Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1510/2024 02.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi, üçüncü şəxs Gəncə şəhəri 4 saylı notariat kontoruna qarşı ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(125)-165/2023 nömrəli qərardadından cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi, üçüncü şəxs Gəncə şəhəri 4 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-165/2023 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə, 3-cü şəxs 4 saylı Notariat Kontoruna qarşı Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-165/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti hazırlanmış, lakin 23 yanvar 2024-cü il tarixdən “Elektron məhkəmə” informasiya sistemində vəkillər üçün olan şəxsi kabinetdən həmin şikayəti göndərmək mümkün olmamışdır. Belə ki, yuxarıda qeyd edilən tarixdən şəxsi kabinetə Asan imzanın Pin-1 ilə girmək mümkün olsa da, sistemdən hər hansı bir sənədi göndərmək üçün tələb olunan ASAN imzanın PİN -2 təsdiqləmə kodu sms telefona gəlməmiş, sistemdə texniki xəta baş verdiyi göstərilmişdir. Bununla əlaqədar olaraq ASAN imzanın qaynar xətti olan 1847 nömrəsinə və BAKCELL mobil operatorunun qaynar xətti olan 555 xidmətinə dəfələrlə zəng edilərək baş verən nasazlığın aradan qaldırılması üçün muraciət edilmişdir. Hazırda “Elektron məhkəmə” informasiya sisteminin şəxsi kabinetində olan nasazlıq tam olmasa da, qismən aradan qaldırılmışdır. Sistemdə və Asan imzada baş verən texniki xəta səbəbindən qətnamədən apellyasiya şikayəti üçün sonuncu nəzərdə tutulan müddət onlardan asılı olmayan səbəbdən üzrlü olaraq ötürülmüşdür. Gəncə Şəhər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(125)-165/2023 nömrəli qərardadı ilə (hakim Mustafa Mustafayev) ərizə təmin edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə, 3-cü şəxs 4 saylı Notariat Kontoruna qarşı «ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi» tələbi üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-165/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət verilmə müddətinin İddiaçı münasibətdə bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı qətnaməni 12 yanvar 2024-cü il tarixdə xəbərnaməyə imza etməklə almışdır, 12 fevral 2024-cü il tarixdə asan imza ilə bağlı şəbəkəyə mobil nömrədən müraciət olunmuşdur. Yanvar ayı 31 gündən ibarət olduğundan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 31 gün hesab olunur. Digər tərəfdən elektron məhkəmə sistemində nasazlıq yarandığı təqdirdə həmin şikayəti poçt vasitəsi ilə göndərmək mümkün idi, lakin şikayətçi bunu da etməmişdir. Gəncə Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 2(125)-165/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-165/2023 nömrəli qətnaməsinin surəti poçt vasitəsilə İddiaçı ünvanına göndərilmiş və 12 yanvar 2024-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilərək qətnamənin surəti rəsmi qaydada qəbul edilmişdir. İddiaçı adından sonuncunun nümayəndəsi (vəkil) 12 fevral 2024-cü il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmədən qətnamədən apellyasiya şikayəti versə də, lakin “Elektron məhkəmə” informasiya sistemində yaranmış texniki nasazlıq səbəbindən apellyasiya şikayətinin sistemə yerləşdirilməsi baş tutmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sistemdən çıxarış sənədləri ilə müəyyən olunur ki, 12 fevral 2024-cü il tarixdə asan imza ilə bağlı iddiaçının nümayəndəsinin (vəkil) istifadəsində olan ***-***-**-** mobil nömrədən şəbəkəyə müraciət olunmuşdur. Bundan qısa zaman sonra, yəni 16 fevral 2024-cü il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-165/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni təmin etməkdə düzgün nəticəyə gəlmişdir. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İşin hallarını, yəni cavabdeh tərəfin qətnamənin surətini aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərizində apellyasiya şikayəti verdiyini, lakin “Elektron məhkəmə” informasiya sistemində yaranmış texniki nasazlıq səbəbindən apellyasiya şikayətinin sistemə yerləşdirilməsinin mümkün olmamasını, bundan dörd gün sonra (xx.xx.2024) apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsini nəzərə alaraq kollegiya hesab edir ki, haqlı olaraq birinci instansiya məhkəməsi ərizəni təmin etmişdir. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən və MPM-nin 133, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(125)-165/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1510/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1510/2024
02.07.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver