Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-132/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, sübutetmə) 15.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehin vəkili xxxnun iştirakı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)99/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəmə sinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İş materiallarında “Mən. xxx. xxx. xxx. qızı. xxx xxx. xxx. qızınan. ijul, ajın, 2-də. 2017 ildə. 35.000 m (otuzy beş min) manat borç pul aldım. sentjabrı 10.2017, qajtaraçam. İmza” məzmunlu qəbz mövcuddur. İş üzrə təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxx 2018-ci il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı vərəqəsində olan Cavabdeh adından olan 35000 manat pula dair qəbzdəki “Mən. xxx. xxx. xxx. qızı. xxx xxx. xxx. qızınan. ijul, ajın, 2-gə. 2017 ilgə. 35000 m (otuzy beş min) manat borç r pul aldım. Sentjabrı 10, 2017, qajtaraçam.” yazıları və həmin yazıların aşağı hissəsində “İmza” sözünün qarşısındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs (şəx slər) tərəfindən icra olunmuşdur. İş üzrə təyin olunmuş təkrar məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2019cu il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı vərəqəsində milə-mil vərəq üzərindəki “Mən. xxx. xxx. xxx. qızı. xxx xxx. xxx. qızınan. ijul, ajın, 2-də. 2017 ildə. 35.000 m (otuzy beş min) manat borç pul aldım. sentjabrı 10.2017, qajtaraçam. İmza.” yazıları və həmin qəbzdə “İmza” yazısı qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. İş üzrə keçirilmiş komisyon məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2019cu il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, “Mən. xxx. xxx. xxx. qızı. xxx xxx. xxx. qızınan. ijul, ajın, 2-də. 2017 ildə. 35.000 m (otuzy beş min) manat borç pul aldım. sentjabrı 10.2017, qajtaraçam. İmza. xxx. dejir xxx vus alə çelal qızı imza suruçuluk vəsiqəm 812173 şahidər X3 xxxoqlu xxx zeqəm jadikar. oqlu” yazıları və həmin qəbzdə 1ci “İmza” yazısı qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2017-ci il tarixdə Cavabdeh 35000 manat borc pul vermiş, sonuncu həmin pulu xx xxxxxxx 2017-ci il tarixə qədər qaytaracağına söz verərək ona qəbz yazıb vermişdir. İddiaçı dəfələrlə pulu cavabdehdən istəsə də, cavabdeh müxtəlif bəhanələ rlə onu aldatmışdır. İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(036)-5396/2017 nömrəli qətnaməsi ilə (hakim Q.H.Hacıyev) iddia təmin edilmiş, Cavabdeh 35000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, İmişli rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(036)-5396/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(106)1072/2018 nömrəli qətnaməsi ilə (sədrlik edən Z.B.Babayev, hakimlər N.F.Mirzəyev və T.X.Heydərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(036)-5396/2017 nömrəli qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən sübut növü kimi təqdim edilmiş qəbz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2018-ci il tarixli 17014 nömrəli ekspert rəyi ilə təsdiq olunmamışdır. Bu isə ona dəlalət edir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslı olmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 201 8-ci il tarixli, 2(106)-1072/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-1560/2019 nömrəli qərarı ilə (hakim Ə.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər A.K.Kalbalıyevdən və V.Ə.İbayevdən ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, hazırkı işdə tədqiq olunan xətlər və imza ilə yanaşı ekspertə müqayisəli tədqiqat işi aparmaq üçün cavabdehin eksperimental xətt və imza nümunələri təqdim edilmişdir. Lakin həmin xətt və imza nümunələrinin ekspertizanı təyin edən şəxsin bilavasitə yanında icra edilməsi müvafiq qaydada təsdiq edilməmişdir. İddiaçı apellyasiya icraatında müqayisəli tədqiqat üçün eksperimental xətt və imza nümunələri götürülən şəxsin cavabdeh olmadığını və onun adından başqa şəxsin eksperimental xətt və imza nümunələrinin götürüldüyünü iddia etmişdir. Eyni zamanda ekspertizanın təyin edildiyi apellyasiya instansiyası məhkəməsinin xx xxx 2018-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, işə baxılan vaxt yalnız bu iclasda iştirak edən cavabdeh məhkəməyə şəxsiyyət vəsiqəsinin əslini deyil, sürətini təqdim etmiş, sədrlik edən hakim cavabdehin şəxsiyyətinin dəqiq müəyyən edilməsi üçün bu barədə iclasda iştirak edən iddiaçının nümayəndəsinə sual vermiş, lakin sonuncu cavabdehi tanımadığını bildirmişdir. Bundan sonra işə baxılmasına sədrlik edən hakim cavabdehin şəxsiyyətinin dəqiq müəyyən edilməsi üçün işə baxılmasına fasilə verilməsini və bu halın aydınlaşdırılması üçün iddiaçının məhkəmə iclasına dəvət edilməsi barədə nümayəndəyə təklif etmiş, lakin sonuncu iddiaçının məhkəmə prosesində iştirakının mümkün olmadığını bildirmişdir. Göründüyü kimi məhkəmə iclas protokolunda səslənən fikirlər onu göstərir ki, işə baxılmasına sədrlik edən hakim özünü cavabdeh qismində təqdim edən şəxsin şəxsiyyəti barədə qəti fikirdə olmamışdır. Lakin qeyd edilən hallara baxmayaraq məhz həmin şəxsin verdiyi eksperimental xətt və imza nümunələri müqayisəli tədqiqat üçün ekspertə təqdim edilmiş, eyni zamanda ekspert də həmin eksperimental xətt və imza nümunələrinə istinad etməklə mübahisələndirilən qəbzdəki əlyazmaların və imzanın cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi barədə rəy vermişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)-99/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Q.Əsədovun sədrliyi və məruzəsi ilə, hakimlər M.K.Həsənovdan və Z.A.Zeynalovdan ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(036)5396/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş sonuncu iki ekspert rəyini sübut olaraq qəbul etmiş və hesab etmişdi r ki, iddia əsaslıdır, apellyasiya şikayətini təmin etmək üçün isə əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)-99/2020 nömrəli qətnaməsini tamamilə ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmamış, yalnız ekspert rəyini əsas götürərək qətnamə qəbul etmişdir. On un məhkəmə iclasında iştirakı təmin olunmamış, sonuncu ekspert rəyi ona elan olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili xxx kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmişdir. Bununla belə o, məhkəməyə teleqram ünvanlayaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab olunmasını bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmi şdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyə n olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kasator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc ala n) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarş ı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.http://frameworks.e-qanun.az/46/f_46944.html 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdi yi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, iş üzrə təkrar və sonradan komisyon ekspertizalar təyin edilmiş və həmin ekspert rəyləri əsas götürülməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki iş də keçirilmiş təkrar və komisyon ekspertizalarının qeyri-mötəbər olmaları ilə bağlı isə hər hansı dəlil iş materiallarında mövcud deyildir. Əksinə cavabdehin kassasiya şikayətində istinad etdiyi, birinci apellyasiya icraatı zamanı keçirilmiş ilkin məhkəmə-xətşünaslıq ekspertizasının rəyi Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərarında qeyd olunan səbəblərə görə qüsurlu olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq təkrar və komisyon ekspertizaların rəylərini iş üzrə mötəbər sübut qismində qiymətləndirmişdir. Kassasiya şikayətinin ikinci dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən cavabdeh apellyasiya instansiyası məhkəməsinin iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunm uş və o, habelə onun adından X1 məhkəməyə teleqramlar ünvanlayaraq cavabdehin xəstə olması əsası ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasını bir dəfə təxirə salmış, sonradan isə əsaslı olaraq Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə istinad etməklə, işə iddiaçının iştirakı olmadan baxılmışdır. İddiaçının təkrarən məhkəməyə gəlməməsinin üzrlü səbəbdən baş verməsinə dair cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyi üçün məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual qanunvericiliyi ilə təsbit olunmuş çəkişmə prinsipi pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)-99/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-132/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-132/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver