Məhkəmə qərarları › İş №2(102)-1321/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1321/2024

23.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1321/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7150/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən e tdi: İşin halları

1. İddiaçı barəsində Cavabdeh əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2022-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edildiyi qeyd edilmişdir.

2. Cavabdeh İB tərəfindən dəymiş ziyanın bərpasına dair hesabat aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Təbii qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərinə əsasən itirilmiş qazın həcmi 73.440 kub metr (qaz işlədicilərdən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, QSSQ-nın maksimal saatlıq qaz sərfi 3 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, dəmir soban ın maksimal saatlıq qaz sərfi 1,4 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, hesablanmış, iran sobanın maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün olmaqla) hesablanmış zərərin abonent tərəfindən ödənilməsi qərara alınmışdır. 3. **********00025 kodlu abonent hesabına 2022-ci ilin dekabr ayı üzrə 8.812,80 manat məbləğində borc əlavə edilmişdir və istifadə edilən cihazlardan 4 gözlü qaz plitəsi qeyd edilmişdir.

4. Yerində müayinə zamanı Cavabdeh İB tərəfindən tərtib edilmiş akta əlavə olunmuş video və foto görüntülərin iddiaçıya məxsus ünvan 1ndə yerləşən fərdi yaşayış evinə aid olduğu, həmin evdə 4 ədəd 4 gözlü qaz peçinin mövcud olduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci in stansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanı üzrə əsassız hesablanmış 8.769,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndi, meyvətingliyində yerləşən özünə məxsus fərdi yaşayış evində yalnız 4 gözlü qaz peçindən istifadə edir. Cavabdeh İB tərəfindən 30 dekabr 2022-ci il tarixində iddiaçının abonent hesabına 8.812,80 manat məbləğində cərimə hesablanmışdır. Həmin borcun 8769,60 manat hissəsi əsassız hesablanmış və abonent hesabına qanunsuz əlavə edilmişdir. Həmin borc iddiaçı tərəfindən təbii qazdan sayğacsız istifadə olunduğuna görə 360 günlük müddət nəzərə alınmaq la müxtəlif məişət qaz cihazlarında (PQ 4, QSSQ, dəmir soba, İran sobası) 24 saat müddətinə təbii qazdan istifadəyə əsasən qanunsuz hesablanmışdır. Belə ki, iddiaçının evində yalnız 4 gözlü qaz peçi, yəni PQ 4 quraşdırılmış, təbii qazdan sayğacsız yalnız 2022-ci ilin dekabr ayında 30 gün müddətinə istifadə edilmiş, təbii qazdan sutkanın 24 saatı deyil, maksimum 8 saat istifadə edilmişdir. Qeyd olunanlara əsasən vurulmuş zərərin həcmi, 4 gözlü qaz peçinə münasibətdə 30 gün müddətinə 12 saatdan istifadə etməklə hesablanmalı və 43,20 manat məbləğində müəyyən edilməlidir. 8769,60 manat məbləğində qalan borc isə əsassız hesab edilərək silinməlidir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3574/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbinin qi smən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndi, meyvətingliyində yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu: **********00025) hesablanmış 8657,28 manat məbləğində borcun silinməsi, 106,57 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən iddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”ın tərtib edilməsi, akta əsasən dəymiş ziyanın cavabdehdən tələb edilməsi qanunidir. Lakin cavabdeh tərəfindən dəymiş ziyanın həcmi hesablandığı zaman qanunvericiliyin tələbləri pozularaq, hesabat fərdi yaşayış evində mövcud olmayan qaz işlədiciləri üzrə 360 gün 24 saat hesabat m üddəti əsas götürülməklə hesablanmışdır. Halbuki, hesabat qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə “Təbii qazdan istifadə Qaydaları”n 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4-cü, 5-ci, 6-cı bəndlərinə, habelə Mülki Prosessual Məcəllənin 77.1-ci və 119-c u maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya m əhkəməsi bu halı nəzərə almamışdır. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamışdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları və borcun yaranması hallarını araşdırmamışdır. Məhkəmə araşdırmanın obyektivliyini təmin etmək məqsədilə mülki iş materiallarında mövcud olan aktlarda imza etmiş şəxslərin şahid qismində dəvət olunmasını təmin etməmişdir. Mülki iş üzrə hesabatların doğru olub-olmadığını yoxlamaq üçün mühasibatlıq və trasoloji ekspertizasına göndərilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələ ndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7150/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər –Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, qazdan istifadə qaydalarına əsasən müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa mütləq qaydada istehlakç ının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməli və bir nüsxəsi abonentə verilməlidir. Hazırki halda isə cavabdeh qurum tərəfindən qeyd edilənlərə riayət edilməmişdir.

14. Məhkəmə kollegiyası iş üzrə trasoloji ekspertizanın həyata keçirilməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı özü sayğacsız halda qazdan istifadə etdiyini göstərmiş, lakin onun mənzilində qeyd edilən sayda və çeşiddə qaz işlədicisinin olmadığını, qazdan istifadə ilə bağlı isə hesablamada həm 360 günə görə hesablamanı, həm də 24 saat müddətinə hesablamanı qəbul etməmişdir. Məhkəmə kollegiyası da həmin arqumentlə razılaşaraq qeyd etmişdir ki, cavabdeh qurum özü də abonent saldosunda cəmi bir ədəd, yəni PQ-4 (4 gözlü qaz) qeyd etdiyi halda aktda fərqli sayda və çeşiddə alətlər qeyd etmiş və ona uyğun hesablama aparmışdır. Lakin 4 gözlü qaz istisna olmaqla digər alətlərin mövcudluğu sübuta yetirilməmişdir. Bundan əlavə digər alətlər mövcud olsa belə qış aylarında istifadə edilməsi mümkün olan alətlərdir ki, həmin avadanlıqların bir il ərzində işləmə saatlarının aktlarda qeyd edilən müddətdə olması, yəni 24 saat işləməsi mümkünsüzdür. Bundan başqa bir il ərzində 6 aydan çox müddət isti aylara təsədüf etmişdir ki, həmin aylarda ümumiyyətlə həmin alətlər işlədilmir (həmdə 24 saat). Eyni zamanda 4 gözlü qazın istər yay, istərsə də qış aylarında 24 saat işlədilməsini kollegiya mümkün hesab etməmişdir. Bu da onu göstərir ki, abonentin sayğacsız qazdan istifadə etməsini qəbul etməsi əsas götürülməklə formal olaraq akt tərtib edilmiş və h esablamalar da formal yazılmışdır. Bu formada tərtib edilmiş akt əsasında hesablanmış zərəri kollegiya ağlabatan hesab etməmişdir.

15. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu maddələrinin, “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, “Qaz təchizatı haqqında” Qanunun 13.8-ci maddəsinə və həmin Qanunun 2022-ci ilin may ayından qüvvədə olan 13-8-1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəm əsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın

19. Maddə 4.2. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

20. Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

21. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

22. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

23. Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlak çının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

24. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam h esablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

25. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları

26. Maddə 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərmə lidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlə rindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində Cavabdeh İB apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən qətnamənin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. Cavabdeh kassasiya şikayətində apellyasiya ins tansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.

39. Belə ki apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, qazdan istifadə qaydalarına əsasən müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməli və bir nüsxəsi abonentə verilməlidir. Hazırki halda isə cavabdeh qurum tərəfində n qeyd edilənlərə riayət edilməmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı özü sayğacsız halda qazdan istifadə etdiyini göstərmiş, lakin onun mənzilində qeyd edilən sayda və çeşiddə qaz işlədicisinin olmadığını, qazdan istifadəylə bağlı isə hesablamada həm 360 günə görə hesablamanı, həm də 24 saat müddətinə hesablamanı qəbul etməmişdir. Belə ki, cavabdeh özü də abonent saldosunda cəmi bir ədəd, yəni PQ-4 (4 gözlü qaz) qeyd etdiyi halda, aktda fərqli sayda və çeşiddə alətlər qeyd etmiş və ona uyğun hesablama aparmışdır. Lakin 4 gözlü qaz istisna olmaqla digər alətlərin mövcudluğu sübuta yetirilməmişdir.

41. Bundan əlavə digər alətlər mövcud olsa belə qış aylarında istifadə edilməsi mümkün olan alətlərdir ki, həmin avadanlıqların bir il ərzində işləmə saatlarının aktlarda qeyd edilən müddətdə olması, yəni 24 saat işləməsi mümkünsüzdür.

42. Bundan başqa bir il ərzində 6 aydan çox müddət isti aylara təsadüf etmişdir ki, həmin aylarda ümumiyyətlə həmin alətlər işlədilmir (həmdə 24 saat). Eyni zamanda 4 gözlü qazın istər yay, istərsə də qış aylarında 24 saat işlədilməsini apellyasiya instansiyası məhkəməsi mümkün hesab etməmişdir. Bu da onu göstərir ki, abonentin sayğacsız qazdan istifadə etməsini qəbul etməsi əsas götürülməklə formal olaraq akt tərtib edilmiş və hesablamalar da formal yazılmışdır. Bu formada tərtib edilmiş akt əsasında hesablanmış zərəri apellyasiya instansiyası məhkəməsi düzgün olaraq ağlabatan hesab etməmişdir.

43. Göstərilənlərə əsa sən kassasiya instansiyası məhkəməsi Cavabdeh İB-in kassasiya şikayətinin dəlilləri ilə razlaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, Cavabdeh İB-in kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2(103)-7150/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar