Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1317/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1317/2024 Açar sözlər: əmlakın evdən çıxarılması 15.05.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı X Cavabdeh qarşı “əmlakın evdən çıxarılması” tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(104)2372/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra – cavabdeh) iddiaçının oğlu X6 ilə 27 aprel 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, ailə qurmuş, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur.
2. X 08 iyul 2021-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. Ona ödənilən 5.000 manat dəyərində sığorta pulunu, həmin cinayət işi üzrə təqsirləndirilən tərəfindən ödənilən 10.000 manat məbləğində pulu, eləcə də dövlət tərəfindən verilən dəfn xərci cavabdehə verilmişdir.
3. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 107 A-da yerləşən fərdi yaşayış evi İddiaçı X (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir.
4. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 107 A-da yerləşən fərdi yaşayış evinin yerləşdiyi 193.7 kv.m torpaq sahəsinin 2/40 hissəsi cavabdehin xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiаçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, ona məxsus olan Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən 107 saylı fərdi yaşayış evindən Cavabdeh aid əmlakların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılmışdır ki, mərhumun y as mərasimindən sonra cavabdeh uşaqları da götürüb evdən çıxıb atasıgilə getmişdir. Cavabdeh artıq uzun müddətdir ki, ona məxsus evdə yaşamamasına baxmayaraq cehiz əşyaları evində qalmışdır. Dəfələrlə cavabdehdən ona heç bir bağlılığı qalmadığından evində olan əşyalarını çıxarmasını xahiş və tələb etsə də, cavabdeh onun haqlı tələbini yerinə yetirmir. Mediasiya sessiyasında cavabdeh iştirak etmədiyindən orada mübahisənin həlli mümkün olmamışdır.
7. Cavabdeh birinci instansiya məhkəməsində təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçının ona qarşı verdiyi iddia tamamilə əsassız və qanunsuzdur. Belə ki, ərinin yas mərasiminin 3-cü günü uşaqları ilə birlikdə çıxıb atası evinə getməyinə dair iddiaçının göstərdikləri tamamilə yalandır. Onlar mərhumla 4 il mehriban ailə həyatı yaşamış lar. Həyat yoldaşı vəfat etdikdən sonra iddiaçı onu dəfələrlə evdən çıxıb getmələri ilə bağlı narahat etmişdir. O da düşünmüşdür ki, bir neçə günlüyə gedib qayıdar. O, gəlin gəldiyi vaxtdan ikinci mərtəbədəki otaqlarda yaşamış və yardımçı sahələrdən istifadə etmiş, əşyaları da həmin otaqlardadır. Nəzərə almaq lazımdır ki, evin yerləşdiyi sahə pay torpağı olmuşdur. Həmin evə dair verilmiş xx.xx.2017-ci il tarixli çıxarışda evin torpaq sahəsinin 0,0621 ha olmaqla pay torpağı olması göstərilir və həmin torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququnda mərhum qaynanası X1, iddiaçının, mərhum həyat yoldaşı X və iddiaçının iki oğluna məxsusdur. Həmin mülkün yerləşdiyi torpaq sahəsi və evə dair verilmiş xx.xx.2023-cü il tarixli çıxarışda fərdi yaşayış evinin tam, torpaq sahəsinin isə 8/40 hissə ilə iddiaçıya, 8/40 hissə ilə onun oğlu X, 8/40 hissə ilə digər oğlu X, 8/40 hissə ilə mərhum həyat yoldaşına, 2/40 hissəsi ilə ona, 3/40 hissəsi ilə oğlu X, 3/40 hissəsi ilə oğlu X məxsus olması göstərilir. Torpağa və evə dair verilmiş xx.xx.2023-cü il tarixli çıxarışla onun hüququ rəsmiləşdirilmişdir. Göründüyü kimi, iddiaçının ona qarşı verdiyi iddianın təmin olunması üçün heç bir qanuni və mənəvi əsas yoxdur. Cavabdeh heç yerdə işləmir. Başqa yerdə yaşayış evi yoxdur. O, iddiaçının razılığı ilə onun oğlu ilə rəsmi nikaha girdikdən sonra həmin evə köçüb hal-hazıra kimi yaşdığından həmin evdən istifadə hüququ əldə etmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında iş üzrə tərəfləri tanıdığını, iddiaçının evində köməkçi işlədiyini və ev işlərini gördüyünü qeyd edərək iddiaçının oğlunun vəfatından sonra cavabdehin evdən getdiyini və cehiz əşyası olaraq mebelin qalmasını gördüyünü, başqa hansı əşyalarının qalmasını bilmədiyini qeyd etmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində iş üzrə tərəfləri tanıdığını, qonşu olduğunu, iddiaçının oğlunun vəfatından sonra arvadı olan iş üzrə cavabdehin uşaqları da götürüb evdən getdiyini, lakin hansı səbəbdən getdiyini bilmədiyini qeyd etmişdir.
10. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(021)-2528/2023 nömrəli 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddiа təmin edilmiş, Cavabdeh aid əmlakların (əşyalar) İddiaçı Nağı oğlunun mülkiyyətində olan Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 107A-da yerləşən fərdi yaşayış evindən çıxarılm ası qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evini tərk etməsinə baxmayaraq oradan əmlaklarını və əşyalarını çıxarmaması mülkiyyətçi olan iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin əmlakının iddiaçıya məxsus yaşayış evində qalması nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur.
12. Bu kontekstdə məhkəmə hesab edir ki, iddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur.
13. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, 107 A-da yerləşən fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması, cavabdehin həmin evdə yaşamaması, lakin ona məxsus əşyaların evdə qalması, bununla da iddiaçının öz mənzilinə dair Konstitusiya və qanunlarla təminat verilmiş mülkiyyət hüququnun pozulması tam olaraq müəyyən edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti vererək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin bütün hallarını tam, hərtərəfli, obyektiv araşdırmadan iddianı təmin e tmişdir. Belə ki, mübahisəli iddiaçının iddia etdiyi, onun evdən çıxarılmağını təmin edən məhkəmə evin yerləşdiyi torpağın paylı mülkiyyət hüququ ilə ona, uşaqlara və yoldaşına məxsus olmasına hüquqi qiymət vermədən iddianı təmin etmişdir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi real olaraq bölünmədiyi halda onun evdən çıxarılmağı, onun və uşaqların paylı mülkiyyətçi kimi hüququnu məhdudlaşdırmışdır. Evin və torpağın çıxarışında evin mülkiyyət hüququnun tam iddiaçıya məxsus olması göstərilsə də, torpaq paylı mülkiyyətdədir. Bu onun mülkiyyətində olan torpaqdır. Bu onu sübut edir ki, məhkəmə iddianı təmin edərkən onun və uşaqların mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)- 2372/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyanın qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ərinin ölümündən qısa müddət sonra cavabdeh uşaqları da götürüb evdən çıxıb atasıgilə getmiş olsa da, cehiz əşyaları iddiaçıya məxsus evdə qalmışdır. Cavabdehlə iddiaçı arasında iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı müqavilə bağlanmamışdır. Odur ki, cavabdehin mübahisəli ünvandakı yaşayış sahəsindən istifadə hüququ olmadığına görə ona məxsus əmlakın da həmin evdə qalması iddiaçının hüquqlarını məhdudlaşdırı r.
18. Kollegiya qeyd etmişdir ki, mübahisəli ünvandakı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin müəyyən hissəsinin cavabdehə məxsus olması onun üçün iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə etmək hüququ yaratmır.
19. Beləliklə də, işdən göründüyü kimi Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, 107A-da yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdehin əmlakının həmin mənzildə qalması öz əmlakından sərbəst istifadə etməsi ilə bağlı mülkiyyətçinin hüquqlarını pozur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 157.2, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
21. Cavabdeh (Vəkil2) Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edib işin yeni məhkəmə baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə uyğun əsaslandırmışdır və qeyd olunmuşdur ki, MM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş hüququ pozulmuş, işə baxan məhkəmə apellyasiya şikayətini rədd edərkən MM-nin 146.1,146.2,152.1,157.2-ci maddəllərinə düzgün istinad etməmişdir. Həmçinin, Mənzil Məcəlləsinin 30.1,30.2-ci maddəsinə istinad edilmiş, halbuki məhkəmənin bu maddəyə istinad edib şikayəti rədd edərkən cavabdehin mülkiyyətçi kimi evin yerləşdiyi torpaqda payının olmas ına düzgün hüquqi qiymət verilməmişdir. İşə baxan məhkəmə sübutlara, yəni evin yerləşdiyi torpaq sahəsinin 16/40 hissəsinin mərhumun, cavabdehin və uşaqlarının olduğuna, evin bu torpaq sahəsində yerləşməsinə düzgün hüquqi qiymət verməmiş, bununla da MPM-nin 88-ci maddəsinin tələbi pozulmuşdur və qətnamədə göstərlilən hallar işin materiallarına uyğun deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xi tamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
26. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
27. Maddə 152.1. Mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dö vlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
30. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
31. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi
40. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nət icələr əsaslandırılmışdır.
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdehin mübahisəli evi yertləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçilərindən biri olması, həmçinin Mənzil Məcələsinin 30-cu maddəsinə əsasən evdən istifadə hüququnun olması barədə dəlillərini əsassız hesab edir, belə ki, mübahisəli ev iddiaçının mülkiyyətindədir. Cavabdeh həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin paylı mülkiyyətçisi olsa da, onun evdən istifadə hüququ mövcud deyildir, çünki cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə əsasən də evin mülkiyyətçisinin ailə üzvü hesab edilmir.
43. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarının nəticə hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
44. Cavabdeh isə iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına aid olmadığından onun Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən evə istifadə hüququ yaranmamışdır.
45. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
46. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(104)-2372/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini