Məhkəmə qərarları › İş №2(102)-484/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-484/2025

22.01.2025 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-484/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin cavabdeh X və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyə qarşılıqlı əvəzləşdirmə nəticəsində xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 avqust 2018-ci il tarixli, 2(103)7292/2018 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti üzrə işə 22 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 (bundan sonra- iddiaçılar) iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan Bankdan İddiaçı3 xeyrinə tutulmalı olan 1.433.838 manat pul ilə "xxxx" Şirkətinin Banka ödənilməmiş 125.774 manat borcunu əvəzləşdirmək şərti ilə Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və İddiaçı2 məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 42 saylı evdə yerləşən 6/7 saylı mənzilin, İddiaçı1 məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 40 sylı evdəyerləşən 6/7 saylı mənzilin və Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 12 saylı evdə yerləşən 30 saylı m ənzilin daşınmaz əmlakın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi, İddiaçı3 və Bank arasında bağlanmış “Əmanət müqavilələrinə” əsasən, cari və deposit hesablarda olan və Bankın xeyrinə girov qoyulmuş İddiaçı3 məxsus 1.308.064 manat məbləğində pul vəsaitinin girovdan azad edilməsi və həmin vəsaitin İddiaçı3 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(006)1215/2018 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia qismən təmin edilərək, Ləğv prosesində olan "xxxx" ASC-dən İddiaçı3 xeyrinə tutlmalı olan 1.433.838 manat pul ilə "xxxx" şirkətinin "xxxx" ASC-yə ödənilməmiş 125.774 manat borcunu əvəzləşdirmək şərti ilə iddiaçılar İddiaçı2 mülkiyyətində olan, 01SF saylı, 06 avqust 2009-cu i l tarixli kredit müqaviləsinə və 29 noyabr 2010-cu il tarixli, 01/3 saylı kredit xətti müqaviləsinə əsasən "xxxx" ASC-in xeyrinə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 saylı evin 6 otaqlı, ümumi sahəsi 145,3 kv.metr olan 6/7 saylı mənzilin, Natiq Məmmədhəsənovun mülkiyyətində olan və 06 avqust 2009-cu il tarixli, 01 SF saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-in xeyrinə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.0072 ha torpaq sahəsində yerləşən 40 saylı 2 mərtəbəli binada 7 otaqlı, ümumi sahəsi 169,50 kv.metr olan 18, 20 saylı mənzilin və Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 12 saylı 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 74,65 kv.metr olan 30 saylı mənzilin daşınmaz əm lakın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi, İddiaçı3 mülkiyyətində olan və 21 avqust 2009-cu il tarixli, 01/1 saylı girov müqaviləsinə əsasən "xxxx" ASC-in xeyrinə yüklü edilmiş, sonuncu ilə İddiaçı3 arasında bağlanmış 12 avqust 2009-cu il tarixli, 609 saylı, 14 avqust 2009-cu il tarixli, 611 saylı, 19 avqust 2009cu il tarixli, 616 saylı əmanət müqavilərinə əsasən **********00 AZM saylı cari hesabda və depozit hesabında olan 1.308.064 manat məbləğində pul vəsaitinin girovdan azad edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

3. Məhkəmə qeyd etmişdir ki, "xxxx" şirkətinin "xxxx" ASC-dən götürdüyü kreditin müddəti 2014-cü ildə qurtarmasına baxmayaraq, icra müddəti başa çatmış öhdəliklər tam icra edilməmiş və hazırda "xxxx" şirkətinin Banka 1 25.774 manat ödənilməmiş borcu qalmışdır. İddiaçılar qeyd olunan borcun İddiaçı3 Bankın depozit hesabında olan 1.433.838 manat pul vəsaiti ilə əvəz edilməsini tələb etməkdə haqlı olmuşlar.

4. Məhkəmə həmçinin qeyd etmişdir ki, Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalı olan 1.433.838 manat pul vəsaiti ilə "xxxx" şirkətinin "xxxx" ASC-nə ödənilməmiş 125.774 manat borcla əvəzləşdirilməli, eyni zamanda İddiaçı3 mülkiyyətində olan və 21 avqust 2009-cu il tarixli, 01/1 saylı girov müqaviləsinə əsasən "xxxx" ASC-in xeyrinə yüklü edilmiş sonuncu ilə İddiaçı3 arasında bağlanmış 12 avqust 2009-cu il tarixli, 609 saylı, 14 avqust 2009-cu il tarixli, 611 saylı, 19 avqust 2009-cu il tarixli, 616 saylı əmanət müqavilələrinə əsasən cari hesabda və depozit hesabda olan 1.308.064 manat məbləğin də pul vəsaiti girovdan azad edilməlidir.

5. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, sözügedən borc məbləği əvəzləşdirilməli və girovla təmin edilmiş öhdəlik icra olunduğu üçün Mülki Məcəllənin 294cü maddəsinə əsasən, girova xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat

6. Cavabdeh "xxxx" ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı iş hərtərəfli və obyektiv araşdırılmamışdır. Belə ki, külli miqdarda vəsaitin bankdan məxaric olması faktı olduğu halda, apellyasiya instansiyası məhkəməsi bu faktlara diqqət yetirməmiş və nəticədə maddi və pros essual hüquq normalarının tələblərini pozmuşdur.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 avqust 2018-ci il tarixli, 2(103)-7292/2018 saylı qərardadı ilə (hakimlər Məmməd Məmmədov, sərlik edən, məruzəçi, Elmira Nağıyeva və Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmiş və iddiaçılara izah edilmişdir ki, onlar eyni məzmunlu iddia ilə müvafiq İnzibatiİqtisadi Məhkəməyə müraciət edə bilərlər.

9. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı mülki işin başlanmasına əsas olmuş iddia tələbləri ləğv prosesində olan Banka qarşı irəli sürüldüyündən, hazırkı işə mülki mühakimə icraatı qaydasında baxıla bilməz v ə bunun üçün mülki prosessual əsaslar mövcud deyil. Ona görə də işə mülki icraat qaydasında baxılmalı olmadığından xitam verilməlidir.

10. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72.1.2, 72.1.3-cü maddələrinin, habelə MPM-in 153.2.1, 254.2, 261.0.1-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

11. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmsini xahiş etmişlər.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, söz ügedən qərardad iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, məhkəmə işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları müəyyən etməmişdir. Məhkəmə iddiaçıların iddia tələbinin faktiki əsası kimi istinad etdikləri hallara dair düzgün hüquqi dəyərləndirmə aparmamışdır. Belə olan halda həmin qərardad qanuni və əsaslı sayıla bilməz. Bundan başqa, İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı İnzibati məhkəməsinin 15 may 2024-cü il tarixli, 21(112)-3396/2024 saylı qərardadı ilə "xxxx" Şirkətinin "xxxx" ASC ilə bağladığı 01SF nömrəli, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn 20 fevral 2024-cü il tarixə olan 410.706,29 manat kredit borcunun, "xxxx" ASC, İddiaçı3 və "xxxx" Şirkəti arasında bağlanmış 01/01 nömrəli, 21 avqust 2009-cu il tarixli üç tərəfli girov müqaviləsi və "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış 609 nömrəli, 12 avqust 2009-cu il tarixli, 611 nömrəli, 14 avqust 2009-cu il tarixli, 616 nömrəli, 19 avqust 2009-cu il tarixli əmanət müqavilələri, eləcə də "xxxx" ASC ilə əmanətçi İddiaçı3 arasında bağlanmış 07 yanvar 2010-cu il tarixli 6, 7 və 8 nömrəli əmanət müqavilələrinə əsasən, əmanətin və ona hesablanmış faizin əvəzləşdirilərək "xxxx" Şirkətinin 06 avqust 2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinə xitam verilməsini Ləğv prosesində olan "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" Şirkətinin öhdəliyinin təminatı qismində 01 nömrəli, 06 avqus t 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 40 saylı 2 mərtəbəli binada yerləşən, ümumi sahəsi 169,50 kv.m., yaşayış sahəsi 123 kv.m. olan 7 otaqlı 18,20 nömrəli mənzil, 01/3 nömrəli, 25 iyun 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12 nömrəli yaşayış binasında yerləşən, ümumi sahəsi 74,65 kv.m., yaşayış sahəsi 53,85 kv.m. olan, 2 otaqlı, 30 nömrəli mənzil və 01/2 nömrəli, 30 iyun 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 nömrəli yaşayış binasında yerləşən, ümum sahəsi 145,3 kv.m., yardımçı sahəsi 47,3 kv.m., yaşayış sahəsi 98,0 kv.m. olan 6 otaqlı, 6/7 nömrəli mənzilin ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 01 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiasının 21(103)-3176/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, sözügedən qərardad dəyişdirilmədən saxlanılmışdır. Belə ki, ilkin olaraq Bakı şəhəri, Nəsimi Rayon məhkəməsinə müraciət edilən zaman həmin qərarda göstərilməmişdir ki, məhz bu işə inzibati məhkəmədə baxılmalıdır. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tar ixli qətnaməsində heç bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 avqust 2018-ci il tarixli qərardadı isə əsassız, qanunsuz, qərəzli və qeyri obyektiv çıxarılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qay dasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

18. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiklərindən, qərardadın əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

23. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, hazırkı iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasına görə xitam verərkən, maddi və prosessual hüquq normalarının tələblərini pozub.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi, hazırkı iddia- ləğv prosesində olan Banka qarşı irəli sürüldüyü üçün işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.

25. Əvvəla, iddia ərizəsindən görünür ki, iddiaçıların hazırkı tələbləri bilavasitə Cavabdeh ASC-nə qarşı deyil, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəlib və iddiaçıların cavabdehə qarşı hazırkı tələbləri “ipoteka müqavilələri üzrə ipoteka predmetlərinin ipoteka yüklülüyündən azad edilməsindən və əmanət müqavilələri üzrə cari və depozit hesabda olan pul vəsaitlərinin girovdan azad e dilməsindən və sair” ibarətdir.

26. Digər tərəfdən, işdən, kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçıların cavabdehə qarşı eyni məzmunlu tələbləri həm də qanuni qüvvəyə minmiş Bakı İnzibati məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(112)-3396/2024 saylı qərardadı ilə mümkün sayılmamışdır.

27. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə qorunan hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatı hüququ açıq-aşkar pozulub. Halbuki, həmin normanın mənasına görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

28. Yaddan çıxartmaq olmaz ki, fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı iddiaları 2 əsas qrupa bölmək olar: 1 ) müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2) müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.

29. Hazırkı işdəki tələblər- “ipoteka müqavilələri üzrə ipoteka predmetlərinin ipoteka yüklülüyündən azad edilməsi və əmanət müqavilələri üzrə cari və depozit hesabda olan pul vəsaitlərinin girovdan azad edilməsi və sair” barədədir. 30. “Banklar haqqında” Qanunun 71-ci maddəsində isə ləğvedicinin statusu, hüquq və vəzifələri, iflas prosedurunda ləğvedicinin fəaliyyətinin hüquqi əsasları müəyyən edilib göstərilib və Qanunun sadalanan müddəalarında bankın iflas prosedurunda göstərilməli olan fəaliyyət, ləğvedicinin üzərinə düşən vəzifələr və malik olduğu hüquqlar, iflas prosedurunda (ləğv prosesində) m əhkəmə nəzarətinin hədləri və prosessual əsasları nəzərdə tutulmuşdur.

31. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab edir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır.

32. Ona görə də kassasiya instansiyası məhkəməsi, iddiaçıların kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, hazırkı tələblərə mülki məhkəmə icraatı qaydasında baxılması nı istisna edən hallar olmadığı üçün, iş üzrə icraata xitam verilməsi barədə qərardad ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 avqust 2018-ci il tarixli, 2(103)-7292/2018 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar