Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1319/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1319/2023 (Açar sözlər: ərazi aidiyyatı) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və onun üzərində tikilmiş tikilinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-363/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərardadından İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassa siya şikayətinə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və onun üzərində tikilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Abşeron Quşçuluq ərazisində yerləşən 0,048 ha sahədən ibarət olan torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş tikilidən çıxarılması, həmin torpaq sahəsi üzərində tikilmiş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Quşçuluq ərazisində yerləşən 0,048 ha sahədən ibarət olan torpaq sahəsi xüsusi mülkiyyət hüqu qu ilə ona məxsusdur. Onun həmin torpaq sahəsinə dair olan mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ona bu barədə Çıxarış da verilmişdir. Qeyd edilən torpaq sahəsinin bölgüsü haqqında xx.xx.2018-ci il tarixdə müqavilə bağlayaraq almışdır. Hal-hazırda Hövsan qəsəbəsində torpaqların alqı-satqısı ilə məşğul olan Cavabdeh həmin torpaq sahəsi üzərində satmaq üçün qanunsuz olaraq 2 ev tikdiyinə görə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə daxil ola bilmir, mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. İddiaçı dəfələrlə cavabdehə torpaq sahəsinin boşaldaraq ona təhvil verilməsini bildirsə də, cavabdeh onun tələbinə əhəmiyyət verməmiş, qanunsuz olaraq iddiaçının mülkiyyətindən istifadə etməyi davam etmişdir. Hal-hazırda cavabdehin iddiaçıya məxsus torpaq sahəsi üzərində tikilmiş evlər onun həmin torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun pozulmasına, öz mülkiyyəti üzərində istədiyi kimi sərəncam vermək, mülkiyyətindən istədiyi kimi istifadə etmək hüququndan məhrum edilməyinə səbəb olmuşdur. O, cavabdehin ona məxsus torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması, ona məxsus torpaq sahəsində tikilmiş tikilinin sökülməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmil ə Səfiyeva) iddia tələbi təmin edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə ekspert rəyinə əsasən "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı adına xx.xx.2018ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 990 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,048 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrini koordinatlarının yerində (naturada) digər şəxslərin faktiki istifadə etdikləri torpaq sahələrinin daxilində yerləşdiyi və iddia olunan torpaq sahəsinin 0,0359 ha hissəsinin İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 990 nömrəli reyestr kitabının 48 nöm rəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,048 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrini koordinatları ilə üst-üstə düşdüyü, "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, digər şəxslər tərəfindən inşa edilmiş tikililərin (yaşayış evləri) 103 kv.m. hissəsinin İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 990 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,048 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrini koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən aparılmış tikinti və torpaq sahəsi ilə bağlı sənədləri yoxdur, ona aid olmayan torpaq sah əsində tikinti aparmışdır. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157, 180, 239.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qət olunan İddiaçı adına qeydiyyatdan keçmiş torpaqdan çıxarılması hissəsinin ona aidiyyəti yoxdur. Torpaq onun mülkiyyətində deyil və o, həmin torpaq sahəsində inşa ed ilən fərdi yaşayış evində yaşamir. Həmin torpaq sahəsi yəni Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,48 ha torpaq sahəsi üzərində inşa edilmiş 103.kv.m-lik tikili X1 məxsusdur. O, Bakı şəhəri, Hövsan qəsəbəsində torpaqların alqı-satqısı ilə məşğuldur. X2 evlərin alqı-satqısı ofisinə yaxınlaşaraq, onun üçün fərdi yaşayış evinin tikilməsini xahiş etmiş və 02 avqust 2019-cu il tarixində hazırki iddiaya cavab verməli olan şəxs X2 ilə onun arasında podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, (podratçı) Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,035 ha torpaq sahəsində ümumi sahəsi müqaviləyə əlavə olunan lahiyəyə əsasən fərdi yaşayış evinin təmirli tikintisini öhdəsinə götürür, tikintidə görülən işlər müqaviləyə əlavə olunan görüləcək işlər siy ahısında göstərilir. Podratçı qarşılıqlı razılaşmaya əsasən sifarişçinin sifarişi ilə əvvəlcədən yerinə yetirilən işin haqqını bu müqaviləyə əsasən müəyyən edir. Hər iki tərəf yerinə yetiriləcək, işlərin haqqının ödənilməsi ilə razılaşdıqdan sonra podratçı bu müqavilədə müəyyən olunmuş müddətdə işləri yerinə yetirib, sifarişçiyə təhvil verməli, sifarişçi isə görülən işləri müqavilədə nəzərdə tutulmuş məbləği podratçıya ödəməyi öhdəsinə götürür. Bundan sonra Rövşən Məmmədov həmin ərazidə torpaq tapır və 03 oktyabr 2019-cu il tarixində "xxxx" MMC ilə torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı ilə müqavilə bağlayaraq, satıcı "xxxx" MMC mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 4 saylı ərazi İdarəsi tər əfindən verilmiş ********** Qeydiyyat №-li xx.xx.2014-cü il tarixli **********74 reyestr №-li Çıxarışa əsasən Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 18,125 ha torpaq sahəsindən 0,035 ha torpaq sahəsinin icarə hüquqlarını alıcı Rövşən Məmmədova 5.600 manata satmışdır. Daha sonra isə onunla Rövşən Məmmədov arasında 02 avqust 2019cu il tarixdə bağlanmış podrat müqaviləsinin şərtləri hər iki tərəf üçün icra olunmağa başlanmış, o, üzərinə götürdüyü fərdi yaşayış evini tikmiş, Rövşən Məmmədov isə müqavilə üzrə ödənişlə bağlı tam icra etdikdən sonra, tərəflər arasında 04 iyul 2021-cı il tarixində təhvil-təslim aktı tərtib edilmişdir. Göründüyü kımı, mübahisəli torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Rövşən Məmmədova ayrılmış və ona aidiyyəti yoxdur. Məhkəmə isə bu faktı araşdırmadan, iddiaçının mövqeyindən çıxış edərək, cavabdehin mülkiyyət hüquqlarını kobudcasına pozaraq qətnamə qəbul etmişdir.
8. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 hazırkı iş üzrə iddia ərizəsinin icraata qəbul edilməsi zamanı birinci instansiya məhkəməsinin prosessual qanunvericiliyin tələblərini pozduğunu bildirmişdir. Belə ki, iş üzrə cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğundan hazırkı işə Abşeron Rayon Məhkəməsində baxıla bilməzdi. Qeyd olunan əsasla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-363/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və İlqar Dəmirov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Həmçinin iddiaçı mübahisəli torpaq sahəsinin Abşeron rayonu ərazisində olmasına istinad edərək MPM-in 39.1-ci maddəsinə əsasən iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, iş materiallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmiş dir ki, dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsinə dair əməli idarəetmə Abşeron rayonuna məxsus olsa da, torpaq Suraxanı rayonunun inzibati ərazisinə aid olmuşdur. Belə olan halda mübahisəyə də aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı idi. Başqa sözlə, hazırda iddiaçı aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əvvəlcədən aidiyyət qaydalarının pozulması ilə işi icraata qəbul etmiş, sonradan da işi başqa məhkəmədə baxılmağa verməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 39.1, 40.1, 44.2, 45-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
13. Qə rardaddan iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-in 40.1-ci maddəsinin tələbindən də göründüyü kimi apellyasiya instansiyası məhkəməsi 2(105)-363/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərardadı ilə ərazi aidiyyəti qaydalarını pozmuşdur. Bir ilə yaxın müddət ərzində əsassız uzatmalarla qərar qəbul edildikdən sonra apellyasiya instansiyası məhkəməsinin formal mülahizələrlə ərazi aidiyyət qaydasının pozulmasına istinad edərək qərardad qəbul etməsi iddiaçının konstitusion hüququnun kobud pozulmasına səbəb olmuşdur. MPM-in 39.1-ci maddəsinin tələbindən də göründüyü kimi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürül məsini aradan qaldırmaq haqqında olan iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Belə ki, sözügedən əmlak Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində yerləşdiyindən, apellyasiya instansiyası məhkəməsinin müvafiq qərardadında qeyd olunduğu kimi həmin mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi tamamilə əsassız olmuş və Abşeron Rayon Məhkəməsi işi icraata alarkən pozuntuya yol verməmişdir. Eyni zamanda məhkəmə qərardadını torpaq sahəsinə dair əməli idarəetmənin Abşeron rayonuna, inzibati ərazi olaraq isə torpağın Suraxanı rayonuna məxsus olması ilə əsaslandırmışdır. Lakin hüquqmüəyyənedici sənədlərdən də göründüyü kimi əmlakın yerləşdiyi ərazi Abşeron rayon ərazisi olmuşdur.
15. Kassator şikayətini Azərbaycan Respublikası Kons titusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 40.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
16. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
17. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
18. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
19. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aid iyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir.
20. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır.
21. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir.
22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
25. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hə dləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə gəldiyi nəticənin düzgün olmaması barədə dəlilləri əsassızdır.
30. Belə ki, qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından xüsusi əhəmiyyət kəsb edir.
31. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
32. Konstitusiyanın 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun olması təsbit edilmişdir. 33. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında qeyd olun muşdur ki, ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir.
35. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halından görünür ki, Cavabdeh ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Həmçinin iddiaçı mübahisəli torpaq sahəsinin Abşeron rayonu ərazisində olmasına istinad edərək MPM-in 39.1-ci madd əsinə əsasən iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsinə dair əməli idarəetmə Abşeron rayonuna məxsus olsa da, torpaq Bakı şəhəri Suraxanı rayonunun inzibati ərazisinə aid olmuşdur. İddiaçının iddia tələbi daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı deyildir. Belə olan halda mübahisəyə də aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı idi. Bu halda hazırda iddiaçı aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdi rilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-363/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.