Məhkəmə qərarları › İş №2(102)-1323/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1323/2023

13.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1323/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1323/2023 (Açar sözlər: əmlakın paylara bölünməsi,sübutetmə) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X10 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “şərikli mülkiyyətdə olan evin qiymətləndirilməsi və açıq hərracda satılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2219/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nü mayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Əmlakın Dövlət Reyestrindən verilmiş seriya RX № ******* saylı çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 73,5 kv.m. olan 16 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh və İddiaçı adına 24.06 2016 və xx.xx.2016-cı il tarixlərdə qeydə alınmışdır.

2. Şamaxı Rayon Məhkəməsinin 2(074)-252/2020 saylı, 22 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzilin ilkin satış qiymət 42.000 manat müəyyən edilərək hərraca çıxarılması və Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzili satıldıqdan sonra əldə olunan məbləğin tərəflər arasında paylara mütənasib şəkildə bölünməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2627/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qərardadı ilə, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)252/2020 saylı, 22 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətində olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

4. Şamaxı Rayon Məhkəməsinin 2(074)-398/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyə tin qalan iştirakçısı tərəfindən kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir.

5. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1185/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdehlər ƏMDRX-nin 14 saylı ərazi idarəsi, Şamaxı şəhər Mənzil idarəsi və İddiaçı qarşı Şamaxı şəhəri Məhəmməd Hadi küçəsində yerləşən 19 nömrəli evin 16 saylı mənzilinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 iyun 2016-cı il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edimişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı “şərikli mülkiyyətdə olan evin qiymətləndirilməsi və açıq hərr acda satılması” tələbinə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, DƏDRX tərəfindən ona verilmiş xx.xx.2016-cı il tarixli Seriya RX № ******* saylı çıxarış əsasında mülkiyyətində olan ünvan 2 ünvanındaki evin məcburi qaydada açıq hərracdan satışa çıxarılaraq əldə olunmuş vəsaitin yarısının ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, öz mülkiyyətindən istifadə edə bilmədiyinə görə əvvəlcə məhkəməyə bu mübahisəli mənzilin naturada bölünməsi ilə bağlı müraciət etmiş, lakin məhkəmə iddianı təmin etməmiş, daha sonra sözügedən mübahisəli mənzilin məcburi qaydada açıq hərracda satılaraq əldə olunmuş vəsaitin yarısının ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-252/2020 saylı, 22 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, lakin cavabdeh apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ona bildirmişdir ki, o, Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş ardıcıllığa riayət etməmişdir. Odur ki, əvvəlcə cavabdeh tərəfindən ona kompensasiya ödənilməsi barədə iddia qaldırmalı və əgər cavabdeh iddiaçını qane edən məbləğdə kompensasiyanı ödəməkdən imtina edərsə, bundan sonra paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi tələbi üzrə iddia ilə yenidən məhkəməyə müraciət etməlidir. Bundan sonra o, iddiadan imtina etmiş, bu əsasda Sumqayıt Apellyasiya Məhk əməsinin Mülki Kollegiyası 2(105)-2627/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qərardadı ilə həmin iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-252/2020 saylı, 22 iyun 2020-ci il tarixli qətnaməsini ləğv edib iş üzrə icraata xitam vermişdir. O, “paylı mülkiyyətin qalan iştirakçısı tərəfindən kompensasiyanın ödənilməsi” tələbi üzrə iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş, bu iddia tələbi üzrə mübahisəli evin məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış dəyərinin yarısını (21.000 manat pul) cavabdeh tərəfindən ona kompensasiya kimi ödəməsini istəmiş, lakin cavabdeh onunla razılaşmamışdır. Ona görə də Şamaxı Rayon Məhkəməsi 2(074)398/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbini təmin etməmişdir. Həmin qətnamədə bildirilmişdir ki, o, mübahisəli mənzil in açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib bölünməsi barədə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

8. Şamaxı Rayon Məhkəməsinin 2(074)-38/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia tələbi təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli Şamaxı şəhəri Məhəmməd Hadi küçəsi ev 19 mənzil 16 açıq hərracdan satılmalı və əldə edilmiş vəsait İddiaçı və Cavabdeh arasında bərabər paylarda bölünməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 220-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 217.4, 218.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 19 nömrəli evin 16 saylı mənzilin icarədarı mərhum anası X2muşdur. Mübahisəli mənzil üzərində payların müəyyən edilməsində yol verilmiş qanun pozuntusunun aradan qaldır ılması ilə bağlı o, ƏMDXK-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı hələ əri Mais Əliyevin vəfatından əvvəl onunla birlikdə yaşayış yerini dəyişərək, 20 ildən artıq müddət ərzində bir daha mübahisəli mənzildə yaşamadıgından mənzildən istifadə hüququnu itirərək kirayəçi Svetlana Əliyevanın ailə üzvü hesab edilmişdir. Hazırda iddiaçının adına 29 iyun 2016-cı il tarixli çıxarışın ləğv edilməsi barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsinin mübahisəli mənzildən istifadə hüquqları olan bacıları X4, X3 və digər ailə üzvlərinin işdə iştirak etməyə cəlb etməli olduğu halda, cəlb etməməsi və Sumqayıt İnzibati Məhkəməsində baxılan inzibati iş həlledilməyincə hazırkı işin icraatını dayandırması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57 və 254.1.4-cü mad dələrinin tələblərininin pozulması ilə nəticələnmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2219/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən işdə olan çıxarışın etibarsızlıgı barədə məhkəməyə müraciət edilməsinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə almaması barədə apellyasiya şikayətdə gətirdiyi dəlili qəbul etməyərək qeyd etmişdir ki, işdə olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-1185/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər ƏMDRX- nin 14 saylı ərazi idarəsi, Şamaxı şəhər Mənzil idarəsi və İddiaçı qarşı Şamaxı şəhəri Məhəmməd Hadi küçəsində yerləşən 19 nömrəli evin 16 saylı mənzilinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 iyun 2016-cı il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edimişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir.

16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 220-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.2, 217.4, 372.1, 372.6, 372.7-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmı şdır ki, apellyasiya instansiyası məhkəməsi nəinki şikayətin dəlillərini düzgün araşdırmamış və qiymətləndirməmiş, hətta apellyasiya şikayətini oxumamış və onu öyrənməmişdir. Bu hal mübahisələndirilən qətnamənin məzmunu ilə tam təsdiq olunur. Belə ki, birinci instansiya məhməsinin qətnaməsinə mübahisələndirilən qətnamənin yalnız giriş və nəticə hissəsində istinad edilmişdir. Əslində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilməyən və cavabdehin apellyasiya şikayətinə aidiyyəti olmayan 2(047)1185/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qətnaməsnin qanuniliyini yoxlayıb gəldiyi nəticəni xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd etmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi ilə eyni mövqedən çıxış edərək, vəsatət verməsinə baxmayaraq vəsatətini təmin etməyib, mübahisəli mənzildən istifadə hüquqları olan və qəbul olunmuş məhkəmə qətnaməsi ilə hüquqlarına toxunan bacıları X4, X3 və digər ailə üzvlərinin işdə iştirak etməyə cəlb etməməklə, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinə əməl etməməklə, Sumqayıt İnzibati Məhkəməsində baxılan inzibati iş həll edilməyincə hazırkı işin icraatını dayandırmalı olduğu halda dayandırmamaqla müvafiq maddi hüquq normalarını pozmuşdur. Həmçinin, mübahisəli mənzilin icarədarı olmuş anası X1 sağlığında mənzil özəlləşdirilərkən anası X6, bacıları X7, X5 və qardaşı X9 DƏDRX-nə ərizə verib öz paylarından onun xeyrinə imtina edərək, mənzilin onun adına özəlləşdirilməsini xahiş etmişlər. Lakin iddiaçı mənzildən ist ifadə hüququnu itirməsinə, habelə icarədarın ailə üzvü hesab edilməməsinə baxmayaraq o, bəlli olmayan vaxtda və məlum olmayan yollarla mənzilin qeydiyyatına alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən adına xx.xx.2016-cı il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa öz adını daxil etdirərək mənzil üzərində 1/2 pay hüququ əldə etməyə nail olmuşdur. Halbuki, iddiaçının mübahisəli mənzilindən istifadə hüququnu itirməsi və həmin mənzilə hər-hansı hüququnun olmaması Şamaxı şəhər Mənzil İstismar sahəsinin xx.xx.2001-ci iltarixli, 24 saylı F 2 nömrəli arayışı ilə təsdiq edilmişdir.

19. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4-cü, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53c ü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 47.2, 57, 88, 254.1.4- cü, Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 5, 12-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

22. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

23. Maddə

220. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanı n onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq- aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmu ş sübutlara hüquqi qiymət vermişdir.

39. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin mənasına görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

40. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mül ki Məcəllənin 213-cü maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.

41. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir (Mülki Məcəllənin 216-cı maddəsi).

42. İddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 220.6-cı maddəsi təşkil edir. Həmin normanın tələbinə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növb ədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Baxılan işin halları həmin dispozisiya şərtlərinə uyğundur.

43. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müə yyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-c i maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edil məsindən sonra mümkündür.

45. İş materiallarından görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işin hallarını bu əsaslar üzrə ətraflı araşdırılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsini yoxlamış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində sadalanan əsas dəlillər iddiaçı tərəfindən mübahisəli mənzilə mülkiyyət payının qanunsuz olaraq əldə edilməsi, məhkəmələr tərəfindən mənzildə yaşayan şəxslərin və digər ailə üzvlərinin işdə iştirak etməyə cəlb edilməməsi ilə bağlıdır. Kassasiya şikayətini n məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə həmin dəlilləri əsassızdır. Belə ki, göstərilən dəlillər hazırki məhkəmə araşdırmasının predmetinə aid olmamaqla yanaşı, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

47. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətini n dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

49. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2219/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar