Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1318/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər “X4-Bakı” Qapalı Səhmdar Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6263/2024 nömrəli iş üzrə 24 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 30 aprel 2019-cu il təvəllüdlü oğlu X12 2021-ci ilin noyabr ayından etibarən nə ölkə daxilində, nə də xarici xəstənalarda diaqnozu qoyula bilməyən xəstəlikdən əziyyət çəkirdi. Xəstəliyin əsas əlamətləri qanda “albumin və ammonyak” səviyyəsinin qalxması və düşməsi nəticəsində xəstənin əllərinin və ayaqlarının şişməsi, qəfil qışqırıqlar, güclü başağrısı, yüksək tempratur, ürəkbulanma və ishal hallarıdır. Albumin və ammonyak səviyyəsi vaxtında tənzimlənmədiyi halda xəstə komaya düşə bilir. 2. 04 oktyabr 2023-cü il tarixli X13 Epikrizinə görə, X12 03 oktyabr 2023-cü il tarixdə “yüksək temperatur, ishal, monoton qışqırıq” şikayətləri ilə daxil olmuş, 04 oktaybr 2023-cü il tarixdə valideynlərinin istəyi ilə müalicənin davamı üçün başqa bir özəl klinikaya köçürülmüşdür. “Qanın ümumi, biokimyəvi analizi, qan qazı, koaquloqramma, döş qəfəsi rentgen, ammonyak, EEQ, kontrastlı baş-beyin MRT” müayinələri aparılmışdır.
3. Qəbzlərə əsasən İddiaçı tərəfindən Mərkəzi Klinikaya müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər “X4-Bakı” QSC, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş 17696 manat maddi zərərin, 20.000 manat mənəvi zərərin, ümumilikdə 37.696 manat vəsaitin “X4-Bakı” QSC-dən (“X16”) tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, sonuncu dəfə uşağın əl və ayağı şişdiy inə görə onu “X16”ya aparmış, albumin maddəsinin göstəricisinin aşağı düşməsindən şübhələnmişlər. Tibb müəssisəsinə çatdıqda uşağın bütün sənədlərini və Türkiyə Respublikasında olan həkimlərlə əlaqə üçün nömrələrini vermişlər. Türkiyədəki həkimlərlə əlaqə saxladıqdan sonra analiz götürdülər. Uşağa 3-4 gün sistem köçürülmüş və evə aparmışlar. 2023-cü ilin oktyabr ayının 2-si gecə uşağın vəziyyəti yenə pisləşdi. Uşaq birdən-birə dik hoppanırdı, qışqırırdı, başının ağrıdığını deyirdi və ürək bulantısı var idi. Onlar yenə amonyakın göstəricisinin qalxması halından şübhələnmişlər. Oktyabr ayının 3-ü səhər uşağı “X16”ya aparmışlar və orda ailəni pediatr Cavabdeh3 qarşılamışdır, ailə saat 10-da həkimlə görüşmüş və bildirmişlər ki, bu mərhələlərdən dəfələrlə keçmişlər. Uşaqda amonyakın göstəricisi nin yüksək olmasından şübhələndiklərini və amonyakın yoxlanılmasını söyləmişlər. Həkim ailəyə razılaşdığını bildirmiş və uşaq həmin gecə xəstəxanada qalmışlar. Gecə saat 3-də ailəyə bildirilib ki, uşaq koma vəziyyətindədir. Ailə uşağı reanimasiyaya götürməklərini tələb etmiş və oktyabrın 3-dən 4-nə keçən gecə uşağı reanimasiyaya götürdülər. O, həkim Cavabdeh3 ilə danışmış və amonyak göstəricilərini soruşmuş və öyrənmişdir ki, laboratoriyada problem olduğundan uşağın amonyak göstəriciləri yoxlanılmamış və səhlənkarlığa yol verilərək ona bildirilməmişdir. Uşaq tibb müəssisəsinə daxil olan zaman huşu başında olmuşdur, orada da ammonyakın miqdarı göstərilir. Epikrizdə görsənir bunlar. İlk olaraq özlərinə maraqlı olan HİV, hepatit analizi götürülür. Onların keçici xarakteri olması ilə bağlı. La zım olan isə ammonyak idi. O isə 1 gün sonra götürülüb. Neçə saat gec götürülüb. Bu isə ağır vəziyyətdə olan adama daha pis təsir edir. Təxminən 15-16 saat sonra götürülüb. Analizin cavabları də göstrərir ki ammonyakın həddi yuxarı qalxıb. Halbuki ilk o götürülməli idi. Uşağın vəziyyətindən həkim Cavabdeh3la birlikdə həmin hospitalın Pediatriya və Neonatologiya, Yenidoğulmuşların Reanimasiyası şöbələrinin müdiri Cavabdeh2 da xəbərdar olmuşlar. Uşaq koma vəziyyətində olarkən analiz götürülmüş və amonyak göstəricisi ölçülmüşdür. Amonyakın nəticəsi 168-170 arası olmuşdur. X1 oktyabr ayının 2-dən 4-nə kimi amonyak göstəricisi qalxmışdır və buna görə də başı ağrımış, halsız olmuşdur. X3 “X16”-dan X7 köçürtmüşlər. Amonyakın göstəricisi artıq 400-ü keçmişdi və uşaq süni tənəffüsdə idi. Uşaq 2 h əftə X2mışdır. Uşağın vəziyyəti hal-hazırda da ağırdır və uşaq çox geriləyib. Yenidən reablitasiya prosedurlarına ehtiyacı vardır. “X16”da səhlənkarlıq edilərək oktyabr ayının 3-də uşağın amonyak göstəricisini yoxlamamış və uşağın vəziyyəti pisləşdikdən sonra analiz götürmüşlər. O, uşağı X7 aparmalı olmuş və bunun nəticəsində ona maddi zərər dəymişdir. Bundan başqa, uşağın amonyak göstəriciləri yoxlanılmadığından heç bir müayinə olunmamış bunun nəticəsində uşaq koma vəziyyətinə düşmüş, həm uşaq, həm də valideynlərinə mənəvi ziyan dəymişdir. Beləliklə, o X14 2548 manat və X5 15148 manat məbləğində vəsait ödəmişdir. Lakin, müalicə vaxtında və düzgün aparılsaydı həmin lüzumsuz xərclərdən azad olacaqdı.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Məhkəmə-Tibbi Ekspertiza və X9”nin xx.xx.202 4-cü il tarixli rəyinə əsasən, “X16” X6 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Metabolik xəstəlik”? “Dəqiqləşdirilməmiş komatoz vəziyyət” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq müalicələr aparılmış, lakin xx.xx.2023-cü il tarixdə xəstə valideynlərinin istəyi ilə müalicənin davamı üçün başqa bir özəl klinikaya köçürülmüşdür. Tərtib edilmiş tibbi sənədlərd Tale Qasımovun vəziyyəti xəstəliyin kliniki gedişatından asılı olaraq ağırlaşmışdır. Tale Qasımova aparılmış müalicələr onun vəziyyətinin ağırlığına uyğun olmuşdur.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, e-2(011)1265/2024 nömrəli qətnaməsi ilə (hakim Şəhriyar Ə liyev) iddia rədd edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “X16” tibb müəssisəsində uşağa müalicə və müayinənin düzgün aparılmaması, tibb müəssisəsinin və tibbi heyətinin hərəkətlərinin “tibbi standartlarına” uyğun olmaması, bu müalicə nəticəsində iddiaçıya hər hansı bir zərərin dəyməsi, cavabdehlər tərəfindən ona zərər vurulması halları, həmçinin uşağın vəziyyətinin ağırlaşması ilə cavabdehlərin apardığı müayinə və müalicə arasında səbəbli əlaqənin olması halları məhkəmə tərəfindən müəyyən olunmamışdır. Qanunvericiliyin tələbinə əsasən, tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına zərər dəydikdə tibb müəssisəsi zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir və bu zaman uşağın vəziyyətinin ağırlaşmasının cavabdeh tibb mü əssisəsində yanlış aparılmış müalicə prosesi nəticəsində baş veribverməsi, bu ağırlaşma ilə tibb müəssisəsi heyətinin və həkimlərin hərəkətləri, apardıqları müayinə prosedurları arasında səbəbli əlaqənin olub-olmamasına dair hallar aydınlaşdırılmalıdır. Bu halların aydınlaşdırılması daha çox tibbi sahədə xüsusi biliyə malik ixtisaslı mütəxəssislərin köməyi ilə mümkün olduğundan keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməli və mübahisənin həllində nəzərə alınmalıdır, iş materiallarında olan ekspert rəyində isə “uşağa diaqnozun düzgün təyin edilməsi, təyin edilmiş diaqnoza uyğun müalicələr aparıldığı, uşağın vəziyyətinin kliniki gedişatdan asılı olaraq ağırlaşdığı, aparılmış müalicələrin onun vəziyyətinin ağırlığına uyğun olması” göstəri lmişdir ki, bu da zərərin tibb müəssisəsinin təqsiri üzündən baş vermədiyini təsdiq etməklə tibb müəssisəsi və əməkdaşlarının uşağı müayinə və müalicə edərkən tibbi baxımdan qəbul etdikləri normal risk çərçivəsində hərəkət etmələri ilə onların peşə fəaliyyəti ilə bağlı təqsirli (hüquqa zidd) əməlini istisna edir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 16.1, 21.2, 1096.1, 1112-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 124.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apell yasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsi ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə faktiki olaraq heç bir halı aydınlaşdırmamış, yalnız, qeyri-obyektiv ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6263/2024 nömrəli mülki iş üzrə 24 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırm ası və gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tələbinin əsası istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Cavabdehlərin iddiaçıya münasibətdə mülki hüquq pozuntusuna yol verməmələri işə əlavə edilmiş ekspert rəyi ilə də təsdiq olunmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilm əsini xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi iddianın iddiaçı tərəfindən sübut edilmədiyini qeyd etsə də, əslində cavabdeh klinika tərəfindən keçirilmiş tədbirlərin tibbi protokollarına uyğun olması sübut edilməli idi. Ən azından həmin protokol məhkəməyə təqdim olunmalı, aparılmış analiz və müalicənin nəticələrinin həmin protokola uyğun olması müəyyən edilməli idi. Lakin bu cür protokol məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, iş üzrə yalnız bir dəfə ekspertiza keçirilmişdir. Həmin ekspert rəyinə gəldikdə isə, ekspert rəyində “xəstə iddiaçının öz istəyi ilə X5 keçirilmişdir” ifadəsi göstərilmişdir. Halbuki, iddiaçı belə bir ifadə işlətməmişdir. Həmçinin, həmin ifadə cavabdeh həkim Cavabdeh3 tərəfindən proses zamanı təkzib edilmiş uşağı “X5 biz göndərmişik” demişdir. Bundan əlavə, həmin ekspert rəyində “əsaslandırma” olduqca natamam göstərilmişdir. Lakin, təkrar və əlavə ekspertizanın keçirilməsi barədə vəsatətləri nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
26. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı v ə qiymətləndirilməlidir;
27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. İddiaçının kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudularında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
31. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
32. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq norm alarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
33. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh “X16” tibb müəssisəsində uşağın müalicə və müayinəsinin düzgün aparılmaması, tibb müəssisəsinin və tibbi heyətinin hərəkətlərinin “tibbi standartlara” uyğun olmaması və bunun nəticəsində iddiaçıya hər hansı bir zərərin dəyməsi, habelə cavabdehlər tərəfindən iddiaçıya zərər vurulması halları, həmçinin uşağın vəziyyətinin ağırlaşması ilə cavabdehlərin apardığı müayinə və müalicə arasında səbəbli əlaqənin olması halları müəyyən olunmamışdır. Bu hal işə əlavə edilmiş ekspert rəyi ilə də təsdiq olunur.
34. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əsaslanaraq qeyd etmişdir ki, tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına zərər dəydikdə tibb müəssisəsi zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir və bu zaman uşağın vəziyyətinin ağırlaşmasının cavabdeh tibb müəssisəsində yanlış aparılmış müalicə prosesi nəticəsində baş verib-verməsi, bu ağırlaşma ilə tibb müəssisəsi heyətinin və həkimlərin hərəkətləri, apardıqları müayinə prosedurları arasında səbəbli əlaqənin olub-olmamasına dair hallar aydınlaşdırılmalıdır. Bu halların aydınlaşdırılması daha çox tibbi sahədə xüsusi biliyə malik ixtisaslı mütəxəssislərin köməyi ilə mümkün olduğundan, keçirilmiş məhkəmə tibbi ekspertizasın ın rəyi digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməli və mübahisənin həllində nəzərə alınmalıdır, iş materiallarında olan ekspert rəyində “uşağa diaqnozun düzgün təyin edilməsi, təyin edilmiş diaqnoza uyğun müalicələr aparıldığı, uşağın vəziyyətinin kliniki gedişatdan asılı olaraq ağırlaşdığı, aparılmış müalicələrin onun vəziyyətinin ağırlığına uyğun olması” göstərilmişdir ki, bu da zərərin tibb müəssisəsinin təqsiri üzündən baş vermədiyini təsdiq etməklə tibb müəssisəsi və əməkdaşlarının uşağı müayinə və müalicə edərkən tibbi baxımdan qəbul etdikləri normal risk çərçivəsində hərəkət etmələri ilə onların peşə fəaliyyəti ilə bağlı təqsirli (hüquqa zidd) əməlini istisna edir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti tə min edilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2(103)-6263/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.