Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1318/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və X2 cavabdehlər Cavabdeh1 Vəfadar oğlu və Cavabdeh2 Güləli oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1318/22 (Açar sözlər: evə köçürülmə, cavabdehin (mülkiyyətçinin) iddianı etiraf etməsi) Bakı şəhəri, 04 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və X2 cavabdehlər Cavabdeh1 Vəfadar oğlu və Cavabdeh2 Güləli oğluna qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(103)-7497/2021 nömrəli, 12 oktyabr 2021 il tarixli qətnaməsindən Cavabdeh2 Güləli oğlunun kassasiya şikayətinə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 Cavabdeh1 mülkiyyətindədir.
2. İddiaçılar həmin evə mülkiyyətçinin razılığı ilə qeydə alınıblar.
3. Mübahisə iddiaçıların həmin evə köçməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və X4 cavabdehlər Cavabdeh1 Vəfadar oğlu və Cavabdeh2 Güləli oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onların ünvan 1-yə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı1 digər iddiaçı Saleh Mirzəyevi n anasıdır. İddiaçı Saleh Mirzəyev 1-ci qrup əlil olmaqla anasını himayəsindədir.
6. Göstərilən ünvandakı mülkün sahibi Cavabdeh1 iddiaçıların yaşamağa yerləri olmadığını nəzərə alaraq, yüksək insanpərvərlik göstərib onları şəxsi mülkiyyətində olan evə qeydiyyata saldırıb, yaşamaqları üçün orada 1 otaq təklif etmişdir. Lakin bu ünvanda qeydiyyatda olan, ancaq faktiki yaşamayan Cavabdeh2 Güləli və qohumları ev sahibinin tələblərinə baxmayaraq, iddiaçıların göstərilən ünvanda yerləşmələrinə maneçilik törədirlər.
7. Cavabdeh1 ərizə verməklə iddia tələbini etiraf etdiyini göstərərək, iddiaçıların ona məxsus olan ünvan 1-yə köçürülmələrinə razı olmasını bildirmiş, eyni zamanda məhkəmə baxışında digər cavabdehin həmin evə yalnız istifadə hüququ olmasına baxmayaraq, evin qapısını bağlayıb, açarla rını da özü ilə aparmasını demişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2018/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və X2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri qət edilmişdir. (hakim Orxan Məmmədli)
9. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, ünvan 1 Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 5113 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan övladı X4 üzərində qəyyum təyin edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçıların iddia tələbinin əsası kimi istinad etdiyi hallar əmlakın mülkiyyətçisi olan Cavabdeh1 tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddia ərizəsi təmin edilməli və iddiaçılar mübahisədə adı keçən evə köçürülməlidirlər.
11. Bununla yanaşı, birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, iddiaçıların qeyd edilən evə köçürülməsi digər Cavabdeh2 Güləli oğlunun da həmin mənzilə dair hüquqlarını pozmur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosesual Məcəllənin 52.2, 106.3 və 191.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri: - Cavabdeh2 və ailə üzvləri 1995-ci ildən Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 1 ev 17-də qeydiyyatında olmaqla həmin mülkdə yaşayırlar; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2009-cu il tarixli qərarı il ə Cavabdeh2 Güləli oğlunun həmin yaşayış sahəsində yaşamaq və pasport qeydiyyatında qalmaq hüquqları saxlanılmışdır; - evin mülkiyyətçisi olan Cavabdeh1 onun və ailə üzvlərinin mənzildə qanunla müəyyən olunmuş istifadə və yaşamaq hüquqlarını təsdiq edən məhkəmə qətnamələrinin mövcudluğundan xəbərdar olsa da, onu həmin mənzildən bezdirib çıxartmaq məqsədi ilə hazırkı iddia tələbini məhkəmədə iddiaçılar Samirə Əsgərova və onun oğlu vasitəsi ilə qaldırmağa nail olmuşdur; - Cavabdeh1 öz hərəkətlərinə "qanuni don" geyindirmək məqsədi ilə tanışları İddiaçı1 və X1 mənzilə sonradan pasport qeydiyyatına saldırmış və guya onların həmin mənzildə faktiki yaşadıqlarını bildirmişdir. Məqsəd yuxarıda qeyd etdiyi kimi onu sözügedən mənzildə sıxışdırmaq və bezdirib çıxartmaq olmuşdur.
15. Bakı Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7497/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(004)-2018/2021 saylı qətnaməsi Cavabdeh2 Güləli oğlunun apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi) Akif İsgəndərov, Elşən Kazımov)
16. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar əmlakın mülkiyyətçisi olan Cavabdeh1 tərəfindən etiraf edilərək qəbul edilmişdir. İddiaçıların evə köçürülməsi digər Cavabdeh2 Güləli oğlunun da həmin mənzilə dair hüquqlarını pozmur.
17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Cavabdeh1 fərdi yaşayış evinin tam mülk iyyətçisi kimi ev üzərində sərbəst surətdə sərəncam verə və əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. İddiaçıların Cavabdeh1 razılığı ilə sonuncunun mülkiyyətində olan evə köçmələri mənzildən istifadə hüququ olan Cavabdeh2 Güləli oğlunun hər hansı hüquqlarını pozmur və hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz.
18. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 152.1 və 152.5-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılmışdır. b) Ka ssasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların v ə ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 191.3. Cavabdeh tərə findən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmu ş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını t amamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyindən kollegiya qətnaməni tam yoxlayır.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
27. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
28. İddia tələbi iddiaçının Cavabdeh1 mülkiyyətində olan evə köçürülməsi barədədir. Tələbin əsası kimi ona istinad edilib ki, evin mülkiyyətçisi olan Cavabdeh1 iddiaç ıları şəxsi mülkiyyətində olan evə qeydiyyata saldırıb, onlara yaşamaqları üçün orada 1 otaq təklif etmişdir.
29. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, iddiaçıların köçmək istədikləri ev Cavabdeh1 mülkiyyətindədir və sonuncu ərizə yazaraq iddianı etiraf etmişdir. Eləcə də, iddianını təmin edilməsi mənzildən istifadə hüququ olan dogər Cavabdeh2 Güləli oğlunun hər hansı hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyil.
30. Nəzərə alınsa ki, iddiaçıların köçmək istədikləri ev Cavabdeh1 mülkiyyətindədir və Cavabdeh1 iddianın təmin edilməsinə etiraz etməyib, belə olan halda, yuxarıda qeyd edilən maddi və prosessual qanunvericiliyin tələbinə görə iddianın təmin olunması (birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması) barədə apellyasiya m əhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olub. Çünki mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdeh1 də mülkiyyətçi kimi qanunvericiliyin verdiyi hüquqlar daxilində iddianı etiraf etməklə, iddiaçıların ona məxsus mülkiyyətdən istifadə etmələrinə etiraz etməyib.
31. Məhkəmə kollegiyası qeyd olunanlara əasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabd eh Cavabdeh2 Güləli oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7497/2021 nömrəli, 12 oktyabr 2021 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.