Məhkəmə qərarları › İş №2(102)-1321/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1321/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1321/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəlik hüquq münasibətlərindən irəli gələn pulun tələb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Xnın katibliyi, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-830/2020 nömrəli iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 fe vral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “xxxx” ASC tərəfindən verilmiş 05 fevral 2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı (bundan sonra – iddiaçı) bank ilə bağlanmış 12 yanvar 2018-ci il tarixli 106840469994/1 nömrəli kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən “Ucuzluq Univermağın” mal qalığını artırmaq məqsədilə 15000 manat məbləğində kredit götürmüşdür. 05 fevral 2019-cu il tarixə borcalanın banka cəmi 8108,52 manat borcu mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) qarşı Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 85000 manat və ödənilmiş 30 manat dövlət rüsum unun tutularaq onun xeyrinə ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2017-ci ilin may-iyun aylarında onu təkid edərək geyim alveri etməyinə köməklik göstərməyi və bu işə vəsait qoymağını xahiş etmişdir. Həmçinin cavabdeh bütün məsulliyəti öz üzərinə götürərək mağazanı yaxşı idarə edəcəyini bildirmişdir. Nəticədə onlar razılaşaraq 2017-ci ilin iyun ayının sonlarına yaxın, Bakı şəhəri Nizami rayon Ə.Hacıyev küçəsində (Q.Qarayev metrosunun yanı) 250 kvadrat metr olan obyekt icarəyə götürərək, mağaza üçün bazardan vitrin aksesuarları və geyim mallarının alışına başlamışlar. Dükana ilkin olaraq 5 nəfər işçi gotürmüşlər. Cavabdeh ondan ilkin olaraq 30000 manat alaraq alış-verişə başlamışdır. Cavabdeh ona bildirmiş ki, bazara getməsinə ehtiyac yoxudur, o, da ona inandığı üçün razılıq vermişdir. Bazardan bütün alış-verişi cavabdeh etmiş və eyni zamanda mağazada satış qiymətlərini özü tənzimləmişdir. 02 iyul 2017-ci il tarixdə onlar bütün işləri yekunlaşdıraraq "Ən Ucuz Univermaq" adı ilə mağazada fəaliyyətə başlamışlar. Fəaliyyətilərinin ikici ayında cavabdeh mağazanın ceşidlərinin artırılmasinin vacib olduğunu bildirərək ondan əlavə 20000 manat almış, qalan malları isə Binə bazarından nisyə alınaraq, ay içində ödəmək şərti ilə geri qaytarılılmışdır. 2017-ci ilin sonunda cavabdeh ikinci bir mağazanın açılmasna ehtiyac olduğunu və "Qarayev" metrosunun yanında olan mağazadakı mallardan orada açacaqları mağazaya yerləşdirmələrini bildirmişdir. Beləliklə onlar Xırdalan şəhərində “xxxx” ASC-nin yanında obyekt kirayə götürmüşlər və "Qarayev" metrosunun yanında olan mağazadakı malların yarısını oraya aparmışlar. O, "xxxx" ASC-dən 15000 manat kredit, yaxın dostundan isə 13000 manat borc götürmüş nəticədə 15 yanvar 2018-ci il tarixində Xırdalandakı dükanın açılışını etmişlər, lakin istədikləri nəticə olmamışdır. Bundan başqa onlar Binə bazarında yaxın bir dostunun vasitəsi ilə, bağlanan bir uşaq mağazasından hissə-hissə ödəmək şərti ilə 36000 manat dəyərində malları almışlar. Dostundan aldığı 13000 manatı vaxtında qaytara bilmədiyindən məcbur qalaraq 23000 manata aldığı şəxsi avtomobilini 21000 manata sataraq 13000 manat borcu ödəmişdir. Əlavə olaraq yenə 22000 manat vəsait cəlb etmiş və mağazadakı ümumi vəsaiti 100000 manat dəyərində olmuşdur. Lakin borclarının yaranmasını və mağazaların yaxşı nəticə ve rmədiyini anladığından bu işi davam etdirə bilməyəcəyini cavabdehə bildirmiş və mağazanı satıb borclarını qaytardıqdan sonra qoyduğu pulları götürməyi qərara almışdır. Cavabdeh ona mağazanı ona təhvil verməyi təklif etmiş və hər ay 5000 manat ödəməklə borcunu tam ödəyəcəyinə dair vədd vermişdir. 05 may 2018-ci il tarixdə işçilərin iştirakı ilə 176000 manat dəyərində malları və mağazanı cavabdehə təhvil vermişdir. Təhvil verdiyi 176000 manat dəyərində malın qiymətindən borcları çıxdıqdan sonra cavabdehin ona 104000 manat borcu qalmışdır. Qeyd olunanlar işçilərin iştirakı ilə baş vermişdir və cavabdeh öz xətti ilə kitaba qeyd etməklə aralarında olan 104000 manat borcu təsdiqləmişdir. Cavabdeh borcdan 15000 manat qaytarsa da, qalan 85000 manat borcu isə ödəməkdən boyun qaçırmışdır. Belə ki, iki mağaza üçün alınan avadanlıqlar: kameralar 5000, "Barkod" kompyuter dəsti 5000 manat, mebel ve vitrin -15000 manat, cəmi: 25000 manat: ümumi yekun mala xərclədiyi vəsait 75000 manat + avadanlıq 25000 manat = Cəm: 100000 manat.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2019-cu il tarixli 11360 nömrəli ekspert rəyindən görünür ki, sənədlərin texniki ekspertizasına təqdim olunmuş prosessorun yaddaşında olan 04 iyun 2018-ci il tarixli hesabda göstərilən məlumata əsasən göstərilən tarixə bütün anbar üzrə son dəyər 174287,16 manat müəyyən olunur.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2019-cu il tarixli 9834 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş bir ədəd kompütür sistem bloku hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Təqdim edilmiş kompüter sistem blokunun yaddaşında “1C”–mühasibatlıq hesabların tərtibi, hesablaşmaların icrası, malların idxal-ixracı, müxtəlif hesabların icrası, malların siyahısı tərtib etmək və digər maliyyə məqsədləri üçün nəzərdə tutulub proqram təminatının təyinatı müəyyən olundu. Proqram təminatının şifrəsi məlum olduğundan sonra 04.06.2018-ci il tarixdə qeyd edilən məlumatları müəyyən etmək mümkün olmuşdur. Təqdim edilmiş kompüter sistem blokunun yaddaşında “1C” proqram təminatında məluymatlar bazasında aşkar edilmiş 04.06.2018-ci il tarixli məlumatlar əsasında malların hərəkət cədvəli tərtib edilərkən anbarda olan mallar, miqdar, dəyər, satış (miqdar və dəyər) son qalıq (miqdar və dəyər), bütün anbarlar üzrə (son qalıqla, son dəyər.) məlumatlar qeyd edilmişdir. Həmin məlumatlar rəqəmsal dəlillərin saxlanmsı üçün istifadə edilmiş optik diskə köçürülmüşdür və hazırki ekspert rəyinə əlavə edilmişdir. Tədqiq olunan kompüter sistem blokunun yaddaşında kənar müdaxilə izləri aşkar edilməmişdir.

6. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 sentyabr 2019-cu il tarixli 2(021)-968/2019 nömrəli (hakim Qamət Əbilov) qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası mülki Məcəlləsinin 152, 157, 560 maddələrinə istinad edərək iddia tələbini təmin etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında şərikli iş münasibətləri olmuş, sonradan münasibətləri pozulmuşdur. Bu hal tərəflərin izahatları ilə də təsdiqini tapmışdır. İş üzrə sübutl arla, ekspert rəyləri ilə iddiaçının tələb etdiyi 85000 manat pul məbləği sübuta yetirilmişdir.

8. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəhman Muradov sədrlik edən və məruzəçi, Şəfiqə Əliyeva, Ədil Məmmədov) 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 42848 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd e dilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini tam təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız heasb edərək qeyd etmişdir ki, cavabdeh ərizə (əmlakın siyahısı) verərək satış üçün alınmış əmlaklardan 17152 manat dəyərində olan əşyaların onda olmasını etiraf etmiş və həmin dəyərdə olan əmlakların qaytarılmasına etiraz etməmişdir. Həmçinin cavabdeh izahatında bildirmişdir ki, ümumi dəyəri 25000 manat olan kameralar, "Barkod" kompyuter dəsti, mebel və vitrinləri də iddiaçıya qaytarmağa etiraz etmir.

11. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia qismən etiraf olunduğundan kameraların, "Barkod" kompyuter dəstinin, mebel və vitrinlərin alınması üçün xərclənmiş 25000 manat, eləcədə 17152 manat (satışdan qalan əmlakların dəyəri) cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. İddiaçı həmin əmlakların qaytarılmasını cavabdehdən tələb edə bilər, əgər cavabdeh əmlakların özünü qaytarmaqdan imtina etsə bu halda onların dəyərinin ödənilməsi tələb oluna bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, tələb edilən əşyalardan bəzilərini cavabdeh qaytaracağına söz verdiyindən iddia tələbi həmin hissədə təmin ed ilməməlidir. Məhkəmə qətnamənin qət etdi hissəsində yalnız "Cavabdeh 42848 manat manat pulun alınaraq iddiaçıya ödənilməsini" qeyd etmişdir, Qətnamə natamam olmaqla, icrası qeyri-müəyyənlik yaradır. Həmçinin cavabdeh özü də etiraf etmişdir ki, ona 85000 manat borcu vardır. Bu barədə hətta iş materiallarında öz-xətti ilə yazdığı qəbz də vardır. Cavabdeh bu günə qədər ona 15000 manat qaytarmış, qalan borcunu ödəməkdən müxtəlif vasitələrlə boyun qaçırmaqda davam edir. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları nəzərə almadan iddia tələbinin rədd edilən hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili X3 məhkəmə kollegi yasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidi r, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi qismən edilmiş, cavabdeh qətnaməni mübahisələndirməmişdir.

25. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfində n yalnız iddia tələbinin rədd edilən hissəsində mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən hissədə yoxlanılmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə yoxlanılan hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, kassas iya şikayətində iddiaçı qətnamənin cavabdehdən 42848 manat pulun tutulmasını qət edilməsinin icrası qeyri-müəyyən qətnamə olmasını, iddia tələbinin tam sübuta yetirildiyi halda məhkəmənin tələbi tam təmin etməməsinin əsassız olduğunu göstəmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi, iddia tələbini qanuni əsasını borc münasibətləri təşkil etməmişdir. İddiaçı cavabdehlə birgə iş gördüklərini, bu barədə şifahi razılığa gəldiklərini, sonradan iş münasibətlərinin pozulmasını və görülən iş üçün sərf etdiyi pulu tələb etmişdir. Bu hal iddia ərizəsindən də görünür. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən borc münasibətlərinə deyil, qarşılıqlı faəliyyətdən irəli gələn öhdəlik münasibətlərinə əsaslanmış, iddia tələbinin qanuni əsası kimi isə Mülki Məcəllənin 152.1, 1096, 1097-ci maddələrinə istinad etmişdir.

29. İş üzrə aşağı instansiya məhkəmələr tərəfindən aparılmış araşdırma zamanı da iddiaçı həmin pulun cavabdehə borc kimi verildiyini sübuta yetirə bilməmişdir.

30. Bu baxımdan cavabdeh tələb edilən əşyaların bir qisminin onda olmasını, həmin əşyaların iddiaçıya naturada qaytarmasına razı olduğunu qeyd etdiyindən məhkəmə həmin hissədə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir.

31. İddiaçı hazırki tələbində həmin əşyalarının özünü deyil, onlara sərf edilən pulun qaytarmasını xahiş etdiyində və iddia tələbində hər hansı bir dəqiqləşdirmə aparmadığından apellyasiya instansiyası məhkəməsi MPM-in 218.3-cü maddəsinin tələbinə əsasən həmin hissədə iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Həmin normaya görə, məhkəmə işə verilmiş tələbl ər üzrə baxır.

32. Eyni zamanda bu hal iddiaçının həmin əşyaların özünün qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-830/2020 nömrəli iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar