Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1317/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Əmrin ləğv edilməsi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8631/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə DİN BMİ-nin Sabirabad Rayonlararası Mühafisə Bölməsi arasında 02.03.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı əsas iş yeri üzrə Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, 17 noyabr 2020-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Rеspublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Ramiq Baxışov xidmətdə olarkən bölmə rəhbərliyi tərəfindən 15.10.2020-ci il tarixli 114 nömrəli əmri ilə Əmək Məcəlləsinin 186-cı maddəsinin «a» bəndinə əsasən «Töhmət» elan olunmuşdur. Bölmənin manqa komandiri X6 tərəfindən 17.10.2020-ci il tarixdə xidmətin təşkili, aparılması və ona nəzarət edilməsinin vəziyyəti yoxlanılarkən b ölmənin mülki-mühafizə xidməti üzrə mühafizəçisi İddiaçı təyin olunduğu postda sayıqlığını itirərək yatdığı aşkar edilmişdir. Bununla bağlı xidməti araşdırma aparılmış, həmin gün saat 02:50 radələrində manqa komandiri tərəfindən xidməti yoxlama aparılarkən Saatlı rayonu H.Əliyev Muzeyinin inzibati binasına xidmətə təyin olunan mühafizəçi İddiaçı Muzeyin giriş qapısını açıq qoyaraq otaqda sayıqlığını itirərək yatdığı müəyyən edilmişdir. Toplanmış materiallar tədbir görülməsi üçün bölmənin X4 yığıncağına verilmişdir. Sabirabad Rayonlararası Mühafizə Bölməsinin İHT-nin 20 oktyabr 2020-ci il tarixli yığıncağında məsələ müzakirə olunmuş və iddiaçının tutduğu vəzifədən azad olunması barədə Azərbaycan Respublikası DİN BMİ-nin rəhbərliyinin qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Azərba ycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 16 noyabr 2020-ci il tarixli Ə389-038-20 saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 17 noyabr 2020-ci il tarixli Ə1544ş/h-038-20 saylı əmrinə əsasən Baxışov X5 Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 17 noyabr 2020-ci il tarixli 1544 ş/h saylı əmrinin ləğv edilməsi və onun əvvəlki, yəni Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 17 noyabr 2020- ci il tarixli 1544 ş/h saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək kitabçasını Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidmətinə şəxsən ərizə ilə müraciət etdikdən sonra 30 mart 2021-ci il tarixdə almışdır. Qeyd etdiyi əmrin surəti isə ona bu günə kimi təqdim edilməmişdir. O, əmrin surətini almaq üçün Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidmətinə müraciət etsə də, bunun heç bir müs bət nəticəsi olmamışdır. İşlədiyi müddətdə intizam tənbehi almamışdır, lakin buna baxmayaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən çıxarılmışdır. Şanlı İİ Qarabağ müharibəsinin ilk günlərində Saatlı Mərkəzi Rayon Xəstəxanasında xidmətdə olmuşdur. Mühafizəçi olmasından əlavə bir Azərbaycan vətəndaşı olaraq həmin dövrdə Xəstəxanaya gətirilən yaralılara və tibb işçilərinə çox böyük həvəslə, fəxrlə əlindən gələn bütün köməkləri etmişdir. Müharibə dövrü olduğu üçün demək olar ki, hər gün posta çıxmışdır. Həmin günlərdən birində səhər saatlarında xidmətdən çıxıb evə gedərkən ona komandirləri Fərid Fərəcov telefonla zəng etmişdir ki, Fuad Sayalov adlı komandirin göstərişi var ki, o, postdan çıxdığı günün axşam saatlarında, yəni saat 17:00-da təzə posta çıxmalıdır. Həmin v axt o, Fərid Fərəcova xidməti postundan səhər çıxdığını, yorğun olduğunu və bundan başqa evdə yataq xəstəsi olan atasının olduğunu və atasına da yalnız onun qulluq etdiyini bildirmiş və xahiş etmişdir ki, imkan varsa başqa mühafizəçini həmin posta göndərsinlər. Lakin Fərid bildirdi ki, Fuad Sayalovun əmri qətidir və icra edilməlidir. Həmin gün şəxsən Fuad Sayalov onun xidmətdə olduğu postu təxminən gecə saat 3-4 radələrində yoxlayaraq, onun yuxulu olduğunu aşkar etmiş və ona bildirmişdir ki, səhəri gün Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidmətinə gedərək bu barədə izahat versin. O, səhəri günü Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidmətinə gedərək olanlar barədə izahat vermişdir. Bundan sonra o, təxminən 1 ay yarım xidmətdə olmuş, lakin sonrada n məlum əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir. Onda olan məlumata görə tutduğu vəzifədən azad edilərkən məlum əmrdə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, qeyd edilən əmrə maddəni köçürməklə kifayətlənmişlər. Barəsində olan əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməmişdir. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı iddia tələbi tam əsassızdır. İddiaçı iddia ərizəsində işdən azad olunma əmrini görmədiyini, əmək kitabçasını 30 mart 2021-ci il tarixdə aldığını göstərsə də, eyni zamanda Əmək Məcəlləsinin 70-ci maddəsini işdən azad olunma əmrinə olduğu kimi köçürüldüyünü də bildirmişdir. İddiaçı əmri görmədiyi halda, onun eynilə köçürülməsini bilməzdi. İddiaçı əvvəl törətdiyi qəbahətə görə qüvvədə intizam tənbehi olmasına baxmayaraq, yeni qəbahət törətmiş və onun barəsində bölmənin X4 ümumi qərarı ilə tutduğu vəzifədən azad olunması üçün Baş Mühafizə İdarəsinin rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Vəsatət əsasında isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin tələblərinə tam uyğun olaraq Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsindən xidmətdən xaric edilmişdir. İddiaçı Sabirabad Rayonlararası Mühafizə Bölməsinin X4 yığıncağında iştirak etmiş və həmin yığıncaqda onun xidmətdən xaric olunması barədə BMİ rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Onun haqlı olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunmas ı barədə 16 noyabr 2020-ci il tarixdə rəy çıxarılaraq, inzibati əmr verilmiş, 17 noyabr 2020-ci il tarixdə isə şəxsi heyət üzrə əmr verilmişdir. Bütün bunlardan xəbərdar olan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə zidd olaraq iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, iddianın əsassız və qanunsuz olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) 2(006)-3902/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsin in «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, iddia tələbi təmin olunaraq DİN BMİ-nin 17.11.2020-ci il tarixli Ə1544ş/h-038-20 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə DİN BMİ-nin X3 Şöbəsinin “mülki mühafizə xidməti üzrə mühafizəçisi” vəzifəsinə bərpa edilməsi, 17 noyabr 2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin əsası kimi qeyd edilmişdir ki, 17.10.2020-ci il tarixdə xidmətin təşkili, aparılması və ona nəzarət edilməsinin vəziyyəti yoxlanılarkən bölmənin mülki-mühafizə xidməti üzrə mühafizəçisi İddiaçı təyin olunduğu postda sayıqlığını itirərək yatdığı aşkar edilmişdir. Məhkəmə qeyd etmişdir ki, “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərin və hüquq pozuntularının” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini təşkil edə bilməsi üçün, qeyd olunan bu halın cavabdeh müəssisədə mənfi nəticələr (yəni, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və ya işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) doğurması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 7172-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilərdi. Məhkəmə hesab etmişdir ki, iddiaçıya istinad olunan pozuntu (təyin olunduğu postda sayıqlığı itirərək yatmaq) iddiaçının iradəsi xaricində olmuşdur. Belə ki, işin halları ilə mübahisəsiz qaydada müəyyən olundu ki, iddiaçı xidmətdə olduğu gündən bir gün əvvəlki gündə gecə növbəsində olmuş, o, gecə növbəsindən çıxdıqdan sonra həmin gün yenidən qanunvericiliyin tələbləri və işçinin istirahət hüququ pozulmaqla gecə növbəsinə çıxması tapşırılmışdır. Bu halda onun iki sutka yatmadan oyaq qalması fizioloji cəhətdən mümkün deyildir və bu hal üzrlü hal kimi nəzərə alınmalıdır. Bundan başqa qeyd olunan pozuntu nəti cəsində cavabdeh müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasından və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsindən bəhs etmək mümkün deyildir. Məhkəmə həmçinin hesab etmişdir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, peşəkarlıq səviyyə si, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin cava bdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassız hesab edərək qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin iddia müddətinin keçməsini sübut edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı əmək müqaviləsinin 30 mart 2021-ci il tarixdə aldığını, əmək müqaviləsinə xitam verilməsi barədə əmri isə bu günə qədər almadığını bildirmiş, həmin halların əksini işəgötürən sübut edə bilməmişdir. İddia ərizəsi isə birinci instansiya məhkəməsinə 29 aprel 2021-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbində konkret olaraq əmrin ləğvi (yaxud etibarsızlığı) və məcbu ri işburaxmaya görə əmək haqqının ödənilməsi xahişlərini irəli sürməsə də, onun əvvəlki işinə bərpa olunması xahişi özüözlüyündə həmin tələbləri də ehtiva edir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan, “DİN BMİ-nin 17.11.2020-ci il tarixli Ə1544ş/h-038-20 nömrəli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə DİN BMİ-nin X3 Şöbəsinin “mülki mühafizə xidməti üzrə mühafizəçisi” vəzifəsinə bərpa olunmalıdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəl illəri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İddiaçı Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozaraq onunla bağlanmış əmək müqaviləsinin tələblərinə riayət etməmiş, nəticədə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslar ilə əmək müqaviləsinin ləğv edilməsi zərurəti yaranmış olmuşdur. İşin faktiki halları göstərir ki, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış ə mək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır təmin edilməsi mümkünsüzdür. Lakin Apellyasiya Məhkəməsi bu tələblərə düzgün cavab verməyən qətnamə qəbul etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin hazırki qətnasməsini qanunsuzdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə
70. Bənd "ç". İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə
71. Bənd
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə
71. Bənd
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə
300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən irəli sürülmüş, a pellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8631/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.