Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1319/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh mənzil tikinti kooperativinə qarşı; iddiaçı Cavabdeh mənzil tikinti kooperativinin cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli 2(103)-4818/2024 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 77 saylı xx.xx.2021-ci il tarixli sərəncamı və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qaradağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır;
3. Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli 059 saylı əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Cavabdeh MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən “Mülkiyyətçi”-yə məxsus hüquqi sənəd əsasında 31.26 m2 faktiki sahəsi 31.26 m2 mənzilin əvəzinə güzəştli şərtlərlə yeni inşa ediləcək binanın A blokunun, 2-ci mərtəbəsində, 2 saylı 39,68 m2-dən ibarət təmirli mənzili “Mülkiyətçi-“yə verməyi öhdəsinə götürmüşdür; 4. xx.xx.2022-ci il tarixdə İddiaçı özünə məxsus mənzili söküntü məqsədi ilə Cavabdeh MTK-ya təhvil vermişdir;
5. İddiaçı 1992-ci ilin may ayından Laçın rayonundan məcburi köçkün düşərək, ünvan 2 ünvanında yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə i lə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarı, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2021 tarixli 77 saylı sərəncamına və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintinin X1 xx.xx.2020-ci il tarixli “Qəzalı vəziyyətdə olan binaların istismara yararsız hesab edilməsi barədə” aktına uyğun olaraq qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə söküntüsü nəzərdə tutulmuş, cavabdeh MTK ilə arasında 07 oktyabr 2021-ci il tarixdə bağlanmış 059 saylı "xxxx" ilə müəyyən edilmiş Nərimanov rayonu, Qarabağ küçəsi 41, ev 10 ünvanında yerləşən və ümumi sahəsi 31,26 kv.metr olan mənzilinin əvəzinə, həmin mənzilin ümumi sa həsinə 20% əlavə edilməklə və MTK tərəfindən yeni inşa edilmiş binada ümumi sahəsi 39,68 kv.m-dən ibarət təmirli mənzilin dərhal ona verilməsi və MTK tərəfindən əlavə olaraq hər ay 100 manat olmaqla mənzilin kirayəsi üçün bugünə kimi ödənilməmiş (20 ay x 100 manat=) 2.000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 430 manat məbləğində pulun ona ödənilməsi öhdəliyin MTK-nin üzərinə qoyulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia belə əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilən qərara, sərəncama və “Qəzalı vəziyyətdə olan binaların istismara yararsız hesab edilməsi barədə” akta uyğun olaraq qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə söküntüsü nəzərdə tutulm uş Nərimanov rayonu, Qarabağ küçəsi 41, ev 10 ünvanında yerləşən və iddiaçıya məxsus hüquqi sənədi əsasında 31,26 kv.m faktiki sahəsi olan 31,26 kv.m-dən ibarət mənzilin əvəzinə güzəştli şərtlərlə MTK tərəfindən yeni inşa edilmiş binanın "xxxx" blokunun, 2-ci mərtəbəsində, 2 saylı 39,68 kv.m-dən ibarət təmirli mənzilin iddiaçıya verilməsi öhdəliyinə dair cavabdeh MTK ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixdə 059 saylı "xxxx" bağlanmışdır. Müqavilə bağlandıqdan sonra məlum olmuşdur ki, müqavilə ilə nəzərdə tutulan 300 manat kirayə pulu ailədə uşaqların oxuduğu 177 saylı məktəbə yaxın ərazidə müvəqqəti olaraq mənzil kirayə etməyə kifayət deyildir. Bu səbəbdən də 300 manata həmin ərazidə kirayə mənzil müqaviləsi bağlamaq mümkün olmamışdır. İddiaçı, icarəyə götürdüyü mənzilin ona ayda 40 0 manata icarəyə verildiyini təsdiq edən müqavilənin surətini MTK-ya təqdim etmişdir. MTK ilə iddiaçı arasında şifahi öhdəliyə və MTK nümayəndələrinin təklifinə əsasən hər ay mənzilə görə müqavilə əsasında iddiaçıya ödəməli olduqları 400 manat məbləğin 300 manatını müqaviləyə əsasən hər ayda, hər ayda əlavə 100 manatı isə ilk 5 aya görə 500 manat olmaqla hər növbəti 5 aya görə 500 manat məbləğində mənzilə görə kirayə pulu MTK tərəfindən iddiaçıya ödənilməli idi. İddiaçıya əlavə olaraq yalnız 100 manat olmaqla kirayə pulu, cəmi bir dəfə 500 manat MTK tərəfindən ödənilsə də, sonradan bu əlavə 100 manat kirayə pulu ödənilməmişdir. Beləliklə, MTK tərəfindən iddiaçıya söz verilən əlavə hər aya görə 100 manat kirayə pulu, bu günə qədər isə 2.000 manat pul MTK tərəfindən ona ödənilmir. İddiaçı, b u pulları borc götürərək özü qaldığı ev üçün kirayə pulunu öz cibindən ödəməyə məcbur olmuşdur. Biri İİ qrup əlil uşaq olmaqla bu hallar iddiaçının 5 nəfərlik ailəsi üçün ciddi çətinliklər yaradır. Daha acınacaqlısı isə o hal oldu ki, keçmiş qonşuları artıq öz yeni evlərinə köçməyə başladığı halda iddiaçıya evinin yerində inşa edilmiş binada, yuxarıda qeyd edilən edilən qərara, sərəncama və “Qəzalı vəziyyətdə olan binaların istismara yararsız hesab edilməsi barədə” akta əsasən onunla MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli "xxxx" ilə müəyyən edilmiş sahəyə köçə bilmir. MTK həmin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmir. MTK, bu qanunsuz və əsassız hərəkətini onunla əsaslandırır ki, guya müqavilədə göstərilən yeni inşa ediləcək binanın "xxxx" bloku dedi kdə MTK heç də iddiaçının MTK-ya təhvil verdiyi mənzilin yerində inşa olunan binanı nəzərdə tutmurmuş, gələcəkdə, haçansa qonşu ərazilərdə inşa ediləcək binanı nəzərdə tuturmuş.
8. Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 059 saylı, ünvan 3 ünvanında yerləşən, cavabdehin məcburi köçkün kimi məskunlaşdığı ümumi sahəsi 31,26 kv.m olan mənzilin, ümumi sahəsi 39,68 kv.m-dən ibarət mənzillə əvəzləşdirmə müqaviləsinin etibarsız hesab edilməsi və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin İddiaçı MTK-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MTK-nın işçilərini aldadaraq, onların etib arından sui-istifadə etməklə Nərimanov rayonu, Qarabağ küçəsi 41, ev 10 ünvanında yerləşən mənzilin onun mülkiyyətində olmasını və bu halı təsdiq edə biləcək “Daşınmaz əmlakın dövlət reyestrindən” ona verilmiş "xxxx" onlara təqdim edəcəyini bildirmiş və MTK ilə xx.xx.2021-ci il tarixli "xxxx" bağlanmasına nail olmuşdur. Bir müddətdən sonra isə MTK-ya məlum olmuşdur ki, İddiaçı tərəfindən MTK-ya təhvil verilmiş mənzil onun mülkiyyətində olmamış, o, həmin mənzildə Laçın rayonundan olan məcburi köçkün kimi məskunlaşmışdır. İddiaçı tərəfindən aldadıldığı üçün MTK hesab edir ki, onunla İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli "xxxx" etibarsız hesab edilməli və İddiaçı MTKya qarşı irəli sürdüyü iddia rədd edilməlidir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Səbinə Nuriyeva ) e-2(005)706/2024 nömrəli 30 may 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsini, İddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli "xxxx" ilə müəyyən edilmiş 39,68 kv.m-dən ibarət təmirli mənzilin MTK tərəfindən İddiaçı təhvil verilməsi, İddiaçı iddiasının qalan hissəsinin təmin edilməməsini, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsinin MTK-ya aid edilməsini, bu məqsədlə 390 manat məbləğində pulun MTK-dan tutularaq İddiaçı ödənilməsini, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin İddiaçı özünə aid edilməsini, MTK-nın İddiaçı qarşı irəli sürülmüş iddianın təmin edilməməsini, MTK-nın ödədiyi dövlət rüsumunun MTK-nın özünə aid edilməsini qət etmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı onunla MTK arasında bağlanmış "xxxx" üzrə MTK qarşısında üzərinə götürdüyü öhdəliyini yerinə yetirmiş, yaşadığı və söküntüsü nəzərdə tutulmuş mənzili xx.xx.2022-ci il tarixdə MTK-ya təhvil vermişdir. Cavabdeh MTK həmin müqavilə üzrə İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilədə nəzərdə tutulmuş mənzili ona təhvil verməmişdir. İddiaçı “mənzilin MTK tərəfindən ona təhvil verilməsi barədə” tələbi əsaslıdır, “pulun ödənilməsi tələbi barədə” tələbi əsassızıdır.Belə ki, İddiaçı bu tələbin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. MTK-nın İddiaçı qarşı irəli sürdüyü “müqavilənin etibarsız hesab edilməsi barədə” iddiasının təmin edilməsi üçün əsas mövcud deyildir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1, 6.2, 14.2.1, 157.8, 337.1, 337.2, 337.3, 339.2, 339.3, 357, 385.1, 390.1, 425.2, 442, 443.7-cü,, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərar ına, Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 107, 119.1, 121.1, 124.1, 124.3, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının rədd, MTK-nın iddiasının isə təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir
15. Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X3 - sədrlik edən və məruzəçi, X4 və X8) 2(103)-4818/2024 nömrəli 03 dekabr 2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini işin halları ilə əlaqəli formada qiymətləndirərək qeyd etmişdir ki, mübahisə olunan müqavilənin etibarsızlığına səbəb ola biləcək hal müəyyən olunmamışdır. MTK, İddiaçı mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim edəcəyinə inanaraq müqaviləni bağladığını bildirmişdir. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, hüququdur. MTK öz riski ilə təqdim olunacağı təqdirdə müqavilənin bağlanmayacağını bildirdiyi əhəmiyyətli sənədin təqdim olunmasını gözləməmiş, müqaviləni bağlamışdır. H əmçinin İddiaçı məcburi köçkün olması və ya bununla bağlı MTK-ya məlumat verməməsi müqavilənin etibarsızlığı üçün əsas sayıla bilməz.
17. Həmçinin nəzərə alınmalıdır ki, "xxxx" xx.xx.2021-ci il tarixdə bağlanmış, mənzil İddiaçı tərəfindən MTK-ya 2022-ci ilin yanvar ayında təhvil verilmiş, MTK, müqavilənin etibarsız hesab edilməsi barədə iddia ilə xx.xx.2024-cü il tarixdə Rayon Məhkəməsinə müraciət etmişdir. MTK ötən 2 il müddət ərzində, habelə müqavilənin etibarsız olduğunu iddia edərək iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra, yəni məhkəmə araşdırması zamanı (xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə) müqavilə üzrə kirayə haqqına görə nəzərdə tutulmuş ödənişləri İddiaçı etməyə davam etmişdir.
18. Göstərilənlərə əsasən müəyyən edilişdir ki, İddiaçı ilə MTK arasında xx.xx.202 1-ci il tarixdə bağlanmış "xxxx" etibarsız deyil. Həmin müqavilənin etibarsız hesab edilməsi barədə MTK-nın iddiası əsassızıdır. Rayon Məhkəməsi MTK-nın iddiasını rədd etməkdə haqlı olmuşdur. Bu nəticəyə dair apellyasiya şikayətinin dəlili əsassızdır.
19. Belə ki, İddiaçı onunla MTK arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmiş, istifadəsində olan mənzili xx.xx.2022-ci il tarixdə MTK-ya təhvil vermişdir və bununla bağlı MTK tərəfindən həmin tarixdə 091 №-li akt tərtib edilmiş, lakin MTK həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, müqavilədə verilməsi nəzərdə tutulmuş yeni mənzili İddiaçı təhvil verməmişdir.
20. Beləliklə, İddiaçı MTK-ya qarşı irəli sürdüyü iddianın “sahəsi 39,68 kv.m-dən ibarət təmirli mənzilin MTK tərəfindən ona verilməsi b arədə” hissəsi əsaslıdır.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1, 6.2, 14.2.1, 157.8, 158.4, 337.1, 337.2, 337.3, 337.4, 339.2, 339.3, 357, 385.1, 389.1, 390.1, 390.2, 425.2, 431, 431.3, 442-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” xx.xx.2021ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh vəkili Vəkil3 kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsinə dair qərar qəb ul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə ehtimallara əsaslanmış, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır ki, nəticədə onun Konstitusiyanın 60-cı maddəsi ilə müəyyən edilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə hüququ pozulmuşdur. Aldadılma nəticəsində bağlanılan etibarsız əqd nəticəsində iddiaçının hüququ pozulduğu üçün məhkəmə bu halı tam ətraflı araşdırmadığından bu maddi norma tətbiq olunmalı olduğu halda tətbiq olunmamışdır. İddiaçı mənzilə dair çıxarışı təqdim edəcəyini bildirməklə əvəzləşdirmə müqaviləsi bağlamağa nail olmuşdur. Bu sə bəbdən- “Mülkiyyətçi” əqdi bağlayarkən aldatmaya yol verdiyi üçün müqavilə etibarsız hesab olunmalıdır.
24. Kasator öz mövqeyini Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə, 129-cu maddəsinin İİİ hissəsinə, Mülki Məcəllənin 339.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Posessual Məcəllənin 386, 416-cı maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli 2(103)-4818/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
30. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
31. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanl ış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
32. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyə tli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
34. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
35. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.
43. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Cavabdeh MTK xx.xx.2021-ci il tarixdə İddiaçıla bağladığı müqavilənin aldatma nəticəsində bağlandığını sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh MTK-nın dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Qanuna əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.Hüquqdan sui-ist ifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (§ 34-35).
46. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin d əlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli 2(103)-4818/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.