Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1315/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4 və Heydərova (Cəmilova) Ruhiyyə Musa qızına (maraqlı şəxslər Göygöl rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4 və Heydərova (Cəmilova) Ruhiyyə Musa qızına (maraqlı şəxslər Göygöl rayon Notariat Ofisi və Daşınmaz Ə mlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1557/2023 nömrəli iş üzrə 27 dekabr 2023-cü il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh4 və Heydərova (Cəmilova) Ruhiyyə Musa qızına(maraqlı şəxslər Göygöl rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı Göygöl rayonunun Quşçu kəndində yerləşən Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 31 oktyabr tarixli 15 saylı qərarı ilə Cavabdeh6 verilmiş 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 2004-cü ildə Cavabdeh6 ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinə mülkiyyət hüququnun müəyyən edilməsi, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin və Cavabdeh4 adına verilmiş xx.xx.2019-cu il tarixli **********08 və **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 sentyabr 2020-ci il tarixli 2(066)-421/2020 nömrəli qətn aməsi ilə (hakim Q.Abbasov) iddia təmin olunmuş, Göygöl rayonunun Quşçu kəndində yerləşən Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 31 oktyabr tarixli 15 saylı qərarı ilə Cavabdeh6 verilmiş 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 2004-cü ildə Cavabdeh6 ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Göygöl rayonunun Quşçu kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması, Göygöl rayon Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli Daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi, iddianın Cavabdeh4 adına verilmiş xx.xx.2019-cu il tarixli **********08 və **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr indən çıxarışların ləğv edilməsi hissəsində baxılması rayon məhkəmələrinə aid olmadığına görə təmin edilməməsi, İddiaçı iddianın həmin hissəsinə baxılması üçün X3 Məhkəməsinə müraciət etməli olmasının izah edilməsi qət edilmişdir.
3. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişlər.
4. Birinci instansiya məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(066)-421/2020 saylı qətnaməsi ilə Cavabdeh6 ərizəsi təmin edilmiş, 2(066)-421/2020 saylı mülki işin icraatı bərpa edilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) xx.xx.2023-cü il tarixli 2(104)- 1557/2023 saylı qərardadı ilə (hakimlər – Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və İ.Həsənov) birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh4 adına verilmiş xx.xx.2019-cu il tarixli **********08 və **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
6. Həmin tarixli qətnamə ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qətnaməsinin qismən – Göygöl rayon Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddianın təmin edilməsi, Cavabdeh6 ilə Cavabdeh4 arasında Göygöl rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli bağışlama müqaviləs inin etibarsız hesab edilməsi, qətnamənin qalan - Göygöl rayonunun Quşçu kəndində yerləşən Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 31 oktyabr tarixli 15 saylı qərarı ilə Cavabdeh6 verilmiş 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 2004-cü ildə Cavabdeh6 ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Göygöl rayonunun Quşçu kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması hissələrində dəyişdirilmədən saxlanması qət edilmişdir.
7. Cavabdehlər Heydərova (Cəmilova) Ruhiyyə Musa qızı və Cavabdeh4 apelyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişlər. Məhkəmənin 20 sentyabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti Cavabdeh6 və vəkil tərəfindən imzalanmadığına görə geri qaytarılmışdır.
8. Cavabdehlər tərəfindən poçt vasitəsilə verilmiş kassasiya şikayəti yenidən məhkəməyə daxil olmuş, məhkəmənin 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti elektron qaydada tərtib edilmədiyindən geri qaytarılmışdır.
9. Cavabdeh4 xx.xx.2023-cü il tarixdə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Məhkəmənin 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti vəkil tərəfindən elektron qaydada imzalanmadığına görə geri qaytarılmışdır.
10. Cavabdehlər Heydərova (Cəmilova) Ruhiyyə Musa qızı və Cavabdeh4 apellyasiya instansiya məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(104)-1557/2023 nömrəli qərardadından birgə kassasiya şikayəti vermişlər. Şikay ət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, şikayətin geri qaytarılması üçün mülki iş ilə birlikdə apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
12. Apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər Heydərova (Cəmilova) Ruhiyyə Musa qızı və Cavabdeh4 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1557/2023 nömrəli qərardadından birgə verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.
13. Cavabdehlər apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)1557/2023 saylı qətnaməsindən xx.x x.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli 2(104)1557/2023 nömrəli qərardadından isə xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişlər.
14. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(104)- 1557/2023 nömrəli qərardadları ilə cavabdehlər Heydərova (Cəmilova) Ruhiyyə Musa qızı və Cavabdeh4 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1557/2023 saylı qətnaməsindən və xx.xx.2023-cü il tarixli 2(104)-1557/2023 nömrəli qərardadından birgə verdikləri kassasiya şikayətləri geri qaytarılmışdır.
15. Cavabdehlər Cavabdeh4 və Heydərova (Cəmilova) Ruhiyyə Musa qızı xx.xx.2023-cü il tarixdə yenidən apelyasiya instansiya məhkəməsinin 19 iyul 2023-cü il ta rixli, 2(104)-1557/2023 saylı qətnaməsindən kassasiya şikayəti, eyni zamanda kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişlər.
16. Müddətin bərpa edilməsi haqqında ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1557/2023 saylı qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə 14 sentyabr 2023-cü il tarixdə yazılı formada kassasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1557/2023 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılaraq nöqsanlar aradan qaldırıldıqdan sonra “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə apellyasiya instansiya məhkəməsinin vasitəsilə Azər baycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti ilə müraciət etmək tövsiyə edilmişdir. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra “Elektron Məhkəmə” Sistemi vasitəsi ilə kassasiya şikayətini və ona əlavə edilmiş sənədləri apelyasiya instansiya məhkəməsinə göndərmişlər. Gəncə Apellyasiya Məhkəməsi kassasiya şikayətini baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-4685/2023 saylı qərardadı ilə cavabdehlər Heydərova (Cəmilova) Ruhiyyə Musa qızı və Cavabdeh4 Gəncə Apellyasiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(104)- 1557/2023 nömrəli qərardadından birgə verdikləri kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Ali Məhkəmənin qərardadı xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə onlara çatdırılmış və qərardadda göstərilən nöqsanlar tərəflərindən aradan qaldırılmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, hazırkı, iş üzrə verilmiş kassasiya şikayəti cavabdeh Heydərova (Cəmilova) Ruhiyyə Musa qızının səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalansa da, digər Cavabdeh4 tərəfindən imzalanmamış, həmçinin kassasiya şikayətinə ona hüquqi yardım göstərilməsi barədə vəkil orderi əlavə edilməmişdir. Həqiqətən də iş üzrə Vəkil ilə müqavilə bağlanarkən Cavabdeh4 soyadının qeyd edilməsinə baxmayaraq onu adı, soy adı və ata adı vəkil orderinə daxil edilməmişdir. Ona görə də, həmin nöqsanı aradan qaldırıb yenidən kassasiya şikayəti apellyasiya məhkəməsinə göndərmişlər. Lakin iş üzrə faktiki olaraq iş məhkəmə instansiyalarında olan zaman kassasiya şikayə ti vermə müddəti qısa müddətə üzrlü səbəbdən buraxılıb. Həmin nöqsanların baş verməsinin səbəbi ondan ibarətdir ki, əvvəllər “Elektron Məhkəmə” Sistemi vasitəsi ilə məhkəməyə müraciət etmək qaydalarını bilməmişlər. Həmçinin, kompüter sistemindən anlayışları olmadığı üçün şikayəti göndərmək üçün kompüter ofislərində işləyən şəxslərin bəziləri də “Elektron Məhkəmə” Sistemindən istifadə edərkən texniki səhvlərə yol verirlər. Qərardadlarda göstərilən nöqsanların bəziləri onların savadsız olmaları səbəbindən baş vermişdir.
17. Apellyasiya instansiya məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(103)1557/2023 nömrəli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış, cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
18. Məhk əmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, baxılan vəsatətin düzgün həlli üçün qanunvericiliyin kassasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilir.
19. Bu normadan göründüyü kimi, kassasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvi m tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
20. Azərbaycan Respublikası MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apelyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dörd ə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.
21. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikası MPM-in 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir.
22. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Cavabdeh4 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-1557/2023 saylı qətnaməsini xx.xx.2023-cü il tarixdə qəbzə imza etməklə almışdır.
23. İş materiallarının 191-ci vərəqində olan zərfdən görünür ki, X2 qətnamə göndərilən zərfin üzərində “Bu ünvanda yaşamır” qeydi yazılmaqla zərf məhkəməyə qayatarılmışdır.
24. Bu halda kassasiya şikayəti verilməsi müddətinin axımı MPM-in 128.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən başlanmışdır.
25. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan proses sual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
26. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
27. Cavabddehlər sonuncu dəfə xx.xx.2023-cü il tarixdə kassasiya şikayətini və prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə vermişlər.
28. Qətnamədən kassasiya şikayəti vermə müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən qanunla müəy yən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir.
29. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən prosessual müddətin buraxılmasının üzürlü səbəbləri dedikdə, tərəfin şikayəti tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən dərəcədə ağır xəstə olması, ezamiyyətdə olması, təbii fəlakət, fövqəladə vəziyyət və sair kimi hallar nəzərdə tutulur. Həm də bu cür üzürlü hallar, qətnamədən kassasiya şikayəti vermə müddətinin axımı başlandığı dövrdə baş vermiş olmalıdır.
30. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxı mından şübhə altına alınmasın.
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin göstərdiyi dəlillər buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına əsas vermir. Belə ki, cavabdehlər ilk kassasiya şikayəti verərəkən onların kasasiya şikayətlərinin MPM-in tələbləri uyğun olmaması bildirilmiş və şikayət geri qaytarılaraq göstərilən nöqsanların aradan qaldırılması onlara izah olunmuşdur. Buna baxmayaraq cavabdehlər müxtəlif vaxtlarda dəfələrlə qanunvericiliyin normalarına uyğun olmayan kassasiya şikayətləri vermişlər və göstərilən nöqsanları aradan qaldrımamışlar. Bu isə öz növbəsində məhkəmə yükünü süni surətdə artırılmasına səbəb olmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib olunur və cavabdehlərin ərizədə göstərdikləri “Ele ktron Məhkəmə” Sistemi vasitəsi ilə məhkəməyə müraciət etmək qaydalarını bilməmələri, həmçinin, komputer sistemindən anlayışları olmadığı üçün şikayəti göndərmək üçün komputer ofislərində işləyən şəxslərin bəziləri də “Elektron Məhkəmə” Sistemindən istifadə edərkən texniki səhvliklərə yol verdikləri, qərardadlarda göstərilən nöqsanların bəzilərinin onların savadsız olmaları səbəbindən baş vermələri - kimi dəlilləri ağalabatan sayılmır.
32. Çünki qanunvericilik məhz həmin xüsusatları nəzərə alaraq müəyyən etmişdir ki, kassasiya və əlavə kassasiya şikayətlərinin, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələrin yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilməsini imperativ hal kimi müəyyən etmişdir. Yəni vəkil tərəfindən tərtib olunmuş kassasi ya şikayəti qanunvericiliyin tələblərinə cavab verməməsi əsası ilə geri qaytarıldığı halda, savadsızlığa istinad olunması prosessual müddətin bərpa edilməsinə əsas verəcək üzrlü səbəb hesab edilə bilməz.
33. Ona görə də, kollegiyanın qənaətinə görə cavabdehlər tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü sayıla bilməz.Eyni zamanda kassasiya şikayəti geri qaytarılmalıdır. Ona görə ki, Azərbaycan Respublikası MPM-nin kassasiya şikayətinin qaytarılması əsaslarını müəyyən edən 408.1.4-cü maddəsində göstərilmişdir ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
34. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsinin (bundan sonra - MPM) 128.3, 129, 133.1, 133.5, 134.1.5, 135.2, 135.3, 135.5, 135.6, 135.8, 408.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdehlər (vəkili Vəkil) apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü iltarixli, 2(104)- 1557/2023 saylı qərardadının tamamilə ləğv edib apellyasiya instasiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında kassasiya şikayətlərinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.
36. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmənin qərardadının 2-ci səhifəsində göstərilib ki, cavabdehlər Heydərova (Cəmilova) Ruhiyyə Mu sa qızı və X4 xx.xx.2023-cü il tarixli 2(104)-1557/2023 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsi qərardadını belə əsaslandırır ki, cavabdehlər sonuncu dəfə xx.xx.2023-cü il tarixdə kassasiya şikayətini və prosessual müddətinin bərpası barədə ərizəni məhkəməyə vermişlər və guya müddətin axımı xx.xx.2023-cü il tarixdən hesablanır. Halbuki, iş materiallarından bəlli olur ki, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş müddətdən əvvəl yəni, xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinə daxil olduqdan sonra məhkəmənin qəbul etdiyi qərardadlardan 10 gün müddətində şikayətlə r verilmiş və ancaq iş Ali Məhkəmədən qayıtdıqdan sonra məhkəmə müddətin bərpası barədə ərizə yazmaqlarını onlardan tələb etmiş və bildirmişdilər ki, “ərizə yazın müddəti bərpa edib, göndərək”. Lakin, hakim onlara münasibətdə qərəzli mövqedə olduğu üçün buraxılmış müddəti bərpa etməmişlər. Halbuki, kassasiya şikayətləri xeyli müddət Gəncə Apellyasiya Məhkəməsində qalmış, Ali Məhkəməyə göndərilmiş və Ali Məhkəmədən də geri qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi elan olunduğu tarixdən qanunla müəyyən edilmiş 2 aylıq müddətdən əvvəl kassasiya şikayətini vermişlər.
37. Məhkəmə MPM-nin 128.3, 129.1, 133.1 və 133.5-ci maddələrini hazırkı iş üzrə düzgün tətbiq etməmişdir. Sual oluna bilər ki, nəyə görə məhkəmə onlara münasibətdə qərəzli mövqedə olmuşdu r. Kollegiya üzvlərinin nəzərinə çatdırırlar ki, Gəncə Apellyasiya Məhkəməsi qətnaməni elan etdikdən sonra iş üzrə iddiaçı olan İddiaçı onlara acıq verərək demişdi ki, “haqqını verib, qətnaməni çıxartdım, get indi hara deyirsən de”. Onun bu sözlərinə inanıb, əsəbi halda Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədrinə ərizə ilə müraciət edib göstərmişdir ki, apellyasiya məhkəməsinin hakimi Şamil Rzaquliyev rüşvət müqabilində qanunsuz qətnamə qəbul etmişdir. Ərizəsinə Məhkəmə Hüquq Şurasında baxıldıqdan sonra şikayət ərizəsi Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aydın məsələdir ki, istər-istəməz hakim Şamil Rzaquliyevin daxilində ona qarşı nifrət hissi yaranmışdır.
38. Gəncə Apellyasiya Məhkəməsi qərardadında qeyd etdiyi xx.xx.2023-cü il tarixli qərardadını onlara göndərməyib və verməyib. Yeganə olaraq Ali Məhkəmənin xx.xx.2023cü il tarixli qərardadını aldıqdan sonra qərardadda göstərilən nöqsanı aradan qaldırdırılıb və dərhal Gəncə Apellyasiya Məhkəməsinə kassasiya şikayətlərinin göndərilməsi barədə müraciət etdikdə buraxılmış müddətin bərpa edilməsi ilə əlaqədar ərizə vermələri hakimin adından onlara təklif olunub. Onu da qeyd edirlər ki, kassasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinə həm yazılı formada, həm də elektron məhkəmə sistemi vasitəsi ilə göndərilmişdir və bəzi hallarda elektron göndərişlərdə texniki səhvlərə yol verilmişdir və həmin səhvlər də qısa müddətə aradan qaldırılaraq Gəncə Apellyasiya Məhkəmə təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Az ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
41. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
42. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
43. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
44. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
45. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
46. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işd ə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
47. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər
48. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə ş ikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehlərin ka ssasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
56. Belə ki, apellyasiya instansiyası məhkəməsi buraxılmış prosessual müddətin bərpası tələbi barədə ərizənin dəlillərinə hüquqi qiymət verərək belə hesab etmişdir ki, cavabdehlərin göstərdiyi dəlillər buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına əsas vermir. Belə ki, cavabdehlər ilk kassasiya şikayəti verərəkən onların kasasiya şikayətlərinin MPM-in tələbləri uyğun olmaması bildirilmiş və şikayət geri qaytarılaraq göstərilən nöqsanların aradan qaldırılması onlara izah olunmuşdur. Buna baxmayaraq cavabdehlər müxtəlif vaxtlarda dəfələrlə qanunvericiliyin normalarına uyğun olmayan kassasiya şikayətləri vermişlər və göstərilən nöqsanları aradan qaldrımamışlar. Bu isə öz növbəsində məhkəmə yükünün süni surətdə artırılmasına səbəb olmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib olunur və cavabdehlərin ərizədə göstərdikləri “Elektron Məhkəmə” Sistemi vasitəsi ilə məhkəməyə müraciət etmək qaydalarını bilməmələri, həmçinin, komputer sistemindən anlayışları olmadığı üçün şikayəti göndərmək üçün komputer ofislərində işləyən şəxslərin bəziləri də “Elektron Məhkəmə” Sistemindən istifadə edərkən texniki səhvliklərə yol verdikləri, qərardadlarda göstərilən nöqsanların bəzilərinin onların savadsız olmaları səbəbindən baş vermələri - kimi dəlilləri ağalabatan sayılmır. Çünki qanunvericilik məhz həmin xüsusatları nəzərə alaraq müəyyən etmişdir ki, kassasiya və əlavə kassasiya şikayətlərinin, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələrin yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilməsini imperativ hal kimi müəyyən etmişdir. Yəni vəkil tərəfindən tərtib olunmuş kassasiya şikayəti qanunvericiliyin tələblərinə cavab verməməsi əsası ilə geri qaytarıldığı halda, savadsızlığa istinad olunması prosessual müddətin bərpa edilməsinə əsas verəcək üzrlü səbəb hesab edilə bilməz.
57. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşır.
58. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermə müddətinin bərpasından düzgün olaraq imtina etdi yindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini tətbiq edərək kassasiya şikayətini qaytararkən də prosessual hüquq normasını düzgün tətbiq etmişdir.
59. Həmin normanın tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
60. Məhkəmə kollegiyası kassasiya şikayətinin hakim Ş.Rzaquliyevdə ona qarşı nifrət hissi yaranması ilə əlaqədar dəlili ilə əlaqədar qeyd edir ki, həmin dəlil şəxsi mülahizədir və iş materialları ilə hakimin kassatora qarşı qərəzli olması təsdiqlənmir.
61. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardad ının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.Mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual hüquq normalarının pozuntularına yol verilməmişdir.
62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Heydərova (Cəmilova) Ruhiyyə Musa qızı və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2023-cü il tarixli 2(104)-1557/2023 nö mrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.