Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1314/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi zamanı yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsinin həll edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 21 yanvar tarixli 2(103)-689/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiy a şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə X2 20 fevral 2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahdan 3 uşaqları doğulmuşdur. 2. ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil ünvan 2arixli alğı-satqı müqaviləsinə əsasən X3 mülkiyyətinə, daha sonra 13 oktyabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh mülkiyyətinə keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 4, mənzil 13-də yerləşən iki otaqlı yaşayış sahəsinə köçürülməsi barə də qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, 2017-ci ilin oktyabr ayından cavabdehlə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 4, mənzil 13-də yerləşən iki otaqlı yaşayış sahəsində yaşamışlar və 2023-cü ilin dekabr ayının 8-də cavabdeh mənzilin kilidini dəyişməklə onu övladları ilə birlikdə yaşadıqları və istifadə etdikləri mübahisəli evdən çıxarmışdır. Cavabdeh onu və uşaqları yaşadıqları mübahisəli mənzildən çıxarandan sonra hal-hazıra kimi o, valideynlərinin evində müvəqqəti yaşamağa məcbur olmuşdur. Dəfələrlə mübahisəli evə getsə də, cavabdeh ona və uşaqlarına evə daxil olmağa imkan verməmişdir. Bundan başqa, uşaqları mübahisəli evin yaxınlığında yerləşən 1 41 saylı tam orta məktəbdə oxuyurlar.
5. Hazırkı iddia tələbi verildikdən sonra tərəflərin nikahı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların ananın yanında saxlanılması qət edilmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə arasında olmuş ailə münasibətlərinə xitam verilmişdir. Mübahisəli mənzil isə birgə vəsait hesabına alınmış hesab edilə bilmədiyinə görə cavabdehin həmin mənzilə hüquqları yoxdur.
7. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(010)-2835/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia tələbi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh 2010-cu il tarixdə nikaha daxil olmuş və qeyd olunan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil 21 oktyabr 2015-ci il tarixdə Cavabdeh mülkiyyətinə keçmişdir. Başqa sözlə, tərəflərin ailə münasibətləri 2010-cu il tarixindən başlamış, cavabdehin mübahisə obyekti olan mənzilə mülkiyyət hüququ 21 oktyabr 2015-ci il tarixindən yaranmışdır. Mənzilin hüquqi statusu baxımından qeyd olunan mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilməsinə baxmayaraq, iş materiallarından göründüyü kimi, həmin mənzil 13 oktyabr 2015-ci il tarixli bağışlama müqaviləsi əsasında X4 tərəfindən Cavabdeh bağışlanmışdır. Tərəflərin nikah dövründə həddiyyə şəklində və yaxud vərəsəlik qaydasında əldə etdikəri əmlak onların birgə mülkiyyəti deyil, hər birinin ayrıca mülkiyyəti hesab edilir. Əmlakın birgə nikah dövründə əldə edilmiş hesab edilməsi üçün iki şərtin olması vacibdir. Birincisi əmlak birgə nikah dövründə alınmalıdır, ikincisi əmlak birgə vəsait hesabına alınmalıdır. Hazırkı halda əmlak birgə vəsait hesabına alınmamışdır. Deməli qeyd olunan mənzil tərəflərin birgə mülkiyyəti hesab edilə bilməz. İddiaçının həmin mənzilə yalnız istifadə hüququ ola bilərdi.
9. Bu baxımdan məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları rəhbər tutulmaqla həll edilməlidir. Hazırki iddia tələbinə Mənzil Məcəlləsinin müddəalarının tətbiq edildiyi nəzərə alınarsa, iddiaçının qeyd olunan mənzilə istifadə hüququ mövcud deyildir. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, tərəflərin 20 fevral 2010-cu il tarixdə rəsmi nikaha daxil olmalarına baxmayaraq, onlar arasında olan rəsmi nikah münasibətləri 20 iyun 2024-cü il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Deməli hazırda tərəflər arasında ailə münasibətləri yoxdur. Belə olduğu halda, iddiaçının həmin mənzilə köçürülməsi üçün hüquqi əsaslar yoxdur. İddia tələbində iddiaçı ilə birlikdə tərəflərin nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan övladlarının da mənzilə köçürülməsi xahiş edilmişdir. Tələbin bu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də təmin edilə bilməz. Ona görə ki, məhkəmənin 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozularkən birgə nikahdan anadan olan yetkinlik yaşına çatmamış uşaqlar anaları - İddiaçı himayəsində saxlanıblar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanunun 2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanların yaşayış yerləri onların himayələrində qaldıqları valideynlərinin yaşayış yerləri sayılır. Nə dədər ki, yetkinlik yaşına çatmayanlar iddiaçının himayəsinə verilmişlər və hazırkı tələb iddiaçıya münasibətdə tələb təmin edilməyib, belə olduğu halda tələb birgə nikahdan anadan olan uşaqlara münasibətdə də tətbiq edilə bilməz. Ona görə ki, onların yaşayış yerləri analarının yaşadığı yer hesab olunur. Lakin bununla belə, məh kəmə yetkinlik yaşına çatmayanların mübahisəli mənzilə hüquqlarının olub-olmaması məsələsinə qiymət vermir və hazırkı tələbin onlara münasibətdə də rədd edilməsi onların mübahisə obyekti olan mənzilə hüquqlarının olmaması anlamına gəlməməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyun 2021- ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdehin birgə nikahlarından anadan olmuş üç uşaq iddiaçının uşaqları olduğu kimi cavabdehin də uşağıdır və onlar arasında ailə münasibətlərinə məhkəmənin qərarı olmadan xitam verilməsi mümkün deyildir. Nəticə etibarı ilə həmin uşaqların mübahisəli yaşayış sahəsində yaşamaq və ondan istifadə etmək hüququ həmişə saxlanılır. Məhkəməyə təqdim olunmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9275/2024 saylı, 10 iyun 2024-cü il tarixli qərarına əsasən Cavabdeh Suraxanı rayon Polis İdarəsinə və ona qarşı yaşayış sahəsindən qeydiyyatdan çıxarılma barədə iddia tələbi rədd olunmuşdur. Məhkəmə qətnamə çıxararkən qeyd olunan qərarı araşdırmamış və heç bir hüquqi qiymət verməmişdir. Bu fakt qətnamənin ləğvi üçün əsasdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-689/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.H.Qasımov (sədrlik edən və məruzəçi), G.T.Axundova və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin uşaqların yaşayış yeri ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin uşaqların yaşayış yerinin anasının yanında müəyyən edilməsi istiqamətində hüquqi dəyərləndirməsi əsaslı olduğundan məhkəmə kollegiyası bu istiqamətdə əlavə araşdırma aparmağa zərurət görməmişdir.
15. Məhkəmə kollegiyası şikayətin Bakı İnzibati Məhkəməsinin qərarına əsasən Cavabdeh Suraxanı rayon Polis İdarəsinə və ona qarşı yaşayış sahəsindən qeydiyyatdan çıxarılma barədə iddia tələbinin rədd olunması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, şəxsin mənzilə istifadə hüququnun olub-olmaması və ya saxlanılması barədə məsələlər inzibati araşdırmanın predmetinə daxil deyildir və mül ki mühakimə icraatı çərçivəsində həll edilməlidir, buna görə də həmin qərarın mövcudluğu hazırkı mübahisə baxımından hər hansı əhəmiyyət kəsb etmir.
16. Həmçinin məhkəmə apellyasiya şikayətində dəlil kimi irəli sürülməsə də, iddiaçının istifadə hüququnun saxlanılması məsələsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında nikahın pozulması ilə bağlı 20 iyun 2024-cü il tarixli qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, həmin qətnamənin alimentlə bağlı hissəsindən cavabdeh tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2(103)- 5078/2024 nömrəli qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Yəni birinci instansiya məhkəməsi iddiaçının ailə üzvü hesab olunmadığından istifadə hüququnun saxlanılmaması ilə bağlı nəticəyə gələrkən artıq nikahın pozulması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-30.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələb inin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən uşaqların yetkinlik yaşına çatmadıqları nəzərə alınmamış, cavabdehin valideynlik hüquqları araşdırılmamış və iddianı təmin etmək üçün kifayət qədər əsas olmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən uşaqların yaşayış yerinin anasının yanında müəyyən edilməsinin əsaslı olduğu və bu istiqamətdə araşdırma aparmağa zərurət görülmədiyi qeyd edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Bundan başqa, apellyasiya məhkəməsi tərəfindən uşaqların yaşayış yerinin həm də valideynlik hüquqlarını itirməmiş cavabdehin yaşayış yeri sayılmas ı ilə bağlı dəlillərə qərəzli yanaşılmış, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir.
21. Həmçinin məhkəmə iddiaçının istifadə hüququnun saxlanılmaması ilə bağlı nəticəyə gələrkən artıq nikahın pozulması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olduğunu qeyd etmişdir. Halbuki, iddia ərizəsi ilə hələ nikahın pozulmadığı 5 may 2024-cü il tarixdə məhkəməyə müraciət olunmuş, məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər əsassız olaraq mediasiya sesiyasında iştirak tələb olunduğu qeyd edilməklə geri qaytarılmış, edilmiş müvafiq şikayətdən sonra mülki iş icraata qəbul edilməklə mahiyyəti üzrə baxılan müddət ərzində nikahın pozulması barədə məhkəmə aktı qanuni qüvvəyə minmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüququ II. Hər kəsin mülkiyyət hüququ vardır. III. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Maddə
43. Mənzil hüququ VI. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. VII. Dövl ət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin y aşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hə rtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yo xdur. Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qə tnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
26. Belə ki, iddia tələbinin maddi hüquqi əsasını Mənzil Məcəlləsinin 30.4-cü maddəsi təşkil edir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Lakin mülkiyyətçinin keçmiş ailə üzvü kimi qanunvericil ikdə nəzərdə tutulmuş hallar olduqda müəyyən müddətə onun malik olduğu istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
27. Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır.
28. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üz vünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasını (xitamı) tələb etmək hüququnu nə zaman həyata keçirmək məsələsinə gəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həl l etməlidirlər (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013cü il tarixli Qərarı).
29. Baxılan işdən də görünür ki, iddiaçı cavabdehin mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququna malik olduğunu bildirməklə mənzilə köçürülməsini tələb etmiş və cavabdeh bu tələbə etiraz etmişdir. İddiaçı cavabdehin keçmiş arvadıdır və Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi olan keçmiş ərindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsdir.
30. Apelyasiya instansiyası məhkəməsinin razılaşdığı birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, «tərəflərin 20 fevral 2010-cu il tarixdə rə smi nikaha daxil olmalarına baxmayaraq, onlar arasında olan rəsmi nikah münasibətləri 20 iyun 2024-cü il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur, deməli hazırda tərəflər arasında ailə münasibətləri yoxdur və belə olduğu halda, iddiaçının həmin mənzilə köçürülməsi üçün hüquqi əsaslar yoxdur».
31. Lakin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsində bəhs olunan “yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanması” hüququ, məhz ailə münasibətlərinə xitam verilmiş şəxsə aid edilmişdir. Başqa sözlə iddiaçının tələbi, həmin normada yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılmasına əsas verən dispozisiya şərtləri (yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasların olmamas ı, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər halların özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsi) əsasında yoxlanılmalı idi.
32. Göründüyü kimi məhkəmənin yalnız tərəflər arasında olan nikahın pozulması faktına istinad etməklə iddianı rədd etməsi qanunauyğun olmamışdır.
33. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətində dəlil kimi irəli sürülməsə də, iddiaçının istifadə hüququnun saxlanılması məsələsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında nikahın pozulması ilə bağlı 20 iyun 2024-cü il tarixli qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, həmin qətnamənin alimentlə bağlı hissəsindən cavabdeh tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2024-cü i l tarixli qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Yəni, birinci instansiya məhkəməsi iddiaçının ailə üzvü hesab olunmadığından istifadə hüququnun saxlanılmaması ilə bağlı nəticəyə gələrkən artıq nikahın pozulması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmuşdur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayətinin dəlillərində özü üçün müəyyən müddətə yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığını qeyd etməməsinə baxmayaraq, verilmiş iddia tələbinin bölünməz xarakteri, iddiaçıya münasibətdə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin dispozisiya şərtləri baxımından şikayətə qiymət verilməsini şərtləndirirdi.
35. Bu halda işə baxan məhkəmə iddiaçının yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsinə hüquqi qiymət verm əli, hüququn saxlanması barədə və ya hüququn saxlanmasının mümkünsüzlüyü barədə gəldiyi nəticəni əsaslandırmalı idi. 36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.
37. Həmin konstitusion dəyərindən çıxış edərək keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını həll etməlidirl ər.
38. Bu konstitusion dəyərin məqsədi konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmamasıdır. Bunu reallaşdırması üçün məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması vacibdir.
39. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur.
40. Məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin ke çmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətini müəyyən edərkən, işin faktiki halları araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq digər halları nəzərə almalıdır (“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadı).
41. İşə baxmış məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun müəyyən müddətə saxlanması üzrə tam və hərtərəfli araşdırma aparmamışdır.
42. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
44. Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiə si prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.
45. Baxılan iş üzrə məhkəmə araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş məhkəmə baxışı prinsiplərinə, çıxarılmış qətnamə isə 217-ci maddəsində nəzərdə tutulmuş qanunilik tələbinə cavab vermir.
46. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 21 yanvar tarixli 2(103)-689/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.