Məhkəmə qərarları › İş №2(102)-132/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-132/2022

03.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-132/2022 03.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Cavabdeh1 və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-481/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 fevral 2022-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinin avtomobil və piyada yolunun açılması, evin qarşısında və ümumi istifadədə olan torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin onlar tərəfindən sökülməsi, maddi ziyanın əvəzi kimi 5000 manat, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, daşınm az əmlakın alqı-satqısına dair 05.04.2016-cı il tarixli müqavilə ilə X2 X küçəsində yerləşən 7 T saylı evin 1 saylı mənzilini İddiaçı satmış və sonuncunun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07.04.2016-cı il tarixli çıxarış verilmişdir.

3. Məhkəmə tikinti-texniki ekspertizasının 27 yanvar 2021-ci il tarixli 10/3225 saylı rəyinə əsasən, İddiaçı mülkiyyətində olan X küçəsində yerləşən 7 T saylı evin 1 saylı mənzilinin qarşısında tikililərin (avtodayanacaq, qaraj, kafe və s.) yerləşdiyi müəyyən edilir. Həmin tikililərin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Bundan əlavə, həmin mənzilə avtomobil yolunun olmadığı, yeganə 12 metr uzunluğunda, 0,90 m enində keçid yolunun olduğunu nəzərə alaraq, mənzilin qarşısında yerləşən iş üzrə cavabdehlərə məxsus tikililərin mənzilin gediş-gəliş yoluna qismən maneçilik törətdiyi müəyyən edilir.

4. Mübahisəli əraziyə apelyasiya instansiyası məhkəməsi tərəfindən yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinin qarşısında cavabdehlər tərəfindən tikililər inşa olunmuş və hasarlanaraq bağça salınmışdır. Baxış keçirilərkən tikililərin bağlı olduğu və hər hansı məqsəd üçün istifadə olunmadığı, o cümlədən kafe kimi fəaliyyət göstərmədiyi, ərazidə olan avtodayanacağın cavabdehlərə aidiyyətinin olmadığı müəyyən olundu. Baxış zamanı iştirak edən cavabdehlər Cavabdeh1 və X6 bildirdilər ki, məhəllədə salınmış həmin bağçalar sakinlərin asudə vaxtlarını keçirmək üçün nəzərdə tutulmuşdur. Baxış zamanı İddiaçı məxsus evə yalnız ensiz piyada yolunun mövcud ol ması, avtomobil yolunun olmaması müəyyən edilmişdir.

5. İş materiallarından görünür ki, tərəflər arasında hazırkı mübahisə ilə bağlı iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə də yazılı şəkildə müraciət etmişdir.

6. İddiaçı bildirir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, X küçəsində yerləşən 7 T saylı evin 1 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd olunan mənzilin qarşı hissəsində qanunsuz tikililər mövcuddur. Həmin tikililərin dövlət qeydiyyatından keçməsinə dair hər hansı bir sənəd yoxdur, cavabdehlər tərəfindən qanunsuz olaraq gizli yolla tikililər inşa edilmiş və iddiaçının mülkiyyətində olan mənzilin giriş-çıxış hissəsinə, habelə həmin əraziyə daxil olmağa süni maneələr yaratmışlar. Cavabdehlər qanunsuz olaraq ərazini hasara alaraq avtodayanacaq etmiş, halbuki həmin dayanacağın orada tikilməsinə heç bir icazə yoxdur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının və ailə üzvlərinin evlərinə gedib-gəlməsinə, həmçinin həmin ərazidən səmərəli istifadəsinə qadağalar qoyulmuşdur. Bununla bağlı cavabdehlərlə aralarında mübahisə yaranmış, bu barədə Yasamal Rayon İcra Hakimiyyətinə və Yasamal Rayon Polis Şöbəsinə müraciət etmiş, həmin orqanlar tərəfindən bu mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İddiaçının mülkiyyətində olan evin qarşı tərəfində olan ərazilər, avtomobil və piyada yolu olmaqla, həmçinin ümumi ictimai istifadədə olan ərazilərdir. Lakin Cavabdeh1 həmin ərazidə qanunsuz olaraq kafe tikərək iddiaçının evinin qarşısını almaqla evinə gələn y olu bağlamışdır. Digər cavabdehlər Cavabdeh2 və X6 tərəfindən evlərinin qarşı hissəsində olan torpaq sahəsi zəbt edilərək, bağ üçün tikililər inşa edilmiş və ərazi hasara alınmışdır. Bundan başqa ümumi ictimai istifadədə olan ərazilərdə qanunsuz tikilmiş dayanacaq ərazidən keçən yüksək gərginliyi olan 10.000 kv-luq elektrik xətlərinin keçən hissəsinin torpaq sahəsinin altında yerləşir. Bu da insan həyatı üçün təhlükəlidir. Həmin dayanacağın hasara alınması ümumi ictimai istifadədə olan gediş-gəliş yolunun məhdudlaşmasına səbəb olmuşdur.

7. Cavabdeh1 bildirir ki, Yeni ünvan 2 ünvanında 1993- cü ilin may ayından başlayaraq yaşayır. O, ev növbəsində olanda gənc mütəxəssis kimi, Yeni ünvan 2 ünvanında mənzillə təmin olunmuşdur. Binanın arxasında bağ sahəsi yerləşirdi. Evi darısqal olduğu və ev ində məcburi köçkün qohumları yerləşdiyi üçün koorperativin sədrinə müraciət etmişdir. Koorperativin sədri 1997-ci ildə iclas keçirmiş, ona bağ sahəsi ayrırmış və orada qaraj tikməyi üçün icazə vermişdir. Onun mənzili iki otaqlı idi və evə yerləşməyən əşyalar qaraja yerləşdimişdi. Onun qarajının arxasında qonşunun yeri var idi. Orada X adlı şəxs alıb ev tikmişdir. Sonra X evi X və X adlı şəxsə satıb. X və X alqı-satqıda işləyirlər. Onlar həmin evə əvvəllər onlarla adam gətirib, lakin evin yerləşməsinə və yolunun olmadığına görə razılaşmayıb gediblər. X evi 2016-cı ildə İddiaçı satmışdır. X həmin evə köçəndən sonra onunla dəfələrlə mübahisə etmiş və onunla dava-dalaş həddinə çatmışdır. Cavabdeh onun və qonşuların bağ və dayanacaq sahələrini zəbt edərərk almaq fikrindədir.

8. Cavabdeh X6 bil dirir ki, məhəllədə salınmış bağçalar sakinlərin asudə vaxtlarını keçirmək üçün nəzərdə tutulmuşdur.

9. Üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi bildirir ki, iddia tələbinə etiraz etmir və iddia tələbinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxır.

10. Cavabdeh2 heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(004)1724/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 1 saylı mənzil 2016-cı il tarixdən xüsusi mülkiyyət hüququ üz rə İddiaçı məxsusdur. Həmin ərazidə yerləşən həyət yanı sahədə Cavabdeh1 1997-ci ildə icazəli surətdə qaraj inşa etdirmiş və qarajın etrafında kiçik ərazidə yaşıllıq sahəsi salmışdır. Hazırda iddiaçı Cavabdeh1 tərəfindən salınmış qanunsuz tikillərin onun mənzilindən rahat istifadəsinə maneəçiliyin törədilməsini iddia etsə də bu halı sübut etməmişdir. Belə olduğu təqdirdə də məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən tikilmiş qanunsuz tikililərin müvcudluğu İddiaçı maraqlarına toxunmur.

13. Beləliklə, iddiaçının hüquqlarının pozulması hallarına yol verilməmiş və buna görə də o, Cavabdeh1 inşa etdiyi tikilinin sökülməsini tələb edə bilən maraqlı şəxs kimi çıxış edə bilməz.

14. Məhkəmə habelə qeyd etməyi zəruri bilmişdir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən 1 saylı mənzili alqı-satqı yol u ilə 2016- cı il tarixdə almasına baxmayaraq evinin giriş çıxışına mane olan, iddia edərək sökülməsini tələb etdiyi tikillər Cavabdeh1 tərəfindən 1997-ci ildə salınmışdır. Bu da öz növbəsində iddiaçının qeyd olunan mənzili əldə edərkən həmin tikillərin faktiki mövcud olmasından və mənzilinə avtomobil yolunun olmamasından xəbərdar olmasını göstərir.

15. Bundan əlavə məhkəmə iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və X4 qarşı olan hissəsi üzrə qeyd edir ki, iddiaçı iddia etdiyi cavadebdehlər Cavabdeh2 və X3 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikillərin nədən ibarət olmasına və həmin tikillərin onun maraqlarına toxunmasına dair hər hansı bir sübutu mə hkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir.

16. Bundan əlavə məhkəmə iddia tələbinin maddi və mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi bu hissədə də iddiaçı tərəfindən sübut edilmədiyindən rədd edilməlidir

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 171.1, 171.2, 180-ci, Mülki Prossesual Məcəllənin 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-481/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli -sədrlik edən və mər uzəçi, A.İsgəndərov və E.Kazımov) iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(004)1724/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilmiş, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pulun iddiaçıdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

20. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellya siya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Cavabdeh1 və vəkili iz ahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

30. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1)

31. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (maddə 157.4)

32. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (maddə 180.1)

33. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. (maddə 180.4) Mülki Prosessual Məcəllə

34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

35. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

36. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

37. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

38. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

39. Kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

40. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

42. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (36-37)

43. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının hüquqlarının pozulması hallarına yol verilməmiş və buna görə də o, Cavabdeh1 inşa etdiyi tikilinin sökülməsini tələb edə bilən maraqlı şəxs kimi çıxış edə bilməz.

44. Bundan başqa iddiaçı ünvan 3 ünvanında yerləşən 1 saylı mənzili alqı-satqı yolu ilə 2016-cı il tarixdə almasına baxmayaraq evinin giriş çıxışına mane olan, iddia edərək sökülməsini tələb etdiyi tikillər Cavabdeh1 tərəfindən 1997-ci ildə salınmışdır. Bu da öz növbəsində iddiaçının qeyd olunan mənzili əldə edərkən həmin tikillərin faktiki mövcud o lmasından və mənzilinə avtomobil yolunun olmamasından xəbərdar olmasını göstərir.

45. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə razılaşaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

46. Bununla bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

47. Məhkəmə tikinti-texniki ekspertizasının 27 yanvar 2021-ci il tarixli 10/3225 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan X küçəsində yerləşən 7 T saylı evin 1 saylı mənzilinin qarşısında tikililərin (avtodayanacaq, qaraj, kafe və s.) yerləşdiyi müəyyən edilir. Həmin tikililərin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Bundan əlavə, həmin mənzilə avtomobil yolunun olmadığı, yeganə 12 metr uzunluğunda, 0,90 m enində keçid yolunun olduğunu nəzərə alaraq, mənzilin qarşısında yerləşən iş üzrə cavabdehlərə məxsus tikililərin mənzilin gediş-gəliş yoluna qismən maneçilik törətdiyi müəyyən edilir.

48. Bundan başqa mübahisəli əraziyə apelyasiya instansiyası məhkəməsi tərəfindən yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinin qarşısında cavabdehlər tərəfindən tikililər inşa olunmuş və hasarlanaraq bağça salınmışdır. Baxış keçirilərkən tikililərin bağlı olduğu və hər hansı məqsəd üçün istifadə olunmad ığı, o cümlədən kafe kimi fəaliyyət göstərmədiyi, ərazidə olan avtodayanacağın cavabdehlərə aidiyyətinin olmadığı müəyyən olundu. Baxış zamanı iştirak edən cavabdehlər Cavabdeh1 və X6 bildirdilər ki, məhəllədə salınmış həmin bağçalar sakinlərin asudə vaxtlarını keçirmək üçün nəzərdə tutulmuşdur. Baxış zamanı İddiaçı məxsus evə yalnız ensiz piyada yolunun mövcud olması, avtomobil yolunun olmaması müəyyən edilmişdir.

49. Göründüyü kimi, həm məhkəmə tikinti-texniki ekspertizasının 27 yanvar 2021-ci il tarixli rəyi ilə, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş yerli baxış ilə cavabdehlər tərəfindən inşa edilmiş tikililərin İddiaçı məxsus mənzilə gediş-gəliş yoluna maneçilik törətdiyi və sonuncunun öz mənzilindən istifadə üçün yalnız 12 metr uzunluğunda, 0,90 m enində ke çid yoluna malik olduğu müəyyən edildi halda apelyasiya instansiyası məhkəməsi düzgün olmayaraq iddiaçının hüquqlarının pozulması hallarına yol verilmədiyi qənaətinə gəlmişdir.

50. Bundan başqa apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

51. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq ic ra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

52. Qeyd edilən maddələrin tələblərindən görünüdüyü kimi şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır və maraqlı tərəf həmin tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət edə bilər.

53. Məhkəmə tikinti-texniki ekspertizasının 27 yanvar 2021-ci il tarixli 10/3225 saylı rəyi ilə İddiaçı mülkiyyətində olan X küçəsində yerləşən 7 T saylı evin 1 saylı mənzilinin qarşısındakı tikililərin (avtodayanacaq, qaraj, kafe və s.) tikinti norma və qaydalarına uyğun olmadığı yəni qanunsuz tikili olduğu və həmin tikililərin iddiaçının ona məxsus mənzildən istifadəsin ə maneə yaratdığı müəyyən edilmişdir.

54. Göründüyü kimi qeyd edilən qanunsuz tikililər iddiaçının hüquq və qanuni mənafeyini pozduğundan sonuncunun həmin tikililərin sökülməsi ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur.

55. Bundan başqa həmin tikililərin 1997-ci ildə, yəni iddiaçının mənzili aldığı 2016-cı ildən əvvəl inşa edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşan apelyasiya instansiyası məhkəməsinin mövqeyinə münasibətdə qeyd edilməlidir ki, qanunvericilik maraqlı şəxsin qanunsuz tikilinin sökülməsini tələb etmək hüququnu belə bir halla məhdudlaşdırmamışdır.

56. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntus u ilə çıxarılmışdır.

57. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

58. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-481/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar