Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2262/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 qarşı ilk, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulmas ı, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin ayrı-ayrı bəndlərinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-268/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bankın Ağcabədi filialı ilə MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4356 saylı baş kredit müqaviləsinə əsasən Bank tərəfindən MMC-yə çörək və un məmulatları zavodunun tikintisi məqsədilə illik 6 faiz dərəcəsi olmaqla 48 ay güzəşt müddəti ilə cə mi 84 ay müddətinə 1.200.000 manat məbləğində kredit verilmişdir.
2. Bankın Ağcabədi filialı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, RB/AB/İP 266 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, MMC ona məxsus Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 340.000 manat məbləğində qiymətləndirilmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır.
3. Bankın Ağcabədi filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, RB/AB/İP 267 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kre dit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 saylı evin, 3 otaqlı 121 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 106.000 manat məbləğində qiymətləndirilmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır.
4. Bankın Ağcabədi filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, RB/AB/İP 269 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh3 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 s aylı evin, 2 otaqlı 122 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 97.000 manat məbləğində qiymətləndirilmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır.
5. Bankın Ağcabədi filialı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, RB/AB/İP 276 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh5 tam mülkiyyət hüququ ilə ona məxsus olan Ağcabədi şəhəri, H.Əliyev küçəsində yerləşən 122 saylı, 3 mərtəbəli binanın ikinci girişində, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 72 kv.m. sahədən ibarət, 3 otaqlı 8 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 48.000 manat məbləğində qiymətləndirilmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır.
6. Bankın Ağcabədi filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, RB/AB/İP 293 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Daşkəsən rayonunun Zağalı kəndində 0,0607 ha torpaq sahəsində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 80.000 manat məbləğində qiymətləndirilmişdir. Yüklülük dövlət qeydiyyatına alınm ışdır.
7. Bankın Ağcabədi filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, RB/AB/İP 366 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh4 tam mülkiyyət hüququ ilə ona məxsus olan Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti, təzə məhəllə ünvanında istifadəsində olan 0,24 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 377,8 kv.m. yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 170.000 qiymətləndirilmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır. manat məbləğində İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci in stansiya məhkəməsində icraat
8. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən iddiaçının xeyrinə 6 iyun 2013-cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 983570,81 manat əsas borc, faiz borcuna görə 41317,25 manat, dəbbə borcuna görə 240000 manat, cəmi 1264888,06 manat məbləğində vəsait, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarələrində bildirişlərin qeydə alınması üçün ödənilmiş 192 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 222 manat məbləğində pul vəsaitin tutulması, tələblərin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, ipoteka pre dmetləri olan daşınmaz əmlakların ilkin satış qiymətlərinin məhkəmədə müəyyən edilməsi, bütün ipoteka predmetlərinin açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 MMC-nin 6 iyun 2013-cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə cəmi 1264888,06 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 222 manat məbləğində pul iddiaçıya ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklara tutma yönəldildikdə və onlar satıldıqdan ən geci 1 ay sonra boşaldılması, mülkiyyətçilər və onların ailə üzvlərinin ipoteka predmetlərindən çıxarılması və onların istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi işin faktiki hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, kredit müqavilənin şərtlərinə görə cavabdeh MMC kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 MMC öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.
10. İddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, 16 iyun 2020-ci il tarixinə RB/AB4356 saylı 6 iyun 2013-cü il tarixli baş kredit müqaviləsi üzrə kreditin əsas borcu 983570,81 manat, faiz borcu 194115,02 manat, dəbbə borcu 240000 manat, borcun cəmi məbləği 1417685,83 manat təşkil etdiyini və həmin məbləğdə borcun təmin edilməsini xahiş etmişdir.
11. Cavabdeh1 MMC cavabdeh İddi açıASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış “6 aprel 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsinin 1.12; 1.14; 1.14.3; 1.17; 1.18; 1.19; 1.20; 2.2; 2.12; 2.24; 2.26; 2.27; 3.1.13; 3.1.11; 3.2.2; 3.6; 3.8; 3.9; 3.11; 3.12; 4.3; 4.6; 4.11; 4.25; 5.2; 5.3; 5.5; 5.11-ci bəndləri etibarsız hesab edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmiş, qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, bank sahibkarın çıxılmaz vəziyyətdə qalmasından istifadə edərək ona şərtləri son dərəcə ağır olan bir müqavilə imzalatdırmış, sahibkar isə həmin kreditin dövlət xətti ilə olmasına və ona kömək məqsədilə ayrılmasına inanraq həmin müqaviləni oxumadan imzalamışdır.
12. Məhkəmənin qərardadı ilə ipoteka predmetini təşkil edən daşınmaz əmlakların q iymətləndirilməsi həyata keçirilmiş və "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, qiymətləndirmə rəylərinə əsasən Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin real bazar dəyəri 320.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 saylı evin, 3 otaqlı, 121 saylı mənzilinin real bazar dəyəri 110.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 saylı evin, 2 otaqlı 122 saylı mənzilinin real bazar dəyəri 90.000 manat, Daşkəsən rayonun Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,0607 ha torpaq sahəsinin orta bazar dəyəri müvafiq olaraq 80.000 manat və 100.000 manat, Ağcabədi şəhəri, H.Əliyev küçəsində yerl əşən 122 saylı evin, 3 otaqlı 8 saylı mənzilin orta bazar dəyəri 40.000 manat, Ağcabədi şəhəri, Ü.Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,24 ha torpaq sahəsinin real bazar dəyəri 140.000 manat təşkil etmişdir. 13. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli məktubuna əsasən isə Ağcabədi şəhəri, Zərdan yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6.0 ha torpaq sahəsinin likvid dəyəri 290.000 manat; Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, 41 saylı evin, 121 saylı mənzilin likvid dəyəri 110.000 manat; Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, 41 saylı evin, 122 saylı mənzilin likvid dəyəri 83.000 manat; Daşkəsən rayonu, Zağalı kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 90.000 manat; Ağcabədi şəhəri, H.Əliyev küçəsi 122 saylı evin, 8 saylı mənzilin likvid dəyəri 36.000 manat; Ağcabədi şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 126.000 manat təşkil etmişdir.
14. Məhkəmənin mühasibatlıq ekspertizasının təyin olunması barədə qərardada əsasən, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 17 fevral 2020-ci il tarixli 31321 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 13 avqust 2018-ci il tarixə (iddia ərizəsində tələb olunan tarixə) banka ödənilməli olan borcu ümumilikdə 1.025.495,12 manat məbləğində olmuş, o cümlədən əsas borc üzrə 984.750,22 manat, faiz borcu üzrə 40.744,90 manat təşkil etmişdir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məh kəməsi) 2(006)-116/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, qətnaməsi ilə (Natavan Tağıyeva) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən İddiaçı ASC-nin xeyrinə 6 iyun 2013-cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 983.570,81 manat əsas borc, faiz borcuna görə 194.115,02 manat, dəbbə borcuna görə 12.000 manat olmaqla, cəmi 1.189.685,83 manat məbləğində vəsaitin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarələrində bildirişlərin qeydə alınması üçün ödənilmiş 192 manat rüsum və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 222 manat məbləğində pul vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş: Cavabdeh1 MMC-yə məxsus olan ilkin satış qiyməti 290.000 manat təşkil edən Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsin in sonunda yerləşən 6,0 ha torpaq sahəsinə; Cavabdeh2 məxsus ilkin satış qiyməti 110.000 manat təşkil edən Bakı şəhəri, X2 prospektində yerləşən, 41 saylı evin, 3 otaqlı 121 saylı mənzilinə; X1 məxsus ilkin satış qiyməti 83.000 manat təşkil edən Bakı şəhəri, X2 prospektində yerləşən, 41 saylı evin, 2 otaqlı 122 saylı mənzilinə; Cavabdeh2 məxsus ilkin satış qiyməti 90.000 manat təşkil edən Daşkəsən rayonu, Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,0607 ha torpaq sahəsinə; Cavabdeh5 məxsus ilkin satış qiyməti 36.000 manat təşkil edən Ağcabədi şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 122 saylı evin, 3 otaqlı 8 saylı mənzilinə; Cavabdeh4 məxsus ilkin satış qiyməti 126.000 manat təşkil edən Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,24 ha torpaq sahəsinə; Cavabdeh2 məxsus Mercedes BENZ E220 CDİ-minik markalı, 2000-ci il buraxılışlı, WBD2102061B101009- ban nömrəli, gümüşü metal rəngli, ** FE *** dövlət nömrə nişanlı avtomaşına; Cavabdeh1 MMC-yə məxsus HUNDAY SONATA-minik markalı, 2010-cu il buraxılışlı, KMHEC41CBBA135340- ban nömrəli, qara rəngli, ** AA *** dövlət nömrə nişanlı avtomaşına; Cavabdeh4 məxsus Mercedes BENZ SPRİNTER-yük markalı, 2001-ci il buraxılışlı WBD9046121R286735-ban nömrəli, ağ rəngli, 99 E 224 dövlət nömrə nişanlı avtomaşına; Cavabdeh4 məxsus Mercedes BENZ 815-yük markalı, 1999-cu il buraxılışlı, WBD9700151K430606- ban nömrəli, ağ rəngli, ** VA *** dövlət nömrə nişanlı avtomaşı na; Cavabdeh2 məxsus Mercedes BENZ-yük markalı, 1998-ci il buraxılışlı, WBD9700551K352381-ban nömrəli, tünd-yaşıl rəngli, ** BO *** dövlət nömrə nişanlı avtomaşına; Cavabdeh2 məxsus FORD TRANSİT-yük markalı, 2007-ci il buraxılışlı, WFOFXXTTFF7L75803-ban nömrəli, ağ rəngli, ** FD *** dövlət nömrə nişanlı avtomaşına yönəldilməsi, ipoteka predmetləri olan daşınmaz və daşınar əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 MMC-nin 06 iyun 2013-cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə cəmi 1.189.685,83 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 222 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, iş üzrə qiymətləndirmə ekspertiza xərcləri olan İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ödənilən 1800 manat və 350 manat məbləğində vəs aitin Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə keçirilən məhkəmə mühasibatlıq ekspertizası xərci olan 145 manat məbləğində vəsaitin Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklara tutma yönəldildikdə və onlar satıldıqdan ən geci 1 ay sonra cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzillərdən çıxarılmaları və həmin mənzillərin boşaldılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC Bankın qarşısında müqavilədə nəzərdə tutulmuş öhdəliklərini tam icra etməmişdir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödəni lməsi nəzərdə tutulsa da, iddiaçının tələb etdiyi 240 000 manat məbləğində cərimə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğundan həmin cərimənin məbləği azaldılmalıdır. MMC-nin qarşılıqlı iddiasına gəldikdə isə məhkəmə hesab etmişdir ki, MMC müqaviləni imzalayarkən, müqavilənin şərtləri ilə tanış olmuş və razılaşmışdır. Hər bir halda MMC müqavilənin sonunda imza etdikdə anket məlumatlarının qarşısında “borclu” yazıldığını görməyə bilməzdi.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 337, 443.1, 445.2, 445.2, 448, 467, 739.1 və “İpoteka haqqında” Qanunun 33, 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh MMC t ərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qarşılıqlı iddia ilə bağlı tələbin əsaslarına ümumiyyətlə toxunmamış, yalnız qətnamədə qeyd edilmişdir ki, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 MMC müqaviləni imzalayarkən, müqavilənin şərtləri ilə tanış olmuş və razılaşmışdır, odur ki, iddiaçının Cavabdeh1 MMC-ni iş üzrə cavabdeh qoyması və ona qarşı tələb yönəltməsi tam əsaslıdır. Halbuki, müqavilənin etibarsız sayılmasına əsas olan hallar məhkəmə tərəfindən araşdırılmamış və düzgün hüquqi nəticəyə varılmamışdır. Məhkəmənin yol verdiyi pozuntulardan biri də borcun hesablanmasıdır. Bank ilkin olara q məhkəməyə müraciət edərkən 13 iyun 2018-ci il tarixə 41317,25 manat faiz borcu tələb etməsinə baxmayaraq, Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixdə təyin edilmiş məhkəmə- mühasibatlıq ekspertizasının rəyinə əsasən borc 40.744 manat müəyyən edilmişdir və göründüyü kimi məbləğlər arasında fərq yaranmışdır. Buna baxmayaraq, məhkəmə iddiaçı tərəfindən iddia tələbinin artırılması barədə təqdim edilən ərizədə qeyd edilən borc məbləğini araşdırmadan ərizədə qeyd edilən borcun tutulmasını qət etmişdir. Halbuki, Bank tərəfindən müqavilə müddətinin sonuna hesablanaraq təqdim edilməli olan borc məbləği müqavilə müddətinin bitməsindən sonrakı tarixə hesablanmışdır. Belə olan halda məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin olunaraq müqavilə müddətinin sonuna olan borc hesablanaraq m üəyyən edilməli idi. Bundan əlavə, məhkəmə əsassız olaraq xx.xx.2019-cu il tarixli məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi ilə əlaqədar 145 (bir yüz qırx beş) manat pulun ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-dən tutulması qənaətinə gəlmişdir. Qeyd edilən eksertiza rəyin qətnamə qət edilən zaman nəzərə alınmamış, məhkəmə Bankın ərizəsinə əsasən borc məbləğini təmin etmişdir. Bu səbəbdən də, nəzərə alınmayan məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə əlaqədar 145 (bir yüz qırx beş) manat vəsaitin Cavabdeh1 MMC-dən tutulması əsassızdır. Digər tərəfdən məhkəmə tərəfindən 12000 manat cərimənin tutulmasını əsaslı hesab etmirlər. Məlum olduğu kimi, İddiaçı ASC-nin vasitəçiliyi və İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə müəssisəyə 1.200.000 manat kredit vəsaiti ayrılmışdır. Sahibkarlıq subyektinə dövlət dəstəyinin hər kəsə aydın olduğu vəziyyətdə məhkəmənin bu qədər cərimə məbləğini təmin etməsi hazırki vəziyyətdə müəssisənin yükünün artırılmasından başqa bir şey deyildir. Həmçinin, məhkəmənin yol verdiyi kobud pozuntulardan biri də yönəltmə aparılması qət edilən əmlakların ilkin satış qiyməti ilə bağlıdır. Rəylərə diqqət edərkən müəyyən olunur ki, qiymətləndirici tərəfindən bəzi əmlaklara ümumiyyətlə baxış keçirilməmiş, bəzi əmlaklarda edilən əlavə tikinti işləri qiymətləndirmə zamanı nəzərə alınmamışdır, reallığı əks etdirməyən əmlakın ilkin satış qiyməti müəyyən edilməmişdir. Təkrar qiymətləndirmə eyni şirkət tərəfindən həyata keçirilmişdir və hətta bəzi qiymətləndirmələr daha aşağı olmuşdur. Bu ha lı dəfələrlə məhkəmənin nəzərinə çatdırılsa da nəzərə alınmamışdır. Məhkəmənin yol verdyi digər bir pozuntu rəhmətə getmiş şəxsin adına davamlı xəbərdarlıqların və məhkəmə göndərişlərinin göndərilməsi və işin sonuna qədər cavabdeh şəxs olaraq saxlanılması idi. Halbuki, Cavabdeh5 Zayni qızının artıq rəhmətə getməsi və bunu təsdiq edən ölüm kağızı təqdim edilmişdir. Bu halı qeyd etməkdə məqsədləri ondan ibarətdir ki, məhkəmə onların təqdim etdiyi sənədlərə ümumiyyətlə əhəmiyyət verməmişdir. Tərəflərindən yeni qiymətləndirmə və təkrar olaraq məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi xahiş edilsə də, məhkəmə bunu nəzərə almamışdır.
20. Cavabdeh MMC ipoteka predmetini təşkil edən 6 daşınmaz əmlakın "xxxx" MMC tərəfindən qiymətləndirilməsinə dair rəyləri məhkəməyə təqdim edərək məhkəməy ə təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsi ilə bağlı vəsatət vermiş, vəsatət təmin olunmamışdır.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2117/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışınski və R.Eyvazov) ilk iddia üzrə cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-116/2020 nömrəli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilmiş, faiz borcu 194.115,02 manat əvəzinə 159.407,30 (bir yüz əlli doqquz min dörd yüz yeddi manat, otuz qəpik) manat müəyyən edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin faiz borc u hissəsinə razılaşmayaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəməmühasibatlıq ekspertizası ilə bağlı xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 05 iyul 2021-ci il tarixli 9/1820 saylı ekspertiza rəyinə əsasən faiz borcu 159.407,30 manat məbləğində müəyyən edilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə də razılaşmışdır.
24. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739cu, 385-ci, 442-ci, 443-cü, 449-cu, 465-ci, 467-ci, 470-ci, 472-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. İlkin iddia üzrə cavabdeh M MC (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya şikayətinin əsas dəlillərindən biri ipoteka predmeti olan əmlakların qiymətinin düzgün müəyyən edilməməsi barədə olduğu halda, apelyasiya instansiyası məhkəməsi bu dəlillərə hüquqi qiymət verməmiş, onların təkrar ekspertiza təyin olunması barədə tələbləri nəzərə alınmamışdır. Cavabdehin borcu qaytara bilməməsi yalnız cavabdehin təqsirindən deyil, həm də iddiaçı tərəfin hərəkətlərindən baş vermişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1949/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2117/2021 saylı qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətinin (likvid qiymətin) müəyyən olunmasına aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
28. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı apellyasiya instansiyası məhkəməsi cavabdehin etiraz dəlillərini araşdırmamışdır. Belə ki, cavabdeh "xxxx" MMC-nin ilk rəyləri ilə müəyyən olunmuş qiymətlərl ə razılaşmayaraq, xx.xx.2019-cu il tarixdə təkrar ekspertiza təyin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadla təkrar ekspertiza təyin etmiş, lakin cəmi üç əmlakın qiymətləndirilməsini zəruri hesab etmiş və qiymətləndirmə aparılmasını yenə də "xxxx" MMC-yə həvalə etmişdir. Cavabdeh həmin rəylərlə də razı olmadığnı bildirərək, yazılı vəsatətlə çıxış etməklə təkrar ekspertiza təyin olunmasını xahiş etmiş, lakin onun vəsatəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsi qiymətləndirmə aparılması barədə qərardadlarında əmlakların likvid qiymətinin müəyyən olunması barədə sual qoymamış, buna görə də sonradan "xxxx" MMC-yə məktub göndərərək, bu əmlakların likvid qiymətinin müəyyən edilməsini və məhkəməyə yazılı məlumat verilməsini xahiş etmişdi r. Birinci instansiya məhkəməsi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunan qiymətləri əsas tutmaqla, ipoteka predmeti olan əmlakların ilkin satış (likvid) qiymətini müəyyən etmişdir. Halbuki, bu əmlakların bəzilərinin bazar və likvid qiymətləri ipoteka müqaviləsində daha çox müəyyən edilmişdir. Məsələn, Ağcabədi şəhəri, Heydər Əliyev küçəsindəki 122 saylı evin 8 saylı mənzilin bazar qiyməti 55.000 manat, likvid qiyməti 48.000 manat, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, təzə məhəllədə 2 mərtəbəli, 5 otaqlı evin 0.24 ha torpaq sahəsi ilə birlikdə bazar qiyməti 200.000 manat, likvid qiyməti 170.000 manat, Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən Cavabdeh1 MMC-nin mülkiyyətində olan 6 ha torpaq sahəsinin bazar qiyməti 430.00 0 manat, likvid qiyməti 340.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən 41 saylı evin, 122 saylı mənzilin bazar qiyməti 105.000 manat, likvid qiyməti 97.000 manat müəyyən edilmişdi. Cavabdeh əmlakların qiymətlərini apellyasiya şikayətində də mübahisələndirmiş, qiymətlərin düzgün müəyyən olunması üçün ekspertiza təyin olunmasını xahiş etmiş, lakin məhkəmə kollegiyası xx.xx.2021-ci il tarixdə mühasibatlıq ekspertizası təyin edib iş üzrə icraatı dayandırmasına baxmayaraq, cavabdehin qiymətləndirmə ilə bağlı vəsatətinə heç bir münasibət bildirməmişdir. Bundan sonra cavabdeh öz təşəbbüsü ilə aparılmış qiymətləndirmə rəylərini məhkəməyə təqdim etmiş və vəsatətinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakl arın qiyməti ilə bağlı araşdırma yarımçıq aparılmış, apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətlərlə bağlı qətnamə çıxarılarkən kifayət qədər ziddiyyətli məlumatlar olmuş, lakin apellyasiya instansiyası məhkəməsi bununla bağlı tam və obyektiv araşdırmanı təmin etməmişdir. Çünki birinci instansiya məhkəməsinin ipotekada olan əmlakların qiymətinin müəyyən edərkən istinad etdiyi hesabatlar mübahisəli idi və cavabdeh tərəf bununla bağlı öz sifarişi əsasında həyata keçirilən qiymətləndirmənin nəticələrini təqdim etmişdir. Ekspert rəyi (hazırki halda qiymətləndiricinin hesabatı) sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstün qüvvəyə malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksə k olmaqla həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
29. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa dü şülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilmə sidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu cür araşdırma aparılmamış, MPM-nin 14-cü maddəsinin tələblərinə əməl olunmamışdır.
30. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 337.1, 385.1, 386.1, 442. 448.1. 448.2, 462.1, 739.1, Mülki Prosessual Məcəlləsinin 77, 417.1.1, 418.1, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.6, 34.1, 34.1.1, 34.1.3. 34.1.4, 59.3.1, 59.3.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, MB 15/1646 saylı qiymətləndirmə hesabatına əsasən, Ağcabədi şəh əri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin likvid dəyəri 1.350.000 manat; Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 saylı evin, 3 otaqlı, 121 saylı mənzilin likvid dəyəri 160.000 manat; Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 saylı evin, 2 otaqlı, 122 saylı mənzilin likvid dəyəri 120.000 manat; Ağcabədi şəhəri, H.Əliyev küçəsi, 122 saylı evin, 8 saylı mənzilin likvid dəyəri 43.000 manat, Daşkəsən rayonunun Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi 135.000 manat; Ağcabədi şəhəri, Ü.Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 235.000 manat təşkil etmişdir.
32. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən təyin edilmiş kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti və texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3893-9/4110 saylı ekspert rəyinə əsasən Daşkəsən rayonun Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 145.000 manat, likvid dəyəri təqribən 123.000 manatdır, Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1.180.000 manat, likvid dəyəri təqribən 1.000.000 manatdır.
33. Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(103)-268/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), F.Qasımov və X.Sarıyev) ilk iddia üzrə cavabdeh MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetini təşkil edən əmlakların ilkin satış (likvid) qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməsi, Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 1.350.000 (bir milyon üç yüz əlli min) manat, Bakı şəhəri, Nərimanov rayonu, X2 prospektində yerləşən 41 saylı evin, 121 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 160.000 (bir yüz altmış min) manat, Bakı şəhəri, Nərimanov rayonu, X2 prospektində yerləşən, 41 saylı evin, 122 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 120.000 (bir yüz iyirmi min) manat, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən 0,24 ha torpaq sahəsinin və 377,8 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin (birlikdə) ilkin satış (likvid) qiyməti 235.000 (iki yüz otuz beş min) manat, Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0,0607 ha torpaq sahəsinin və 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin (birlikdə) ilkin satış (likvid) qiyməti 135.000 (bir yüz otuz beş min) manat, Ağcabədi şəhəri, Heydər Əliyev küçəsi, 122 saylı evin, 8 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 48.000 (qırx səkkiz min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəl illərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab etmişdir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq tərəflər arasında qeyd edilən ipoteka müqavilələri bağlanan zaman ipoteka predmetlərinin ilkin satış (likvid) qiyməti müstəqil qiymətləndirici – "xxxx" MMC tərəfindən müəyyən edilmiş və bu barədə həmin əmlakların mülkiyyətçilərinə məlumat verilmişdir. Həmin cəmiyyət tərəfindən aparılmış qiymətləndirmə nəticəsində Cavabdeh1 MMC-nin mülkiyyətində olmaqla Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin (bundan sonra 1-ci əmlak) ilkin satış qiyməti 340.000 manat, Cavabdeh2 mülkiyyətində olmaqla Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 say lı evin, 121 saylı mənzilinin (bundan sonra 2-ci əmlak) ilkin satış qiyməti 106.000 manat, Cavabdeh3 mülkiyyətində olmaqla Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən, 41 saylı evin, 122 saylı mənzilinin (bundan sonra 3-cü əmlak) ilkin satış qiyməti 97.000 manat, Cavabdeh5 mülkiyyətində olmaqla Ağcabədi şəhəri, H.Əliyev küçəsində yerləşən 122 saylı evin, 8 saylı mənzilinin (bundan sonra 4-cü əmlak) ilkin satış qiyməti 48.000 manat, Cavabdeh2 mülkiyyətində olmaqla Daşkəsən rayonunun Zağalı kəndində 0,0607 ha torpaq sahəsində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə (bundan sonra 5-ci əmlak) ilkin satış qiyməti 80.000 manat və Cavabdeh4 mülkiyyətində olmaqla Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, təzə məhəllədə yerləşən 0,24 ha torpaq sahəsinin və onun üzərində olan 377,8 kv.m. ölçüdə fərdi yaşayış evinin (bundan sonra 6cı əmlak) ilkin satış qiyməti 170.000 manat məbləğində müəyyən edilmişdir. Bu qiymətlərin nəticə etibarı ilə ipoteka müqavilələrində əks olunması həmin müqavilələri imzalamış tərəflərin onlarla razılaşmasını və onları qəbul etməsini təsdiq edir. Başqa sözlə, əmlak mülkiyyətçiləri müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş qiymətlərlə razılaşmışdılar. Lakin xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilmədiyindən tərəflər arasında məhkəmə mübahisəsi başlamış və işə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman məhkəmənin müvafiq qərardadının icrası qaydasında "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə nə ticəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli hesabatlarda həmin əmlakların bazar qiyməti müəyyən edilmişdir. Bu hesabatlarda göstərilən qiymətlərlə razılaşmayan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC məhkəməyə verdiyi vəsatətdə qeyd edilən əmlakların təkrar qiymətləndirilməsinin keçirilməsini tələb etmişdir. Məhkəmə müvafiq qərardadla həmin vəsatəti təmin etməsinə baxmayaraq, bunun səbəbləri göstərilmədən və mövqe hər hansı formada əsaslandırılmadan 6 əmlakla bağlı deyil, cəmi 3 əmlakla bağlı (1-ci, 5-ci və 6-cı əmlakla) təkrar ekspertiza təyin etmiş və ekspertizanın keçirilməsi yenidən "xxxx" MMC-yə həvalə edilmişdir. Qeyd edilən cəmiyyət tərəfindən təkrarən tərtib edilmiş hesabatlarda yalnız 5-ci əmlakın qiymətində dəyişiklik olmuşdur. Belə ki, ilk hesab atda bu əmlakın 80.000 manat dəyərində olduğu qeyd edilsə də, təkrar hesabatda qiymət 100.000 manat göstərilmişdir. Məhz bu hallara (eyni qiymətləndirici tərəfindən və 6 deyil, 3 əmlakın qiymətləndirilməsi) istinadən həmin cavabdeh əmlakın təkrar qiymətləndirilməsi, habelə məhkəmə-muhasibat ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir. İddiaçı tərəfin vəsatətlə tanış olmağına şəraitin yaradılması məqsədi ilə işə baxılması təxirə salınmış, lakin növbəti məhkəmə iclasında yalnız məhkəməmuhasibat ekspertizasının keçirilməsi barədə vəsatət müzakirə edilərək, təmin edilmiş və məhkəmə-muhasibat ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilmişdir. Əmlakın təkrar qiymətləndirilməsi ilə bağlı vəsatət isə ümumiyyətlə müzakirəyə çıxarılmamış, nəticə etibarı ilə vəsatət üzrə hər hansı qərardad qəbul edilməmişdir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hər iki qərardadında ipoteka predmetlərinin real bazar qiymətinin müəyyən edilməsi tələb edilmişdir. Yalnız hesabatlar məhkəməyə təqdim edildikdən sonra birinci instansiya məhkəməsinin müraciətinə əsasən bu əmlakların likvid dəyərinə dair məlumat hesabat şəklində deyil, 1 səhifəlik məktub şəklində (xx.xx.2020-ci il tarixli) "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmişdir. Lakin əmlakların ipoteka müqavilələrində göstərilən likvid qiymətlər "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli məktubunda göstərilən likvid qiymətlər müqayisəli şəkildə təhlil edilməmiş, o cümlədən "xxxx" MMC tərəfindən 6 ədəd əmlakdan, 4-ü üzrə (1, 3, 4, 6-cı əmlaklar) müəyyən edilmiş ilkin satış (likvid) qiymətin in 7 il əvvəl bağlanmış ipoteka müqavilələrində göstərilən ilkin satış (likvid) qiymətlərdən aşağı olmasına hüquqi qiymət verilməmişdir. İpoteka müqavilələri nəzərə alınmaqla "xxxx" MMC tərəfindən tərtib edilmiş hesabatlarda da əmlakın dəyərinin aşağı düşməsi məsələsinə hər hansı münasibət bildirilməmişdir. Nəticə etibarı ilə 2013-cü və 2014-cü illərdə bağlanmış ipoteka müqavilələrinə əsasən 340.000 manat (1-ci əmlak), 97.000 manat (3-cü əmlak), 48.000 manat (4-cü əmlak) və 170.000 manat (6-cı əmlak) likvid dəyəri olan bu əmlakların likvid dəyərinin 6 ildən sonra aşağı düşərək, müvafiq olaraq 290.000 (-50.000) manat, 83.000 (-15.000) manat, 36.000 (-12.000) manat və 126.000 (-44.000) manat təşkil etməsinin səbəbləri və ümumiyyətlə mümkünlüyü araşdırılmamışdır. Belə ki, təkcə son 20 ilin gö stəricilərinə əsasən bu sahədə mövcud olan vəziyyət birmənalı şəkildə daşınmaz əmlakın dəyərinin ilbəil artdığını göstərir. Belə olan halda, 6-7 il ərzində ipoteka predmetlərindən 4 ədədinin dəyərinin artmamasının, əksinə ucuzlaşmasının səbəbləri və əsasları olmalıdır. Lakin bununla bağlı hər hansı səbəb və ya əsas müəyyən edilməmişdir. Eyni zamanda sonrakı mərhələlərdə əldə edilmiş hesabat və rəylər "xxxx" MMC-nin hesabatlarının mötəbər sübut kimi qiymətləndirilərək, qəbul edilməsini və həmin hesabatlara uyğun olaraq, ipoteka predmetlərinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsini istisna edir. Bu səbəbdən məhkəmə kollegiyası ipoteka predmetlərini təşkil edən əmlakların likvid dəyərinin müəyyən edilməsi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab et mişdir.
36. Məhkəmə kollegiyası ipoteka predmetlərinin likvid dəyəri ilə bağlı iş materiallarında olan digər hesabat və rəylərlə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehlərin özləri tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatlarında 4-cü əmlak istisna olmaqla bütün digər əmlakların ilkin satış (likvid) qiyməti müəyyən edilmişdir. Həmin qiymətlər həm ipoteka müqaviləsində, həm də "xxxx" MMC-nin hesabatlarında göstərilən qiymətlərdən yüksəkdir. Lakin cavabdeh bu hesabatları əmlakların ilkin satış (likvid) qiymətinin orada göstərilən qiymətlərə uyğun müəyyən edilməsi üçün deyil, qətnamə ilə müəyyən edilmiş ilkin satış (likvid) qiymətin aşağı olmasını təsdiq etmək və fərqi göstərmək üçün təqdim etmişdir. Bu hal həmin hesabatlarla birlikdə təqdim edilmi ş təkrar qiymətləndirmənin təyin edilməsi barədə vəsatətin məzmunundan da müəyyən edilir. Belə ki, cavabdeh bu hesabatların əlavə edildiyi təkrar qiymətləndirmənin təyin edilməsi barədə vəsatətdə əmlakların ilkin satış (likvid) qiymətinin bu hesabatlara uyğun müəyyən edilməsini deyil, əmlakların təkrar qiymətləndirilməsinin keçirilməsini xahiş edir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası ipoteka predmetlərinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsində bu hesabatları mötəbər sübut kimi qəbul etmir. Lakin nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsindəki birinci icraat zamanı təyin edilməsə də, təkrar apellyasiya icraatında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlər, habelə məhz "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatları nəzərə alınmaqla iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və əmlakın qiymətləndirilməsi “NBA Consulting MMC-yə həvalə edilmişdir. Bu cəmiyyət tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesabatda ilkin satış (likvid) qiymət 1-ci əmlak üzrə 1.350.000 manat, 2-ci əmlak üzrə 160.000 manat, 3-cü əmlak üzrə 120.000 manat, 4-cü əmlak üzrə 43.000 manat, 5-ci əmlak üzrə 135.000 manat və 6-cı əmlak üzrə 235.000 manat məbləğində müəyyən edilmişdir.
37. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3893-9/4110 saylı ekspert rəyinə əsasən 1-ci əmlakın ilkin satış (likvid) qiyməti 1.000.000 manat, 5-ci əmlakın ilkin satış (likvid) qiymtəi isə 123.000 manat məbləğində müəyyən edilmişdir ki, bu qiymətlər “NBA Consulting MMC tərəfindən müəyyən edilmiş qiy mətlərdən aşağıdır. Başqa sözlə, 1-ci və 5-ci əmlakın ilkin satış (likvid) qiymətinin“NBA Consulting MMC tərəfindən tərtib edilmiş hesabatda göstərilən ilkin satış (likvid) qiymətindən yüksək olması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizasının 1-ci və 5-ci əmlakın ilkin satış (likvid) qiymətinin reallıqda “NBA Consulting MMC-nin hesabatında göstərilən qiymətdən daha yüksək olubolmamasının müəyyən edilməsi məqsədi ilə və məhz cavabdeh tərəfin vəsatəti əsasında təyin edilməsini, iddiaçı tərəfin loyallıq xətrinə vəsatətin təmin edilməsinə etiraz etmədiyini nəzərə alıb, qeyd edilən 2 ədəd əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsində bu rəyi də mötəbər sübut kimi qəbul etməmişdir.
38. Məhkəmə kollegiyası i ş materiallarında olan digər rəylərə verilmiş hüquqi qiyməti nəzərə alıb, “NBA Consulting MMC-nin xx.xx.2022-ci il tarixli hesabatını mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlmişdir ki, 4-cü əmlak istisna olmaqla ipoteka predmetini təşkil edən əmlakların ilkin satış (likvid) qiyməti məhz "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatı əsas götürülməklə müəyyən edilməlidir. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı bir daha vurğulamışdır ki, cavabdeh tərəfin vəsatətinə uyğun olaraq kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi məsələsi müzakirə edilərkən, ilk iddiaçı “NBA Consulting MMC-nin hesabatında göstərilən ilkin satış (likvid) qiymətinin yüksək olmasını mübahisələndirməmiş və ekspertizanın belə bir halın müəyyən edilməsi məqsədi il ə keçirilməsini tələb etməmişdir. Ekspertiza cavabdeh tərəfin vəsatətinin məzmununa uyğun olaraq 1-ci və 5-ci əmlakların ilkin satış (likvid) qiymətinin daha yüksək olub-olmadığının müəyyən edilməsi məqsədi ilə təyin edilmişdir.
39. Məhkəmə kollegiyası mütəxəssis və ekspert rəyləri üzrə müəyyən edilmiş ilkin satış (likvid) qiymətləri nəzərə alıb, 4-cü əmlakın ilkin satış (likvid) qiymətinin xx.xx.2013-cü il tarixli, RB/AB/İP 276 saylı ipoteka müqaviləsində göstərilən qiyməti, yəni 48.000 manatı əsas götürməklə müəyyən edilməsini düzgün və ədalətli hesab etmişdir. Hər bir halda ipoteka müqaviləsini bağlamış tərəflər, xüsusilə də ilk iddiaçı bu əmlakın ilkin satış (likvid) qiymətinin hələ 2013-cü ildə 48.000 manat məbləğində olması ilə razılaşmışdır.
40. Məhkəmə öz mövqeyini Azərbaycan Respu blikasının Mülki Məcəlləsinin 269.1, 269.7, 317.1. 319.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4, 384.0.3, 420, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanuna istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
41. İlkin iddia üzrə cavabdeh MMC (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
42. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərba ycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 iyul 2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri nəzərə almayaraq, həmin Qərarın tələblərinin pozulmasına yol vermişdir. Belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, hazırki iş üzrə ipotekaya qoyularaq yüklü edilmiş 6.0 ha torpaq sahəsində Ağcabədi çörək və un məmulatları zavodu (irəlidə çörək zavodu adlanacaq) tikilmiş, Bank tərəfindən 06 iyun 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsinə əsasən kredit vəsaiti məhz çörək zavodunun tikintisi üçün ayrılmış, kredit vəsaiti də təyinatı üzrə də xərclənmişdir. Bundan başqa, çörək zavodunun açılışında möhtərəm cənab Prezident şəxsən iştirak etmişdir. Bununla yana şı torpaq sahəsində çörək zavodunun fəaliyyətinin təmin edilməsi üçün böyük miqdarda xərclənmiş vəsait hesabına bütün zəruri infrastruktur yaradılmış, (3 faza işıq xətti, orta təzyiqli qaz xətt, daimi su xətti, asfalt örtüyü, dizaynlı landşaft), tikintinin aparılması üçün Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 28 saylı Sərəncamı verilmiş, lazımi dövlət qurumları ilə tikintinin aparılması razılaşdırılmışdır. Göründüyü kimi, sahibkarlıq təyinatı ilə olan 6.0 ha torpaq sahəsinin həqiqi dəyəri dəfələrlə artmış, yüklü edilmiş torpaq sahəsində tikintinin aparılmasına iddiaçı Bankın heç bir etirazı olmamış, tikinti işləri qanunvericilyin tələblərinə əsasən, torpağın təyinatına uyğun olaraq aparılmışdır. Lakin ipoteka predmetinin dəyərinin artmasını məhkəmə kollegiya sı nəzərə almamış, bununla bağlı qiymətlənrimə ekspertizası qarşısında suallar qoymamışdır, nəticədə dəyəri bir neçə milyonlarla ölçülən çörək zavodu qiymətləndirmədən kənar qalmışdır.
43. Həmçinin məhkəmə kollegiyası prosessual hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, hazırkı iş üzrə təyin edilmiş qiymətləndirmə ekspertizasının aparan “NBA Consultinq MMC”-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli, MB 15/1646 saylı qiymətləndirmə hesabatında Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin likvid dəyərini 1.350.000 manat müəyyən edərkən həmin torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış tikililəri (çörək zavodunu), həmçinin yaradılmış infrastruktura, istehsala əlverişli 3 faza sərbəst elektrik xəttinə, ort a təzyiqli qaz xəttinə, daimi su təchizatının olmasını, asfalt örtüyünə və yüksək səviyyədə landşaft dizayna malik olmasını nəzərə almamış, nəticədə qeyrimötəbər rəy vermişdir. Bundan başqa qiymətləndirmə rəyində müqayisə olunan digər torpaq sahələri mübahisəli torpaq sahələri ilə eyni səviyyəli olmamış, bununla da müqayisənin də adekvat olmadığı açıq-aşkar görünmüşdür. Bununla bağlı məhkəmə kollegiyasına vəsatət verilmiş, göstərilən xüsusatların mütləq şəkildə qiymətləndirmədə nəzərə alması xüsusi vurğulanmışdır, lakin məhkəmə kollegiyası təkrar qiymətləndirmə təyin etməmiş, vəsatətin rədd edilməsini əsaslandırılmamış, ümumiyyətlə bu barədə qətnamədə heç bir şey göstərməmişdir.
44. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-22/2023 nömrəli, xx.xx. 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “(63) həmin torpaq sahələrinin üzərlərində mövcud olan daşınmaz əmlaklarla birlikdə qiymətləndirilməsi aparılmalı və bu qiymətləndirməyə uyğun olaraq qeyd edilən torpaq sahələrinin ilkin satış (likvid) qiyməti müəyyən edilməlidir. (66.) Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, ipotekaya qoyulmuş torpaq sahələri üzərində inşa edilmiş və mülkiyyət hüququ reyestrdə qeydə alınmamış daşınmaz əşyaların torpaq sahələri ilə birlikdə qiymətləndirilməsi o halda mümkündür ki, həmin daşınmaz əmlaklar öz təyinatına, texniki və seysmik göstəricilərinə görə müəyyən olunmuş normativlərə cavab verməl i, həmin tikilidən istifadə edən şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmamalı, üçüncü şəxslərin qanunla qorunan hüquqların ı və mənafelərini pozmamalıdır. O cümlədən həmin tikililər təyinatı üzrə ayrılmış torpaq sahələrində inşa edilməlidir.” Hazırki iş üzrə ipotekaya qoyularaq yüklü edilmiş 6.0 ha torpaq sahəsində Ağcabədi çörək və un məmulatları zavodu tikilmiş, 06 iyun 2013- cü il tarixli 4356 saylı baş kredit müqaviləsinə əsasən kredit vəsaiti məhz çörək zavodunun tikintisi üçün ayrılmış, təyinatı üzrə də xərclənmişdir. Bundan başqa, çörək zavodunun açılışında möhtərəm cənab Prezident şəxsən iştirak etmiş, hələ zavodun 2017-ci ildə rəsmi açılışı olan zamanı ölkə rəhbərliyinə edilən məruzə zamanı zavodun dəyərinin 4 (dörd) milyon manat olması vurğulanmışdır, bu barədə KİV-də də məlumat verilmişdir. (həmin halı təsdiq edən sənəd şikayətə əlavə olunur). Bununla yanaşı torpaq sahəsində yuxarıda göstərildiyi ki mi, çörək zavodunun fəaliyyətinin təmin edilməsi üçün bütün zəruri infrastruktur yaradılmışdır (3 faza işıq xətti, orta təzyiqli qaz xətt, daimi su xətti, asfalt örtüyü, dizaynlı landşaft). Tikintinin aparılması üçün Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 28 saylı Sərəncamı verilmişdir.
45. Azərbaycan Respublikası MPM-nin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası göstərilən prosessual hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, 18 iyul 2019-cu il tarixindən qüvvədə olan MPM-nin 26.1-ci maddəsinə əsasən hazırki işə kommersiya məhkəməsində baxılmalı olduğuna gö rə Bakı şəhəri Nəsimirayon məhkəməsi (hakim Natavan Tağıyeva) işi aiddiyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərmək əvəzinə prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq 2(006)-116/2020 saylı iş üzrə 06 oktyabr 2010-cu il tarixli qətnamə çıxarmışdır.
46. Məhkəmə kollegiyası göstərilən prosessual hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, ipoteka ilə yüklü edilmiş 6.0 ha torpaq sahəsinin üzərində qanunvericiliyin tələblərinə əsasən müvafiq razılaşdırılmaların aparılması ilə tikilmiş çörək zavoduna dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və müvafiq çıxarışın verilməsi öhdəliyin qoyulması ilə bağlı ƏMDX DƏDKR PHŞ-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşıŞirvan İnzibati Məhkəməsində iddia qaldırılmasına dair məhkəməyə məlumat verilmiş, ti kinti işlərinin aparılmasına dair bütün sənədlər təqdim edilmiş, lakin məhkəmə kollegiyası həmin inzibati mübahisəyə baxılıb qurtaranadək hazırki mülki işin icraatını dayandırmamışdır. Hazırda 2-1(120)-585/2024 saylı inzibati iş hakim Pərvanə Qurbanovanın icraatındadır, xx.xx.2024-cü il tarixinə hazırlıq iclası təyin edilmişdir. a)
47. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
48. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
49. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (g irov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.
50. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
51. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdir diyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
52. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
53. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
54. Maddə
52. İpoteka qoyan ipoteka müqaviləsi üzrə gir ov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 1 iyul 2022-ci tarixli Qərarı: “ İpoteka predmeti olan əşyanın dəyərinin artmasına səbəb olan yaxşılaşdırmalara gəlincə isə nəzərə alınmalıdı r ki, bu halda gələcəkdə öhdəliyin təminat dəyəri azalmadığından kreditorun mənafeyi hər hansı təhlükəyə məruz qalmır, əksinə ipoteka predmetinin dəyərinin artması ipoteka saxlayanın təminatının güclənməsinə gətirib çıxarır. Odur ki, ipoteka predmetinin dəyərinin artmasına səbəb olan yaxşılaşdırmaların ipoteka saxlayanın mənafeyi baxımından hüquqa zidd hesab edilməsi yolverilməzdir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, kassasiya şikayətinin dəlilləri yalnız ipoteka predmetlərindən biri olan Ağcabədi şəhəri, Zərdab yolu nun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair olduğundan kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin aktının həmin əmlaka aid hissədə yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, ipoteka predmeti olan Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi hissəsində qətnamə ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır.
65. Belə ki, kassator kassasiya şikayətində qeyd etmişdir ki, ipotekaya qoyulmuş torpaq sahəsində Ağcabədi çörək və un məmulatları zavodu (irəlidə çörək zavodu adlanacaq) tikilmiş, götürülmüş kredit vəsaiti məhz çörək zavodunun tikintisi üçün ayrılmış və təyinatı üzrə xərclənmiş, sahibkarlıq təyinatı ilə olan 6.0 ha torpaq sahəsinin həqiqi dəyəri dəfələrlə artmış, lakin ipoteka predmetinin dəyərinin artmasını məhkəmə kollegiyası nəzərə almamış, bununla bağlı qiymətlənrimə ekspertizası qarşısında suallar qoymamışdır.
66. Bu dəlillər apelyasiya instansiya məhkəməsində də irəli sürülmüş və həmin əmlakın yenidən qiymətləndirilməsi barədə müvafiq vəsatətlər verilmiş, lakin həmin vəsatətlər apellyasiya məhkəməsi tərəfindən təmin edilməmiş, əvvəllər təyin edilmiş ekspertizalar zamanı ekspert qarşısında bu torpaq sahəsi üzərində mövcud olan tikili və infrastrukturun qiymətləndirilməsi barədə suallar qoyulma mışdır.
67. İşdə olan qiymətləndirmə rəylərindən də görünür ki, qiymətləndirmə zamanı yalnız torpaq sahəsinin qiymətləndirilməsi aparılmış, ekspertlər tərəfindən müqayisəli metod üzrə nəzərə alınan qiymətlər də müvafiq ərazidə yerləşən boş torpaq sahələrinin qiymətləri olmuşdur.
68. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 1 iyul 2022-ci tarixli Qərarında qeyd edilmişdir ki, “İpoteka predmeti olan əşyanın dəyərinin artmasına səbəb olan yaxşılaşdırmalara gəlincə isə nəzərə alınmalıdır ki, bu halda gələcəkdə öhdəliyin təminat dəyəri azalmadığından kreditorun mənafeyi hər hansı təhlükəyə məruz qalmır, əksinə ipoteka predmetinin dəyərinin artması ipoteka saxlayanın təminatının güclənməsinə gətirib çıxarır. Odur ki, ipoteka predmetinin dəyərinin artmasına səbəb olan yaxşılaşdırmaların ipoteka saxlayanın mənafeyi baxımından hüquqa zidd hesab edilməsi yolverilməzdir.”
69. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında ifadə edilən hüquqi mövqe digər məsələlərlə yanaşı boş torpaq sahəsi kimi ipotekaya qoyulmuş əmlaka edilən yaxşılaşdırılmaların torpaq sahəsi ilə birlikdə qiymətləndirilməsini və həmin qiymətlə hərraca çıxarılmasını istisna etmir.
70. Həmçinin “İpoteka haqqında” Qanunun 52-ci maddəsinə əsasən, ipoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir.
71. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin yenidən qiymətləndirilməsi ekspertizası təyin edilməli, həmin torpaq sahəsinin üzərində mövcud olan daşınmaz əmlaklarla birlikdə qiymətləndirilməsi aparılmalı və bu qiymətləndirməyə uyğun olaraq qeyd edilən torpaq sahələrinin ilkin satış (likvid) qiyməti müəyyən edilməlidir.
72. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, ipotekaya qoyulm uş torpaq sahələri üzərində inşa edilmiş və mülkiyyət hüququ reyestrdə qeydə alınmamış daşınmaz əşyaların torpaq sahələri ilə birlikdə qiymətləndirilməsi o halda mümkündür ki, həmin daşınmaz əmlaklar öz təyinatına, texniki və seysmik göstəricilərinə görə müəyyən olunmuş normativlərə cavab verməli, həmin tikilidən istifadə edən şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmamalı, üçüncü şəxslərin qanunla qorunan hüquqlarını və mənafelərini pozmamalıdır. O cümlədən həmin tikililər təyinatı üzrə ayrılmış torpaq sahələrində inşa edilməlidir.
73. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin ilkin satış (likvid) qiymətinə aid hissədə qətnamə qismən ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir.
74. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
75. Kassasiya şikayətinin məhkəmə aidyyətinin pozulması ilə bağlı dəlilləri isə əsassızdır, belə ki, iddia icraata götürülərkən məhkəmə aidiyyatı qaydaları pozulmamışdır. Buna görə də, kassasiya şikayəti qismən təmin edilməlidir.
76. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəh bər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2023-cü il tarixli, 2(103)268/2023 nömrəli qətnaməsi qismən, Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin 1.350.000 (bir milyon üç yüz əlli min) manat müəyyən edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.