Məhkəmə qərarları › İş №2(102)-1321/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1321/2022

15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1321/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2038/2021 nömrəli iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. X1 rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləmişdir. Həmin vaxtlar müharibə dövrünə düşdüyü üçün əmək kitabçası işğal zonasında, iş yerində qalmışdır. Hazırda onda olan əmək kitabçasında da bu barədə heç bir qeyd yoxdur. Əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə müraciət etsə də, oradan gələn cavab məktubunda qeyd edilmişdir ki, əmək pensiyasının təyin edilməsi üçün zəruri sənədlərə (əmək kitabçası, arxiv arayışı və s.) eht iyac vardır. Göründüyü kimi, həmin dövrü təsdiq edə bilmədiyindən faktın müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Həmin müddət əmək pensiyası ala bilmək üçün təsdiq edilməlidir. Bu faktı başqa cür təsdiq edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat

2. X3 ərizə ilə məhkəməyə müraciət edərək 1986-cı ilin sentyabr ayından 1992ci ilin iyun ayına qədər Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Laçın rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxivinin 06 noyabr 2019-cu il tarixli, 54 nömrəli arxiv çıxarışından göründüyü kimi, o, həqiqətən də Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləmişdir. Lakin həmin arayışda qeyd kimi yazılmışdır ki, iş yerini özündən asılı olmayan səbəbə görə itirdiyi üçün 1992-ci ilin iyun ayında üç aylıq əmək haqqı, yəni 432/1296 manat və 129,60 qəpik 30% yüksəkliyə görə əmək haqqına əlavə almışdır. Bu faktın qeyd olunmasına baxmayaraq orada işləməyi faktını başqa heç bir sənəd ilə təsdiq edə bilmir. Çünki həmin vaxtlar müharibə dövrünə düşdüyü üçün əmək kitabçası işğal zonasında, iş yerində qalmışdır. Hazırda onda olan əmək kitabçasında da bu barədə heç bir qeyd yoxdur. Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işlədiyi müddətdə onunla bərabər işləyən şəxslər də vardır ki, həmin şəxslərin əmək kitabçalarını iş materiallarına əlavə etmişdir. Bundan başqa, onunla bərabər həmin məktəbdə işl əyən şəxslər tərəfindən 1982-ci ilin sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləməyi faktı təsdiq edilərək aktlaşdırılmışdır. Əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə müraciət etsə də, oradan gələn cavab məktubunda qeyd edilmişdir ki, əmək pensiyasının təyin edilməsi üçün zəruri sənədlərə (əmək kitabçası, arxiv arayışı və s.) ehtiyac vardır. Göründüyü kimi, həmin dövrü təsdiq edə bilmədiyindən faktın müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Həmin müddət əmək pensiyası ala bilmək üçün təsdiq edilməlidir. Bu faktı başqa cür təsdiq edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Ab şeron Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(012)-1278/2021 saylı qətnaməsi ilə (hakim E.Məmmədov) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəsinə dair mülki iş üzrə ərizə təmin olunmuş, X2 1986-cı ilin sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləməsi faktının müəyyən edilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş, notarial qaydada təstiq edilmiş şahidlərin əmək kitabçalarından görünür ki, ərizəçinin işlədiyi dövrlərdə hər iki şahid də Laçın rayonu, Kamallı kənd orta məktəbində müəllim işləmişdir. Bundan başqa məhkəmənin sorğusuna cavab olaraq Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivi tərəfindən göndərilmiş 14 vərəq olan əmək haqqı c ədvəlindən də X2 Kamallı kənd orta məktəbində kitabxanaçı işləməsi faktı təsdiqini tapır. Ona görə də məhkəmə hesab etmişdir ki, maraqlı şəxsin nümayəndəsinin yalnız formal mülahizələrə əsaslanaraq qeyd olunan sübutları şübhə altına alması işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Bundan başqa qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir və ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Əks halda, ərizəçi sosial təminat hüququndan məhrum ola bilər ki, bu da onun konstitusion hüquqlarının həyata keçməsinə maneədir.

6. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsasları kimi, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3 07.1, 307.2.11, 308, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.

7. Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(012)1278/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv, ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2021ci il tarixli 2(105)-2038/2021 saylı qətnaməsi (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 04 mart 2021-ci il tarixli 2(012)-1278/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, qət namə qanuni və əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Laçın rayon Təhsil şöbəsinin 07 dekabr 2020-ci il tarixli, 298 saylı məktubundan görünür ki, məlum hadisələrlə əlaqədar Laçın rayon Təhsil şöbəsinin 1992-ci ilin mayınadək olan arxivi, əmr kitabları və digər sənədləri işğal zonasında qalmışdır. Ona görə də X2 1986-cı ildən 1992-ci ilədək Laçın rayon Kamallı kənd orta məktəbində kitabxanaçı vəzifəsində işləyib-işləməməsini müəyyənləşdirmək mümkün deyildir.

10. Apellyasiya kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2.11, 308-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

11. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı (kassasiya şikayətini tərtib edən Vəkil1) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2038/2021 saylı iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş stajı barədə sənədlər olmad ıqda idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud “pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahid ifadələrinə əsasən müəyyən edilir. Lakin hazırki iş üzrə şahidlərin belə bir sənədi olmamış, şahidlərdən biri ərizəçinin öz həyat yoldaşı olmuşdur. Onun və digər şahidin əmək kitabçası olmuşdur. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir, iş materiallarından göründüyü kimi hər iki şahid (şahidlərdən biri X4 ərizəçinin əridir) Ərizəçi ilə eyni müəssisədə işləmələrini təsdiq etmək üçün məhkəməyə əmək kitabçaları təqdim etmişlər, işğal zonasında eyni iş yerindən digər iki şahidin əmək kitabçasının özlərində olduğu halda, ərizəçinin əmək kitabçasının olmaması arqumenti əsaslı hesab edilə bilməz. Məhkəmə qayd asında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Ərizəçi pensiyaya çıxmaq üçün həmin faktın müəyyən edilməsini xahiş etdiyi halda pensiya yaşına çatmaması nəzərə alınmamışdır. Belə olan halda qəbul edilmiş qətnamə hüquqi nəticə doğurmadığından ərizə təmin edilə bilməzdi. Əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Eləcə də kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur. Əmək kitabçaları eyni müəssisə ilə bağlı olduğu halda şahid Ə.Məmmədovun əmək kitabçasında müəssisəyə dair 1980-ci ilin qeydi latın qrafikası ilə yazılmışdır. Belə olan halda əmək kitabçasının mötəbər sübut kimi qəbu l olunması yolverilməz idi. Normaların məzmununa əsasən əmək kitabçasında 1980-ci il qeydinin dublikat olmadığı halda latın qrafikasında aparılması qanun pozuntusudur. Bundan əlavə olaraq təqdim edilmiş sənədlərdən göründüyü kimi ərizəçinin Arxiv idarəsindən arayışı olduğu halda işə xüsusi icraat qaydasında baxılmışdır. Halbuki təsdiqedici hər hansı sənəd olduğu halda həmin ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir; belə olan halda hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə prosessual pozuntuya yol verərək bu cür mübahisəyə xüsusi icraat qaydasında baxmış və mahiyyətinə görə qərar qəbul etmişdir. “Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır’’. Bu normadan çıxış edərək xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi yaşa görə əmək pensiyası almaq hüququ 64 yaşında, yəni 2024-cü ildə yaranacaqdır. Göründüyü kimi sözügedən Plenum qərarının tələblərinə görə, məhkəmə qaydasında müəyyən edilən fakt hal-hazırda heç bir hüquqi nəticə yaratmadığından əsassızdır.

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclası yazılı icraat qaydasında keçirildiyindən MPM-nin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər in izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Maddə 307.1 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

17. Maddə 307.2.11 Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

18. Maddə 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəç i həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

20. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyasının mövqeyi on dan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, məlum hadisələrlə əlaqədar Laçın rayon Təhsil şöbəsinin 1992-ci ilin mayınadək olan arxivi, əmr kitabları və digər sənədləri işğal zonasında qalmışdır. Ona görə də X2 1986-cı ildən 1992-ci ilədək Laçın rayon Kamallı kənd orta məktəbində kitabxanaçı vəzifəsində işləyib-işləməməsini müəyyənləşdirmək mümk ün deyildir, bu səbəbdən onun ərizəsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu qənaət qanuni və ədalətlidir, qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, onlar əsassızdır, iş materialları və qanunvericiliklə təkzib edilir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və pr osessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Şahidlərdən birinin ərizəçinin əri olması özü-özlüyündə onun səsləndirdiyi ifadənin sübut qismində qiymətləndirilməsini istisna edən hal hesab edilə bilməz. Belə ki, qanunvericilikdə bununla bağlı hər hansı qadağanedici norma mövcud deyildir. Sadəcə məhkəmə bu sübutu digər sübutlarla birgə müqayisəli şəkildə qiymətləndirməklə iş üzrə qənaətə gəlməlidir ki, apellyasiya instansiyası məhkəməsi də qərarında eyni yanaşmanı sərgiləmişdir. Ərizəçinin ərizəsində fakt qismində tanınmasını tələb etdiyi halın işdə olan arxiv arayışı ilə bağlı müəyyən edilməsinə dair dəlilə gəldikdə isə kollegiya qeyd edir ki, istinad edilən arxiv arayışında ərizəçinin kit abxanaçı işləməsinə dair məlumat olsa da onun məhz ərizəsində tələb etdiyi dövrdə həmin vəzifədə işləməsi müəyyən edilmir. Bu baxımdan kollegiya hesab edir ki,apellyasya instansiya məhkəməsinin faktın təsdiqi ilə bağlı ərizəyə mahiyyəti üzrə baxması qanuni olmuşdur.

27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının kassasiya şikayəti təmin e dilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2038/2021 nömrəli iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar