Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-268/2023 27.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, X5 və Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi, eyni zamanda Cavabdeh2, İlk iddia üzrə Cavabdeh4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, X5 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin ayrı-ayrı bəndlərinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-116/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4356 saylı baş kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə illik 6 faiz dərəcəsi olmaqla 48 ay güzəşt müddəti ilə cəmi 84 ay müddətinə 1.200.000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, RB/AB/İP 266 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh1 MMC ona məxsus Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsini İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 340.000 manat məbləğində qiymətləndirilmişdir.
3. İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, RB/AB/İP 267 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 saylı evin, 3 otaqlı 121 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 106.000 manat məbləğində qiymətləndirilmişdir.
4. İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, RB/AB/İP 269 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh3 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 saylı evin, 2 otaqlı 122 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 97.000 manat məbləğində qiymətləndirilmişdir.
5. İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh5 Zayni qızı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, RB/AB/İP 276 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh5 Zayni qızı tam mülkiyyət hüququ ilə ona məxsus olan Ağcabədi şəhəri, H.Əliyev küçəsində yerləşən 122 saylı, 3 mərtəbəli binanın ikinci girişində, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 72 kv.m. sahədən ibarət, 3 otaqlı 8 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 48.000 manat məbləğində qiymətləndirilmişdir.
6. İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, RB/AB/İP 293 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Daşkəsən rayonunun Zağalı kəndində 0,0607 ha torpaq sahəsində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 80.000 manat məbləğində qiymətləndirilmişdir.
7. İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, RB/AB/İP 366 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh4 tam mülkiyyət hüququ ilə ona məxsus olan Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti, təzə məhəllə ünvanında istifadəsində olan 0,24 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 377,8 kv.m. yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 170.000 manat məbləğində qiymətləndirilmişdir.
8. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 0021/19/RB saylı və xx.xx.2019-cu il tarixli, 0458/19/RB saylı “Torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabat”larına əsasən Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin real bazar dəyəri 320.000 manat təşkil edir.
9. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 0022/19/RB saylı “Torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabat”ına əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 saylı evin, 3 otaqlı, 121 saylı mənzilinin real bazar dəyəri 110.000 manat təşkil edir.
10. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 0023/19/RB saylı “Torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabat”ına əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 saylı evin, 2 otaqlı 122 saylı mənzilinin real bazar dəyəri 90.000 manat təşkil edir.
11. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 0024/19/RB saylı və xx.xx.2019-cu il tarixli, 0484/19/RB saylı “Torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabat”ına əsasən Daşkəsən rayonun Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,0607 ha torpaq sahəsinin orta bazar dəyəri müvafiq olaraq 80.000 manat və 100.000 manat təşkil edir.
12. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 0025/19/RB saylı “Torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabat”ına əsasən Ağcabədi şəhəri, H.Əliyev küçəsində yerləşən 122 saylı evin, 3 otaqlı 8 saylı mənzilin orta bazar dəyəri 40.000 manat təşkil edir.
13. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 0026/19/RB saylı və xx.xx.2019-cu il tarixli, 0459/19/RB saylı “Torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabat”larına əsasən Ağcabədi şəhəri, Ü.Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,24 ha torpaq sahəsinin real bazar dəyəri 140.000 manat təşkil edir. 14."xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli məktubuna əsasən: - Ağcabədi şəhəri, Zərdan yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6.0 ha torpaq sahəsinin likvid dəyəri 290.000 manat; - Bakı şəhəri, Nərimanov rayonu, X12 prospekti, 41 saylı evin, 121 saylı mənzilin likvid dəyəri 110.000 manat; - Bakı şəhəri, Nərimanov rayonu, X12 prospekti, 41 saylı evin, 122 saylı mənzilin likvid dəyəri 83.000 manat; - Daşkəsən rayonu, Zağalı kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 90.000 manat; - Ağcabədi şəhəri, H.Əliyev küçəsi 122 saylı evin, 8 saylı mənzilin likvid dəyəri 36.000 manat; - Ağcabədi şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 126.000 manat təşkil edir.
15. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Daşkəsən rayonu, Zağalı kəndi ərazisində, ümumi sahəsi 169,1 kv.m. olan 0,0607 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixinə bazar dəyəru 200.000 manat təşkil edir.
16. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixinə bazar dəyəri 690.000 manat təşkil edir.
17. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 saylı evin, 5 otaqlı 121 saylı və 122 saylı mənzillərinxx.xx.2021-ci il tarixə bazar dəyəri 305 000 manat təşkil edir.
18. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Ağcabədi şəhəri, Ü.Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixinə bazar dəyəri 170 000 manat təşkil edir.
19. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, MB 15/1646 saylı qiymətləndirmə hesabatına əsasən: - Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin likvid dəyəri 1.350.000 manat; - Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 saylı evin, 3 otaqlı, 121 saylı mənzilin likvid dəyəri 160.000 manat; - Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 saylı evin, 2 otaqlı, 122 saylı mənzilin likvid dəyəri 120.000 manat; - Ağcabədi şəhəri, H.Əliyev küçəsi, 122 saylı evin, 8 saylı mənzilin likvid dəyəri 43.000 manat təşkil edir; - Daşkəsən rayonunun Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi 135.000 manat; - Ağcabədi şəhəri, Ü.Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 235.000 manat təşkil edir.
20. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3893-9/4110 saylı ekspert rəyinə əsasən Daşkəsən rayonun Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 145.000 manat, likvid dəyəri təqribən 123.000 manatdır, Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1.180.000 manat, likvid dəyəri təqribən 1.000.000 manatdır.
Birinci instansiya məhkəməsindəki icraat
21. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən İddiaçı ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 983570,81 manat əsas borc, faiz borcuna görə 41.317,25 manat, dəbbə borcuna görə 240.000 manat olmaqla, cəmi 1264888,06 manat məbləğində vəsaitin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarələrində bildirişlərin qeydə alınması üçün ödənilmiş 192 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumuun tutulması, tələblərin ipoteka ilə yüklü edilmiş: tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, X12 prospektində yerləşən, 41 saylı evin 3 otaqlı 121 saylı mənzilinə; tam mülkiyyət hüququ ilə cavabdeh X5 məxsus Bakı şəhəri, X12 prospektində yerləşən, 41 saylı evin 2 otaqlı 122 saylı mənzilinə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Daşkəsən rayonu, Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,0607 ha torpaq sahəsinə; tam mülkiyyət hüququ ilə Cavabdeh5 Zayni qızına məxsus Ağcabədi şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 122 saylı evin, 3 otaqlı 8 saylı mənzilinə; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,24 ha torpaq sahəsinə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus “Mercedes BENZ E220 CDİ” minik markalı, 2000-ci il buraxılışlı, WBD2102061B101009ban nömrəli, gümüşü metal rəngli, ** FE *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus “Hunday Sonata” minik markalı, 2010cu il buraxılışlı, KMHEC41CBBA135340 ban nömrəli, qara rəngli, ** AA *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus “X10-yük” markalı, 2001-ci il buraxılışlı, WBD9046121R286735-ban nömrəli, ağ rəngli, 99 E 224 dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus “Mercedes Benz 815yük” markalı, 1999-cu il buraxılışlı, WBD9700151K430606- ban nömrəli, ağ rəngli, ** VA *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus “Mercedes Benz-yük” markalı, 1998-ci il buraxılışlı, WBD9700551K352381-ban nömrəli, tünd-yaşıl rəngli, ** BO *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus “Ford Transit-yük” markalı, 2007-ci il buraxılışlı, WFOFXXTTFF7L75803-ban nömrəli, ağ rəngli, ** FD *** dövlət nömrə nişanlı avtomaşına yönəldilməsi, ipoteka predmetləri olan daşınmaz əmlakların ilkin satış qiymətlərinin məhkəmədə müəyyən edilməsi, bütün ipoteka predmetlərinin açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 MMC-nin 06 iyun 2013cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə cəmi 1264888,06 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 222 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklara tutma yönəldildikdə və onlar satıldıqdan ən geci 1 ay sonra boşaldılması, mülkiyyətçilər və onların ailə üzvlərinin ipoteka predmetlərindən çıxarılması və onların istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli, 4356 saylı baş kredit müqaviləsinin şərtlərinə görə cavabdeh MMC kredit üzrə hesablanmış dəbbə pulunu faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbədar edilmələrinə baxmayaraq Cavabdeh1 MMC öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2018-ci il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2013-cü il tarixli, 4356 saylı baş kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 983570,81 manat, faiz borcuna görə 41317,25 manat, dəbbə borcuna görə 240000 manat, borcun cəmi məbləği 1264888,06 manat təşkil edir.
23. İddiaçı Cavabdeh1 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “06 aprel 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsinin 1.12; 1.14; 1.14.3; 1.17; 1.18; 1.19; 1.20; 2.2; 2.12; 2.24; 2.26; 2.27; 3.1.13; 3.1.11; 3.2.2; 3.6; 3.8; 3.9; 3.11; 3.12; 4.3; 4.6; 4.11; 4.25; 5.2; 5.3; 5.5; 5.11-ci bəndləri etibarsız hesab edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC ilk iddia ərizəsinə qarşı etiraz təqdim edərək, ilk iddianın təmin edilməməsini xahiş etmişdir.
25. İddiaçı iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixinə RB/AB4356 saylı, xx.xx.2013-cü il tarixli baş kredit müqaviləsi üzrə əsas borcun 983.570,81 manat, faiz borcunun 194.115,02 manat, dəbbə borcunun 240.000 manat, borcun cəmi məbləğinin 1 417 685,83 manat təşkil etdiyini bildirmiş, iddia tələbinin artırılmasına dair ərizənin qəbul edilərək iddia tələbinin artırılan və digər hissələrdə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-116/2020 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən İddiaçı ASC-nin xeyrinə 06 iyun 2013-cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 983.570,81 manat əsas borc, faiz borcuna görə 194.115,02 manat, dəbbə borcuna görə 12.000 manat olmaqla, cəmi 1.189.685,83 manat məbləğində vəsaitin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarələrində bildirişlərin qeydə alınması üçün ödənilmiş 192 manat rüsum və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 222 manat məbləğində pul vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş: Cavabdeh1 MMC-yə məxsus olan ilkin satış qiyməti 290.000 manat təşkil edən Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinə; Cavabdeh2 məxsus ilkin satış qiyməti 110.000 manat təşkil edən Bakı şəhəri, X12 prospektində yerləşən, 41 saylı evin, 3 otaqlı 121 saylı mənzilinə; X5 məxsus ilkin satış qiyməti 83.000 manat təşkil edən Bakı şəhəri, X12 prospektində yerləşən, 41 saylı evin, 2 otaqlı 122 saylı mənzilinə; Cavabdeh2 məxsus ilkin satış qiyməti 90.000 manat təşkil edən Daşkəsən rayonu, Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,0607 ha torpaq sahəsinə; Cavabdeh5 məxsus ilkin satış qiyməti 36.000 manat təşkil edən Ağcabədi şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 122 saylı evin, 3 otaqlı 8 saylı mənzilinə; Cavabdeh4 məxsus ilkin satış qiyməti 126.000 manat təşkil edən Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,24 ha torpaq sahəsinə; Cavabdeh2 məxsus Mercedes BENZ E220 CDİ-minik markalı, 2000-ci il buraxılışlı, WBD2102061B101009- ban nömrəli, gümüşü metal rəngli, ** FE *** dövlət nömrə nişanlı avtomaşına; Cavabdeh1 MMC-yə məxsus HUNDAY SONATA-minik markalı, 2010-cu il buraxılışlı, KMHEC41CBBA135340-ban nömrəli, qara rəngli, ** AA *** dövlət nömrə nişanlı avtomaşına; Cavabdeh4 məxsus X10yük markalı, 2001-ci il buraxılışlı WBD9046121R286735-ban nömrəli, ağ rəngli, 99 E 224 dövlət nömrə nişanlı avtomaşına; Cavabdeh4 məxsus Mercedes BENZ 815-yük markalı, 1999-cu il buraxılışlı, WBD9700151K430606- ban nömrəli, ağ rəngli, ** VA *** dövlət nömrə nişanlı avtomaşına; Cavabdeh2 məxsus Mercedes BENZ-yük markalı, 1998-ci il buraxılışlı, WBD9700551K352381-ban nömrəli, tünd-yaşıl rəngli, ** BO *** dövlət nömrə nişanlı avtomaşına; Cavabdeh2 məxsus FORD TRANSİT-yük markalı, 2007-ci il buraxılışlı, WFOFXXTTFF7L75803-ban nömrəli, ağ rəngli, ** FD *** dövlət nömrə nişanlı avtomaşına yönəldilməsi, ipoteka predmetləri olan daşınmaz və daşınar əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 MMC-nin 06 iyun 2013-cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə cəmi 1.189.685,83 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 222 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, iş üzrə qiymətləndirmə ekspertiza xərcləri olan İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ödənilən 1800 manat və 350 manat məbləğində vəsaitin Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə keçirilən məhkəmə mühasibatlıq ekspertizası xərci olan 145 manat məbləğində vəsaitin Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklara tutma yönəldildikdə və onlar satıldıqdan ən geci 1 ay sonra cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzillərdən çıxarılmaları və həmin mənzillərin boşaldılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. (hakim X6)
27. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC cavabdehin qarşısında müqavilədə nəzərdə tutulmuş öhdəliklərini tam icra etməmişdir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 240 000 manat məbləğində cərimə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğundan həmin cərimənin məbləği azaldılmalıdır. Cavabdeh1 MMC-nin qarşılıqlı iddiasına gəldikdə isə məhkəmə hesab etmişdir ki, Cavabdeh1 MMC müqaviləni imzalayarkən, müqavilənin şərtləri ilə tanış olmuş və razılaşmışdır. Hər bir halda Cavabdeh1 MMC müqavilənin sonunda imza etdikdə anket məlumatlarının qarşısında “borclu” yazıldığını görməyə bilməzdi.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 337, 443.1, 445.2, 445.2, 448, 467, 739.1 və “İpoteka haqqında” Qanunun 33, 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
29. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qarşılıqlı iddia ilə bağlı tələbin əsaslarına ümumiyyətlə toxunmamış, yalnız qətnamədə qeyd edilmişdir ki, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 MMC müqaviləni imzalayarkən, müqavilənin şərtləri ilə tanış olmuş və razılaşmışdır, odur ki, iddiaçının Cavabdeh1 MMC-ni iş üzrə cavabdeh qoyması və ona qarşı tələb yönəltməsi tam əsaslıdır. Odur ki, "Cahidoğlu” MMC-nin qarşılıqlı iddiası rədd edilməlidir. Halbuki, müqavilənin etibarsız sayılmasına əsas olan hallar məhkəmə tərəfindən araşdırılmamış və düzgün hüquqi nəticəyə varılmamışdır. Qarşılıqlı iddia ərizəsində, eləcə də ilk iddia tələbinə qarşı təqdim etdikləri etirazda da qeyd edilib ki, məhkəmə qərarının olmasına baxmayaraq ordudan əlavə faiz və cərimələrin tutulması, Bank nümayəndələrinin əmlaklara baxış və təftiş xərcinin müştəridən tutulması, borclunun məhkəməyə müraciət etmə imkanının məhdudlaşdlaşdırılmasını nəzərdə tutan şərtin daxil edilməsi, kreditin hansı valyutada verilməsindən asılı olmayaraq, Bankın mülahizəsinə əsasən, kreditin və ona hesablanmış faizin ABŞ dolları ilə hesablana bilmə imkanının nəzərdə tutulması, müştərinin bank hesablarına istənilən müdaxiləni nəzərdə şərtin olması, müştərinin banka verdiyi bu hüquqlara qarşı pretenziya irəli sürə bilməməsi, iddia qaldıra bilməməsi, mübahisələndirə bilməməsi şərtlərinin, mümkün ola biləcək hər hansı ödəniş gecikməsi əsnasında müəssisənin idarəetməsinin sahibkarın icazəsi və etirazı olmadan sahibkardan alınıb bankın sərəncamına verilməsi və xeyli sayda müqavilə tərəfınin vəziyyətini ağırlaşdıran müddəaların müqavilədə nəzərdə tutulması əsassızdır. Hər bir haİda müqavilə imzalanmış olsa da, müqavilənin şərtləri qanunvericiliyə zidd olmamalıdır. Bu səbəbdən - baş kredit müqaviləsinin mübahisələndirilən bəndləri hərtərəfli araşdırılmalı və qanunvericiliyin normalarına əsasən təhlil edilməli idi. Qarşılıqlı iddia tələbində qeyd edilən halların hər biri qanunvericiliyin normalarına uyğun əsaslandırılmış, eləcə də ilkin iddia qarşı verilən etirazın əsası tam şəkildə qanunvericiliklə əlaqələndirilmişdir. Lakin, məhkəmə tərəfindən bunların heç biri həyata keçirilməmiş, ədalətli məhkəmə araşdırması aparılmamışdır. Məhkəmənin yol verdiyi pozuntulardan biri də borcun hesablanmasıdır. Bank ilkin olaraq məhkəməyə müraciət edərkən 13 iyun 2018- ci il tarixə 41317,25 manat faiz borcu tələb etməsinə baxmayaraq, Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixdə təyin edilmiş məhkəmə- mühasibatlıq ekspertizasının rəyinə əsasən borc 40.744 manat müəyyən edilmişdir və göründüyü kimi məbləğlər arasında fərq yaranmışdır. Buna baxmayaraq, məhkəmə iddiaçı tərəfindən iddia tələbinin artırılması barədə təqdim edilən ərizədə qeyd edilən borc məbləğini araşdırmadan ərizədə qeyd edilən borcun tutulmasını qət etmişdir. Halbuki, Bank tərəfindən müqavilə müddətinin sonuna hesablanaraq təqdim edilməli olan borc məbləği müqavilə müddətinin bitməsindən sonrakı tarixə hesablanmışdır. Belə olan halda məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin olunaraq müqavilə müddətinin sonuna olan borc hesablanaraq müəyyən edilməli idi. Hər bir halda borc məbləği ilə qəti razı olmadıqlarını bildirmişdir. Bundan əlavə, məhkəmə əsassız olaraq xx.xx.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə əlaqədar 145 (bir yüz qırx beş) manat pulun ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-dən tutulması qənaətinə gəlmişdir. Qeyd edilən eksertiza rəyin qətnamə qət edilən zaman nəzərə alınmamış, məhkəmə Bankın ərizəsinə əsasən borc məbləğini təmin etmişdir. Bu səbəbdən də, nəzərə alınmayan məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə əlaqədar 145 (bir yüz qırx beş) manat vəsaitin Cavabdeh1 MMC-dən tutulması əsassızdır. Digər tərəfdən məhkəmə tərəfindən 12000 manat cərimənin tutulmasını əsaslı hesab etmirlər. Məlum olduğu kimi, İddiaçı ASC-nin vasitəçiliyi və İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə müəssisəyə 1.200.000 manat kredit vəsaiti ayrılmışdır. Sahibkarlıq subyektinə dövlət dəstəyinin hər kəsə aydın olduğu vəziyyətdə məhkəmənin bu qədər cərimə məbləğini təmin etməsi hazırki vəziyyətdə müəssisənin yükünün artırılmasından başqa bir şey deyildir. Həmçinin, məhkəmənin yol verdiyi kobud pozuntulardan biri də yönəltmə aparılması qət edilən əmlakların ilkin satış qiyməti ilə bağlıdır. "xxxx" MMC-nin 05 oktyabr 2020-ci il tarixli Ç243 saylı arayışından görünür ki, Ağcabədi şəhəri, Zərdan yolunun sol tərəfində, S.Vurğun küçəsinin fonunda yerləşən 6.0 ha torpaq sahəsinin likvid dəyəri 290000 manat; Bakı şəhəri, X12 prospekti, ev 41, 121 saylı mənzilin likvid dəyəri 110000 manat; Bakı şəhəri, X12 prospekti, ev 41, 122 saylı mənzilin likvid dəyəri 83000 manat; Daşkəsən rayonu, Zağalı kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 90000 manat; Ağcabədi şəhəri, H.Əliyev küçəsi ev 22, 08 saylı mənzilin likvid dəyəri 36000 manat; Ağcabədi şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 126000 manat məbləğində qiymətləndirilmişdir. Rəyə diqqət edərkən müəyyən olunur ki, qiymətləndirici tərəfindən bəzi əmlaklara ümumiyyətlə baxış keçirilməmiş, bəzi əmlaklarda edilən əlavə tikinti işləri qiymətləndirmə zamanı nəzərə alınmamışdır, reallığı əks etdirməyən əmlakın ilkin satış qiyməti müəyyən edilməmişdir. Qiymətləndirmə ilə bağlı qeyd edirlər ki, qiymətləndirmə ilə bağlı mütəxəssis rəyinin verilməsi zamanı nəzərə alsaq ki təkrar qiymətləndirmə eyni şirkət tərəfindən həyata keçirilmişdir və hətta bəzi qiymətləndirmələr daha aşağı olmuşdur. Bu halı dəfələrlə məhkəmənin nəzərinə çatdırılsa da nəzərə alınmamışdır. Məhkəmənin yol verdyi digər bir pozuntu rəhmətə getmiş şəxsin adına davamlı xəbərdarlıqların və məhkəmə göndərişlərinin göndərilməsi və işin sonuna qədər cavabdeh şəxs olaraq saxlanılması idi. Halbuki, Cavabdeh5 Zayni qızının artıq rəhmətə getməsi və bunu təsdiq edən ölüm kağızı təqdim edilmişdir. Bu halı qeyd etməkdə məqsədləri ondan ibarətdir ki, məhkəmə onların təqdim etdiyi sənədlərə ümumiyyətlə əhəmiyyət verməmişdir. Və bu halda da MPM-ini tələbləri kobud şəkildə pozulmuşdur. Tərəflərindən yeni qiymətləndirmə və təkrar olaraq məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi xahiş edilsə də, məhkəmə bunu nəzərə almamışdır. Məhkəmənin təyin edilmiş son 2 iclası ölkədə baş verən müharibə dövrünə düşdüyündən tərəflərindən telegram vurulmuş və məhkəmədən xahiş edilmişdir ki, Azərbaycan ordusunun döyüş bölgəsinə ən yaxın çörək zavodunda çalışdıqlarından gecə gündüz bir amalları var imiş ki, çörək təminatını çatdırsınlar və bu halı telegramlarında da da qeyd etməklərinə baxmayaraq məhkəmə müvafiq iclasları təxirə salmamışdır. Onların prosessual hüquqlarının hakim tərəfindən kobud şəkildə pozulduğunu bildirmişlər.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
31. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 2117/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-116/2020 nömrəli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilmiş, faiz borcu 194.115,02 manat əvəzinə 159.407,30 (bir yüz əlli doqquz min dörd yüz yeddi manat, otuz qəpik) manat müəyyən edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışınski və R.Eyvazov).
32. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin faiz borcu hissəsinə razılaşmayaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəməmühasibatlıq ekspertizası ilə bağlı xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 05 iyul 2021-ci il tarixli 9/1820 saylı ekspertiza rəyinə əsasən faiz borcu 159.407,30 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə də razılaşmışdır.
33. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu, 385-ci, 442-ci, 443-cü, 449-cu, 465-ci, 467-ci, 470-ci, 472-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
34. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1949/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-2117/2021 saylı qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətinin (likvid qiymətin) müəyyən olunmasına aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
36. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı apellyasiya instansiyası məhkəməsi cavabdehin etiraz dəlillərini araşdırmamışdır. Belə ki, cavabdeh "xxxx" MMCnin ilk rəyləri ilə müəyyən olunmuş qiymətlərlə razılaşmayaraq, xx.xx.2019-cu il tarixdə təkrar ekspertiza təyin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2019cu il tarixli qərardadla təkrar ekspertiza təyin etmiş, lakin cəmi üç əmlakın qiymətləndirilməsini zəruri hesab etmiş və qiymətləndirmə aparılmasını yenə də "xxxx" MMC-yə həvalə etmişdir. Cavabdeh həmin rəylərlə də razı olmadığnı bildirərək, yazılı vəsatətlə çıxış etməklə təkrar ekspertiza təyin olunmasını xahiş etmiş, lakin onun vəsatəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsi qiymətləndirmə aparılması barədə qərardadlarında əmlakların likvid qiymətinin müəyyən olunması barədə sual qoymamış, buna görə də sonradan "xxxx" MMC-yə məktub göndərərək, bu əmlakların likvid qiymətinin müəyyən edilməsini və məhkəməyə yazılı məlumat verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunan qiymətləri əsas tutmaqla, ipoteka predmeti olan əmlakların ilkin satış (likvid) qiymətini müəyyən etmişdir. Halbuki, bu əmlakların bəzilərinin bazar və likvid qiymətləri ipoteka müqaviləsində daha çox müəyyən edilmişdir. Məsələn, Ağcabədi şəhəri, Heydər Əliyev küçəsindəki 122 saylı evin 8 saylı mənzilin bazar qiyməti 55.000 manat, likvid qiyməti 48.000 manat, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, təzə məhəllədə 2 mərtəbəli, 5 otaqlı evin 0.24 ha torpaq sahəsi ilə birlikdə bazar qiyməti 200.000 manat, likvid qiyməti 170.000 manat, Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən Cavabdeh1 MMC-nin mülkiyyətində olan 6 ha torpaq sahəsinin bazar qiyməti 430.000 manat, likvid qiyməti 340.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən 41 saylı evin, 122 saylı mənzilin bazar qiyməti 105.000 manat, likvid qiyməti 97.000 manat müəyyən edilmişdi. Cavabdeh əmlakların qiymətlərini apelyasiya şikayətində də mübahisələndirmiş, qiymətlərin düzgün müəyyən olunması üçün ekspertiza təyin olunmasını xahiş etmiş, lakin məhkəmə kollegiyası xx.xx.2021-ci il tarixdə mühasibatlıq ekspertizası təyin edib iş üzrə icraatı dayandırmasına baxmayaraq, cavabdehin qiymətləndirmə ilə bağlı vəsatətinə heç bir münasibət bildirməmişdir. Bundan sonra cavabdeh öz təşəbbüsü ilə aparılmış qiymətləndirmə rəylərini məhkəməyə təqdim etmiş və vəsatətinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakların qiyməti ilə bağlı araşdırma yarımçıq aparılmış, apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymətlərlə bağlı qətnamə çıxarılarkən kifayət qədər ziddiyyətli məlumatlar olmuş, lakin apelyasiya instansiyası məhkəməsi bununla bağlı tam və obyektiv araşdırmanı təmin etməmişdir. Çünki birinci instansiya məhkəməsinin ipotekada olan əmlakların qiymətinin müəyyən edərkən istinad etdiyi hesabatlar mübahisəli idi və cavabdeh tərəf bununla bağlı öz sifarişi əsasında həyata keçirilən qiymətləndirmənin nəticələrini təqdim etmişdir. Ekspert rəyi (hazırki halda qiymətləndiricinin hesabatı) sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstün qüvvəyə malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olmaqla həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu cür araşdırma aparılmamış, MPM-nin 14-cü maddəsinin tələblərinə əməl olunmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi, eyni zamanda ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetlərinin ilkin satış qiyməti həddindən artıq aşağı qiymətlə müəyyən edilmişdir. Belə ki, məsələn, Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin 1 sotunun qiyməti 4.000 manat təşkil edir. Göstərilənlərin nəzərə alınmasını və ipoteka predmetlərinin real ilkin satış qiymətinin müəyyən edilməsini xahiş etmişdir.
39. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh4 ilk iddia üzrə Cavabdeh2 izahatına uyğun izahat verərək, ipoteka predmetlərinin real ilkin satış qiymətinin müəyyən edilməsini xahiş etmişdir.
40. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.
41. İlk iddia üzrə cavabdeh X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
44. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
45. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə müstəqildir.
Apellyasiya baxışının hədləri
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
47. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
49. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və həmin göstərişləri nəzərə alıb, birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ipoteka predmetini təşkil edən əmlakların ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında olan göstərişləri nəzərə alıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetini təşkil edən əmlakların ilkin satış (likvid) qiymətin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq tərəflər arasında qeyd edilən ipoteka müqavilələri bağlanan zaman ipoteka predmetlərinin ilkin satış (likvid) qiyməti müstəqil qiymətləndirici – "xxxx" MMC tərəfindən müəyyən edilmiş və bu barədə həmin əmlakların mülkiyyətçilərinə məlumat verilmişdir. Həmin cəmiyyət tərəfindən aparılmış qiymətləndirmə nəticəsində Cavabdeh1 MMC-nin mülkiyyətində olmaqla Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin (bundan sonra 1-ci əmlak) ilkin satış qiyməti 340.000 manat, Cavabdeh2 mülkiyyətində olmaqla Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 saylı evin, 121 saylı mənzilinin (bundan sonra 2-ci əmlak) ilkin satış qiyməti 106.000 manat, Cavabdeh3 mülkiyyətində olmaqla Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 saylı evin, 122 saylı mənzilinin (bundan sonra 3-cü əmlak) ilkin satış qiyməti 97.000 manat, Cavabdeh5 mülkiyyətində olmaqla Ağcabədi şəhəri, H.Əliyev küçəsində yerləşən 122 saylı evin, 8 saylı mənzilinin (bundan sonra 4-cü əmlak) ilkin satış qiyməti 48.000 manat, Cavabdeh2 mülkiyyətində olmaqla Daşkəsən rayonunun Zağalı kəndində 0,0607 ha torpaq sahəsində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə (bundan sonra 5-ci əmlak) ilkin satış qiyməti 80.000 manat və Cavabdeh4 mülkiyyətində olmaqla Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, təzə məhəllədə yerləşən 0,24 ha torpaq sahəsinin və onun üzərində olan 377,8 kv.m. ölçüdə fərdi yaşayış evinin (bundan sonra 6-cı əmlak) ilkin satış qiyməti 170.000 manat məbləğində müəyyən edilmişdir. Bu qiymətlərin nəticə etibarı ilə ipoteka müqavilələrində əks olunması həmin müqavilələri imzalamış tərəflərin onlarla razılaşmasını və onları qəbul etməsini təsdiq edir. Başqa sözlə, əmlak mülkiyyətçiləri müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş qiymətlərlə razılaşmışdılar.
52. Lakin xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilmədiyindən tərəflər arasında məhkəmə mübahisəsi başlamış və işə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman məhkəmənin müvafiq qərardadının icrası qaydasında "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli hesabatlarda həmin əmlakların bazar qiyməti müəyyən edilmişdir. Bu hesabatlarda göstərilən qiymətlərlə razılaşmayan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC məhkəməyə verdiyi vəsatətdə qeyd edilən əmlakların təkrar qiymətləndirilməsinin keçirilməsini tələb etmişdir. Məhkəmə müvafiq qərardadla həmin vəsatəti təmin etməsinə baxmayaraq, bunun səbəbləri göstərilmədən və mövqe hər hansı formada əsaslandırılmadan 6 əmlakla bağlı deyil, cəmi 3 əmlakla bağlı (1-ci, 5-ci və 6-cı əmlakla) təkrar ekspertiza təyin etmiş və ekspertizanın keçirilməsi yenidən "xxxx" MMC-yə həvalə edilmişdir. Qeyd edilən cəmiyyət tərəfindən təkrarən tərtib edilmiş hesabatlarda yalnız 5-ci əmlakın qiymətində dəyişiklik olmuşdur. Belə ki, ilk hesabatda bu əmlakın 80.000 manat dəyərində olduğu qeyd edilsə də, təkrar hesabatda qiymət 100.000 manat göstərilmişdir.
53. Məhz bu hallara (eyni qiymətləndirici tərəfindən və 6 deyil, 3 əmlakın qiymətləndirilməsi) istinadən həmin cavabdeh əmlakın təkrar qiymətləndirilməsi, habelə məhkəmə-muhasibat ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir. İddiaçı tərəfin vəsatətlə tanış olmağına şəraitin yaradılması məqsədi ilə işə baxılması təxirə salınmış, lakin növbəti məhkəmə iclasında yalnız məhkəmə-muhasibat ekspertizasının keçirilməsi barədə vəsatət müzakirə edilərək, təmin edilmiş və məhkəmə-muhasibat ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilmişdir. Əmlakın təkrar qiymətləndirilməsi ilə bağlı vəsatət isə ümumiyyətlə müzakirəyə çıxarılmamış, nəticə etibarı ilə vəsatət üzrə hər hansı qərardad qəbul edilməmişdir (iş materialları, 2-ci cild, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə keçirilmiş məhkəmə iclaslarının protokolları, səhifə 254-255, 260-261).
54. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin hər iki qərardadında ipoteka predmetlərinin real bazar qiymətinin müəyyən edilməsi tələb edilmişdir. Yalnız hesabatlar məhkəməyə təqdim edildikdən sonra birinci instansiya məhkəməsinin müraciətinə əsasən bu əmlakların likvid dəyərinə dair məlumat hesabat şəklində deyil, 1 səhifəlik məktub şəklində (xx.xx.2020-ci il tarixli) "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmişdir.
55. Lakin əmlakların ipoteka müqavilələrində göstərilən likvid qiymətlər "xxxx" MMCnin xx.xx.2020-ci il tarixli məktubunda göstərilən likvid qiymətlər müqayisəli şəkildə təhlil edilməmiş, o cümlədən "xxxx" MMC tərəfindən 6 ədəd əmlakdan, 4-ü üzrə (1, 3, 4, 6-cı əmlaklar) müəyyən edilmiş ilkin satış (likvid) qiymətinin 7 il əvvəl bağlanmış ipoteka müqavilələrində göstərilən ilkin satış (likvid) qiymətlərdən aşağı olmasına hüquqi qiymət verilməmişdir. İpoteka müqavilələri nəzərə alınmaqla "xxxx" MMC tərəfindən tərtib edilmiş hesabatlarda da əmlakın dəyərinin aşağı düşməsi məsələsinə hər hansı münasibət bildirilməmişdir. Nəticə etibarı ilə 2013-cü və 2014-cü illərdə bağlanmış ipoteka müqavilələrinə əsasən 340.000 manat (1-ci əmlak), 97.000 manat (3-cü əmlak), 48.000 manat (4-cü əmlak) və 170.000 manat (6-cı əmlak) likvid dəyəri olan bu əmlakların likvid dəyərinin 6 ildən sonra aşağı düşərək, müvafiq olaraq 290.000 (-50.000) manat, 83.000 (- 15.000) manat, 36.000 (-12.000) manat və 126.000 (-44.000) manat təşkil etməsinin səbəbləri və ümumiyyətlə mümkünlüyü araşdırılmamışdır. Belə ki, təkcə son 20 ilin göstəricilərinə əsasən bu sahədə mövcud olan vəziyyət birmənalı şəkildə daşınmaz əmlakın dəyərinin ilbəil artdığını göstərir. Belə olan halda, 6-7 il ərzində ipoteka predmetlərindən 4 ədədinin dəyərinin artmamasının, əksinə ucuzlaşmasının səbəbləri və əsasları olmalıdır. Lakin bununla bağlı hər hansı səbəb və ya əsas müəyyən edilməmişdir.
56. Bununla belə, 52-55-ci bəndlərdə göstərilənlər, eyni zamanda sonrakı mərhələlərdə əldə edilmiş hesabat və rəylər "xxxx" MMC-nin hesabatlarının mötəbər sübut kimi qiymətləndirilərək, qəbul edilməsini və həmin hesabatlara uyğun olaraq, ipoteka predmetlərinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsini istisna edir. Bu səbəbdən məhkəmə kollegiyası ipoteka predmetlərini təşkil edən əmlakların likvid dəyərinin müəyyən edilməsi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edir.
57. Məhkəmə kollegiyası ipoteka predmetlərinin likvid dəyəri ilə bağlı iş materiallarında olan digər hesabat və rəylərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin özləri tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatlarında 4-cü əmlak istisna olmaqla bütün digər əmlakların ilkin satış (likvid) qiyməti müəyyən edilmişdir. Həmin qiymətlər həm ipoteka müqaviləsində, həm də "xxxx" MMC-nin hesabatlarında göstərilən qiymətlərdən yüksəkdir. Lakin cavabdeh bu hesabatları əmlakların ilkin satış (likvid) qiymətinin orada göstərilən qiymətlərə uyğun müəyyən edilməsi üçün deyil, qətnamə ilə müəyyən edilmiş ilkin satış (likvid) qiymətin aşağı olmasını təsdiq etmək və fərqi göstərmək üçün təqdim etmişdir. Bu hal həmin hesabatlarla birlikdə təqdim edilmiş təkrar qiymətləndirmənin təyin edilməsi barədə vəsatətin məzmunundan da müəyyən edilir. Belə ki, cavabdeh bu hesabatların əlavə edildiyi təkrar qiymətləndirmənin təyin edilməsi barədə vəsatətdə əmlakların ilkin satış (likvid) qiymətinin bu hesabatlara uyğun müəyyən edilməsini deyil, əmlakların təkrar qiymətləndirilməsinin keçirilməsini xahiş edir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası ipoteka predmetlərinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsində bu hesabatları mötəbər sübut kimi qəbul etmir.
58. Lakin nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsindəki birinci icraat zamanı təyin edilməsə də, təkrar apellyasiya icraatında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlər, habelə məhz "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatları nəzərə alınmaqla iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və əmlakın qiymətləndirilməsi “NBA Consulting MMC-yə həvalə edilmişdir.
59. Bu cəmiyyət tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesabatda ilkin satış (likvid) qiymət 1-ci əmlak üzrə 1.350.000 manat, 2-ci əmlak üzrə 160.000 manat, 3-cü əmlak üzrə 120.000 manat, 4-cü əmlak üzrə 43.000 manat, 5-ci əmlak üzrə 135.000 manat və 6-cı əmlak üzrə 235.000 manat məbləğində müəyyən edilmişdir.
60. Cavabdeh bu hesabatda göstərilən 2 ədəd əmlak, yəni 1-ci və 5-ci əmlak üzrə müəyyən edilmiş ilkin satış (likvid) qiyməti ilə razılaşmayaraq, yenidən ekspertizanın keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfin də buna etiraz etməməsi nəzərə alınmaqla məhkəmənin müvafiq qərardadı ilə vəsatət təmin edilərək, iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında 1-ci və 5-ci əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı suallar qoyulmuşdur.
61. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3893-9/4110 saylı ekspert rəyinə əsasən 1-ci əmlakın ilkin satış (likvid) qiyməti 1.000.000 manat, 5-ci əmlakın ilkin satış (likvid) qiymtəi isə 123.000 manat məbləğində müəyyən edilmişdir ki, bu qiymətlər “NBA Consulting MMC tərəfindən müəyyən edilmiş qiymətlərdən aşağıdır. Başqa sözlə, 1-ci və 5-ci əmlakın ilkin satış (likvid) qiymətinin“NBA Consulting MMC tərəfindən tərtib edilmiş hesabatda göstərilən ilkin satış (likvid) qiymətindən yüksək olması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizasının 1-ci və 5-ci əmlakın ilkin satış (likvid) qiymətinin reallıqda “NBA Consulting MMC-nin hesabatında göstərilən qiymətdən daha yüksək olubolmamasının müəyyən edilməsi məqsədi ilə və məhz cavabdeh tərəfin vəsatəti əsasında təyin edilməsini, iddiaçı tərəfin loyallıq xətrinə vəsatətin təmin edilməsinə etiraz etmədiyini nəzərə alıb, qeyd edilən 2 ədəd əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsində bu rəyi də mötəbər sübut kimi qəbul etmir.
62. Bununla belə, məhkəmə kollegiyası iş materiallarında olan digər rəylərə verilmiş hüquqi qiyməti nəzərə alıb, “NBA Consulting MMC-nin xx.xx.2022-ci il tarixli hesabatını mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, 4-cü əmlak istisna olmaqla ipoteka predmetini təşkil edən əmlakların ilkin satış (likvid) qiyməti məhz "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatı əsas götürülməklə müəyyən edilməlidir. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı bir daha vurğulayır ki, cavabdeh tərəfin vəsatətinə uyğun olaraq kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi məsələsi müzakirə edilərkən, ilk iddiaçı “NBA Consulting MMC-nin hesabatında göstərilən ilkin satış (likvid) qiymətinin yüksək olmasını mübahisələndirməmiş və ekspertizanın belə bir halın müəyyən edilməsi məqsədi ilə keçirilməsini tələb etməmişdir. Ekspertiza cavabdeh tərəfin vəsatətinin məzmununa uyğun olaraq 1-ci və 5-ci əmlakların ilkin satış (likvid) qiymətinin daha yüksək olub-olmadığının müəyyən edilməsi məqsədi ilə təyin edilmişdir.
63. Məhkəmə kollegiyası 55-ci bənddə göstərilənləri, habelə iş materiallarında olan mütəxəssis və ekspert rəyləri üzrə müəyyən edilmiş ilkin satış (likvid) qiymətləri nəzərə alıb, 4-cü əmlakın ilkin satış (likvid) qiymətinin xx.xx.2013-cü il tarixli, RB/AB/İP 276 saylı ipoteka müqaviləsində göstərilən qiyməti, yəni 48.000 manatı əsas götürməklə müəyyən edilməsini düzgün və ədalətli hesab edir. Hər bir halda, ipoteka müqaviləsini bağlamış tərəflər, xüsusilə də ilk iddiaçı bu əmlakın ilkin satış (likvid) qiymətinin hələ 2013-cü ildə 48.000 manat məbləğində olması ilə razılaşmışdır.
64. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-116/2020 saylı qətnaməsi ipoteka predmetini təşkil edən əmlakların ilkin satış (likvid) qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməli, Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 1.350.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən 41 saylı evin, 121 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 160.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 41 saylı evin, 122 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 120.000 manat, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən 0,24 ha torpaq sahəsinin və 377,8 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin (birlikdə) ilkin satış (likvid) qiyməti 235.000 manat, Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0,0607 ha torpaq sahəsinin və 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin (birlikdə) ilkin satış (likvid) qiyməti 135.000 manat, Ağcabədi şəhəri, Heydər Əliyev küçəsi, 122 saylı evin, 8 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 48.000 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-yə aid edilməlidir.
65. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-dən tutularaq dövlət mədaxilinə alınmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 392-ci, 393-cü, 403-cü, 405-ci, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-116/2020 saylı qətnaməsi ipoteka predmetini təşkil edən əmlakların ilkin satış (likvid) qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilsin. Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 1.350.000 (bir milyon üç yüz əlli min) manat, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən 41 saylı evin, 121 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 160.000 (bir yüz altmış min) manat, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 41 saylı evin, 122 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 120.000 (bir yüz iyirmi min) manat, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən 0,24 ha torpaq sahəsinin və 377,8 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin (birlikdə) ilkin satış (likvid) qiyməti 235.000 (iki yüz otuz beş min) manat, Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0,0607 ha torpaq sahəsinin və 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin (birlikdə) ilkin satış (likvid) qiyməti 135.000 (bir yüz otuz beş min) manat, Ağcabədi şəhəri, Heydər Əliyev küçəsi, 122 saylı evin, 8 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 48.000 (qırx səkkiz min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-yə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-dən tutularaq dövlət mədaxilinə alınsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.