Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1314/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, X2 Xidmət mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 cavabd ehlər Cavabdeh1, X2 Xidmət mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin, çıxarışın etibarsızlığı və torpaq sahəsindən çıxarılması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-228/2023 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərardadından İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, X2 Xidmət mərkəzində Notariat Ofisinə, Azərbaycan Resp ublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr nömrəsi **********47 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Balakən rayonu Qaysa kəndində yerləşən 1.85 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(019)-557/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin edilməmişdir.
3. İddiaçılar İddiaçı4, İ ddiaçı1, İddiaçı2 qətnamədən apellyasiya şikayətləri vermişlər.
4. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-228/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) apellyasiya şikayətləri qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(019)-557/2022 nömrəli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(107)-228/223 saylı qətnaməsindən İddiaçı4 kassasiya şikayəti vermişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(107)-228/223 sa ylı qərardadı ilə kassasiya şikayəti onu verən iddiaçı və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaması əsası ilə geri qaytarılmışdır.
7. İddiaçı4 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(107)-228/223 saylı qətnaməsindən 31 dekabr 2023-cü il tarixdə yenidən kassasiya şikayəti vermişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024 -cü il tarixli 2(107)-228/2023 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(107)-228/223 saylı qətnaməsindən İddiaçı4 (nümayəndəsi və vəkili Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
9. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(107)-228/223 saylı qətnaməsinin İddiaçı4 rəsmi qaydada təqdim edilməsindən sonra 2 aylıq müddətin ötürülməsi ilə verilmiş, şikayətə buraxılmış müddətin üzrlü hesab edilməsinə dair ərizə əlavə edilməmişdir.
10. İddiaçı4 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-228/2023 qətnaməsindən yenidən kаssаsiyа şikаyəti verilmiş və kassasiya şikayətinə “buraxılmış prosessual müddətin bərpa edilməsi“ barədə ərizə əlavə edilmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarında olan İddiaçı4 tərəfindən 11 oktyabr 2021-ci il tarixdə X2 Xidmət mərkəzində Notariat Ofisində verilmiş reyestr nömrəsi 7E-5356 olan etibarnamədən görünür ki, həmin etibarnamə 1 il 11 ay 27 gün müddətinə verilmiş və həmin etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Hazırda İddiaçı4 tərəfindən 28 dekabr 2023-cü il tarixdə Bakı şəhəri 8 saylı Notariat Ofisində verilmiş reyestr nömrəsi 7E-11559 olan etibarnamədən görünür ki, həmin etibarnamə İddiaçı4 tərəfindən Nümayəndə 1 il müddətinə verilmiş və həmin etibarnamə xx.xx.2024-cü il tarixədək qüvvədədir. Göründüyü kimi hazırki vəziyyətdə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(107)- 228/223 saylı qərardadında göstərilən nöqsanlar aradan qaldırılmışdır. Hesab etmişdir ki, əvvəlki kassasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verildiyindən hazırki kassasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab edilməlidir
12. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)228/2023 saylı qərardadı ilə ərizə təmin edilməmişdir.
13. Məhkəmə hesab etmişdir ki, mübahisəli qətnamə 19 oktyabr 2023-cü il tarixdə İddiaçı4 ünvanına təqdim edilmiş, həmçinin 09 oktyabr 2023-cü il tarixdə iddiaçıların vəkili Nümayəndə məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı4 (nümayəndəsi və vəkili Nümayəndə) kassasiya şikayətini 16 yanvar 2024-cü il tarixdə verməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmışdır. İş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən edilməmişdir. 1
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 128.3, 130.1,133.1, 135.1, 135.3, 135.6, 135.8, 405.0.1, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
15. İddiaçı4 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti müddətin bərpası barədə ərizənin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, 07 dekabr 2023-cü il tarixdə, yəni qətnamənin elektron kabinetdə yerləşdirildiyi vaxtdan iki ay müddətində kassasiya şikayəti verilərkən kassasiya şikayətinin geri qaytarılmasına əsas yalnız iddiaçının vəkilinə verdiyi etibarnamənin müddətinin başa ç atması olmuş, sonradan həmin hal iddiaçıya məlum olmuş, yenidən eyni qaydada iddiaçı tərəfindən vəkilə notarial qaydada etibarnamə verilmişdir. Kassasiya şikayətinin verilməsinə dair müddətin bərpası barədə vəsatətin məzmunu da bundan ibarət olmuşdur. Lakin məhkəmə kollegiyası İddiaçı4 (vəkili Nümayəndə) 07 dekabr 2023-cü il tarixdə, yəni qətnamənin elektron kabinetdə yerləşdirildiyi vaxtdan iki ay müddətində kassasiya şikayətini verməsinə qiymət vermədən və buraxılmış müddətin bərpasına dair bu dəlillərə hüquqi qiymət vermədən vəsatəti əsassız təmin etməməklə kassasiya şikayətini geri qaytarmışdır.
17. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
18. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informas iya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
19. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
21. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir
22. Maddə 135.6. “Elektro n məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
23. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir.
31. Belə ki, iş materiallarından müəyyən olunur ki mübahisəli qətnamə 19 okty abr 2023cü il tarixdə İddiaçı4 ünvanına təqdim edilmiş, həmçinin 09 oktyabr 2023-cü il tarixdə iddiaçıların vəkili Nümayəndə məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir.
32. Həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə apellyasiya məhkəməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı4 (nümayəndəsi və vəkili Nümayəndə) qanunvericiliyin tələbinə uyğun şəkildə kassasiya şikayətini 16 yanvar 2024-cü il tarixdə verməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmışdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı4 (nümayəndəsi və vəkili Nümayəndə) prosessual müddətin bərpası haqqında ərizədə qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edil məsini xahiş etsə də müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsinə əsas verəcək hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.
34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qətnaməni şəxsən almaması ilə bağlı qeyd etdiyi dəlillər sübutlarla əsaslandırılmadığından formal xarakter daşıyır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsinin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-228/2023 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.