Məhkəmə qərarları › İş №2(102)-1317/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1317/2021

30.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1317/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh1 İddia tələbi: “cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarına 3.000 manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılmaları” Açar sözlər: kompensasiya verilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-520/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Mübahisəli fərdi yaşayış evi 14.12.2013-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər Gədəbəy Rayon Məhkəməsinin 22.08.2016-cı il tarixli qətnaməsi ilə mübahisəli fərdi yaşayış evinə köçürülmüş və Gəncə Apellyasiya Məhkəməsinin 24.11.2016-cı il tarixli qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin 22.08.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hal-hazırda iddiaçı cavabdehlərin mübahisəli fərdi yaş ayış evinə istifadə hüquqlarının olduğunu qəbul edərək cavabdehlərin hər birinə 4.500 manat olmaqla ümumilikdə 9.000 manat kompensasiya vermək yolu ilə onların istifadə hüququna xitam verilməsini tələb edir. İş materiallarında olan “xxxx” MMC-nin 11 oktyabr 2019-cu il tarixli rəyinə əsasən evin bazar dəyəri 24.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən verilmiş 02/28 nömrəli, 13 dekabr 2017-ci il tarixli rəyinə əsasən X. ünvanında yerləşən 24 nömrəli fərdi yaşayış evinin bazar qiyməti təxminən 25.000-28.000 manat, aylıq kirayə haqlarının məbləği isə təxminən 50-60 manat təşkil edir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə mür aciət edərək, cavabdehlərin X. ünvanında yerləşən evə olan istifadə hüquqlarına 3.000 manat kompensasiya verilməsi yolu ilə xitam verilməsinə və həmin mülkdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(042)-1175/2017 saylı qətnaməsi ilə (hakim M.S.Kazımov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarına 3.000 manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılmaları” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi MK-nın 28 dekabr 2017-ci il tarixli, 2(104)3846/2017 saylı qətnaməsi ilə (hakimlər N.N.Quliyev (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev, Ş.Q. Rzaquliyev) Gədəbəy Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 X. ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına İddiaçı tərəfindən hər birinə 3.500 manat olmaqla ümumilikdə 7.000 manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 28 iyun 2018-ci il tarixli, 2(102)4406/2018 saylı qərarı ilə (hakimlər: Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.M.Rüstəmov) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi MK-nın 28 dekabr 2017-ci il tarixli, 2(104)-3846/2017 saylı qət naməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi MK-nın 12 oktyabr 2018-ci il tarixli, 2(104)3146/2018 saylı qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və Ş.İddiaçı) Gədəbəy Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(042)-1175/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 18 aprel 2019-cu il tarixli, 2(102)2619/2019 saylı qərarı ilə (hakimlər: Ə.A.Mirzəliyev (sədrlik edən və məruzəçi), T.A.Qoldman və G.A.Quliyev) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2018-ci il tarixli qətnamə sinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-520/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Z.Mamedov (sədrlik edən və məruzəçi), Ə.G.Abdullayev və A.H.Hüseynzadə) iddiaçının nümayəndəsinin apellyasiya şikayəti təmin edilərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1175/2017 saylı, mülki iş üzrə 22 avqust 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 noyabr 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, X. ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh2 və Cavabdeh1 istifadə hüququna hər birinə 4.500 manat ol maqla, ümumilikdə 9.000 manat kompensasiya ödənilməklə xitam verilməsi, Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus evə olan istifadə hüququna xitam verilməsinin ona kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası birtərəfli mövqe nümayiş etdirmiş, cavabdehlərin yaşayış sahəsinə ehtiyacının olması halını nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və on lara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfində n qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarında olan ekspertiza rəylərindən görünür ki, evin bazar qiyməti 24.00028.000 manat arasında təşkil edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensa siya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Cavabdeh yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi ona təklif olunan pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənil məklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu meyarlar kimi mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cavabdehin mübahisəli evdə fak tiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. nəzərə alınmaqla müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçın təklif etdiyi 3.000 manat məbləğdə kompensasiya az məbləğ olmaqla onun istifadə hüquqlarına xitam verilməsi üçün adekvat olmayan, ədalətli balans yaradan məbləğ deyil. Lakin İddiaçı nümayəndəsi vəkil X1 ərizə təqdim edərək cavabdehlərin hər birinə 4.500 manat, ümumilikdə 9.000 manat kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsini xahiş etmişd ir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 12 iyul 2016-cı il tarixli qərarında belə bir hüquqi mövqe bildirmişdir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğ un müəyyən etməlidir. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işə birtərəfli yanaşıldığını, cavabdehlərin yaşayış sahəsinə ehtiyacının olması halının nəzərə alınmadığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhk əmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-520/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar