Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1323/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Səmid oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin qaytarılması, ekspertizanın keçirilməsinə mane olma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı Səmid oğlunun və onun vəkili X2, cavabeh Cavabdeh1 və onun vəkili X5 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-122/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı Səmid oğluna (bundan sonra – iddiaçı) ailə üzvləri Ağayeva Hicran Cavad qızı, X18 və X19 ilə birlikdə Qəbələ rayonu, Kiçik Pirəli kəndi ərazisindən 1,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN0062 saylı (kod 40602028) dövlət aktında torpaq sahələrinin ölçüsü, planı, qonşu torpaqlar barədə və sair zəruri məlumatlar qeyd edilməklə, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları təsbit edilmişdir. Qəbələ rayo nu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə Qəbələ rayonu, Kiçik Pirəli kəndi ərazisindən Cavabdeh2 ailə üzvləri X6, X8 və X7 ilə birlikdə 0,61 və 0,76 ha torpaq sahələri, Cavabdeh1 ailə üzvləri X9, X4 və X10 ilə birlikdə 0,51 və 0,09 ha torpaq sahələri verilmişdir. Qəbələ rayon DNK-da bağlanmış xx.xx.2006-cı il tarixli 4Ə-0/1228 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Qəbələ rayonu, Kiçik Pirəli kəndi ərazisində yerləşən 0,31 ha torpaq sahəsi Cavabdeh1 və ailə üzvlərinin (V.Mustafayeva və N.Mustafayeva) mülkiyyətinə keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətdə olan torpağın cavabdehlərin qanunsuz sahibliyindən geri alınmas ı və həmin torpaqdan istifadəyə mane olan hallara son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun və ailə üzvlərinə məxsus olan 62A planşetində yerləşən 11740 kv.m torpaq sahəsinin bir hissəsini, təxminən 10000 kv.m hissəsini zəbt etmişlər, hazırda həmin torpaq sahəsindən istifadə edirlər və orada fındıq ağacları əkmişlər. O, cavabdehlərə dəfələrlə bildirmişdir ki, cavabdehlərin tutduğu torpaq sahəsi onlara məxsusdur və orada cavabdehlərin etdikləri bütün hərəkətlər qanunsuzdur. Cavabdehlər buna əhəmiyyət verməmiş və oraya qanunsuz sahiblik etməkdə davam edirlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, hazırda istifadələrində olan torpaq sahəsi onların mülkiyyətidir. O, öz torpaq sahələrini ölçmüşdür. Təxmini hesablamalarına görə 23 sot torpaq sahəsini zəbt etmişlər. Bu səbəbdən, ekspertizanın keçirilməsinə, ekspert tərəfindən dəqiq ölçmə işlərinin aparılmasına razıdır, torpaq sahəsinin dəqiq sərhədlərinin müəyyən olunmasına etiraz etmir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən digər Cavabdeh1 iddianı qismən qəbul edərək qardaşı olan cavabdehin izahatı ilə razı olduğunu, əlavəsinin olmadığını bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2017-ci il tarixli 12931 nömrəli rəyi ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.76 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən tutularaq istifadə olunmadığı, cavabdehlər tərəfin dən hər hansı tikilinin inşa edilmədiyi, iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1,76 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsinin başqa ərazidə yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş «xxxx» MMC-nin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, MMC-nin mütəxəssisləri tərəflərin iştirakı ilə xx.xx.2018-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş, GPS aləti vasitəsilə ölçü işləri aparmışlar. Kameral qaydada mərkəzin elektron bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki: 1) JN-0062 saylı dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,76 ha torpaq sahəsi verilmişdir. Həmin dövlət aktının 62A planşetində mülkiyyətə verilən 1,17 ha torpaq sahəsinin 0,5290 ha hissəsi Cavabdeh1 tərəfindən faktiki istifadə olu nur. 2) JN-0062 saylı dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,76 ha torpaq sahəsi verilmişdir. Həmin dövlət aktının 62A planşetində mülkiyyətə verilən 1,17 ha torpaq sahəsinin 0,5290 ha hissəsi Cavabdeh1 tərəfindən faktiki istifadə olunur. Cavabdeh tərəfindən istifadə olunan 0,5290 ha torpaq sahəsinin ölçüləri tərtib olunmuş sxemdə öz əksini tapmışdır. Həmin torpaq sahəsində hər hansı tikili inşa edilməmişdir. Sxem və tərəflərin iştirakı ilə tərtib edilmiş akt mütəxəssis rəyinə əlavə olunmuşdur. Məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli, 22214 saylı rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********30 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə təqdim olunmuş Şəki Layihə Tədqiqat İdarəsinin rəisi t ərəfindən imzalanmış mütəxəssis rəyinə əsasən, JN-0062 saylı dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,76 ha torpaq sahəsi verilmişdir. Həmin dövlət aktının 62A planşetində mülkiyyətə verilən 1,17 ha torpaq sahəsinin 0,5290 ha hissəsi Cavabdeh1 tərəfindən faktiki istifadə olunur. Cavabdeh tərəfindən istifadə olunan 0,5290 ha torpaq sahəsinin ölçüləri tərtib olunmuş sxemdə öz əksini tapmışdır. Həmin torpaq sahəsində hər hansı tikilinin inşa olunmadığı müəyyən edilmişdir. Rəyə plan-sxem əlavə olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(025)9/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim – E.İsayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,76 ha torpaq sahəsinin ( 62A planşetində mülkiyyətə verilən 1,17 ha torpaq sahəsinin) 0,5290 ha hissəsindən çıxarılması, cavabdehin iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsinə mane olan hallara son qoyulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,76 ha torpaq sahəsinin (62A planşetində mülkiyyətə verilən 1,17 ha torpaq sahəsinin) 0,5290 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt olunmuşdur və iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2, 158.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1460/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), İ.Quliyev və M.Əsədli) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iddianın qismən təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5896/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər – Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Ə.Şadiyev) Cavabdeh1 kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsi ilə bağlı xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli ekspertiza rəyləri bir-biri ilə ziddiyyət təşkil etməklə xx.xx.2018-ci il tarixli ekspertiza rəyini əsas götürməklə iddianı qismən təmin edən məhkəmələr, işdə olan xx.xx.2017-ci il tarixli ekspertiza rəyinə obyektiv qiymət verməmiş, həmin rəyə əsasən iddiaçıya məxsus olan torpaq sahəsinin başqa ərazidə yerləşməsi ba rədə nəticəni qiymətləndirməmiş və həmin rəyi qəbul etməməsi səbəblərini əsaslandırmamış, ümumiyyətlə həmin rəyə huquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə obyektiv həqiqəti müəyyən etmək, işdə olan zidiyyətləri aradan qaldırmaq, ədalətli qərar qəbul edilməsi üçün iş üzrə təkrar tikinti-texniki ekspertizası keçirilməli, onun nəticədən asılı olaraq, ekspertiza rəyləri arasındakı ziddiyyət aradan qaldırılmalı, həqiqətən cavabdehlərin iddiaçıya məxsus olan torpaq sahəsini zəbt edib-etməməsi aydınlaşdırılmalı, nəticədən asılı olaraq qanuni qərar qəbul edilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(107)-122/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Abbasov (sədrl ik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizаnın аpаrılmаsının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi, ekspertizanın mülki iş üzrə əvvəllər rəy vermiş ekspertlər Ələsgər Mirzəyev və Şükür Hüseynovun iştirakı olmadan keçirilməsi, ekspertizanın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin iştirakı ilə keçirilməsi və Daşınmaz Əmlakın K adastrı və Ünvan Reyestri Xidmətinin üzərinə müvafiq mütəxəssis rəyinin tərtib edilərək Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsi vəzifəsinin qoyulmasını qərara almışdır. Ekspertizanın keçirilməsi üçün bir neçə dəfə yerli baxış təyin oluna da, cavabdehlər faktiki istifadələrində olan torpaq sahələrinin ölçülməsinə icazə vermədiklərindən məhkəmə işinin araşdırılması və mütəxəssis rəyinin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası MPM-in 97.5, 99.1, 99.2 və 99.3-cü maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh tərəf iş üzrə obyektiv nəticəyə gəlmək üçün kollegiya tərəfindən təyin edilən ekspertizanın aparılmasına maneçilik törətmiş, iki dəfə mütəxəssislərin tədqiqat obyektində (Qəbələ rayonu Kiçik Pirəli kəndndə yerləşən torpaq sahəsi) iştirakları təmin edilmiş, cavabdehi n həmin vaxt ekspertizanın keçirilməsinə maneçilik törətməməsi üçün məhkəmə kollegiyasının təşəbbüsü ilə Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziəyə cəlb edilmiş, Cavabdeh1lə hakim köməkçisinin vasitəsi ilə telefon əlaqəsi yaradılaraq mütəxəssis tərəfindən ölçü işlərinin aparılmasına maneçilik törətmələrinin yol verilməz olduğu, onların etdikləri əməlin əslində ekspert rəyinin təqdim edilməsi ilə bağlı məhkəmə kollegiyasının qərarının icrasına maneçilik törətmək olduğu, bunun gələcəkdə onların ziyanına şərh edilə biləcəyi izah edilmiş, mütəxəssisin sözügedən torpaq sahəsində ölçü işləri aparmasına mane olmamaları tövsiyə edilmiş, bütün bunlara baxmayaraq Cavabdeh1 ailə üzvləri ilə birlikdə mütəxəssislərin tədqiqat obyektinə baxış keçirərək ölçü işlərinin aparılmasına bir daha m ane olaraq buna imkan verməmişdir. Cavabdeh1 məhkəmə kollegiyası tərəfindən təyin edilən ekspertizanın keçirilməsinə dəfələrlə, israrlı olaraq mane olduğundan MPM-in 97.5-ci maddəsinin tələbinə uyğun olaraq Məhkəmə kollegiyası bu halı cavabdehin ziyanına şərh edərək ekspertiza təyin edilən faktı təsdiq olunmuş hesab etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli, 22214 saylı rəyi ilə müəyyən edilmiş, JN-0062 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,76 ha torpaq sahəsinin verilməsi, həmin dövlət aktının 62A planşetində mülkiyyətə verilən 1,17 ha torpaq sahəsinin 0,5290 ha hissəsinin Cavabdeh1 tərəfindən faktiki zəbt edilərək istifadə olunması işin gerçək ha lına uyğundur. Məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli 22214 saylı rəyi ilə məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2017-ci il tarixli 12931 saylı rəyinin arasında olan ziddiyyətli məqamlara gəldikdə isə Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarından və tərəflərin bildirdiklərindən göründüyü kimi, respublikada aparılan aqrar islahatlar zamanı Qəbələ rayonunda torpaq islahatı iki dəfə aparılmış, ilk torpaq islahatı qüsurlu keçirildiyindən nəticələri ləğv olunaraq torpağa mülkiyyət hüququna dair verilən bütün sənədlər, o cümlədən Torpağa mülkiyyət hüququna dair dövlət aktları əhalidən yığılmış, yenidən islahat aparıldıqdan sonra subyektlərin adlarına yeni sənədlər tərtib edilərək paylanmışdır. Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2017 -ci il tarixli 12931 saylı rəyində səhvən Qəbələ rayonunda keçirilmiş ilk (artıq ləğv edilmiş) islahatın nəticələrindən istifadə olunmuşdur. Bunu tərəflər, habelə birinci instansiya məhkəməsində mütəxəssis kimi izahat vermiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestr Xidmətinin Qəbələ Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi X1 Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli iclasında bildirmişlər. İş materiallarının 105-107-ci səhifələrində olan birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, qeyd edilən hal iddiaçının və cavabdehlərin izahatlarında əks edilmiş, o cümlədən mütəxəssis X3 izahatında göstərmişdir ki, “Arxiv məlumatlarına əsasən torpaq islahatının Qəbələ rayonunda təkrar keçirildiyi təsdiq olunur. Müt əxəssis rəyi verildikdən sonra iddiaçının müraciəti əsasında ekspertiza tədqiqatı zamanı ilkin baza məlumatları əsaqsında rəy verildiyi məlum olub.” Məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli 22214 saylı rəyində isə Qəbələ rayonunda qüsurlu keçirilmiş ilk torpaq islahatının nəticələri aradan qaldırıldıqdan sonra əhaliyə paylanan Torpağa mülkiyyət hüququna dair dövlət aktlarından istifadə edildiyindən kollegiyaya görə həmin xx xxxxxxx 2018-ci il tarixli 22214 saylı məhkəmə mühəndis-texniki ekspertizası rəyi mötəbər olmaqla, həmin rəy ilə müəyyən edilən işin halları həqiqətə uyğundur. Beləliklə, Məhkəmə kollegiyası Mülki Məcəllənin 152.2, 152.5, 157.2, 157.4, 157.5, 164.1 və 165.1-ci maddələrinə istinadla hesab etmişdir ki, JN-00xx xxx 40602028 saylı Torpağa mülki yyət hüququna dair Dövlət Aktına əsasən sözügedən torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətindədir. Həmin torpaq sahəsindən Cavabdeh1 hazırda qanunsuz olaraq istifadə edir, ona görə də birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi hissədə gəldiyi qənaət qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkil X13) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, kassator tərəfindən iddiaçının hər hansı torpaq sahəsinin zəbt edil məməsinə, qətnamədə qeyd edilən torpaq sahəsinin 30 ildən artıq müddətdə kassator tərəfindən istifadə edilməsinə, bu müddət ərzində iddiaçının buna hər hansı etirazının olmamasına, ümumiyyətlə iddiaçının qeyd etdiyi torpaq sahəsinin kassatorun mülkiyyətində olan torpaq sahəsində deyil, digər boş sahədə yerləşməsinə əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rədd olunmasını xahiş etdilər. İddiaçı və onun vəkili ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsi qətna məsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə ara şdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə kassator birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın təmin edilmiş hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə b ilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdans ız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sa hib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. MPM Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 99.3. Ekspertiza tədqiqatın xarakterindən asılı olaraq zəruridirsə və ya tədqiqat aparma q üçün materialları məhkəmə iclasına gətirmək mümkün deyilsə, habelə çətinlik törədirsə, məhkəmənin iclasında və ya məhkəmə iclasından kənar keçirilə bilər. İşdə iştirak edən şəxslərin məhkəmə iclasından kənar ekspertizanın keçirilməsində iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər. Bu zaman işdə iştirak edən şəxslər tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb edə və ekspertə izahlar verə bilərlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmama lı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-122/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1323/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1323/2021
01.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver