Məhkəmə qərarları › İş №2(102)-1317/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1317/2025

13.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1317/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X7 cavabdeh X11, Bakı şəhəri, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu X4, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi”; Mülki mübahisələrin kateqoriyaları: Vərəsəlik hüququndan irəli gələn mübahisələr; Mirasın faktiki qəbulu ilə bağlı mübahisələr ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurmə mmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X7 cavabdeh X11, Bakı şəhəri, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu X4, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X6 qarşı miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2024-cü il tarixli 2(103)-5209/2024 saylı qətnaməsindən cavabdehlər X13 və Bakı şəhəri, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu X10 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları: 1. ünvan 1 ünvandakı mənzilin ½ hissəsi mülkiyyət hüququ ilə cavabdeh X11, ½ hissəsi isə mərhum X3 məxsus olmuşdur.

2. X8 xx.xx.2023-cü il tarixdə ölmüş və onun ölümündən sonra həmin hissə miras əmlak olaraq qalmışdır.

3. İddiaçı xx.xx.2023-ü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə verərək miras əmlakın ona çatası hissəsindən imtina etmişdir. 4. xx.xx.2024-cü il tarixdə Belayev Ruslanın etibarnamə əsasında nümayəndəsi Şahid Bakı şəhəri 18 saylı notariat ofisinə ərizə verərək X2 miras qalmış əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. 5. 27 yanvar 2024-cü il tarixdə cavabdehə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

6. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət edərək həmin imtina ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. 7. 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisinin X7 nümayəndəsi Vəkil2 göndərdiyi 10 fevral 2024-cü il tarixli, 286 nömrəli məktubda qeyd olunmuşdur ki, X14 tərəfindən 08 dekabr 2023-cü il tarixində 8İ-56202 reyestr nömrəsi ilə qeyd edilmiş ərizə elektron notariat informasiya sistemi vasitəsilə “mirasdan imtina” ilə bağlı tərtib olunmuş və çap edilərək notarius tərəfindən vərəsəyə izah olunaraq razılığı ifadə olunduqdan (həm şifahi, həm də imzalayaraq) sonra təsdiqlənmiş ərizədir. Mülki Məcəllənin 1268-ci maddəsinin 1-ci bəndinə əsasən (Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz) ərizənin notarius tərəfindən ləğv edilməsi mümkün deyildir. 8. 5 saylı “ASAN Xid mət” mərkəzində notariat ofisinin Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanladığı 26 aprel 2024-cü il tarixli 996 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin ərizə tərtib edilərkən vətəndaş X12 (bundan sonra mətndə-iddiaçı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri, ərizənin məzmunu izah edilmişdir. X14 öz iradə ifadəsini bildirdikdən sonra həmin ərizə notarius tərəfindən təsdiq edilmiş dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh X11, Bakı şəhəri, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X4, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X6 qarşı “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində iddiaçı X14 tərəfindən X2 irs qalmış mirasın ona çatası hissəsindən imtina ərizəsinin etibarsız hesab edilməsi, eyni zamanda Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixdə cavabde h X9 adına verilmiş V-11/2024 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən X9 adına Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, 196 №-li mənzilə mülkiyyət hüququ üzrə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. ünvan 3 ünvanında yerləşən mənzil ½ payda mülkiyyət hüququ ilə Nasima Belayevaya məxsus olmuşdur. Mənzilin digər ½ payı 2014-cü ildən cavabdeh Ruslan Belayevə mülkiyyət hüququ ilə məxsusdur. Son iki ildə X5 Belayevin Moskva vilayəti Podolsk şəhərində yerləşən evində yaşamış və onun himayəsində olmuşdur. xx.xx.20 23-cü il tarixdə Nasima Belayeva iddiaçının evində ölmüşdür. İddiaçı anasının meyitini təyyarə ilə Bakı şəhərinə çatdıraraq onu ölən yaxın qohumlarının yanında şəhər qəbiristanlığında dəfn etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı 5 saylı “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisinə müraciət edərək, anasının ölümündən sonra qalan əmlakın vərəsə kimi onun adına qeydiyyata alınmasını xahiş etmişdir. Bu zaman iddiaçının yanında qardaşı Ruslan Belayev və vətəndaş Şahid olmuşdur. İddiaçı Azərbaycan dilini bilmədiyi üçün vətəndaş Şahid vasitəsilə notariusla söhbət etmişdir. Notariat ofisində texniki işçi tərəfindən ərizə tərtib edilmişdir və bu ərizə iddiaçı tərəfindən imzalanmışdır. Notariusda ərizəni imza edərkən iddiaçı anasının ölümündən sonra qalan əmlaka vərəsə kimi qeydiyyata alınm ası üçün bir ərizə imzaladığına əmin idi. İddiaçı Podolsk şəhərindəki evinə gəldikdən sonra cavabdeh Ruslan Belayev onunla əlaqə saxlamağı dayandırmışdır. Qardaşının nəsə gizlətdiyini hiss edən iddiaçı yenidən Bakıya uçmuşdur. Vərəsəlik şəhadətnaməsini nə zaman alacağını öyrənmək üçün 5 saylı “ASAN xidmət”in notariat ofisinə gələn iddiaçı burada vərəsəlik payından imtina barədə ərizəyə imza atdığını öyrənmişdir. Bu zaman o, qardaşı Ruslan Belayev və Ruslanın qohumu Şahid tərəfindən aldadıldığını başa düşmüşdür. Miras payından imtina ərizəsini ləğv etmək üçün iddiaçı vəkillə müqavilə bağlayaraq 5 saylı “ASAN xidməti” mərkəzinin notariat ofisində Rafael Belayevin nümayəndəsi və vəkili Vəkil2 qeyd olunan ərizənin ləğvi ilə bağlı etibarnamə vermişdir. Sonra məlum olmuşdur ki, cavabdeh Ruslan B elayev 27 yanvar 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda iddiaçının ərizəsindən istifadə edərək, anası Nasima Belayevanın ölümündən sonra qalan əmlakın yeganə vərəsəsi kimi özünü elan etmişdir və həmin gün vərəsəlik haqqında şəhadətnamə almışdır. Vərəsəlik şəhadətnaməsinə əsasən, cavabdeh Ruslan Belayev DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, 196 №-li mənzilə mülkiyyət hüququ üzrə çıxarış almışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə 5 saylı ASAN Xidmətində notariat ofisində miras qalmış əmlakdan imtina edərkən, bu ərizənin mənası onun üçün nə şifahi, nə də yazılı şəkildə rus dilinə tərcümə edilməmişdir.

11. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhk əmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı doğulduğu vaxtdan 17-18 yaşına kimi Azərbaycanda yaşamışdır. Azərbaycan yaşadığı vaxtda rus dilində danışmış, rus bölməsində təhsil almışdır. İddiaçı əsgərliyini də Rusiya çəkmişdir. İddiaçı milliyyətcə tatardır, lakin yalnız rus dilində danışır. O, 30 ildir ki, Azərbaycanda yaşamır, Rusiyada yaşayır. O, latın qrafikasını bilmir, kiril əlifbasını bilir. İddiaçının yanında onun qohumu Şahid olmuş, iddiaçı ona inandığı, onun vasitəsilə notariusla əlaqə saxladığı üçün tərcüməçi tələb etməmişdir. Notarius Azərbaycan dilində danışmışdır. İddiaçı deyir ki, notarius onu texniki işçinin yanına yönəltmişdir. Mənzil əvvəlcə iddiaçının atasına məxsus olmuşdur.

12. Cavabdeh X9 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək məhkəmədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında verdiyi izahatlarında bildirmişdir ki, cavabdehin anası Moskva şəhərində vəfat etdikdən sonra anasını Bakıya gətirmişlər. Qohumu Şahid məlumat vermişlər, o da cavabdehin anasının dəfn edilməsi, dəfn mərasiminin keçirilməsində köməklik etmişdir. Ruslan deyir ki, anası vəfat etdikdən sonra onların bibisi gətirib bükmənin içərisində onların anasından miras kimi qalmış pul vəsaitini və qızılları onlara təhvil vermişdir. İddiaçı böyük qardaş kimi təqdim edilən bükmədəki puldan 2.600 Avro pulu özünə götürmüş, anasının xarici ölkədən vətənə gətirilməsi xərclərinin əvəzi kimi, 1000 ABŞ dolları pulu Ruslana vermiş, qalan pulu da qəbir daşının düzəltdirilməsi üçün ayırmışdır. Qızılları da iddiaçı özünə götürmüşdür. İddiaçı özü bildirmişdir ki, o, anasının evindən ona qalacaq payı istəmir. Ona izah edilmişdir ki, onda o, əmlakdan imtina etməlidir. Buna görə də həmin əmlakdan imtina etmək üçün səhəri gün notariat orqanına getmiş, özü orada bildirmişdir ki, miras əmlakdan imtina etmək istəyir. Notariat ofisində iki qız onun yanında olmuş, ona rus dilində izah vermişlər. İddiaçıya bildirilmişdir ki, bu ərizəni verirsə, sonra geri götürə bilməyəcək. İddiaçı sonradan Moskvaya qayıtmış, onun həyat yoldaşı ona nələrsə dedikdən sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı da, cavabdeh də Azərbaycan dilini bilirlər, danışmaqda çətinlik çəkirlər. İddiaçı Azərbaycanda doğulmuşdur. 13. 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyevin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, notarius Pərvin Xudiyev rus dilini bilir və iddiaçıya notarius tərəfindən hansı notariat hərəkətini etdiyi, onun nəticəsi izah edilmişdir. İddiaçı tərəfindən tərcüməçi tələb edilməmişdir.

14. Şahid ifadəsində göstərmişdir ki, o, Rafael və Ruslanın doğma bibisinin həyat yoldaşıdır. O, 30 ildir ki, onların xeyir-şər mərasimlərinə başçılıq edir. Ruslan da, Rafael də onun üçün qardaş oğludurlar. Ruslan və Rafael ayın 4-ü və yaxud 5-i ona zəng edib bildirdilər ki, anaları vəfat edib, Bakıya gəlirlər. O, aeroportda onları qarşılamışdır. İddiaçının anasını Suraxanı qəbiristanlığında dəfn ediblər. Yas mərasimindən sonra onun yoldaşı gətirib stolun üstün içərisində qızıl və pul olan bükmə qoyub bildirdi ki, anaları ndan qalmışdır. Rafael yol xərci çəkdiyi üçün puldan özünə götürmüş, 1000 dollar pulu Ruslana vermiş və bir hissəsini isə 40 mərasimini vermək üçün ayırmışdır. Qızılları isə Rusiyada bölüşdürmək üçün çantasına qoymuşdur. İddiaçı həmçinin qeyd etmişdir ki, Bakıda analarından qalan əmlak var, onu Bakıya bağlayan anası olduğundan, o da vəfat etdiyindən satmaq istədiyini bildirmişdir. Ruslan isə ata evini satmaq istəmirdi. Rafael həmin əmlakdan pay istəmədiyini, Bakıya gəlib-gedə bilmədiyini, vaxtı olmadığını bildirərək indidən əmlak ilə bağlı məsələni həll etmək istədiyini bildirmişdir. O isə iddiaçıya bildirmişdir ki, bunun üçün notarial ərizə yazmaq lazımdır. Onlar səhəri günü ASAN Xidmətə getmişlər. ASAN Xidmət mərkəzinin əməkdaşı iddiaçının Azərbaycan dilini bilmədiyini başa düşmüş, digər əməkdaşa nə isə demişdir. Bundan sonra digər əməkdaş iddiaçı ilə rus dilində danışmağa başlamışdır. O, tərcüməni özü etməsini təklif etmişdir. Onlar isə buna icazə verməmişlər. Əməkdaş Rafaeldən “kimin xeyrinə payından imtina edirsən?” deyə soruşmuş, o isə qardaşının adına keçirmək istədiyini bildirmişdir. Əməkdaş bu sənədin geriyə qüvvəsinin olmayacağını rus dilində başa salmışdır. Bundan sonra iddiaçı oturmuş, onun şəklini çəkmişlər. Notarius onun rus dilli olmasını görüb onunla rus dilində danışmağa başlamışdır. Ondan nə üçün imtina ərizəsi yazmasının səbəbi soruşanda, o, demişdir ki, Moskvada işləyir, yaşayır, evi və maşını var, Bakıda heç bir işi yoxdur. Notarius bu ərizənin geriyə qüvvəsi olmadığını bildirdikdən sonra ərizə imzalanmış və sonra notariat ofisindən çıxmışlar. Sənədləri topladıqdan sonra o, 18 saylı notariat ofisinə getmişdir və Ruslan ona etibarnamə vermişdir ki, şəhadətnamə ala bilsin. 1 həftə onun evində qaldıqdan sonra Rafael və Ruslan Moskvaya getmişlər. 1 ay sonra Rafaelə həyat yoldaşı nə isə dedikdən sonra o, Bakıya gəlmişdir. Özünə vəkil tutmuş və iddia qaldırmışdır. İddiaçı onun yalan danışdığını bildirir. Halbuki, o, bir qohum kimi onların bütün işlərində köməklik etmişdir. O, etibarnamə aldıqdan sonra notariusa yaxınlaşmış və vərəsəlik haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. Notarius əvvəlcə 6 aylıq vaxt lazım olduğunu bildirsə də, sonra imtina ərizəsinin olduğunu görüb işin qısa müddətə həll ediləcəyinin mümkün olduğunu söyləmişdir. Şəhadətnamə hazır olduqdan sonra çıxarış alınmaq üçün DƏDRX-nə sənədlər göndərilmişdir. Həmçinin qe yd etmişdir ki, Rafael ancaq rus dilində başa düşüb, danışa bilsə də, Ruslan həm tatar dilini, həm də Azərbaycan dilini bilir. 15. 5 saylı ASAN Xidmət Mərkəzinin notariusu Pərvin Xudiyev tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məktuba əsasən, məktubda notarius iddiaçıya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256,1268 və 1269-cu maddələrinin tələblərini və ərizənin məzmununun izah etdiyini bildirmişdir. İddiaçıya notarius tərəfindən ərizənin məzmunu və verilmiş ərizənin hüquqi nəticələri izah edilmişdir. Həmçinin iddiaçı tərəfindən notariat ofisində tərcüməçi tələb edilməmişdir.

16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 13 iyun 2024-cü il tarixli, 2(007)1131/2024 nömrəli qətnaməsi ilə (hakim S.V. Əliyeva) idd ia rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövgeyini belə əsaslandırmışdır ki, iddiaçı əqdi aldatma nəticəsində imzaladığını iddia edərək əqdin etibarsızlığı tələbini irəli sürməsinə baxmayaraq, öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, öz iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür.

18. Hazırkı halda etibarsız hesab edilməsi tələb edilən “mirasdan imtina” ərizəsi birtərəfli əqd olub, onun aldatma nəticəsində etibarsız hesab edilməsi üçün iddiaçı onun notarius tərəfindən aldadıldığını sübut etməlidir.

19. Belə ki, həmin “mirasdan imtina” ərizəsi notariat orqanında rəsmiləşdirilməli və ərizəni almış notarius vərəsənin şəxsiyyətini müəyyən etməli, onun imzasının həqiqiliyini yoxlamalıdır. Həmçinin, notariat hərəkətlərinin aparılması üç ün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə, bu zaman “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9-cu bəndinin tələblərinə riayət edilməlidir. Əgər notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni notarius və ya tərcüməçi tərəfindən ona tərcümə edilməlidir.

20. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, 08 dekabr 2023-cü il tarixli, 8İ-56202 reyestr nömrəli “mirasdan imtina”ya dair ərizə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir.

21. Həmçinin, məhkəmə işin hallarına istinad etməklə bu qənaətə gəlmişdir ki, iddiaçıya notarius tərəfindən ərizənin məzmunu və verilmiş ərizənin hüquqi nəticələri izah edilmiş, onun etibarlılığın ı şübhə altına alan hal müəyyən edilməmiş, bununla bağlı iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır.

22. Məhkəmə daha sonra hesab etmişdir ki, iddia tələbinin “vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” hissəsi “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı olduğu və iddiaçının “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” tələbi təmin edilmədiyi üçün iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4. 339.2, 339.3, 339.4, 1256, 1268.1, 1272, 1273, 1321.1, 1322-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinə, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydala rı haqqında” Təlimatın 9-cu bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

24. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(007)1131/2024 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassızdır, qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsində tətbiq edilən hüquq normaları iddiaçı Rafael Belayev ilə cavabdehlər arasında yaranmış hüquq münasibətləri ni tənzimləmir və bu hüquq normalarının yaranmış hüquq münasibətlərinə heç bir aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi öz qanunsuz qətnaməsi ilə iddiaçının Konstitusiya ilə nəzərdə tutulmuş vərəsəlik hüququnu, habelə ana dilindən istifadə hüququnu pozmuşdur. Notariat ofisinin notariusu vərəsəlikdən imtina ilə bağlı ərizə rəsmiləşdirilərkən qanun pozuntularına yol verib. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. O, 1990-cı ildə 17 yaşında Bakı şəhərini tərk edib və həmin dövrdən Rusiya Federasiyasının ərazisində daimi yaşayır. İddiaçı Azərbaycan dilində yazıb-oxumağı bacarmır. Eyni zamanda latın qrafikasını da bilmir. Məhkəmə iclasında 5 saylı “ASAN xidmət”in notariat ofisinin nümayəndəsi iş üzrə cavabdeh qismində izahat vermişdir. O, izahatlarında bildirib ki, imzaladığı ərizənin mahiyyəti iddiaçıya izah edilib. Lakin iddiaçıya tərcüməçinin verilib-verilməməsi ilə bağlı suala o, mənfi cavab vermişdir. Yaranmış notariat təcrübəsinə görə, dövlət dilini kifayət qədər bilməyən şəxs öz ana dilində tərtib edilən sənədin nüsxələrindən birində imzaladığı sənədin mahiyyətini başa düşdüyü barədə yazılı qeyd edir. Lakin notarius Rusiya Federasiyasının vətəndaşı olan iddiaçıdan notariat ofisində qalan ərizənin surətinə bu qeydi qoymasını vətəndaşı olan iddiaçıdan notariat ofisində qalan ərizənin surətinə bu qeydi qoymasını tələb etməyib. İddiaçı milliyyətcə tatardır və 30 ildən artıqdır ki, Rusiya Federasiyasında daimi yaşamaq üçün Bakı şəhərini tərk edib. Buna görə də, iddiaçının latın qrafikası ilə yazıb-oxumağı, ümumiyyətlə, Azərbaycan dilində yazıb-oxumağı bilməməsi ilə b ağlı dediyi həqiqətdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid təsdiqləyib ki, həqiqətən də, 2024-cü il dekabrın 8-də Belayev qardaşları ilə birlikdə 5 saylı ASAN Xidmət mərkəzinin notariat ofisində olub. Lakin o, kənarda dayanıb və Rafael Belayevin ərizəni imzalaması zamanı heç bir iştirak etməyib, iddiaçı Ruslan Belayevdən fərqli olaraq rus dilindən başqa heç bir dildə danışmır, nə Azərbaycan dilini, nə də öz doğma tatar dilini bilmir. Bu bir daha vurğulayır ki, iddiaçı Azərbaycan dilini bilmədən, milliyyətcə tatar və Rusiya vətəndaşı olmaqla, mahiyyətini bilmədiyi sənədə əslində imza ata bilərdi. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin “vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” hissəsi “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı olduğu və iddiaçının “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” tələbi təmin edilmədiyi üçün iddia tələbinin həmin hissəsinə qiymət verilməsinə zərurət yoxdur, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunla 6 aylıq müddət keçdikdən sonra verilməli olmasına baxmayaraq, necə olur ki mübahisəli miras əmlaka dair cavabdeh X1 üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 1 gün müddətində verilmişdir. Bundan sonra, qısa müddət ərzində vərəsəlik haqqında şəhadətnamənin əsasında miras qalmış mənzilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi Bakı şəhər ərazi İdarəsindən Çıxarış alınmışdır. Lakin məhkəmə bu ha lı da nəzərə almamışdır. Bununla belə, cavabdeh Ruslan Belayevin 6 ay müddətindən əvvəl vərəsəlik şəhadətnaməsi alması bir daha təsdiq edir ki, cavabdeh Ruslan Belayev qohumu Şahid vasitəsilə iddiaçını aldadaraq bütün miras əmlakı əldə edib. Lakin məhkəmə cavabdehin bütün miras əmlakı əldə etməsi üçün bu halı aldatma sübutu kimi qəbul etməyib. İddiaçı bütün sübutları təqdim edib ki, ərizəyə imza atarkən vərəsəlikdən imtina ilə bağlı ərizəyə imza atdığını bilmir. Bundan əlavə, iddiaçının Azərbaycan dilini bilməməsi, ərizə tərtib edilərkən tərcüməçinin təqdim edilməməsi, ərizənin Azərbaycan dilindən rus dilinə tərcümə edilməməsi, imzaladığı ərizənin mənasının ona aydın olduğu barədə iddiaçının qeydi olmaması halları məhkəmədə tam sübuta yetirmişdir. Lakin məhkəmə tərəfindən iddiaçı tərəfində n təqdim edilmiş sübutlara qiymət verilməmişdir.

26. Cavabdeh X9 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, mirasdan imtinaya dair ərizə verilməsini iddiaçı özü təklif etmişdir. Şahid təkcə Ruslanın deyil, həm də Rafaelin bibisinin həyat yoldaşıdır. Yəni, hər iki qardaşa eyni münasibətdə olan şəxsdir.

27. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(103)-5209/2024 saylı, xx.xx.2024-cü il tarixli (hakimlər–F.H.Qasımov (sədrlik edən və məruzəçi), F.V.Abdıyev, X.Ə.Sarıyev) qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(007)1131/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiaçının cav abdehlərə qarşı miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməsi və iddiaçı tərəfindən 08 dekabr 2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində X2 miras qalmış əmlakın ona çatası hissəsindən imtinası barədə ərizənin etibarsız hesab edilməsi, 27 yanvar 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində iddiaçının adına verilmiş V-11/2024 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu şəhadətnamə əsasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, 196 №-li mənzilin ½ hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi qət edilmişdir.

31. Məhkəmə kollegiyası mövgeyini belə əsaslandırıb ki, iddiaçının kargüzarlığın aparıldığı dili bilməməsi notariusa məlum olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin 13-cü bəndində də qeyd olunmuşdur ki, “Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, notarius özü rus dilini bilir, iddiaçıya hansı hərəkəti etdiyi notariusun özü tərəfindən izah edilmişdir. İddiaçı tərəfindən tərcüməçi tələb olunmamışdır.”

32. Məhkəmə kollegiyası notarius tərəfindən aparılmış hərəkətlərin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata uyğun olub – olmamasını araşdıraraq bu qənaətə gəlmişdir ki, notarius tərəfindən həmin Təlimatın 9, 134 və 135-ci bəndlərinin tələbləri pozulmuş, mübahisəli sə nəd iddiaçının bildiyi dilə tərcümə olunmalı olduğu halda, bu tələbə riayət olunmamış, nəticədə iddiaçı sənədin məzmunundan məlumatsız olmuşdur.

33. Kollegiya hesab etmişdir ki, bu hal ərizənin etibarsız hesab edilməsi üçün əsasdır.

34. Apellyasiya şikayətinin digər dəlili iondan ibarət olmuşdur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunla 6 aylıq müddət keçdikdən sonra verilməli olmasına baxmayaraq, mübahisəli miras əmlaka dair cavabdeh X1 üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 1 gün müddətində verilmişdir.

35. Məhkəmə kollegiyası bu əsasla vərəsəlik şəhadətnaməsinin ləğv olunmasını əsaslı hesab etməmiş və bununla bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu əsasla bağlı düzgün olaraq Mülki Məcəllənin 1322-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə, v ərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Lakin digər əsas, yəni, mirasdan imtina ərizəsinin etibarsızlığı həm şəhadətnamənin, həm də bu şəhadətnamə əsasında dövlət reyestrində aparılmış qeydin ləğvi üçün əsasdır.

36. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256, 1268.1, 1272., 1273., 1321.1.,1322-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9, 134, 135-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh X13 (onun nümayəndəsi və vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(103)-5209/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi üçün qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti belə əsaslandırmışdır ki, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının mübahisələndirilən qətnaməsi ilə şəxs ədalətli məhkəmə müdafiəsindən məhrum edilmişdir. Belə ki, tətbiq edilən maddi hüquq normalarına düzgün hüquqi qiymət verilməmiş, “hərfi” mənada və təhrif edilmiş şəkildə şərh edilib izah verilərək tətbiq edilməklə subyektiv mülahizəyə əsaslanmışdır. Ərizə notarius tərəfindən onun şəxsiyyəti müəyyən edilməklə imzasının həqiqiliyi təsdiq edilmişdir. Həmçinin bir qayda olaraq notarius tərəfindən ərizənin məzmunu müraciət edən şəxsə izah edilmişdir. Bu hal notariusun 1-ci instansiya məhkəməsində iştirak edən nümayəndəsi tərəfindən bildirilmiş və notariusun məhkəməyə göndərdiyi rəsmi məktubla təsdiq edilmişdir. Notarius üzərinə düşən vəzifəni yerinə yetirmiş, şəxsə müraciət etdiyi məsələ ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının tətbiq edilməsində düzgün hüquqi nəticəyə gəlməmiş və mahiyyətcə düzgün olan 1-ci instansiya məhkəməsinin qətnaməsini həmin maddənin düzgün olmayan şərhi əsasında su byektiv mülahizə əsasında ləğv edərək iddia tələbini təmin etmişdir. məhkəmə kollegiyası normanın şərhində “vurğunu” normanın “aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin aparılmasını hər hansı dildə aparılmasını xahiş etmişdirsə” hissəsinə yönəltsə də, normanın ikinci hissəsinə diqqət yetirməmişdir. Həmin hissədə “və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir” göstərilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində iştirak edən notariusun nümayəndəsi notariusun rus dilini bildiyini, iddiaçıya hansı hərəkətin etdiyinin notariusun özü tərəfindən izah edildiyini, iddiaçı tərəfindən tərcüməçi tələb olunmadığının bildirildiyi qətnamənin 31-ci bəndində göstərilmişdir. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmişdir.

39. Kassasiya şikayətinin əsası kimi AR Konstitusiyasının 60cı maddəsinin İ bəndinə, Notariat haqqında AR Qanununun 13-cü maddəsinə, Notariat haqqında AR Qanununun 9, 13-cü maddəsinə, AR MPM-nin 14.2, 88, 217.4-cü maddələrinə istinad edilmişdir.

40. Cavabdeh 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev (onun vəkili Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(103)5209/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işin halları ilə müəyyən edilir ki, notarius Pərvin Xudiyev rus dilini bilir və iddiaçıya notarius tərəfindən hansı notariat hərəkəti etdiyini, onun nəticəsi izah edilmişdir. İddiaçı tərəfindən tərcüməçi tələb edi lməmişdir. Həmçinin 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məktubdan görünür ki, məktubda notarius iddiaçıya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256, 1268 və 1269-cu maddələrinin tələblərini və ərizənin məzmununun izah etdiyini bildirmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarından görünür ki, iddiaçıya notarius tərəfindən ərizənin məzmunu və verilmiş ərizənin hüquqi nəticələri də izah edilmişdir. Həmçinin iddiaçı tərəfindən notariat ofisində tərcüməçi tələb edilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, iddiaçı notariat ofisinə müraciət edərkən tərcüməçi tələb etməmişdir. Belə ki, o Şahid inanmışdır. Həmçinin qeyd etmişdir ki, notarius rus dilini bilmir və tərcümə onun tərəfindən yox, Şahid tərəfindən həyata keçirilmişdir. İşin hər bir halında müəyyən olur ki, iddiaçıya notariat hərəkətinin mahiyyəti və nəticəsi izah edilmişdir. Onu da məhkəmə kollegiyasının diqqətinə çatdırırlar ki, mübahisəli mənzil paylı mülkiyyətdə olmaqla ½ hissədə cavabdehin, ½ hissədə isə analarının adına qeydə alınmışdır. İşin əhəmiyyətli halı ondan ibarətdir ki, əgər iddiaçı həqiqətən də mənzildəki payı istəmiş olsaydı, anasının sağlığında mübahisə predmetini təşkil edən mənzilin ½ hissəsi onun adına bağışlama qaydasında keçə bilərdi. İşin materialları ilə təsdiq edilir ki, iddiaçının anası ölənədək onunla birlikdə yaşamışdır. Belə olduğu halda iddiaçı həmin hissəyə ya vəsiyyətnamə yada ki bağışlama yolu ilə hüquq əldə e də bilərdi. Görünür, iddiaçının mənzildəki paya hüquq əldə etmək niyyəti olmamışdır. Ona görə də iddiaçı mirasın qəbulundan qardaşının xeyrinə qanunla müəyyən edilmiş qaydada və müddətdə imtina etmişdir. Ona görə də hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsi ləğv edilməli və iddia əsassız olduğundan rədd edilməlidir. İşə baxan məhkəmə kollegiyası tərəfindən Notariat haqqında qanunun qeyd edilən norması düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd edilən normaya qətnamənin 33-cü bəndində şərh verilir və göstərilir ki, normanın məzmunundan görünür ki, rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edilməsi və ya mətnin tərcüməçi tərəfindən ona tərcümə edilməsi üçün normada “və” deyil, “və ya” bağlayıcısı istifadə olunduğundan aşağıdakı şərtlər dən hər ikisi deyil, birinin mövcud olması kifayətdir: müraciət etmiş şəxsin kargüzarlığın aparıldığı dili bilməməsi; - notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş etməsi. Göründüyü kimi məhkəmə kollegiyası normanın şərhində “vurğunu” normanın “aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin aparılmasını hər hansı dildə aparılmasını xahiş etmişdirsə” hissəsinə yönəltsə də, normanın ikinci hissəsinə diqqət yetirməmişdir. Həmin hissədə “və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir” göstərilmişdir. Hesab edirik ki, Bakı Apellyasiya məhkəməsi qanunvericiliyin qeyd edilən normalarını düzgün tətbiq edə bilməmişdir. Hazırkı işdə iddiaçının aldadılmasını təsdiq edən sübutlar da təqdim edilməmişdir.

42. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəllən in 337.4., 339.2., 339.3., 339.4., 1256., 1268.1., 1272., 1273., 1321.1.-ci maddələrinə, Notariat haqqında AR Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2., 62.1., 77.1-ci maddələrinə istinad edilmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

44. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində m əlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

45. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

46. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

47. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

48. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

49. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şə xslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

50. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu:

51. Maddə

13. Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlər in mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: 52. 9-cu bənd. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Notariat hərəkəti aparılarkən, eyni zamanda başqa dilə də tərcümə edilərsə, bu Təlimatın 134-cü və 135-c i hissələrində göstərilmiş qaydaya riayət olunmalıdır. 53. 134-cü bənd. Notariat hərəkəti aparılarkən (əqdin təsdiq edilməsi, surətin düzgünlüyünün təsdiq olunması və s.) eyni zamanda başqa dilə tərcümə də edilərsə, tərcümə sənədin əsli ilə bir vərəqdə, hər iki mətn bir-birinin yanında, şaquli xətlə ayrılan bir səhifədə elə yerləşdirilir ki, mətnin əsli sol tərəfdə, tərcümə isə sağ tərəfdə olsun. Mətnin hamısı tərcümə olunmalı və imzalarla qurtarmalıdır. Tərcümənin sonunda tərcüməçinin imzası olur. Bu halda notarius əvvəl tərcüməçinin imzasının həqiqiliyini, sonra isə sənədi təsdiq edir. Təsdiq qeydləri sənədin və sənəddən tərcümənin mətnlərinin sonunda ifadə olunur. 54. 135-ci bənd. Tərcümə sənədin əslindən ayrı vərəqdə də verilə bilər. Bu halda tərcümə sənədin əslinə və ya notariat qayda sında təsdiqlənmiş surətinə əlavə olunur, qaytanla ona tikilir və notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 217.4 Məhkəmə (h akim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

62. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

63. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində cavabdehlər X9 və 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyevin tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

67. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, hər iki kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə göndərilməlidir.

68. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı anasından miras qalmış əmlakdakı payından imtina etməklə bağlı notarial qaydada ərizə vermiş və bununla da, birtərəfli qaydada həmin paya dair iradəsini ifadə etmişdir.

69. Hazırda iddiaçı həmin vaxt miras paydan imtina ilə bağlı hər hansı niyyətinin olmadığını, cavabdeh Ruslan Belayev və onun nümayəndəsi olmuş Şahid tərəfindən aldadılması nəticəsində belə bir ərizəyə imza etdiyinə istinad etməklə qeyd edilən ərizənin etibarsızlığını iddia etmişdir.

70. Öz iddiasının faktiki əsası kimi iddiaçı onun Azərbaycan dilini bilməməsinə, notariusun isə notariat hərəkətlərini apararkən ərizəni onun bildiyi dilə tərcümə etməməsinə, notariat ofisində olarkən notariusla qohumu Şahid vasitəsilə əlaqə saxlamasına, sonuncu tərəfində n aldadılmasına, bu səbəbdən arzuladığı sənədi deyil, başqa məzmunlu sənədi imzaladığına istinad etmişdir.

71. İddianı təmin edən apellyasiya instansiyası məhkəməsi notariat hərəkətini aparan notarius tərəfindən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9, 134 və 135-ci bəndlərinin tələblərini pozaraq mübahisəli ərizənin məzmununun həmin normaların tələbinə uyğun olaraq iddiaçının bildiyi dilə tərcümə olunmaması, nəticədə iddiaçının sənədin məzmunundan məlumatsız olması və bu halların ərizənin etibarsız hesab edilməsi üçün əsas verməsi qənaətinə gəlmişdir.

72. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır:

73. İlk növbədə qeyd edilməlidir ki, mübahis əli ərizə iddiaçının miras əmlakın ona çatası hissəsindən imtina etməsini təsbit edən iradə ifadəsidir və mahiyyət etibarı ilə birtərəfli əqddir.

74. Qeyd edilməlidir ki, əqdin etibarlı olması bir sıra şərtlərə bağlıdır. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarsızlığına səbəb ola bilər.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

76. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 12 aprel 2021-ci il tarixli Qərarı).

77. Bu hüquqi mövqedən çıxış edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının mübahisələndirdiyi ərizənin yuxarıda sadalanan şərtlərə cavab verib-verməməsi yoxlanmalı, yalnız bundan sonra onun etibarlılığı məsələsinə qiymət verilməlidir.

78. Hazırkı mübahisədə iddiaçının istinad etdiyi əsas dəlil onun aldad ılması və nəticədə arzulamadığı başqa məzmunlu bir sənədə imza etməsi olmuşdur.

79. Göründüyü kimi, iddiaçı miras paydan imtina edərkən onun iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtin pozulduğunu iddia etmişdir.

80. Bu mənada, işə mahiyyəti üzrə baxan məhkəmələrin əsas vəzifəsi qeyd edilən halın baş verib-vermədiyini tərəflərin təqdim etdiyi sübutlar əsasında müəyyən etməkdən ibarət olmalıdır.

81. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında qeyd edilir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.

82. Həmin qərarda daha sonra göstərilir ki, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.

83. Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqeyindən göründüyü kimi, iradə ifadəsinin zədələnməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxılarkən iradə ifadəsinin özü ilə yanaşı, həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, o cümlədən əqdə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri də nəzərə alınmalıdır.

84. Hazırkı mübahisəni həll edən apellyasi ya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş yalnız bir hala – iddiaçının miras payından imtinaya dair verdiyi ərizənin onun bildiyi dilə tərcümə edilməməsinə istinad etməklə iddianı təmin etmişdir.

85. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, miras payından imtinaya dair ərizənin verilməsi ilə bağlı notariat hərəkətlərini həyata keçirmiş notarius tərəfindən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9, 134 və 135-ci bəndlərinin tələblərinin pozulması işin mübahisəsiz halı olsa da, bu fakt özü-özlüyündə həmin ərizənin etibarsızlığına səbəb olmur.

86. Qeyd edilən hal iddiaçının miras payından imtina etmək niyyətinin olmadığı, verdiyi ərizənin məzmunundan xəbərsiz olduğu qənaətinə gəlmək üçün də kifayət deyildir.

87. Bu hal yaln ız iddianın əsaslılığı ilə bağlı iddiaçının istinad etdiyi sübut növlərindən biridir və məhkəmələr mübahisəni həll edərkən həmin hala digər sübutlarla yanaşı qiymət verməlidirlər.

88. Lakin iş materiallarından görünür ki, hazırkı mübahisə həll edilərkən tərəflər arasında həmin vaxt mövcud olmuş münasibətlər, o cümlədən ərizə verilərkən onların arasında miras əmlakla bağlı hər hansı mübahisənin olub-olmaması məsələsinə qiymət verilməmiş, habelə iş üzrə araşdırılmış digər sübutlar, o cümlədən cavabdeh notariusun və şahidin ifadəsi məhkəmənin iddianı təmin edərkən istinad etdiyi sübutla əlaqəli şəkildə qiymətləndirilməmişdir.

89. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həllinə həddən artıq formal yanaşmışdır.

90. Qeyd edilməlidir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

91. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən yuxarıda göstərilən məsələlər yenidən araşdırılmalıdır.

92. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5209/2024 saylı, xx.xx.2024-cü il qətnaməsi ləğ v edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar