Məhkəmə qərarları › İş №2(102)-1315/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1315/2023

17.04.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1315/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı (üçüncü şəxs Cavabdeh6) iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, pulun ödənilməsinin gecikdirilməsi, maddi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X8 ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Cavabdeh6 qarşı “kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzildən çıxarılm a” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-901/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh6 (bundan sonra – borcalan və ya üçüncü şəxs) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, **********28013 saylı kredit müqaviləsinə əsasən iddiaçı borcalana 48 ay müddətinə illik 22 faiz hesablanmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit verməyi, üçüncü şəxs isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşdür.

2. X1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən üçüncü şəxs ilə bağlanmış Kredit müqaviləsinin təminatı kimi X3 mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri N.Nərimanov küçəsində 12 nömrəli, 3 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 59.96 kvadrat metr olan mənzil (bundan sonra – ipoteka predmeti olan mənzil) ipoteka ilə yüklü edilmişdir. Müqavilədə ipoteka predmetinin bazar dəyəri 25000 manat, likvid dəyəri isə 22000 manat məbləğində qiymətləndirilmişdir.

3. X5 xx.xx.2014-cü il tarixdə ölmüşdür.

4. X3 məxsus olmuş mübahisəli mənzil miras kimi xx.xx.2017-ci il tarixdə Mingəçevir şəhər 2 saylı notariat ofisində rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən hər birinə ¼ pay olmaqla Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına keçm işdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və ümumi paylı mülkiyyət hüququ əsasında cavabdehlərin hər birinə ¼ hissədə məxsus mübahisəli mənzilə tutma yönəldilməsini, ipoteka predmetinin açıq hərracda satılmasını və üçüncü şəxsin iddiaçı qarşısındakı 8 935,91 manat vaxtı keçmiş əsas borcu, xx.xx.2017-ci il tarixinədək kreditdən istifadəyə görə illik 22 % dərəcəsi ilə hesablanmış 928,21 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % dərəcəsi ilə hesablanmış 6743.14 manat m əbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 4087.87 manat məbləğində penya, cəmi 20695.12 manat və xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, mənzil satıldıqdan sonra cavabdehlərin, üçüncü şəxsin və Cavabdeh5 mənzildə n çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmaqla qeyd olunmuşdur ki, kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş mübahisəli mənzil üzərində ipoteka qoyan X2 ölümündən sonra onun vərəsələri olan cavabdehlərin ¼ nisbətində payları müəyyən olunmuşdur. Üçüncü şəxs müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəmədiyindən tutmanın mübahisəli əmlaka yönəldiləcəyinə dair cavabdehlərə bildiriş ünvanlanmış və mübahisəli mənzilin 30 gün müddətində satılması tələb olunmuş, lakin üçüncü şəxs və cavabdehlər tərəfindən kredit borcunun ödənilməsinə dair real addımlar atılmamışdır.

7. Üçüncü şəxs Cavabdeh6 etibarnamə üzrə nümayəndəsi, Vəkil1 məhkəmə iclasında iddianı qi smən qəbul edərək göstərmişdir ki, ipoteka qoyan X2 vəfatından sonra qanun üzrə vərəsələr olan cavabdehlər tərəfindən Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontoruna müraciət edilmiş, müvafiq olaraq həmin notariat kontoru tərəfindən onlara xx.xx.2017-ci il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra da üçüncü şəxs kredit üzrə borclarını ödəməyə başlamış, lakin ödənişlərdə müəyyən gecikmələr olmuşdur. Buna baxmayaraq, üçüncü şəxs müəyyən qədər ödənişlər etmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmiş və həmin tarixdən də qanuni qüvvəsini almışdır. Üçüncü şəxs də həmin Fərmanın təsiri d airəsinə düşmüşdür. X6 övladının qəyyumluq məsələsi ilə problemi yarandığı üçün üçüncü şəxs ilə restrukturizasiya müqaviləsi bağlamaq mümkün olmamışdır. Həmçinin, iddiaçı da buna təşəbbüs göstərməmişdir. Bundan sonra üçüncü şəxs dəfələrlə iddiaçıya müraciət edərək, banka olan borcunu ödəmək istəmişdir. Lakin iddiaçı ondan şişirdilmiş məbləğ tələb etdiyinə görə banka olan borc ödənilməmiş qalmışdır. Hazırda üçüncü şəxs iddia tələbinin ekspertin rəyində göstərildiyi qaydada təmin olunmasına və həmin məbləği ödəməyə etiraz etmir.

8. İş üzrə bir neçə dəfə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir.

9. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/4620 №li, xx.xx.2020-ci il tarixli rəyinə əsasən üçüncü şəxsin xx.xx.2017-ci il tarixə iddiaçıya olan borcu 7772,28 manat əsas borc və 690,96 manat fai z borcu olmaqla, cəmi 8463,24 manat müəyyən edilmişdir. Üçüncü şəxsin xx.xx.2020-ci il tarixə illik 5 % dərəcəsi hesablanmaqla əldən çıxmış fayda üzrə borc məbləği 1065,45 manat müəyyən edilmişdir.

10. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/1589 №li, xx.xx.2021-ci il tarixli rəyinə əsasən üçüncü şəxsin xx.xx.2017-ci il tarixə iddiaçıya olan borcu 7772,20 manat əsas borc və 690,95 manat faiz borcu olmaqla, cəmi 8463,15 manat müəyyən edilmişdir. Üçüncü şəxsin müqavilə müddəti bitdikdən sonra illik 5 % dərəcəsi hesablanmaqla əldən çıxmış fayda üzrə borc məbləği 1065,44 manat müəyyən edilmişdir.

11. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/5201 №-li, xx.xx.2021-ci il tarixli rəyinə əsasən üçüncü şəxsin xx.xx.2017-ci il tarixə iddiaçıya olan borcu 7772,28 manat əsas borc və 690,96 manat faiz borc u olmaqla, cəmi 8463,24 manat müəyyən edilmişdir. Üçüncü şəxsin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 % dərəcəsi hesablanmaqla əldən çıxmış fayda üzrə borc məbləği 1424,92 manat müəyyən edilmişdir.

12. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/8756 №-li, xx.xx.2021-ci il tarixli rəyinə əsasən üçüncü şəxsin xx.xx.2017-ci il tarixə iddiaçıya olan borcu 7772,28 manat əsas borc və 690,96 manat faiz borcu olmaqla, cəmi 8463,24 manat müəyyən edilmişdir. Üçüncü şəxsin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 % dərəcəsi hesablanmaqla əldən çıxmış fayda üzrə borc məbləği 1520,64 manat müəyyən edilmişdir.

13. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-41/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Məhbu rə Kərimova) iddia qismən təmin olunaraq cavabdehlər Cavabdeh3 (1/4 hissə), Cavabdeh1 (1/4 hissə), Cavabdeh2 (1/4 hissə), Cavabdeh4 (1/4 hissə) məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 25000 manat qiymətləndirilmiş Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 59,96 kvadrat metr ümumi, 47,35 kvadrat metr yaşayış, 12,61 kvadrat metr yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzilin hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən 7772,28 manat əsas kredit borcu, 690,96 manat faiz borcu, 1520,64 manat əldən çıxmış fayda və 450 manat penya, cəmi 10433,88 manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənlmiş 30 manat, sənədlərin notariat qaydada təsdiqlənməsi üçün ödənilmiş 17 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi, borcun ödənilməsindən sonra mənzilin açıq hərracdan satılmasından qalan pulun cavabdehlərə qaytarılması, iddianın, ipoteka qoyulmuş mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlərin mənzildən çıxarılmasına dair hissədə və iddia tələbi ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixə qədər əsas borc məbləğinə illik 17 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri tutulması hissəsində təmin olunmaması, iş üzrə 9/4620 №li, xx.xx.2020-ci il il tarixli ekspert rəyinə görə ekspertiza xərci olan 150 manat, 9/5201 №li, xx.xx.2021-ci il tarixli ekspert rəyinə görə ekspertiza xərci olan 145 manat iddiaçı "xxxx" ASC-dən, 9/8756 №li, xx.xx.2021-ci il tarixli rəyə görə ekspertiza xərci olan 145 manat, 9/1589 №li, xx.xx.2021-ci il tarixli rəyə görə ekspertiza xərci olan 150 manatın üçüncü şəxs Cavabdeh6 tutulub aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur.

14. Məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. İpoteka qoyulmuş mənzil açıq hərracda satıldıqdan sonra mülkiyyət hüququ yeni mülkiyyətçiyə keçdiyinə görə həmin evlə bağlı hər hansı tələblə məhkəməyə müraciət etmək hüququ yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən, iddia ipoteka ilə yüklü edilmiş mənzil satıldıqdan sonra cavabdehlərin mənzildən məcburi qa ydada çıxarılması barədə olan hissədə təmin edilməməlidir.

15. Məhkəmə hesab etmişdir ki, borcalanın maddi imkanlarını nəzərə alaraq iddianın cərimənin alınması hissəsində 450 manat məbləğində təmin olunması məqsədəmüvafiqdir.

16. Məhkəmə, həmçinin hesab etmişdir ki, sübut təqdim edilmədiyinə görə iddia xx.xx.2022-ci ildən iddia tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə 17% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan cərimə tutulması tələbinə dair hissədə təmin olunmamalıdır

17. Məhkəmə ekspertiza xərcini tələbin təmin olunan hissəsinə müvafiq olaraq tərəflərə aid etmişdir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 389.1, 390.1, 739.1, 739.2, 385, 442, 317.1, 319.3, 319.6, 443.1, 462.1, 463.2 və 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 34.1.1, 34.1.2, 36.1, 59.3, 59.4, 47.2 və 4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunması, iddiaçının iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılması və apellyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tut ulmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmetinin dəyərini müəyyən edərkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş 25000 manat bazar dəyərini ipoteka predmetinin ilkin satış qiymət kimi müəyyən etmişdir. Halbuki, müqavilənin 3.5-ci bəndinə əsasən ipoteka predmetinin likvid dəyəri 22000 manat məbləğindədir. İpoteka predmetinin ipoteka müqaviləsində qeyd edilmiş bazar qiymətinin ilkin satış qiyməti kimi qətnamədə təyin olunması “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinin tələbinə ziddir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətb iqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx.xx.2020-ci il tarixli 01 №-li qərardadına əsasən ipoteka predmetinin ilkin satış qiyməti həmin əşyanın likvid qiyməti ilə müəyyən edilməlidir. Bundan əlavə, məhkəmə Bankın iddia tələblərini xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17% dərəcəsi ilə hesablanmış 6743,14 manat məbləğində əldən çıxmış faydanın əvəzinin tutulması hissəsində qismən, yəni ekspert rəyində göstərilən illik 5% dərəcəsi ilə hesablanmış 1520,64 manat həddində təmin etmiş və bu barədə öz mövqeyini əsaslandırmamışdır. Bankın xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17% dərəcəsi ilə hesablanmış 6743,14 manat məbləğində əldə n çıxmış faydanın ödənilməsi barədə tələbləri Mülki Məcəllənin 21-ci və 443-cü maddələrindən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında nəzərdə tutulmuş hüquqi mövqedən və Kredit müqaviləsinin 6.1-ci bəndindən irəli gəlir. Halbuki, Konstitusiya Məhkəməsinin istinad edilən qərarında verilmiş şərh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 13.7-ci maddəsinə uyğun olaraq məhkəmələr üçün məcburidir və qətnamə çıxarılarkən həmin şərhə məhkəmə tərəfindən mütləq qaydada riayət olunmaqla Bankın təqdim etdiyi kifayətedici sübut əsasında iddia tələbi müvafiq hissədə tam təmin edilməli idi. Məhkəmə iddiaçının tələb lərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə hesablanacaq əldən çıxmış faydanın əvəzinin və penyanın ipoteka predmetinin dəyərindən tutulması barədə Bankın tələbini təmin etməməklə Mülki Məcəllənin 449.4-cü maddəsinin tələbini pozmuşdur. İddiaçı qeyd etmişdir ki, iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə hesablanacaq əldən çıxmış faydanın ipoteka predmetinin dəyərindən tutulması barədə Bankın tələbi Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarına əsaslanır. Birinci instansiya məhkəməsi Bankın iddiasını xx.xx.2022-ci ildən başlayaraq iddia tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulması hissəsində təmin etməməkdə haqlı olmamış, Mülki Məcəllənin 449.4-cü maddəsinin tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini pozmuşdur. Birinci instansiya məhkəməsi ekspert rəyində göstərilən əldən çıxmış faydanın əvvəlki, yəni xx.xx.2021-ci il tarixə hesablandığını nəzərə alaraq, ya Bank tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli ərizədə göstərilən məbləğ həddində iddianı təmin etməli, ya da ki, iddia ərizəsinə tələbin həcminin artırılması barədə dəyişiklik nəzərə alınmaqla borcun yenidən hesablanması üçün məhkəməmühasibatlıq ekspertizası təyin etməli idi. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamədə hər hansı əsas göstərmədən, illik 15% dərəcəsi ilə hesablanmış 4 087,87 manat məbləğində penyanı təqribən 10 dəfə azaltmaqla 450 manat məbləğində müəyyən etmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən borcalan əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % faiz dərəcəsi ilə hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. Başqa sözlə, müvafiq hesablamalar aparıldıqdan sonra xx.xx.2022-ci il tarixinə bu məbləğin məhz 4087,87 manat olması barədə iddiaçı tərəfindən məhkəməyə müvafiq sübut (borc arayışı) təqdim olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi hər-hansı əsas göstərmədən həmin məbləği azaltmışdır. Birinci instansiya məhkəmə sinin müəyyən etdiyi 450 manat məbləğində penya isə Bankın əldə edə bilmədiyi faydanın məbləğindən müqayisə edilə bilinməyəcək (təqribən 10 dəfə (4087,87 ÷ 450 = 9,08)) dərəcədə azdır və kreditorun zərərini kompensasiya etmək üçün kifayət etmir.

21. Apellyasiya məhkəməsinin icraatı zamanı əldə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli 28 saylı rəydə ipoteka predmeti olan mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış həmin tarixə likvid dəyəri 53 000 manat müəyyən edilmişdir.

22. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-901/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni ipoteka predmeti olan mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X4, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 həmin əmlakdan məcburi qaydada çıxarılmalarının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki işin təhlilindən belə aydın olur ki, iddiaçı tərəf kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəs aitini cavabdeh tərəfə vermiş, lakin cavabdeh sözügedən müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca yerinə yerirməmişdir. İş materialları ilə təsdiq olunur ki, iddiaçı həmin pulun tələb edilməsi ilə bağlı heç də hərəkətsiz olmamış, müxtəlif vaxtlarda cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, müvafiq bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər iddiaçıya heç bir cavab verməmiş və mövcud borcun qaytarılmasından yayınmışlar. Odur ki, cavabdeh tərəfin iddiaçı qarşısında icra edilməmiş pul öhdəlikləri vardır. Mübahisəli kredit müqaviləsinin 2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faiz lərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. İddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Kredit borcunun kredit müqaviləsi və ona əlavə sazişə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. İpoteka predmeti olan evin yüklülüyünə dair reyestrdən çıxarış verilmişdir. Ona görə də kreditor hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir.

24. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, ipoteka müqaviləsi bağlanarkən Cavabdeh3 və Cavabdeh2 ipoteka predmeti olan evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda həmin evin qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Elvin, İsa Rəşad və Bikə Allahverdiyevlər də bir ailə üzvü olmaqla hazırda həmin mənzildə yaşayırlar. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbini adı yuxarıda qeyd olunan cavabdehlərin mənzildən çıxarılma hissəsində təmin etməməklə düzgün nəticəyə gəlməmiş, tərəflər arasındakı qarşılıqlı münasibətə düzgün hüquqi qiymət verməməklə, maddi hüquq pozuntusuna yol vermişdir.

25. Məhkəmə qeyd etmişdir ki, şikayət ipoteka predmetinin likvid dəyərinin 22000 manat məbləğində müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə görə ipoteka predmeti olan əmlak açıq hərracda satışa çıxarılarkən həmin əmlakın likvid dəyəri müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi də bu baxımdan qiymətləndirmə təyin etməli və əmlakın son likvid dəyərini müəyyən etməli idi. Lakin işə baxmış birinci instansiya məhkəməsi bu tələblərə riayət etməyərək, ipotekanın ilkin satış qiyməti kimi xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin 3,5-c i bəndindəki bazar qiymətini, yəni 25000 manatı əsas götürmüş, iddiaçı tərəf də həmin qiymətdən narazı qalaraq apellyasiya şikayəti vermiş, cavabdeh tərəf isə həmin hissə ilə bağlı qətnaməni mübahisələndirməmişdir.

26. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdeh həmin hissəni mübahisələndirmədiyi üçün ipoteka predmetinin likvid dəyəri daha yüksək müəyyən oluna bilməz.

27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 14.2.1, 21, 279, 295, 296.1, 307.6, 317.1, 319.1, 319.6, 386.1, 385, 442 və 445.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.1, 59.1, 59.3, 59.3.1, 59.3.2 və 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

28. Apellyasiya instansiya məhkəməsinin 24 noyabr 2022-ci il tarixli əlavə qətnaməsi ilə birinci instansiya məhkəməsinin qət naməsinin “Cavabdeh2 da mənzildən çıxarılmasının” təmin edilməmiş hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, “İpoteka predmeti olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 59,96 kvadrat metr ümumi, 47,35 kvadrat metr yaşayış, 12.61 kvadrat metr yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan məcburi qaydada çıxarılması qət edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə göndərilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti işin hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, əldən çıxmış faydanın (zərər) əvəzinin tutulmasına dair tələbini sübut etmək üçün iddiaçı tərəfindən Konstitusiya Məhkəməsinin müvafiq qərarında verilmiş şərhə uyğun olaraq kreditorun (iddiaçının) həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcəsinin müvafiq orta miqdarını özündə əks etdirən statistik arayış məhkəməyə təqdim edilmişdir. Lakin birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən qeyd edilmiş yazılı sübuta (statistik arayışa) lazımı hüquqi qiymət verilməmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin istinad edilən qərarında verilmiş şərh məhkəmələr üçün məcburidir və qətnamə çıxarılarkən həmin şə rhə məhkəmə tərəfindən mütləq qaydada riayət olunmaqla iddiaçının təqdim etdiyi kifayətedici sübut əsasında iddia tələbi müvafiq hissədə tam təmin edilməli idi. Bundan əlavə, məhkəmə cərimə məbləğini müəyyən edərkən kreditorun əmlak və bütün əsaslı mənafelərinin nəzərə alındığını qətnamədə qeyd etsə də, yekunda iddiaçının 4087,87 manat məbləğində penya tələbini 450 manatadək azaltmaqla bunun əksini göstərmişdir. Həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi cərimə məbləğini müəyyən edərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərini deyil, ancaq cavabdehin mənafelərini nəzərə almışdır. Qanunvericiliyin “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərinin nəzərə alınır” müddəası imperativ xarakter daşı yır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi. Apellyasiya instansiyası məhkəməsi də eynilə birinci instansiya məhkəməsi kimi iddia tələbinin həcminin artırılması barədə iddiaçının ərizəsinə münasibət bildirməmiş, əldən çıxmış faydaya münasibətdə tələbin artması ilə razılaşıb-razılaşmamasının səbəbləri barədə qətnamənin əsaslandırıcı hissəsində hər hansı şərh verməmişdir. Bundan əlavə, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi ekspert rəyinə etirazda həmin rəydə göstərilən məbləğlərlə iddiaçının təqdim etdiyi maliyyə sənədlərində göstərilən məbləğlərin hansı səbəblərdən bir-birinə uyğun gəlmədiyi aydın şəkildə izah edilmiş və həmin halların ekspert tərəfindən nəzərə alınaraq yenidən hesablama aparılması üçün birinci instansiya məhkəməsindən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi xahiş edilmişdir. Qeyd edilən hallar isə ekspert tərəfindən əsas və adi faiz borcuna münasibətdə hesablamaların kredit müqaviləsinin şərtlərinin və əldən çıxmış faydaya münasibətdə isə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarından irəli gələn müddəaları nəzərə alınmadan aparılması ilə bağlı olmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi, iddiaçının prosessual hüququnu pozmuş və kifayət qədər əsasların olmasına baxmayaraq, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında vəsatəti təmin etməmişdir. Halbuki, təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş olsa idi, əldə ediləcək ye ni rəy ilə Bank tərəfindən kredit üzrə borc məbləğinin doğru hesablandığı, əvvəlki ekspert tədqiqatı zamanı isə hesablamanın kredit müqaviləsinin şərtlərinə və Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarından irəli gələn müddəalara uyğun aparılmadığından səhv olduğu və nəticə etibarı ilə ilkin ekspert rəyinin əsassız olduğu təsdiq oluna bilərdi. Həmçinin, həm apellyasiya instansiya məhkəməsi, həm də birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətinin rədd edilməsinə dair əsaslandırılmış qərardad qəbul edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı hər hansı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

32. Maddə 5.3. Mülki hüquq müna sibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

33. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

34. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəlləni n tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

37. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

38. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

39. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb ed ə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

40. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

41. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca ic ra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

42. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

43. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digə r iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

44. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı icraat üzrə apellyasiya instansiya məhkəməsinin aktı yalnız iddiaçı tərəfindən mübahisələndirildiyindən həmin məhkəmə aktı iddianın təmin olunmayan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

57. Kassasiya şikayətinin ekspert rəyinin əsassız olması ilə bağlı dəlilinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

58. Baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən 4 məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Hər bir ekspertiza üzrə rəy alındıqdan sonra iddiaçı tələbin həcmini artırmış və yenidən ekspertiza keçirilməsi barədə vəsatət vermiş, nəticədə işə baxılma müddətləri xeyli uzanmışdır. İş üzrə alınmış sonuncu ekspert rəyindən sonra da iddiaçı tərəf tələbin həcmini artırmışdır. Bununla yanaşı, məhkəməyə yenidən ekspertiza keçirilməsi barədə iddiaçının yazılı vəsatəti daxil olsa da, məhkəmə iclasında iddiaçının nümayəndəsi vəsatəti müdafiə etməmiş, sonuncu ekspert rəyinə etirazının, iş üzrə hər hansı vəsatətinin olmadığını bildir miş və işin yekunlaşdırılmasını xahiş etmişdir (i.v.208210, İİ cild). Bu baxımdan məhkəmə işə mahiyyəti üzrə baxaraq, qətnamə qəbul etməklə hər hansı prosessual hüququ normalarının pozuntusuna yol verməmişdir.

59. Həmçinin iş materiallarından görünür ki, iddia tələbinin həcminin artırılması barədə xx.xx.2022-ci il tarixli ərizə iş materiallarına əlavə edilmiş, tərəflərlə müzakirə edilərək icraata qəbul edilmiş və məhkəmə tərəfindən yekun məhkəmə aktı məhz həmin ərizə (tələb) əsasında qəbul edilmişdir.

60. Mülki Məcəllənin 445.7 və 449-cu maddələrinin mübahisəyə tətbiqi ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfində n pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma Mülki Məcəlləni 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Qərara əsasən 449.1-ci maddənin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Mülki Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə isə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

62. Beləliklə, kreditin verilməs i müddətinin bitdiyi gündən sonrakı dövr üçün kreditorun həmin müqaviləyə uyğun faiz və dəbbə pulun tələbinin maddi hüquqi əsası yoxdur. Bu cür müqavilələr üzrə yalnız müqavilədə pulun verilməsi müddətinin bitdiyi günədək müqavilə üzrə hesablanmış faiz (istifadə haqqı) və dəbbə pulu borcu tələbi təmin oluna bilər.

63. Bu zaman aydınlaşdırılmalı olan əsas məqam iddiaçının faiz qismində tələb etdiyi məbləğin kredit vəsaitindən kredit müqaviləsi üzrə müəyyən edilmiş istifadə haqqı, yaxud zərər olduğu barədə məsələyə aydınlıq gətirilməsidir. Çünki yuxarıda da qeyd olunduğu kimi müqavilədən irəli gələn birinci tələb kredit vəsaitindən kredit müqaviləsində müəyyən edilmiş istifadə haqqı olmaqla müqavilə üzrə pulun verilmə müddətinin bitdiyi tarixədək hesablana bilər. İkinci tələb isə müqavilə öh dəliklərinin pozulmasından irəli gələn və mülki qanunvericilikdə nəzərdə tutulan faiz formasında zərəri təşkil edir.

64. Eyni zamanda nəzərə alınmalıdır ki, mülki qanunvericilik bir qayda olaraq zərərin ödənilməsi tələbinin təmin olunması üçün tələb edən şəxs tərəfindən sübutların təqdim olunması qaydasını müəyyən etsə, başqa sözlə bununla bağlı sübutetmə yükünü iddiaçının üzərinə qoysa da, Məcəllənin 447.5-ci maddəsi həmin qaydadan istisna nəzərdə tutur. Bu istisnaya əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükünd ən azad edir. Lakin daha artıq məbləğdə zərərin mövcudluğunu sübut etmək yükü kreditorun üzərinə düşür.

65. Məhkəmə kollegiyası hazırkı işin halları baxımından, eyni zamanda aşağıdakıların qeyd etməyi zəruri hesab edir.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş yuxarıda istinad olunan hüquqi mövqelərini, həmçinin Mülki Məcəllənin 5.3, 16.1 və 425-ci maddələrinə istinadla əsaslandırmışdır. Həmin maddələrin məzmununa görə mülki hüquq subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidirlər. Hüquqdan yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə və digər formalarda sui-istifadə edilməsi yolverilməzdir. Bununla yanaşı, Mülki Məcəllənin 21.3-cü maddəsi zərər lə bağlı irəli sürülən tələblərdə zərərin həcminin müəyyən edilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını da nəzərə alınmalı olan hallardan biri kimi müəyyən etmişdir.

67. Konstitusiya Məhkəməsi sözügedən qərarında azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyətini, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsinin, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət etdiyini vurğulamış, lakin eyni zamanda banklar və kredit təşkilatlarının bazar iqtisadiyyatı şəraitində iqtisadiyya tın bütün inkişaf etmə imkanlarından istifadə etməklə yanaşı, əhaliyə kredit verilərkən, kredit müqaviləsi üzrə nəzərdə tutulan faiz dərəcələrini əhalinin maliyyə və iqtisadi vəziyyətini nəzərə almaqla mütənasib şəkildə müəyyənləşdirməyə çalışmalı olduğunu xüsusi qeyd etmişdir.

68. Baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı tərəfindən borcalana xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə illik 22% dərəcəsi ilə, xx.xx.2017-ci il tarixinə qaytarmaq şərtilə 15000 manat pul verilmişdir.

69. Borcalan tərəfindən sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə edilməklə Banka əsas borc üzrə 7227,72 manat, faiz borcu üzrə 8434,28 manat olmaqla, ümumilikdə 15662 manat pul ödənilmişdir.

70. Pulun verilmə müddətinin bitməsindən 3 ilə yaxın müddət keçdikdən sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8935,91 manat əsas borc tələbi ilə yanaşı, 11759,22 manat faiz (istifadə haqqı, dəbbə pulu və zərər), habelə xx.xx.2022-ci ildən tarixdən borc tam ödənilənədək əlavə illik 17% əldən çıxmış fayda və 15% dəbbə pulu tələbi irəli sürmüşdür.

71. İşə baxmış məhkəmələr tərəfindən 7772,28 manat əsas borc, 690,96 manat faiz (istifadə haqqı), 1520,64 manat əldən çıxmış fayda və 450 manat dəbbə pulu olmaqla 10433,88 manat pulun ipoteka predmetinin açıq hərracdan satılması hesabına iddiaçıya ödənilməsi qət edilmişdir.

72. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-901/2022 nömrəli,15 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar