Məhkəmə qərarları › İş №2(102)-1321/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1321/2025

02.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1321/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin etibarsızlığı, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)252/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki i şə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 4 saylı evdə yerləşən 78 saylı mənzil X6 mülkiyyətində olmuşdur.

2. X9 12 sentyabr 2020-ci il tarixdə 11 saylı Notariat Ofisində verdiyi vəsiyyətnamə ilə ölən gününədək ona məxsus olan bütün əmlakını nəvəsi X2 vəsiyyət etmişdir. Vəsiyyətnamənin tərtib edilməsində şahid kimi X7 və X8 iştirak etmişlər.

3. Qədir Quliyev 24 iyul 2022-ci il tarixdə vəfat etmişdür.

4. Cavabdeh1 06 avqust 2022-ci il tarixdə ərizə ilə 7 saylı Bakı “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə müraciət edərək, mərhum babası Qədir Quliyevdən miras qalmış mənzildən ona çatası hissəyə dair vərəsəlik şəha dətnaməsinin verilməsini xahiş etmiş, digər vərəsələr kimi mərhumun övladlarının – İddiaçı və X4 adlarını göstərmişdir.

5. İddiaçı 27 noyabr 2022-ci il tarixdə həmçinin ərizə ilə 7 saylı Bakı “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə müraciət edərək, mərhum atası Qədir Quliyevdən miras qalmış mənzildən ona çatası hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, digər vərəsələr kimi mərhumun oğlu Firudin Quliyevin və mərhumun nəvəsi Cavabdeh1 adlarını göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X1 özünə məxsus olan mübahisəli mənzilə dair Cavabdeh1 adına qoyduğu və 11 saylı Not ariat Ofisi tərəfindən 12 sentyabr 2020-ci il tarixli 2V-83 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının atası Qədir Quliyevin mülkiyyətində olmuşdur. Qədir Quliyev 24 iyul 2022-ci il tarixdə 93 yaşında vəfat etmişdir. Atasının vəfatından sonra, yəni 27 noyabr 2022-ci il tarixdə, iddiaçı, mirasın qəbul edilməsi və vərəsəlik haqqında şəhadətnamənin alınması üçün 7 saylı Bakı “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə müraciət etmiş və məlum olmuşdur ki, atası, sağlığında, yəni 12 sentyabr 2020-ci il tarixdə 11 saylı Notariat Ofisində rəsmiləşdirilərək, qeydə alınmış vəsiyyətnamə ilə mənzili digər övladından olan nəvəsinə, yəni iş üzrə Cavabdeh1 və siyyət etmişdir. Həmin vəsiyyətnamə etibarsızdır, çünki vəsiyyətnamə rəsmiləşdirilən zaman atasının 91 yaşı olmuş, o, vəsiyyətnamə veriləndən də əvvəl hərəkətlərinin mənasını dərk etməkdə çətinlik çəkmiş, həmçinin görmə və eşitmə qabiliyyəti çox zəif olmuşdur. Cavabdeh və sonuncunun atası Fərrux İsgəndərov həmin X5i aldadaraq almağa nail olmuşlar. Mərhum, sağlığında dəfələrlə bildirmişdir ki, mənzili iddiaçıya vəsiyyət edəcəkdir.

8. Cavabdeh1 nümayəndəsi, Vəkil2 birinci instansiya məhkəməsində iddiaya etiraz edərək bildirmişdir ki, təmsil etdiyi şəxsin mərhum babası Qədir Quliyevin beynin funksiyalarının və yaddaşının pozulmasına dair heç bir sübut, tibbi sənəd yoxdur. Digər tərəfdən, Qədir Quliyev mərhum qızı Rəna İsgəndərovadan miras qalmış əmlakdan özünə düşən paydan nəvəsi X3 xeyrinə 1 8 fevral 2020-ci il tarixdə imtina etmişdir. İddia ərizəsində Qədir Quliyevin notariat ofisinə məhz bu bəhanə ilə aparıldığı göstərilsə də, sübut olunur ki, Qədir Quliyevin mərhum qızı Rəna İsgəndərovadan miras qalmış əmlakdan imtina etməsi ilə hazırkı mübahisələndirilən vəsiyyətnamənin yazıldığı tarix arasında təxminən 7 ay fərq var. X14 notariusa könüllü getmiş və öz iradəsinə uyğun olaraq “vəsiyyətnamə” qoymuşdur. Eyni zamanda, iddiaçı tərəfindən əqdlərin etibarsızlığı üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş 1 illik müddət ötürülmüşdür.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(001)902/2023 nömrəli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, vəsiyyətnamə qanunverici liklə müəyyənləşdirilmiş qaydalara uyğun tərtib edildiyindən, onu qoyan şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilməsi iş üzrə sübut olunmadığından iddia təmin edilə bilməz.

11. Məhkəmə hesab etmişdir ki, hazırkı halda vəsiyyətnaməyə əhəmiyyətsiz əqd kimi qiymət verilmədiyindən onun etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia müddətinin tətbiqindən söhbət gedə bilməz. Bununla yanaşı, yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan vəsiyyətnamə birtərəfli əqd olduğundan və iddiaçı hazırkı iddia tələbi ilə 07 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, iddianın ümumi verilmə müddəti də buraxılmış hesab edilə bilməz.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-337.5, 346.1-346.4, 1133.1, 1133.2, 1151.1, 1166, 1167, 1179.1, 1179.2, 1180.1, 1225.1, 1225.2, 1225.3-cü, “Notariat haqqında” Qanunun 47-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)-252/2024 nömrəli qətnaməsi ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Talışinski və A.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan ape llyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərilmişdir ki, rayon məhkəməsində dindirilmiş şahidlərin ifadələrində Qədir Quliyevin yaşlı və xəstə olduğu, yaddaş pozğunluğunun tez-tez baş verməsi qeyd olunsa da, məhz vəsiyyətnamə verilərkən şəxsin anlaqlılığını müvəqqəti itirməsi, öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilməməsi ilə bağlı hər hansı şahid ifadəsi mövcud deyil.

16. İş materiallarında olan 12 sentyabr 2020-ci il tarixli, 2V-83 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə iki nəfər şahidin iştirakı ilə texniki vasitədən istifadə olunmaqla və Qədir Quliyevin özü tərəfindən imzalanmaqla notarial qaydada təsdiq olunmuşdur. Vəsiyyətnamənin notarius tərəfindən təsdiq edildiyi nəzərə alınarsa, işdə olan şahid ifadələri vəsiyy ət edənin vəsiyyət əqdini icra edərkən anlaqlılığını müvəqqəti itirmiş vəziyyətdə olması qənaətinə gəlmək üçün yetərli sübut sayıla bilməz.

17. Apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı mübahisə üzrə Qədir Quliyevin vəsiyyətnamə üzrə iradəsini ifadə edən zaman fəaliyyət qabiliyyətinin qüsurlu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bununla bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

18. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, məhkəmə vəsiyyətnamənin Qədir Quliyev tərəfindən imzalanmaması halının sübut edilməsi üçün müvafiq ekspertizanın keçirilməsinə təşəbbüs göstərməmişdir.

19. İddiaçının qeyd etdiyi bu xüsusatın yoxlanılması məqsədi ilə apellyasiya instansiyası məhk əməsi tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən ekspertiza tədqiqatının keçirilməsi ilə bağlı 11 saylı Notariat Ofisindən yuxarıda qeyd edilən vəsiyyətnamənin rəsmiləşdirilməsinə əsas olmuş notariat işi və həmin vəsiyyətnamənin qeydiyyata alınmasını özündə əks etdirən, 2020-ci ilə aid reyestr kitabı götürülməklə ekspertizaya təqdim edilmişdir.

20. Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2024-cü il tarixli, 4/1678 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, Qədir Quliyevin adından tərtib edilmiş 12 sentyabr 2020-ci il tarixli 2V-83 nömrə ilə qeydə alınmış vəsiyyətna mədə, “İmza” qrafasındakı imza və həmin vəsiyyətnamənin qeydiyyatdan keçdiyi 2V reyestr nömrəli jurnalın 16-cı vərəqində 83-cü nömrəsi ilə qeydiyyatdan keçmiş “X15” yazıları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza – Qədir Quliyev tərəfindən icra olunmuşdur.

21. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsi tərəfindən 27 iyul 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 273226 nömrəli ölüm haqqında şəhadətnamədə Qədir Quliyevin ölümünün səbəbi kimi “ürəyin aterosklerotik xəstəliyi” göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən internet resursları vasitəsilə müəyyən edilmişdir ki, “ürəyin aterosklerotik xəstəliyi” arteriyaların daxili hissəsinin daralması ilə müşayiət olunur. Bunun da nəticəsində ürək, beyin və digər üzvlərin qanla təchiz olunması pisləşir. İnsan beyninin qanla təchizatının zəifləməsi isə insan şüuruna mənfi təsir göstərə biləcək amillərdən biri kimi qəbul edilə bilər.

23. Bu baxımdan X6 vəsiyyət qoyduğu zaman öz hərəkətlərinin mənasını dərk edə bilib-bilməməsinin, hərəkətlərinə rəhbərlik edə bilib-bilməməsinin araşdırılmasının işin həlli üçün əhəmiyyətli olduğunu nəzərə alan məhkəmə kollegiyası iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş mülki iş materiallarına və əlavə təqdim edilmiş tibbi sənədlərə əsasən Qədir Quliyevin sağlığında hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilməmişdir. Qədir Quliyevin sağlığında hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilmədiyindən belə güman etmək olar ki, 12 sentyabr 2020-ci il tarixdə öz hərəkətlərinin mənasını başa düşüb, onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur.

24. Apellyasiya kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, Qədir Quliyevin vəsiyyətnaməni imzalayan zaman öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməməsi, öz iradəsini aydın ifadə edə bilməsi, bu hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi halları işin məhkəmə araşdırılması ilə sübuta yetirilmədiyindən, həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas mövcud deyil. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassız dır.

25. İddiaçının digər dəlili vəsiyyətnamə təsdiq olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın” 71-ci bəndinin tələblərinin pozulması ilə bağlıdır.

26. Bununla bağlı apellyasiya kollegiyası bildirmişdir ki, həmin təlimatın 71-ci bəndinə görə, vəsiyyətnamə təsdiq olunarkən vəsiyyət edəndən vəsiyyət etdiyi əmlak üzərində mülkiyyət hüququnu, eləcə də onun xeyrinə vəsiyyət olunan şəxslə qohumluq əlaqəsini təsdiq edən sənəd tələb olunmur. Vəsiyyətnamə kənar şəxsin xeyrinə də təsdiq oluna bilər. Əgər vəsiyyət edən özəlləşdirilmiş mənzili vəsiyyət edirsə, o zaman notarius bu mənzildə qeydiyyatda olan ailə üzvləri haqqında mə lumatı müvafiq informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin yazılı razılığını tələb edir. Notariuslar təsdiq elədikləri vəsiyyətnamələrin uçotunun əlifba kitabını aparmalıdır.

27. Normanın məzmununda da göründüyü kimi burada söhbət məhz “özəlləşdirilmiş” mənzilin vəsiyyət edilməsindən gedir ki, bu halı da hazırkı işə tətbiq etmək olmaz. Belə ki, sözügedən mənzillə bağlı vəsiyyətnamə tərtib edilərkən mənzil artıq Qədir Quliyevin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

28. Vəsiyyətnamə yazılı formada tərtib edilmiş, orada aydın olmayan və ya birbirinə zidd olan şərtlər mövcud deyil. Vəsiyyətnamə tərtib edilərkən qanunvericiliyin tələblərinə riayət edildiyi görünür. İddiaçının vəsiyyətnamə təsdiq edilərkən yuxarıda qeyd edilən təlimatın pozulması ilə bağlı dəlili vəsiyyətnamənin etibarlılıq şərtlərinə təsir etmədiyindən iddia bu əsasla da təmin oluna bilməz.

29. Beləliklə, vəsiyyətnamənin qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun tərtib edildiyini, onu verən şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilməsinin iş üzrə sübut olunmadığını nəzərə almış birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

30. Məhkəmə həmçinin Cavabdeh1 vəkilinin (nümayəndəsinin) iddia tələbinə 1 illik iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, vəsiyyətnamə yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yar adan birtərəfli əqddir. Miras qoyan Qədir Quliyev 24 iyul 2022-ci il tarixdə ölmüş, hazırkı iddia tələbi isə 1 illik müddət daxilində - 07 dekabr 2022-ci il tarixdə irəli sürülmüşdür. İddiaçının vəsiyyətnamənin varlığından daha əvvəl xəbərdar olması ilə bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Belə olan halda əqdin etibarsızlığı ilə bağlı 1 illik müddət iddiaçı tərəfindən buraxılmamışdır.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1337.5, 346.1-346.4, 354.2, 1133.1, 1133.2, 1151.1, 1166, 1167, 1179.1, 1179.2, 1180.1, 1225.1, 1225.2, 1225.3-cü, “Notariat haqqında” Qanunun 47-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 385.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

32. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)-252/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 346.1 1167, 1180.2-ci maddələrinin, “Notariat hərəkətlərinin aparılması haqqında” Təlimatın tələbləri pozulmuşdur.

34. Belə ki, Qədir Quliyevin yaşı, səhhəti, xəstəliyi nəzərə alınmaqla, onun vəsiyyətnamə verilən zaman şüurlu olması sübuta yetirilmir. X5 şəxsən yazmamış, onun sözlərindən yazılıb-yazılmadığı, ona oxunmasına dair şahidlərin heç biri dindirilməmişdir.

35. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

36. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələri ni vicdanla həyata keçirməyə borcludurlar. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1166-cü maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.3-ci maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

40. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən iş üzrə məhkəməxətşünaslıq və məhkəmə-psixiatrik ekspertizaları təyin edilərək keçirilmiş və toplanmış materiallarına səlahiyyətləri çərçivəsində ətraflı hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

43. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməs inə dair” 02 aprel 2021-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi izah etmişdir ki, əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəali yyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir.... Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləc ək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur.

44. İddiaçı vəsiyyətnamənin miras qoyanın iradəsinə uyğun olmamasını, sonuncunun vəsiyyətnam ə verən zaman şüurlu olmamasını iddia etsə də, bu hallarla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübut təqdim olunmamışdır. Halbuki, hazırkı iddianın təmini üçün miras qoyanın vəsiyyətnamə tərtib edilərkən öz hərəkətlərinin mənasını başa düşməsi deyil, məhz başa düşməməsi sübut olunmalıdır.

45. İzah olunmalıdır ki, yuxarıda qeyd olunan mülki prosessual normalara görə mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yarad an hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti tə min edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)-252/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar