Məhkəmə qərarları › İş №2(102)-1316/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1316/2025

28.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1316/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa (ƏM-nin 70-ci maddəsinin ç bəndi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 2(103)- 776/2025 nömrəli, 06 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikasının X11 ilə İddiaçı arasında bağlanmış 1483 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı X10 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır.

2. Azərbaycan Respublikasının X5 3-2K-228 №-li xx.xx.2024-cü il tarixli işdən azadetmə haqqında əmrindən görünür ki, Agentliyə daxil olmuş müraciət əsasında Daxili nəzarət sektoru tərəfindən müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı Sabirabad rayonunda fəaliyyət göst ərən bəzi sahibkarlıq subyektləri ilə profilaktik söhbətlər aparılmış, Agentliyin X10 Qida Təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi İddiaçı əməllərində şübhəli məqamların olduğu müəyyən edilmişdir. Belə ki, Sabirabad şəhəri, Muğan prospektində fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X12 (VÖEN **********) və Sabirabad şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X25 (VÖEN **********) İddiaçı onlardan dövri olaraq pul aldığını bildirmişlər. Qeyd olunanlarla bağlı İddiaçı Agentliyə dəvət olunmuş və izahatı alınmışdır. İddiaçı izahatında ona adıçəkilən sahibkarlardan deyil, digər sahibkarlıq subyektlərindən müxtəlif bayram günlərində üç halda, hər dəfə 50 (əlli) manat olmaqla pul verildiyini bildirmişdir. Qeyd olunanları və fəaliyyətində qanunvericiliyin tələblərini pozaraq, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində ona edilən maddi təklifi qəbul edərək, habelə bu barədə birbaşa rəhbərinə məlumat verməyərək, Agentliyin qanuni mənafeyinə ciddi xələl gətirdiyini nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası X11 haqqında Əsasnamənin 5.5.10-cu yarımbəndini və Agentlik sədrinin “Azərbaycan Respublikasının X11ndə kadr məsələləri ilə bağlı səlahiyyətlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 noyabr tarixli U/154 nö mrəli əmrinin 2-ci bəndi rəhbər tutularaq Agentliyin X10 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi İddiaçı 2024-cü il 16 may tarixindən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, Aparatın Maliyyə və təminat şöbəsinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək məzuniyyətinin istifadə edilməmiş 20 (iyirmi) təqvim günü üçün pul əvəzinin İddiaçı ödənilməsinin təmin edilməsini və bu əmrdən irəli gələn məsələləri həll etməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”, 72ci maddəsinin “e” bəndləri (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək faəliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgö türənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə) Agentlik sədrinin müavini Əziz Şərifovun 2024-cü il 13 may tarixli D2/28/002734 nömrəli elektron məruzəsi, X9 İttifaqı Komitəsinin Qərarı və İddiaçı izahatı olmuşdur. Əmr Sədr müavini Zəkiyyə Mustafayeva tərəfindən imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı əmrin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 tərəfindən qəbul olunmuş 15 may 2024-cü il tarixli, 3-2/K-228 nömrəli əmrin ləğv olunması, iddiaçının əvvəlki iş yerinə - X5 X10 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi vəzifəsinə işə bərpa olunması və iddiaçıya 15 may 2024-cü il tarixdən işə b ərpa olunduğu tarixədək məcburi iş buraxmaya görə əmək haqqısının hesablanıb cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı uzun müddətdir Azərbaycan Respublikasının X5 X10 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi vəzifəsində çalışmışdır. 2024-cü ilin may ayının əvvəllərində İddiaçı X5 Bakı şəhərində yerləşən əsas binasına dəvət edilmişdir. Orada Agentliyin əməkdaşları tərəfindən idddiaçının işində nöqsanlar aşkar olunduğu bildirilmişdir. Nöqsanların nədən ibarət olduğu soruşulduqda isə iddiaçıya işlədiyi rayonda guya onun tərəfindən sahibkarlardan pul alması ilə bağlı ittihamlar bildirmişlər. Məsələ ilə bağlı mübahisə yarandıqda isə Agentliyin əməkdaşları tərəfindən hədə-qorxuya məruz qalmı şdır və iddiaçıya məcburən işdən azad olunması ilə bağlı ərizə yazdırmışlar. Daha sonra 15 may 2024-cü il tarixdə iddiaçıya məlum olmuşdur ki, onu ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediblər. İddiaçının işdən azad olunmağı ilə bağlı əmrin əsaslandırılması qanunsuzdur və qərəzli xarakter daşıyır. Belə ki, əmrə əsasən guya iddiaçı xidməti vəzifəsinin icrası ilə əlaqədar Agentliyin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Halbuki, həmin əmrdə qeyd edilən hallar həqiqətə uyğun deyil, fəaliyyəti dövründə öz peşəsinə vicdan və məsuliyyətlə yanaşmışdır. Əmrdə qeyd olunduğu kimi Agentliyin qanuni mənafeyinə heç bir xələl gəlməmişdir. Bu tip əmrin verilməsi və iddiaçının işdən azad olunması ona qarşı rəhbərliyin qərəzli mövqeyi olmuşdur. İş üzrə cavabdehin qəbul etdiyi əmr ƏM-nin 72- ci maddəsinin “e” bəndinə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) istinad edilərək qəbul edilmişdir. Hazırki halda kobud səhvlərin və hüquq pozuntuların nədən ibarət olması öz təsdiqini tapmır. X5 daxili yoxlaması əsasında sahibkarlardan alınan izahat bu tip əmrin qəbul edilməsi üçün yetərli ola bilməz, bununla bağlı qanuni qüvvəyə minmiş qərar olmalıdır. İddiaçının özü tərəfindən yazılan izahat da hədə-qorxu altında yazılmışdır. Bundan başqa izahatı alınan sahibkar Musa Soltanov ümumiyyətlə qida sektrounda çalışmır, taksi fəaliyyəti ilə məşğul olur.

5. Cavabdeh Azərbaycan Respublikasının X11 iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsinin təmin edilməməs ini və iş üzrə iddia tələblərinin rədd olunmasını xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilənlərə görə iddiaçı ilə bağlı Agentliyin 2024-cü il 2 may tarixli 3-2E-96 nömrəli əmrinə əsasən, X13 nəzarət sektorunun əməkdaşları Sabirabad rayonuna ezam olunaraq həmin rayonda fəaliyyət göstərən bəzi sahibkarlıq subyektləri ilə profilaktik söhbətlər etmiş və iddiaçı ilə bağlı qeyd edilənlərin dəqiqləşdirilməsi üçün araşdırmalar aparmışlar. Araşdırmalar zamanı Agentliyin X10 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi İddiaçı əməllərində şübhəli məqamların olduğu müəyyən edilmişdir. Belə ki, Sabirabad şəhəri, Muğan prospekti ünvanında fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X12 (VÖEN **********) və Sabirabad şəhəri, H.Əliy ev prospekti ünvanında fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X25 (VÖEN **********) İddiaçı onlardan dövri olaraq pul aldığını bildirmişlər. Qeyd olunanlarla bağlı X10 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi İddiaçı Agentliyə dəvət olunmuş və izahatı alınmışdır. İddiaçı izahatında müxtəlif vaxtlarda ona 3 fərqli sahibkar tərəfindən hər biri 50 manat olmaqla pul vəsaitinin verildiyini bildirmişdir. İzahatda iddiaçı bağışlanmasını istəyərək öz təqsirini qəbul etmişdir. Qeyd edilənlərdən aydın olur ki, idiaçının işdən azad edilməsi onun qanunverciliyin tələbindən kənar fəaliyyətinin nəticəsi olmuşdur. Belə olduğu halda “əmrin ləğv olunması və əmək haqqı” tələbinə dair iddia ərizəsinin təmin edilməməsini və iş üzrə iddia tələblərinin rədd edilməsi məhkə mədən xahiş edilmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3933/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbinin təmin edilərək Azərbaycan Respublikasının X5 xx.xx.2024-cü il tarixli, 3- 2k228 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı X5 X10 “qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi” vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının X4 tutularaq İddiaçı ödənilməsi, mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikasının X4 alınaraq İddiaçı verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş materialları araşdırılaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X11 işçi və işəgötürən olmaql a əmək münasibətlərinin tərəfi olmuşlar. 1483 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək Müqaviləsi ilə İddiaçı X10 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir.

9. Cavabdeh qeyd edir ki, X11 tərəfindən aparılmış araşdırmalar nəticəsində İddiaçı ictimai iaşə obyektlərinin rəhbərləri X6 və X15 dövri olaraq pul aldığı məlum olduğuna görə iddiaçı Agentliyə dəvət olunmuş və izahat alınmışdır

10. İddiaçı yazılı izahatında ona Kazımov Kazım, Rövşən və Əmin tərəfindən 50 manat (hər birindən) verildiyini bildirmiş, məhkəmə iclasında isə həmin izahatı məcburi olaraq ona yazdırdıqlarını, könüllü iradə ifadəsi olmadığını iddia etmiş, həmçinin, Kazımov Kazım adlı şəxsin ümumiyyətlə mövcud olmadığını, izahatda bilərəkdən elə yazdığını qeyd etmişdir

11. İddiaçı izahatınd a ona pul vəsaitinin verildiyini qeyd etsə də, həmin pul vəsaitinin hansı məqsədlərlə verilməsi, qarşılığında iddiaçının öz vəzifə səlahiyyətlərindən istifadə edərək pul verən şəxslərə nə vəd etməsi barədə qeyd edilməmişdir. Həmçinin, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl məsələ araşdırılmamış, iddiaçının pul vəsaitini alması qarşılığında hansı hərəkət və ya hərəkətsizlikləri etməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda Vüqar Ələkbərov və Musa Sultanov tərəfindən Agentliyə edilmiş müraciəti təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Şahid qismində cəlb edilən Vüqar Ələkbərov sahibkar olduğunu, iddiaçının onu iki dəfə cərimə etdiyini, cərimənin birini ödədiyini və iddiaçıya heç vaxt pul vermədiyini bildirmişdir. Şahid qismində cəlb edil ən Musa Sultanov da sahibkar olduğunu, işlərə uzaqdan nəzarət etdiyini, iddaçının ondan heç vaxt pul tələb etmədiyini, nə vaxtsa cərimə olunduğunu, lakin nə vaxt və hansı məbləğdə cərimə edildiyini xatırlamadığını bildirmişdir.

12. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli əmr səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, müvafiq əmr Azərbaycan Respublikasının X5 sədr müavini Zəkiyyə Mustafayeva tərəfindən imzalanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının X11ndə kadr məsələləri ilə bağlı səlahiyyətlərin müəyyən edilməsi haqqında xx.xx.2021-ci il tarixli, Ü/154 nömrəli əmrə görə intizam tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı əmrlərin imzalanması Agentliyin sədrinin müstəsna səlahiyyətinə aid dir. Sədr müavininin isə işdən azad etmə (xitam) ilə bağlı əmrləri imzalamaq səlahiyyəti vardır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi intizam tənbehi növlərindən biridir (Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi). Yəni, Agentliyin sədri işçilərə intizam tənbeh tədbirinin tətbiq edilməsi kimi məsuliyyətli bir vəzifəni öz müstəsna səlahiyyətində saxlamışdır. Eyni zamanda, əgər Agentliyin sədri intizam tənbeh tədbirinin tətbiq edilməsi səlahiyyətini öz müavininə həvalə etsəydi, həmin səlahiyyəti hansı səbəbə görə həmin şəxsə həvalə etdiyini əsaslandırmalı idi (Əmək Məcəlləsinin 188-ci maddəsinin 2-ci hissəsi). Halbuki, cavabdehin nümayəndələrindən dəfələrlə sədr müavininin intizam tənbeh tədbiri tətbiq etmək səlahiyyətinin olub -olmaması barədə sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilsə də, başqa əmrin olmadığı bildirilmiş, yalnız xx.xx.2021-ci il tarixli, Ü/154 nömrəli əmr məhkəməyə təqdim edilmişdir.

13. Azərbaycan Respublikasının Qida X1 Həmkarlar İttifaqı Komitəsinin Rəyasət heyətinin iclas protokolunda (əmrin verilməsinə əsas olan sənədlərdən biri) iddiaçının yol verdiyi nöqsanın Agentliyin regionlarda həyata keçirilən nəzarət tədbirlərinə kölgə salmış olduğu və Agentliyin mənafeyinə xələl gətirildiyi qeyd edilmişdir. X14 Komitəsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə razılıq verərkən iddiaçının hərəkət və ya hərəkətsizliklərini, onun nəticələrini ətraflı araşdırmamış, müəssisənin mənafeyinə hansı formada xələl gəlməsini aydınlaşdırmamışdır.

14. İddiaçı ilə b ağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr səlahiyyətli şəxs tərəfindən imzalanmamış, əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçinin (iddiaçının) hərəkət və ya hərəkətsizlikləri ətraflı araşdırılmamış (pul verilibsə belə, işəgötürən o pulun hansı məqsəd ilə verildiyini aydınlaşdırmalı idi), müəssisənin mənafeyinə hansı formada ziyan dəyməsi müəyyən edilməmişdir. Yəni Azərbaycan Respublikasının X5 3-2K-228 №-li xx.xx.2024-cü il tarixli işdən azadetmə haqqında əmri qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Ona görə də, iddia təmin edilməlidir.

15. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının X5 xx.xx.2024-cü il tarixli, 3-2k-228 nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikasının X5 X10 “qida təhlükəsizliyinə nəzarət sektorunun m əsləhətçisi” vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Azərbaycan Respublikasının X4 tutularaq İddiaçı ödənilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 70-ci maddəsinə, 72-ci maddəsinin “ə” bəndinə, 76-cı maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, 80, 154-cü maddəsinin 1-ci bəndinə, 187-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 7.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh Azərbaycan Respublikasının X11 apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd olunmasını xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, iddiaçının izahatında qeyd etdiyi şəxslərdən olan Əmin bazar hazıda Biləsu var rayonunda mövcud olan bir yerin adıdır. Bundan başqa, Kazımov Kazım adlı şəxsin hazırda VÖEN məlumatına əsasən, onun Biləsuvar rayonunda olmaması belə bir şəxsin həmin vaxtda həmin rayonda fəaliyyət göstərmədiyini ehtiva etmir.

18. Əvvəla, məhkəmənin bu yanaşması qanuni və hüquqi əsaslara söykənməyən səthi mülahizələri ehtiva edir. Belə ki, Agentlik tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarında mövcud olan, İddiaçı məxsus xx.xx.2024-cü il tarixli izahatda qeyd edilir: "işlədiyim müddət ərzində 2023-cü mart ayında Novruz bayramı ilə əlaqəli Kazımov Kazımdan 50 manat, 2024-cü il Yeni il bayramında Rövşəndən 50 manat alıb. Bundan əlavə 2023-cü ilin Yeni il bayramında Əmin bazar tərəfindən 50 manat verilib. Xahiş edirəm məni bağışlayasınız, azyaşlı övladımı, cavan olduğumu, ail ə vəziyyətimi nəzərə alasınız. Biləsiniz ki, nə etmişəmsə, ehtiyyac ucbatından etmişəm. Himayəmdə ağır xəstə olub".

19. Bu ifadənin özü İddiaçı hansı məbləğlərdə pul vəsaitini mənimsədiyini və həmin pul vəsaitlərini hansı məqsədlər üçün aldığını etiraf edir. İddiaçı izahatla bağlı məhkəmədə izahatın özü tərəfindən yazıldığını da etiraf etmişdir. Məhkəmədə şübhəyə yer qalmayacaq şəkildə pul vəsaitlərinin İddiaçı tərəfindən mənimsənildiyi və səmimi peşmançılığı qeyd edilməsinə baxmayaraq, məhkəmə buna hüquqi qiymət vermədən və ya hansısa başqa səbəblərdən sözügedən halları əsaslandırıcı hissəsdə qeyd etməmiş və sırf iddiaçının öz izahatında qeyd etdiklərindən fərqli şəkildə "izahatın məcburi şəkildə yazılmasını və iddiaçının könüllü iradə ifadəsinin olmadığını" müəyyən etmişdir.

20. Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-776/2025 nömrəli, 6 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (X31 Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X28 və X16 ibarət tərkibdə) apellyasiya şikayətinin təmin olunmaması, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3933/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.

21. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki ha llar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

22. Məhkəmə qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdı rılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

23. Əvvəla, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozm ası açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin(bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarla əlaqədar, yəni 72-ci maddənin e) bəndi ilə - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə qeyd olunan əsasla əmək müqaviləsinə xitam verilm əsi üçün mötəbər sübutlar olmalıdır. İşdə yalnız iddiaçı tərəfindən xx.xx.2024-cü ildə yazılan izahat mövcuddur. Bu izahatın hansı vəziyyətdə, yaxud şəraitdə yazılması iddiada göstərilmişdir. Məhz bu izahata əsasən iddiaçıya ən ağır intizam tənbehi verilməsi üçün ən azından onda göstərilənlərin həqiqiliyi yoxlanılmalı və təsdiq edilməli idi. Ancaq cavabdeh tərəfindən nəinki həmin halların həqiqiliyinin yoxlanılmasına dair məhkəməyə mötəbər sübut təqdim edilmiş, üstəlik izahatda adı qeyd olunan şəxslərin varlığı, yaxud şəxsiyyəti belə müəyyən edilməmişdir. Düzdü apellyasiya şikayətində iddiaçının izahatında qeyd etdiyi şəxslərdən “Əmin bazar”ın Biləsuvar rayonunda bir yeri adı olduğu, eləcə də İmişli rayonunda X19 adlı qida subyekti kimi fəaliyyət göstərən və X27 adında dənli bitkilərin bec ərilməsi ilə məşğul olan sahibkarların mövcud olduğu qeyd edilmiş, Rövşən adlı şəxs barədə isə heç bir məlumat göstərilməmişdir. Ancaq bu şəxslərin iddiaçının əmək funksiyasını yerinə yetirməsi ilə əlaqədar hansı münasibətlərdə olmasına, yaxud bu cür münasibətlərdən kənar digər hansısa formada əlaqəli olduğuna dair şikayətdə bir söz belə göstərilməmişdir. Demək ki, iddiaçının izahatını məcburi şəkildə yazdığı və könüllü iradə ifadəsi olmadığı barədə dəlilləri də açıq-aşkar təsdiq edilmiş olur. Bu cür vəziyyətdə cavabdehin iddiaya etirazı ümumiyyətlə başadüşülən olmamışdır. Çünki bu halları, yəni etirazının əsası kimi istinad etdiyi halları sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür, ancaq cavabdeh tərəf bu halları sübut edə bilmir.

24. Apellyasiya şikayətinin dəlillərində Agentliyin D axili nəzarət sektorunun araşdırması zamanı iddiaçının şifahi şəkildə ona pul verən sahibkarların adını deyil, digər 3 sahibkarın adını (Kazımov Kazım, Rövşən və Əmin bazar) qeyd etdiyi göstərilmişdir. Göründüyü kimi, bu dəlillərlə cavabdeh tərəf də qəbul edir ki, iddiaçının izahatında adlarının qeyd etdiyi şəxslər mövcud olsa belə onlarla münasibətdə əmək fəaliyyəti zamanı hər hansı bir hüquq pozuntusuna yol verməmişdir. Əks halda şikayətdə araşdırmaları zamanı iddiaçının başqa sahibkarlardan, o cümlədən Vüqar Ələkbərovdan rüblük olaraq pul aldığı göstərilməzdi. Baxmayaraq ki, iddiaçıya ən ağır intizam tənbehinin verilməsinə dair əmrdə əsas kimi onun izahatında göstərdiyi məlum olmayan şəxslərdən 3 halda qanunsuz pul alması ilə yanaşı, Sabirabad şəhərində yerləşən digər 2 sahibkar X17 v ə X18 dövrü olaraq pul aldığı da göstərilmişdir, ancaq sonuncu 2 sahibkardan pul alması barədə iddiaçının heç bir izahatı olmamış, yaxud cavabdeh tərəf belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq rayon məhkəməsi həmin şəxsləri də şahid qismində dindirmiş və onlar iddiaçıya heç vaxt pul vermədiklərini, əksinə iddiaçı tərəfindən cərimə olunduqlarını, iddiaçının onlardan pul tələb etmədiklərini göstərmişlər. Cavabdeh tərəf isə şahidlərin məhkəmədə verdikləri ifadələri ilə əməkdaşları tərəfindən araşdırma zamanı şifahi sorğularına verdiyi cavabların fərqli olduğunu, yəni şahidin məhkəmədə həqiqəti söyləmədiyini, iddiaçının özünün izahatında sahibkardan 300 manat aldığını və cərimə ödənişini həyata keçirdiyini etiraf etməsini şikayətdə göstərir. Əvvəla, iddiaçının sahibkardan 3 00 manat alıb cərimə ödənişi həyata keçirməsinə dair cavabdeh tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Düzdü apellyasiya şikayətinə iddiaçının adından belə bir izahat yazıldığına dair sənəd əlavə edilmişdir(bax.i.v.140-142).

25. Lakin iddiaçının həmin izahatı imzalamaqdan imtina etməsi və tarix qoymaması da iradəsinə uyğun yazılmadığına və məcburi(diktə ilə) yazılmasına cəhd olduğuna dəlalət edir. Əks halda həmin izahatın məzmumunda iddiaçının əmək fəaliyyəti zamanı hüquq pozuntusuna yol verməsinə dair etirafı olmamasına baxmayaraq onu imzalaya da bilərdi. Bununla yanaşı, şahidlərin məhkəmə iclasında bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə iltizama qol çəkdikdən sonra verdiklər ifadələri, cavabdeh qurumun əməkdaşlarının apardığı araşdır ması zamanı şifahi sorğuya verdikləri “cavabdan” daha mötəbər olması danılmazdır. Əlbətdə ki, bu yanaşma ritorik səslənsə də cavabdeh tərəf şikayətində bu cur dəlillərdən istifadə edərkən buna qarşı yaranacaq əks arqumentlərə də cavab verməyə hazır olmalı və ya belə bir cavabları var idisə bunu elə şikayətində də göstərə bilərdi, lakin göstərməyib, demək ki, bu cür arqumentlərin olması da mümkün deyildir. Ona görə də şahid Vüqar Ələkbərovun iddiaçını tanıması və ona cəriməni ödəməyi xahiş edəcək qədər yaxşı etibar etməsi barədə dəlillər də qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyildir.

26. Apellyasiya şikayətinin növbəti dəlili ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları nəzərdə t utulmuşdur. Bu əsaslardan biri də tərəflərin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları isə həmin Məcəllənin 70-ci maddəsində göstərilib. Bu maddədə 6 əsas nəzərdə tutulub. Bunlardan biri “ç” bəndidir, hansı ki, Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndində həm də ən ağır intizam məsuliyyəti və intizam tənbehi növü kimi nəzərdə tutulub. Deməli, əmək müqaviləsinin ləğv edilməsi, o cümlədən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından 70-ci maddəsinin “ç” bəndi həm də intizam tənbehi növü olduğuna görə əmək qanunvericiliyi bunu fərqləndirmişdir. Başqa sözlə, bu əsasla əmək müqaviləsinin ləğv edilməsi yalnız intizam xətası törədildiyinə görə, üstəlik ən ağır intizam tənbehi tətbiq edilmə klə baş verir. X11 də “Azərbaycan Respublikasının X11ndə kadr məsələləri ilə bağlı səlahiyyətlərin müəyyən edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, Ü/154 nömrəli əmrində (1-ci bənd və 1.3-cü yarımbənd) Agentliyin aparatının və regional bölmələrinin bütün əməkdaşlarının fərdi və kollektiv qaydada mükafatlandırlması, maddi yardımın verilməsi, intizam tənbeh tədbirinin tətbiqi, yazılı və ya şifahi xəbərdarlığın edilməsi, o cümlədən bununla bağlı əmrlərin imzalanmasını X11 sədrinin müstəsna səlahiyyətlərinə aid etmişdir. Bu səlahiyyəti cavabdeh qurum özü müəyyən etmişdir. Düzdü qeyd olunan əmrdə (2-ci bənd və 2.1-ci yarımbənd) bu əmrin 1.1-ci bəndi nəzərə alınmaqla, Agentliyin Aparatının və regional bölmələrinin inzibati və yardımçı vəzifələri üzrə işə qəbul (təyin), başqa işə keçirmə, işd ən azad etmə (xitam), əmək münasibətləri şərtlərinin, hüquq və vəzifələrin dəyişdirilməsi, o cümlədən bununla bağlı əmək müqavilələrinin, əmrlərin və digər sənədlərin imzalanması Agentlik sədrinin müavini X3 həvalə edildiyi göstərilib. Ancaq yuxarıda qeyd olunduğu kimi Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilməsinin, o cümlədən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin (işdən azad etmə (xitam), 70-ci maddədə 6 müxtəlif əsası nəzərdə tutulub. Agentlik intizam tənbehinin tətbiqi nəticəsində 70-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsini müstəsna olaraq sədrin səlahiyyətinə aid etmişdir. Bu cür əmək müqaviləsinin ləğv edilməsi isə digər əsaslarla olan ləğv etmədən fərqlənir. Bu cür olmasa idi Agentlik əmrin 2.1-ci yarımbəndində qeyd olunan vəzifədə iş ləyən şəxslərin, o cümlədən iddiaçının da intizam tənbehinin tətbiqi nəticəsində əmək müqaviləsinin ləğv edilməsi səlahiyyətini sədrin müavininə həvalə edilməsini xüsusi olaraq qeyd edərdi. Ancaq etməyib, demək ki, bu cür səlahiyyət sədr müavininə verilməyib, yaxud verilməsi məqsədə müvafiq olmayıb. Ona görə də apellyasiya şikayətinin dəlillərində sədr müavinin iddiaçının işdən azad etmə (xitam), kimi səlahiyyətlərinin olduğunun israr edilməsi əsaslı sayıla bilməz. Çünki cavabdeh tərəf bu cür dəlillərlə əmrin həmin müddəalarının yanlış təfsir etməyə cəhd etməsi uğursuz görünür. Burada iddiaçı ilə bağlanmış əmək müqaviləsində işəgötürən kimi sədr müavininin qeyd olunması da heç nəyi dəyişmir. Çünki Agentlik qeyd olunan əmrdə sədr müavininə belə bir səlahiyyət vermişdir. Bu hal həm də mübahi sə predmeti olmadığından müqayisə üçün də, (yəni sədr müavini iddiaçını işə götürübsə işdən də azad edə bilər prinsipi) uğursuz hesab edilir. Ona görə də birinci instansiya məhkəməsinin bu hissə üzrə, o cümlədən Əmək Məcəlləsinin 188-ci maddəsi üzrə apardığı hüquqi dəyərləndirmə də düzgün olmuşdur.

27. Göstərilənlərdən əlavə, cavabdeh qurumun X23 tərəfindən iddiaçının barəsində Sabirabad rayon prokurorluğuna apellyasiya şikayətində göstərilən dəlillərlə əlaqədar, yəni, Sabirabad rayonunda fəaliyyət göstərən bəzi sahibkarlardan Regional bölmə tərəfindən həyata keçirilən yoxlamalar və monitorinqlərdən azad olunmaları, həmçinin xidmət üzrə himayədarlıq göstərməsi müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə müraciət əsasında araşdırma aparılmış və nəticəsi olaraq 18 oktyabr 2024 -cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İşə əlavə edilmiş həmin qərarın məzmunundan aydın olur ki, bu müraciət əsasında iddiaçının barəsində cinayət təqibi qaydasında da araşdırma aparılmış, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə göstərilən və digər sahibkarların izahatı alınmış, onların hər biri iddiaçıya pul vermədiyini və pul verilməsində vasitəçilik etmədiyini, iddiaçının onlardan pul istəmədiyini və tələb etmədiyini göstərmiş, həmçinin iddiaçı izahatında göstərdiyi sahibkarların xəyali şəxslər olduğunu bəyan etməsinə baxmayaraq, araşdırma zamanı onların şəxsiyyəti də müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının barəsində əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə göstərilənlər cinayət təqibi zamanı aparılan araşdırma zaman ı təsdiq edilməmiş və əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bu faktın özü də birinci instansiya məhkəməsinin hazırkı mülki iş üzrə düzgün nəticəyə gəldiyini bir daha təsdiq etmiş oldu.

28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71, 72, 80, 83, 186, 187 və 300-cü maddələrinə, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

29. Qətnamədən cavabdeh (Vəkil Hümsü oğlu) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 yanvar 2025-ci il tarixli 2(103)-776/2025 saylı qətnaməsinin ləğv edilməsi və Azərbaycan Respublikası X5 ləğv edilmiş 15 may 2024-cü il tarixli, 3-2k-228 nömrəli əmrini qüvvədə saxlayaraq iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 6 yanvar tarixli 2(103)-776/2025 nömrəli qətnaməsində göstərilir ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinin pozması açıq-aşkar təsdiq olunmur. Bundan başqa, İddiaçı sahibkarlar X12 və X21 olan münasibətlərinə dair məhkəməyə sübut təqdim edilmədiyi qeyd edilmişdir. Bununla əlaqədar bildiririk ki, İddiaçılə bağlı iş materiallarına əlavə edilmiş izahatında qeyd etdiyi cavabların qanunsuz və həqiqəti əks etdirmədiyi ilə əlaqədar səs yazısı mövcud olmuşdur. Belə ki, sahibkarlar Sabirabad şəhəri, Muğan prospektində fəali yyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X12 (VÖEN **********) və Sabirabad şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X22 (VÖEN **********) etibarnamə üzrə nümayəndəsi və qardaşı X20 bağlı yoxlama zamanı əldə edilmiş səs yazısı iş üzrə əhəmiyyətli hesab edildiyindən məhkəməyə təqdim edilmişdir. Qeyd edilmiş səs yazısından sahibkarlar X8 Agentliyin daxili nəzarət sektorunun əməkdaşları ilə dialoqundan aydın olur ki, Vüqar Ələkbərov mütəmadi olaraq hər il 300 manat məbləğində vəsaiti iddaçıya təqdim edir. Eyni zamanda sahibkar X22 (VÖEN **********) etibarnamə üzrə nümayəndəsi və qardaşı X20 bağlı olaraq da danışıqlar zamanı sonuncunun iddiaçıya 3 aydan bir olaraq 100 manat məbləğində vəsaitin verməsi faktı müəyyən edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi sözügedən sübutlara dair məsələyə münasibət bildirməmişdir. Bundan başqa, iddiaçı yazılı izahatında ona Kazımov Kazım, Rövşən və Əmin bazar tərəfindən 50 manat (hər birindən) verildiyini bildirmiş, məhkəmə iclasında isə həmin izahatı məcburi olaraq ona yazdırdıqlarını, könüllü iradə ifadəsi olmadığını iddia etmiş, həmçinin Kazımov Kazım adlı şəxsin ümumiyyətlə mövcud olmadığını, izahata bilərəkdən elə yazdığını qeyd etmişdir. İddiaçı izahatla bağlı birinci instansiya məhkəməsində bildirmişdir ki: “Mənə izahatı hədəqorxu altında yazdırıblar”. Bununla əlaqədar tərəfimizdən “hansı hədə qorxudan söhbət gedir?” sualı verilmiş və suala cavab olaraq iddiaçı bildirmişdir ki: “korrupsiya halları ilə əlaqədar məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması üçün göndəriləcəyi deyilmişdi”. Diqqətinizə çatdırmaq istərdik ki, iddiaçı burada onun tərəfindən törətmədiyini iddia etdiyi “korrupsiya halları” ilə bağlı iş materiallarının hüquq müfahizə orqanlarına gödəriləcəyi məsələsini “hədə-qorxu” kimi qiymətləndirir, baxmayaraq ki, iddiaçının dediklərinə inansaq, bu hal onun üçün “hədə-qorxu” deyil, əksinə onun xeyrinə olan bir hal kimi qiymətləndirilməli idi. Çünki məlum olduğu kimi, “hədə-qorxu ilə tələb etmə” özü qanunsuz bir hərəkət və ya əməldir və şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmək mənasına g əlir. Məhkəmə bir halda ki, iddiaçının “məndən hədə-qorxu ilə izahat alıblar” ifadəsini əsaslı hesab edir, o zaman bu “hədə-qorxunun” ağlabatan açıqlamasını verməli idi. Sübutlar obyektiv qiymətləndirilməlidir, şəxslərin mülahizələrinə əsasən yox.

31. Qətnamənin əsaslandırıcı hissəsində qeyd edilir ki, izahatda adı qeyd olunan şəxslərin varlığı və yaxud izahatda adı qeyd olunan şəxslərin varlığı və yaxud şəxsiyyəti müəyyən edilməmişdir. İddiaçı izahatında ona pul vəsaitinin verildiyini qeyd etsə də, həmin pul vəsaitinin hansı məqsədlərlə verilməsi, qarşılığında iddiaçının öz vəzifə səlahiyyətlərindən istifadə edərək pul verən şəxslərə nə vəd etməsi barədə qeyd edilməmişdir. Həmçinin, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl məsələ araşdırılmamış, iddiaçının pul vəsaiti ni alması qarşılığında hansı hərəkət və ya hərəkətsizlikləri etməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Agentlik tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarında mövcud olan, İddiaçı məxsus xx.xx.2024-cü il tarixli izahatda qeyd edilir: “İşlədiyim müddət ərzində 2023-cü il mart ayında Novruz bayramı ilə əlaqəli Kazımov Kazımdan 50 manat, 2024-cü il yeni il bayramında Rövşən 50 manat verib. Bundan əlavə 2023- cü ilin yeni il bayramında Əmin bazar tərəfindən 50 manat verilib. Xahiş edirəm məni bağışlayasınız, azyaşlı övladımı, cavan olduğumu, ailə vəziyyətimi nəzərə alasınız. Biləsiniz ki, nə etmişəmsə, ehtiyyac ucbatından etmişəm. Himayəmdə ağır xəstə olub”. Bu ifadənin özü İddiaçı hansı məbləğlərdə pul vəsaitini mənimsədiyini və həmin pul vəsaitlərini hansı məqsədl ər üçün aldığını etiraf edir. İddiaçı izahatla bağlı məhkəmədə izahatın özü tərəfindən yazıldığını da etiraf etmişdir. Məhkəmədə şübhəyə yer qalmayacaq şəkildə pul vəsaitlərinin İddiaçı tərəfindən mənimsənildiyi müəyyən edilməsinə baxmayaraq, məhkəmə buna hüquqi qiymət vermədən və ya hansısa başqa səbəblərdən sözügedən halları əsaslandırıcı hissəsdə qeyd etməmiş və sırf iddiaçının öz ifadəsində qeyd etdiklərindən fərqli şəkildə “izahatın məcburi şəkildə yazılmasını və iddiaçının könüllü iradə ifadəsinin olmadığını” müəyyən etmişdir.

32. Bundan başqa, iş materiallarında olan sənədlərə əsasən bildiririk ki, Agentliyin 2024-cü il 2 may tarixli 3-2E-96 nömrəli əmrinə əsasən, X13 nəzarət sektorunun əməkdaşları Sabirabad rayonuna ezam olunaraq həmin rayonda fəaliyyət göstərən bəzi sahibkarlıq subyektləri ilə profilaktik söhbətlər etmiş və iddiaçı ilə bağlı qeyd edilənlərin dəqiqləşdirilməsi üçün araşdırmalar aparmışlar. Aparılan araşdırmaların nəticəsində Agentliyin X10 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi İddiaçı əməllərində şübhəli məqamlar olduğu müəyyən edilmişdir. Nəticədə İddiaçı xx.xx.2024-cü il tarixli izahatında sözügedən faktlar öz təsdiqini tapmışdır. Bununla bağlı məsələ məhkəmənin qətnaməsində də öz əksini tapmışdır. Buna baxmayaraq, məhkəmə hələ də İddiaçı işinin tam araşdırılmadığı qənaətindədir. Digər bir tərəfdən iddiaçının izahatında qeyd etdiyi şəxslərdən olan Əmin bazar hazıda Biləsuvar rayonunda mövcud olan bir yerin adıdır. Bundan başqa, Kazımov Kazım adlı şəxsin hazırda VÖEN məlumatınaəsasən, onun Biləsuvar rayonunda olmaması belə bir şəx sin həmin vaxtda həmin rayonda fəaliyyət göstərmədiyini ehtiva etmir. Qətnamənin əsaslandırıcı hissəsində qeyd edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli əmr səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, müvafiq əmr Azərbaycan Respublikasının X5 sədr müavini Zəkiyyə Mustafayeva tərəfindən imzalanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının QidaTəhlükəsizliyi Agentliyində kadr məsələləri ilə bağlı səlahiyyətlərin müəyyən edilməsi haqqında xx.xx.2021-ci il tarixli, Ü/154 nömrəli əmrə görə intizam tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı əmrlərin imzalanması Agentliyin sədrinin edilməsi ilə bağlı əmrlərin imzalanması Agentliyin sədrinin müstəsna səlahiyyətinə aiddir. Sədr müavininin isə işdən azad etmə (xitam) ilə bağlı əmrləri imzalamaq səlahiyyəti vardır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi intizam tənbehi növlərindən biridir (Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi). Yəni, Agentliyinsədri işçilərə intizam tənbeh tədbirinin tətbiq edilməsi kimi məsuliyyətli bir vəzifəni öz müstəsna səlahiyyətində saxlamışdır. Eyni zamanda, əgər Agentliyin sədri intizam tənbeh tədbirinin tətbiq edilməsi səlahiyyətini öz müavininə həvalə etsəydi, həmin səlahiyyəti hansı səbəbə görə həmin şəxsə həvalə etdiyini əsaslandırmalı idi (Əmək Məcəlləsinin 188-ci ma d d ə s i ni n 2-ci hissəsi). Halbuki, cavabdehin nümayəndələrindən dəfələrlə sədr müavininin intizam tənbeh tədbiri tətbiq etmək səlahiyyətinin o lub-olmaması barədə sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilsə də, başqa əmrin olmadığı bildirilmiş, yalnız xx.xx.2021-ci il tarixli, Ü/154 nömrəli əmr məhkəməyə təqdim edilmişdir. Bununla bağlı bildiririk ki, Agentlik tərəfindən Əmək Məcəlləsinin adıçəkilən maddələri düzgün tövsif edilməyərək sədr müavini tərəfindən verilən Agentliyin 2024-cü il 15 may tarixli 3-2K-228 nömrəli əmri intizam tənbeh tədbiri kimi göstərilmişdir. Baxmayaraq ki, verilmiş əmrdə işəgötürən Zəkiyyə Musatfayeva olduğu üçün şəxs barəsində əmək müqaviləsinin ləğv edilməsi də sədr müavini tərəfindən həyata keçirilməli idi. Məhkəmə tərəfindən maddi hüquq normaları düzgün şəkildə tədbiq edilməyərək əsassız şəkildə əmrin qanunsuz hesab edilməsinə səbəb olmuşdur. Məhkəmənin 2024-cü il 15 may tarixli 3-2K-228 nömrəl i əmri ləğv etməsini əsassız hesab etməyimizin səbəbi ondan ibarərdir ki, səlahiyyətlərin bir qisminin verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, Ü/154 nömrəli əmrdə sədr müavininin işdən azad etmə (xitam) ilə bağlı əmrləri imzalamaq səlahiyyətinin olduğu qeyd edilmişdir. Ümumiyyətlə,məhkəmənin qeyd etdiyi “səlahiyyəli olmayan şəxs tərəfindən imzalanmaması” ifadəsi tamamilə yanlışdır. Belə ki, Agentliyin xx.xx.2021-ci il tarixli, Ü/154 nömrəli əmrində sədrin müstəsna səlahiyyəti kimi intizam tənbeh tədbirinin verilməsi saxlanılmış, lakin işdən azadetmə səlahiyyəti sədr müavininə həvalə edilmişdir. Bildiririk ki, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, əmək müqaviləsini bu Məcəllənin 186-cı maddəyə əsasən ləğv etmək intizam tənbeh tədbiri hesab edilir. Lakin Məcəllənin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları olduğu və İddiaçı Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva tərəfindən işə qəbul edildiyi üçün onun barəsində olan əmək müqaviləsinin ləğvi prosesi də işəgötürən tərəfindən həyata keçirilməlidir. Məcəllənin 71- ci maddəsinə əsasən, işəgötürən bu Məcəllənin70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İddiaçı barəsində qəbul edilmiş 2024- cü il 15 may tarixli 3-2k-228 nömrəli əmrə nəzər yetirdikdə müşahidə olunur ki, sədr müavininin imzaladığı əmrdə Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddənin “e” bəndinə əsaslanaraq iddiaçı işdən azad edilmişdir. Yəni işəgötürən tərəfindən işçinin işdən azad edilməsi yalnız intizam tənbeh təd birinin verilməsi ilə bağlı deyil, eyni zamanda 3-2k-228 nömrəli əmr kimi tənbeh tədbiri verilmədən də əmək müqaviləsinə xitam verilə bilir. Ümumiyytələ, adıçəkilən əmrin əksinə olaraq sədr tərəfindən imzalanması qanunsuz olardı. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, əmək müqaviləsinin ləğvi işəgötürən tərəfindən həyata keçirildiyi üçün, iddiaçı işəgötürən tərəfindən həyata keçirildiyi üçün, iddiaçı barəsində əmək müqaviləsinin ləğv edilməsi barədə əmr elə onu işə qəbul edən sədr müavini tərəfindən verilməlidir. Bununla belə əgər, sədr tərəfindən 70-ci maddənin “ç” bəndi ilə intizam tənbeh tədbiri verilsəydi, o zaman işəgötürən olan sədr müavini tərəfindən ikinci bir əmr ləğv etmə haqqında qəbul edilmiş olacaqdır ki, bu da öz növbəsində eyni şəxs barəsində eyni məsələlərə dair iki əmri n verilməsinə səbəb olacaqdır. Bu səbəbdən də sədr müavini tərəfindən verilmiş əmr tam hüquqi qüvvəyə malik əmr hesab edilməlidir. 2024-cü il 15 may tarixli 3-2k-228 nömrəli əmr tərtib edilərkən intizam tənbeh tədbiri kimi deyil, əmək müqaviləsinin ləğv edilməsi nəticəsində işdən azad etmə olmuşdur. Sadəcə olaraq əmrin əsaslarından biri kimi 70-ci maddənin “ç” bəndinə istinad edilmiş, lakin intizam tədbiri sədrin səlahiyytələrində olduğundan və bir şəxs barəsində iki əmrin qanunsuz hesab edildiyindən, tənbeh verilmədən birbaşa işdən azad edilmişdir. Bu səbəbdən də sədr müavini tərəfindən verilmiş əmr tam hüquqi qüvvəyə malik əmr hesab edilməlidir. Nəhayət, məhkəmə qətnaməsində Sabirabad rayon prokurorluğunun qərarına istinad olunmuşdur. Lakin bildiririk ki, həmin qərarda iddiaçının barəsin də sahibkarların dindirilməsi zamanı yuxarıda qeyd edilən səs yazıları və digər sübutlar tədqiq edilməmişdir. Fikrimizcə məhkəmə bu qənaətə gələrkən Agentlik tərəfindən verilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Xüsusilə də 2024-cü il 2 may tarixli 3-2E-96 nömrəli əmri və aparılan xidməti araşdırmanın nəticəsinə dair məruzəni, İddiaçı məxsus xx.xx.2024-cü il tarixli izahatı, xx.xx.2021-ci il tarixli Ü/154 nömrəli əmri və müvafiq sahibkarlara dair səs yazılarını göstərmək olar.

33. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yəni tərəflərin mülahizələri sübut hesab edilə bilməz. bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Fikrimizcə məhkəmə bu qənaətə gələrkən Agentlik tərəfindən verilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Xüsusilə də 2024-cü il 2 may tarixli 3- 2E-96 nömrəli əmri və aparılan xidməti araşdırmanın nəticəsinə dair məruzəni, İddiaçı məxsus xx.xx.2024-cü il tarixli izahatı və xx.xx.2021-ci il tarixli Ü/154 nömrəli əmri göstərmək olar. Əlavə olaraq, apellyasiya məhkəməsi xx.xx.2025-ci il tarixli əlavə sübutlara dair vəsatətə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 418.1, 418.2 və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hesab edirik ki, Agentlik tərəfindən təqdim edilən sübutlara məhkəmə tərəfindən yenidən diqqət yetirilməlidir.

34. Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, Mülki Prosessual Məcəlləni n 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətlən dirilə bilməz. Belə ki, həmindanışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz ərizəsi məhkəməyə daxil olmuşdur.

36. Etirazın dəlilləri birinci instansiyası məhkəməsində iddia ərizəsinə verilən etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləs i

37. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

38. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan d əymiş olsun.

39. Maddə 72, “c” bəndi. İşçi tərəfindən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

40. Maddə

83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

41. Maddə 186, 1-ci hissə. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi a ktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

42. Maddə 186, 2-ci hissənin “ç” bəndi. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.

43. Maddə 187, 1-ci ihissə. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

44. Maddə 300, 1-ci ihissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutl arla əsaslandırır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlan ılmalıdır.

52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şika yətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

58. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

59. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol veri lməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-776/2025 nömrəli iş üzrə 6 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar