatına xitam verilməsi qərara alınmışdır.

38. Apellyasiya instansiyası məhkəməsinə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, iddiaçı özünə məxsus “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Mişiyev Elşən Adil oğlunun adına rəsmiləşdirilməsini, onun adına verilmiş qeydiyyat şəhadətnaməsini, Mişiyev Elşən Adil oğlu ilə X7 ilə arasında həmin avtomobillə bağlı BDYPİ-də bağlanmış xx.xx.2020-ci il tarizli alğı-satqı müqaviləsinin, X3 adına verilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş etmişdir.

39. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5767/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və Z.A.Şirinov) apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(005)- 421/2020 nömrəli qət naməsi ləğv edilmiş, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 ( indiki adı "xxxx") MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatların, Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin alğı-satqı müqavilələrinin etibarsız etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, "xxxx" MMC-nin İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küşəsi 79 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilə,Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilinə dair "xxxx" MMC-nin xx. xx.2019-cu il tarixli hesabatları etibarsız hesab edilmiş, "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli İddiaçı məxsus “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil 33.000 manat məbləğində qiymətləndirilməsi barədə hesabat etibarsız hesab edilmiş, Mişiyev Elşən Adil oğlunun adına ** MO *** (yeni nömrə) dövlət qeydiyyat nişanlı “Hyundai İX-55” minik markalı avtomobilə görə verilmiş AD seriyalı 822432 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzil (yeni qaydalarla: AZ1000 Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 46, M4,m2) 91.000 (doxsan bir min) manata satılmasına dair, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 5 ünvanında yerləşən qeyri-ya şayış sahəsi 280.000 (iki yüz səksən min) manata satılmasına dair, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzili 70.000 (yetmiş min) manata satılmasına dair hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilələr, eyni tarixli 18, 19 və 20 saylı yekun protoklları və onlardan irəli gələn bütün hüquqverici sənədlər etibarsız sayılmış, ekspertiza tədqiqatının dəyəri olaraq 500 manat məbləğində pul cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh3 (indiki adı "xxxx") MMCdən və Bakı şəhəri Cavabdeh2ndən müştərək qaydada tutularaq “X10” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin hərtərəfli və tam araşdırılması məqsədilə mübahisələ ndirilən hərracın keçirilməsi barədə sənədləri hərrac keçirən təşkilatdan tələb etməli olduğu halda bunu etməmiş, iddiaçı hərracın keçirilməsi qaydalarını müəyyən edən Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinin pozulmasına istinad etməməklə mübahisələndirilən hərracın həmin qaydalara uyğun keçirildiyini etiraf etməsi kimi səhv nəticəyə gəlmişdir.

41. Apellyasiya məhkəməsi icra qanunvericiliyinə əsasən ipoteka predmeti olmayan əmlakın hərracdan Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 51, 53, 61, 62-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilməsinə və bu proseduran ipoteka qoyulmuş əmlakın hərracda satılması prosedurandan fərqlənməsinə diqqəti yönəldərək, hərracın bu qaydalara uyğun keçirilmədiyini müəyyən etmiş, həmçinin hərracda satılan əmlaklar birgə nikah dö vründə əldə edildiyindən, onların ər-arvadın birgə mülkiyyətində olması prezumpsiyasının qüvvədə olduğunu, belə olan halda isə “İcra haqqında” Qanunun 45.8-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin əmlaklara tələbin Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq borclunun ümumi mülkiyyətdə olan payı həddində yönəldilməli olduğunu müəyyən etmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224-cü, Aİlə Məcəlləsinin 41-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, borcluya birgə mülkiyyət hüququ üzrə məxsus olan əmlakın əvvəlcə üzərinə həbs qoyub, onu açıq hərracdan satışa çıxarmaq yox, kreditorun tələbi ilə borclunun payının ayrılması, bu mümkün olmadıqda və ya digər iştirakçı etiraz etdikdə isə borclunun payının b azar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını yolu ilə mümkündür. Digər iştirakçı borclunun payını almadıqda, kreditor tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb edə bilər (Mülki Məcəllənin 220-ci maddəsində müəyyən olunmuş ardıcıllığa oxşar). Buna görə də, kreditor ilkindən borclunun birgə və ya paylı mülkyyətdəki payının ayrılması barədə məhkəməyə müraciət etməlidir, çünki bu məsələnin icra icratı çərçivəsində deyil, məhkəmə icraatı çərçivəsində araşdırılması daha realdır.

43. Borclu İddiaçı mübahisələndirilən əmlaklardakı payının naturada ayrılmasının mümkün olub-olmaması məsələsi öz həllini tapmasına dair məhkəmə qərarı olmadığından apellyasiya instansiyası məhkəməsi hesab etm işdir ki, tələbkar borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin digər iştirakçısına, yəni Maraqlı şəxs satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməlidir. Sonuncu borclunun payını almaqdan imtina etdikdə isə tələbkarın ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin.

44. Apellyasiya instansiyası məhkəməsi həmçinin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların ləğvi üçün əsas olmamasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə də razılaşmamış məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə bu sahədə xüsusi biliyə malik şəxslərin rəyinin əldə edilməməsini prosessual pozuntu kimi qəbul etmiş dir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatların, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının əsaslı olmasına birinci instansiya məhkəməsi işin qeyd edilən halları üzrə araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən İddiaçı Mişiyev Elşən Adil oğluna və qeyrilərinə qarşı olan xx.xx.2011-ci il tarixli razılaşma müqaviləsinin etibarsızlığı Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayəti üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)973/2021 saylı qətnaməsi ilə mübahisə üzrə qeyd olunmuşdur ki, “İddiaçı bilməli idi ki, ərarvadın birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlak barəsində əqd bağlanması üçün digər tərəfin notarial qaydada təsdiq olunmuş yazılı ərizəsi tələb olunur. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak barəsində əqd bağlanılarkən ər-arvaddan birinin razılığı alınmadığı təqdirdə həmin əqd nəticəsində hüququ pozulmuş ər-arvad əqdi mübahisləndirilə bilər. Konkret halda, İddiaçı iddia ərizəsinin məzmunudan görünür ki, həmin kateqoriyadan olan daşınmaz əmlakının özgəninkiləşdirilməsi nəticəsində həyat yoldaşının hüquqları pozulmuşdur.”

46. Məhkəmə kollegiyası həmçinin mübahisələndirilən hərracın keçirilm əsi ilə bağlı digər qanun pozuntuları ilə bağlı apellyatorun şikayətin dəlillərinə qiymət verməkdə davam edərək hesab etmişdir ki, İddiaçı şikayəti Konstitusiya Məhkəməsinin icraatına qəbul edildiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8400/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmasına dair Cavabdeh2 icra məmuru X6 xx.xx.2020-ci il tarixli qərarı barədə hərrac mərkəzinə məktub daxil olmasına baxmayaraq sonuncu hərrac keçirilmiş və yuxarıda qeyd edilən hərracın yekunlarına dair sənədlər rəsmiləşdirilmişdir.

47. Məhkəmə kollegiyası iddia tələblərinə işin araşdırılmış halları üzrə qiymət verməkdə davam edərək həmçinin hesab etmişdir ki, qanunsuz keçirilmiş hərracın nəticələri üzrə irəli gələn hüquqverici sənədlər qəbul edilməsi ilə bağlı sübutlar təqdim e dilməsə də, hərracın predmeti olmuş əmlaklar hələ də İddiaçı mülkiyyətində qalmaqdadır. Lakin məhkəmə kollegiyası İddiaçı məxsus “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixli məktubla Mişiyev Elşən Adil oğlunun adına xx.xx.2020-ci ildə rəsmiləşdirilməsini nəzərə alaraq və xx.xx.2022-ci il tarixdən hazırki qətnamə çıxarılan vaxta kimi qanunsuz keçirilmiş hərracın nəticələri üzrə irəli gələn hüquqverici sənədlər qəbul edilməsi ilə bağlı kollegiyaya rəsmi məlumat verilmədiyinə görə hesab etmişdir ki, iddianın etibarsız sayılmış müqavilələrdən irəli gələn bütün hüquqverici sənədlər etibarsız sayılmasına dair iddiası da təmin edilməlidir.

48. Məhkəmə kollegiyası mübahisələndirilən hərracın nəticələri etibarsız sayılmasını nəzərə alaraq hesab etm işdir ki, yeni hərrac keçirilməmişdən əvvvəl mübahisələndirilən əmlakların qiymətləri ilə bağlı eyni vaxtda hər mübahisə predmeti olan əmlakların bazar dəyərini müəyyən etmək xüsusi biliyə malik şəxslərin rəyini əldə olunmalı, daha sonra isə sözügedən əmlakların hüquqi rejiminə görə Mişiyevlərin birgə nikah dövründə əldə edilmiş əmlaklar olması nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun hərrac keçirilməsi ilə bağlı müvafiq tədbirlər görülə bilər. Qeyd olunanları diqqətə çatdırmaqda Kollegiyanın məqsədi sonrakı icra prosesinin qanunun tələblərinə ciddi riayət etməklə həyata keçirilməsinə yardımçı olmaqdan ibarətdir. Çünki, bir qayda olaraq birgə mülkiyyətdə olan əmlakların açıq hərrac vasitəsilə satılmasını təşkil edildikdə göstərilən qaydaya əməl olunmur ki, bu da haqlı olaraq mar aqlı şəxslərin narazılığına və bu zəmində əsassız məhkəmə çəkişmələrinin yaranmasına gətirib çıxarır.

49. Məhkəmə kollegiyası «Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Mişiyev Elşən Adil oğlunun adına rəsmiləşdirildikdən sonra X3 adına rəsmiləşdirilməsini və sonuncu alğı-satqının iddiaçı tərəfindən digər məhkəmənin icraatında mübahisələndirilməsini nəzərə alaraq sonuncunun hazırki iş üzrə 3-cü şəxs qismində cəlb etməsini zəruri saymamış və hesab etmişdir ki, hazırda sözügedən avtomobilin qeydiyyat şəhadətnaməsi X3 adına olmaqla həmin şəhadətnamənin qanuniliyi digər məhkəmənin icraatında mübahisələndirildiyindən hazırki iş üzrə ona hüquqi qiymət verilməsi mümkün deyildir.

50. Buna görə də kollegiya hazırki işdə qaldırılmış tələb üzrə «Hyundai” minik markalı **-N U-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Mişiyev Elşən Adil oğlunun adına olan qeydiyyat şəhadətnaməsinin verilməsinin qanuni əsaslarına hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli daşınmaz əmlaklarla bağlı 3 dəfə keçirilmiş hərracların qanunsuzluğuna dair kollegiyanın yuxarıda istinad etdiyi hallar baxımından sözügedən avtomobilin 33.000 manat əvəzində icra sənədi üzrə tələbkar Mişiyev Elşən Adil oğlunun etibarnamə üzrə nümayəndəsi Vəkil2 aktla təhvil verilməklə Mişiyev Elşən Adil oğlunun adına ** MO *** (yeni nömrə) dövlət qeydiyyat nişanlı “Hyundai İX-55” minik markalı avtomobilinə dair AD seriyalı 822432 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi də ləğv edilməlidir.

51. Məhkəmə kollegiyası Maraqlı şəxs apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq qey d etmişdir ki, kassasiya instansiyası məhkəməsinin göstərişinə əsasən kəsici müddətin tətbiq edilməsi istiqamətində həmin şəxsin hüquqlarının pozulması anının müəyyən edilməsi üçün araşdırma aparmış və qeyd etmişdir ki, daşınmaz əmlaklar Maraqlı şəxs adına qeydiyyatda olmadığı halda, eyni zamanda ondan həmin əmlaklara dair razılaşmanın bağlanmasına razılıq alınmadığı halda, yoldaşı ilə uzun illərdir ayrı yaşadığı halda, onun hüquqlarının pozulduğundan xəbəri ola bilməzdi. Hərraca çıxarılan əmlaklar nikah müddətində əldə edildiyindən və hər bir əmlakda payı olduğundan o, mütləq şəkildə hərracların keçirilməsindən xəbərdar olmalı idi. Qanunsuz keçirilən hərracların nəticəsində onun mülkiyyətinə qəsd edilmiş, umumi əmlakdakı payından qanunsuz olaraq məhrum edilmişdir.

52. Apellyasiya instansi yası məhkəməsi Maraqlı şəxs hüquqlarının pozulmasını bildiyi anla bağlı izahatında göstərilənləri inandırıcı saymaqla, hüquqlarının pozulma anını onun əri İddiaçı tərəfindən sonuncunun qardaşı ilə mübahisələndirilən əmlaklarla bağlı bağlamış olduğu razılaşma müqaviləsini mübahisələndirdiyi vaxt olması qənaətinə gələrək, qeyd etmişdir ki, qarşı tərəf isə bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında icra hərəkətləri və hərracın keçirilməsi barədə Maraqlı şəxs hər hansı formada məlumat verilməsini təsdiq edən sübutlar da mövcud deyildir.

53. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Maraqlı şəxs İddiaçı onun razılığı olmadan birgə nikah dövründə əldə olunmuş ümumi əmlaklara dair Mişiyev Elşən Adil oğlu ilə 17 dekabr 2011-ci il tarixli razıla şma müqaviləsinin predmeti olan əmlaklar birgə nikah dövründə əldə olunduğuna görə onun razılığı alınmadan həmin müqaviləni mübahisələndirmək hüququna malik olmasını göstərsə də, yuxarıda qeyd edildiyi kimi bu tələblərlə bağlı məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

54. Maraqlı şəxs Mişiyev Elşən Adil oğlu kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Mişiyev Elşən Adil oğlunun adına rəsmiləşdirildikdən sonra X3 adına rəsmiləşdirilməsini və sonuncu alğı-satqının iddiaç ı tərəfindən digər məhkəmənin icraatında mübahisələndirilməsini nəzərə alaraq sonuncunun hazırki iş üzrə 3-cü şəxs qismində cəlb etməsini zəruri saymamışdır. Halbuki məhkəmə öz qərarında "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli İddiaçı məxsus “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil 33.000 manat məbləğində qiymətləndirilməsi barədə hesabat etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmə alğı-satqı nəticəsində avtomobili əldə edən şəxsin vicdanlı alıcı olduğunu və onun hüquqlarının və maraqlarının qorunmasının zəruriliyini nəzərə alaraq onu hazırki iş üzrə üçüncü şəxs qismində prosesə cəlb etməli idi. Lakin məhkəmə qeyd olunanları nəzərə almayaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş normaları kobud surətdə pozmuşdur. Apellyasiy a instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. İddiaçı tərəfindən ona çatacaq olan paylı mülkiyyətin mənimsənilməsi Aida Mişiyevanın həmin şəxslə nikahda olduğu vaxt baş vermiş, belə olan halda, onlar hər ikisi əsassız varlanmışdır, iki qardaş arasında olan mübahisədən bütün qohumlar kimi oun da məlumatı olmuşdur. Qiymətləndirmə hesabatları və hərracın mübahisələndirilməsi üçün müddətlər ötürülmüşdür.

56. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

57. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərraca çıxarılan əmlaklar nikah müddətində birgə vəsait hesabına əldə edilmişdir. ər-arvad hər iki eyni ün qeydiyyatdadırlar və yaşamaqdadırlar. Hərrac barədə bildirişlər də həmin ünvana göndərilmişdir. Aidə İddiaçı təkidi ilə iddia qaldırmışdır. Məhkəmə bildirişlərin Maraqlı şəxs ünvanına göndərilməsinə münasibət bildirməmiş kəsici müddəti tətbiq etməmişdir. Apellyasiya məhkəməsində cavabdeh ekspertin müəyyən etdiyi qiymətləri qəbul etdiyini əmlakların dəyərinin həmin qiymətlərlə hesablanmasını qəbul etsə də, məhkəmə ümumiyyətlə cavabdehin təklifinə qiymət verməmiş, tərəflərə barışıq təklif etməmişdir. Suni əsaslarla qətnamə qəbul etmişdir. Qiymət versəydi Qiymət ləndirmə rəyini etibarsız hesab etməzdi. Məhkəmə əsassız olaraq sübutlara deyil, ifadələrə istinad edərək hesab edir ki, kollegiyası iddianın əsası əmlakların ucuz qiymətləndirlməsi və icra icraatının dayandırılmaması təşkil etmiş, lakin iddiaçı icra məmuruun hərəkətlərindən qanunla müəyyən edilmiş şəkildə şikayət etməmişdir. Həmçinin məhkəmənin bu mövqeyi Ali Məhkəmənin 2(102)-5623/2022 saylı xx.xx.2022-ci il tarixli başqa bir mülki iş üzrə oxşar məsələyə verdiyi hüquqi qiymətə zidd münasibət formalaşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b)

58. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

59. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

60. Maddə 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.

61. Maddə 224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

62. Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənl əşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

63. Maddə 416.Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

64. Maddə 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

73. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

75. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi v ə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmiş, iş üzrə Mülki Prossesual Məcəlləsini 420-ci maddəsinin göstərişlərinə əməl edilmişdir.

77. Apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmuşdur.

78. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 02/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli Qərardadı ilə müəyyən edilmişdir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəl dilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərr acın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir.

79. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından isə görünür ki, hazırki iş üzrə ipoteka predmeti olmayan iddiaçıya məxsus əmlakların hərracda satılması zamanı onların ilkin satış dəyərinin sonrakı hərraclarda müvafiq olaraq 10, 20, 30% azaldılması yuxarıda qeyd edilən qərardadla müəyyən edilən hüquqi mövqelərə zidd olmuşdur.Həmçinin həmin əmlaklar ər-arvadın birgə mülkiyyəti old uğundan onlara tutma yönəldilməsi zamanı mülki qanunvericiliyin tələblərinə riayət edilməmiş, birgə mülkiyyətçi Maraqlı şəxs hüquqları pozulmuşdur.

80. Kassatorlar kassasiya şikayətlərində icra vərəqəsi üzrə tutulan vəsaitdən borclu ilə birlikdə onun arvadı Maraqlı şəxs da faydalandığı və bu borcun ər-arvadın birgə borcu olması, Maraqlı şəxs başqa bir əmlak üzərində sərəncam verməsi üçün iddiaçıya etibarnamə verməsi, həmçinin Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-5623/22 saylı mülki iş üzrə oxşar məsələ ilə bağlı fərqli hüquqi mövqeyinin olması barədə dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, işin faktiki hallarının müəyyən edən məhkəmələr tərəfindən İddiaçı tutulan borcun ər-arvadın ümumi öhdəliyi olması müəyyən edilməmiş, bu barədə məsələ məhkəmə araşdırmasının pr edmeti olmamış, tərəflərdən heç biri bu məsələni mübahisələndirməmişdir. Belə olan halda, kassasiya şikayətlərində bu fakta istinad edilməsi əsassızdır.

81. Həmçinin Maraqlı şəxs hər hansı digər konkret əmlak barəsində İddiaçı etibarnamə verməsi, onun digər bütün əmlaklara dair sərəncam hüququnu həvalə etməsi demək deyildir. Konkret bu əmlaklara tutma yönəldilməsinə A.İşiyevanın razılığı iş üzrə müəyyən edilməmişdir.

82. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-5623/22 saylı mülki iş üzrə oxşar məsələ ilə bağlı fərqli hüquqi mövqeyinin olması ilə bağlı kassasiya şikayətinin dəlili üzrə araşdırma apararaq məhkəmə kollegiyası müəyyən etdi ki, həmin mülki işin faktiki halları bu mülki işdən fərqlidir. Həmin iş üzrə məhkəmələr tərəfindən əmlaka yönələn borcun ər-arvadın ümumi öhdəliyi olması (qərardan sitat: “İddiaçının mübahisələndirdiyi əmlaklar birgə nikah dövründə əldə edilmiş ümumi əmlaklar olsa da, iddiaçının əri olan cavabdeh həmin əmlaklardan bir hissəsini məhz birgə nikah dövründə hazırki iş üzrə digər cavabdehdən aldığı borc pulun hesabına əldə edildiyindən, həmin borc ümumi borc hesab olunmuşdur. Bu səbəbdən də qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə əlaqədar iddiaçının mübahisələndirdiyi əmlaklar üzərinə həbs qoyulub hərraca çıxarılması və hərracda satılması qanuni olmuşdur.”) müəyyən edilmiş, buna görə də həmin borcun ümumi əmlaka yönəldilməsi qanuni hesab edilmişdir.

83. Kassasiya şikayətlərinin Maraqlı şəxs tərəfindən hərracın mübahisələndirilməsi üçün kəsici müddəti ötürməsi barədə dəllilləri ilə məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin borc unun həyat yoldaşı olması və mübahisələrdən məlumatlı olması onun məhkəmə mübahisəsi üzrə tutulmuş borcun onların ümumi əmlakın yönəldilməsindən və hərracdan məlumatı olmasını deməyə əsas vermir. Çünki onların rəsmi nikahda olsalarda və eyni ünvanda qeydiyyatda olsalar da faktiki birgə yaşamadıqları, iddiaçının başqa ailəsi olması işin mübahisələndirilməyən halıdır.

84. Kassasiya şikayətlərinin əmlaklara qoyulan qiymətlə bağlı dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, hərrac keçirildikdən sonra qiymətin mübahisələndirilməsi məhkəmə qaydasında həyata keçirildiyindən, həmçinin qiymətləndirmə rəyləri əsaslandırılmadığından bu hissədə iddianın təmin edilməsi düzgün olmuşdur.

85. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

86. Həmçinin qətnamə qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin 420ci maddəsinin tələblərinə əməl edilərək, kassasiya məhkəməsinin göstərişləri icra edilmişdir.

87. Məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

88. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC və maraqlı şəxs Mişiyev Elşən Adil oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 2(103)5767/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar