Məhkəmə qərarları › İş №2(102)-1323/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1323/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1323/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka saxlayanın üstün təminat almaq hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6087/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şika yətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 aprel 2018-ci il tarixli 109840407052/2 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən borcalan Cavabdeh2 42 ay müddətinə, kreditdən istifadəyə görə illik 26 faiz ödənilməsi şərtilə, 20.000 manat kredit verilmişdir;

3. Sözügedən kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə həmin cavabdeh arasında sonuncunun ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 240.9 kv.m. olan qeyri-yaşayış sahəsinin iddiaçının xeyrinə ipoteka qoyulmasına dair 25 aprel 20 18-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır;

4. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-121/2023 saylı qərardadı ilə Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinə əsasən, Cavabdeh2 sözügedən qeyri-yaşayış sahəsini "xxxx" MMC-nin mülkiyyətinə verməyi, sonuncu isə Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.metr, 1 otaqdan ibarət olan 266 saylı mənzil, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.metr, 3 otaqdan ibarət olan 160 s aylı mənzil, həmin 12 mərtəbəli, 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.metr olan 21/A qeyri-yaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.metr olan 23 saylı qeyri-yaşayış sahəsini Cavabdeh2 mülkiyyətinə və "xxxx" MMC tərəfindən Cavabdeh2 depozitinə qoyulmuş 162194 manat pulu Cavabdeh2 verməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 25 aprel 2018-ci il tarixli 109840-407052/2 nömrəli kredit müqavi ləsi üzrə 7.938,28 manat əsas borc və 2.495,37 manat faiz borcu olmaqla, cəmi 10433.65 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 121.70 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyriyaşayış sahəsinə (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ip oteka predmeti hərracda satıldıqda Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsindən (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) çıxarılması və həmin sahənin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 ilə bağlanmış 25 aprel 2018-ci il tarixli 109840-407052/2 nömrəli kredit müqaviləsinə əsasən 26 faiz dərəcəsilə, 24 ay müddətinə 20000 manat məbləğində kredit götürülmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) 25 aprel 2018-ci il tarixli 109840-407052/2 nömrəli sonrakı ipoteka müqaviləsin ə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən “İpoteka haqqında” AR-in Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2022-ci il tarixli 001/007/0033/2022 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh2 xx.xx.2022-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öz üzərinə götürdüyü öhdəl iyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır.

7. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 25 aprel 2018-ci il tarixli 109840-407052/2 nömrəli kredit müqaviləsi üzrə 7.938,28 manat əsas borc və 1.173,52 manat faiz borcu olmaqla, cəmi 9.111,80 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 121.70 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 t am mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsindən (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) çıxarılması və həmin sahənin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçı yenidən Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 25 aprel 2018-ci il tarixli 109840-407052/2 nömrəli kredit müqaviləsi üzrə 7.938,28 manat əsas borc və 1.173,52 manat faiz borcu olmaqla, cəmi 9.111,80 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 121.70 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) yönəldilməsi, tutmanın girov obyektinin əvəzinə görə verilmiş Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərt əbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.metr, 1 otaqdan ibarət olan 266 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.metr, 3 otaqdan ibarət olan 160 saylı mənzilə, həmin 12 mərtəbəli, 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.metr olan 21/A qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.mter olan 23 saylı qeyri-yaşayış sahəsinə və "xxxx" MMC tərəfindən Cavab deh2 depozitinə qoyulmuş 162.194 manat pula yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9. "xxxx" MMC-nin xx.xx.2023 tarixli, 01/23-259 nömrəli hesabatına əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1 ünvanında yerləşən 36.75 kv.metr ümumi sahədən ibarət 21/A saylı qeyri-yaşayış sahəsinin bazar dəyəri 45000 (qırx beş min) manat, likvid dəyəri 38000 (otuz səkkiz min) manat müəyyən edilmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(011)-45/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia qismən təmin edilərək, Cavabdeh2 7.938,28 (yeddi min doqquz yüz ot uz səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 1.173,52 (bir min yüz yetmiş üç manat əlli iki qəpik) manat faiz borcu olmaqla cəmi 9.111.80 (doqquz min yüz on bir manat səksən qəpik) borc və ödənilmiş 121.70 (yüz iyirmi bir manat yetmiş qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi, keçirilmiş ekspertizanın dəyəri olan 300 manatın 150 (bir yüz əlli) manatının İddiaçı ASC-dən, qalan 150 (bir yüz əlli) manatın isə Cavabdeh2 alınıb "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini, p ul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Tələb hər iki cavabdehə yönəlmiş, sonuncu dəqiqləşmə ərizəsi ilə müəyyən edilmişdir ki, iddia tələbi Cavabdeh2 qarşı yönəlmiş, Cavabdeh1 hazırkı iş üzrə hansı öhdəliyi pozması və hansı öhdəliyi lazımi qaydada icra etməməsi müəyyən edilməmişdir. Belə ki, sonuncu ilə bağlanan hər hansı müqavilə iş materiallarına əlavə edilməmişdir. Cavabdehdən tutulmalı olan əsas borcun və faiz borcunun məbləği təmin edilməlidir. Cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu və xərcləri ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh əsas öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Tələbin yönəlməsinin istənildiyi ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsi məhv edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak sığorta edilməlidir. Hazırkı iş üzrə tərəflər əmlakın sığorta edilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. “İpoteka haqqında” Qanuna əsasən ipoteka predmeti məhv olduqda ipoteka müqaviləsinə xitam verilir. İddiaçı faktiki olaraq mövcud olmayan əmlaka tutmanın yönəldilməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 448.1, 739.1-ci, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 27.3, 32.1, 34, 48.1.4-cü və digər maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini tutmanın ipoteka predmetinin əvəzində verilmiş əmlaklara yönəldilməsi hissəsində təmin etməyən məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.10-cu maddəsini nəzərə almamışdır. Həmin maddəyə əsasən, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6087/2023 saylı,12 dekabr 2023-cü il ta rixli qətnaməsi ilə (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Kamran Əkbərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş materiallarından məlum olur ki, tələbin yönəlməsinin istənildiyi ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 240.9 kv.m olan qeyriyaşayış sahəsi məhv edildiyindən, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməmişdir. Hazırda iddiaçı barışıq sazişi ilə cavabdehə verilən əmlaklara tutmanın yönəldilməsini tələb edir.

17. Mülki Məcəllənin 269.10-cu maddəsinə görə, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Bu norma ipoteka predmeti olan əmlakın məhv olması və zədələnməsi nəticəsində həmin zərərin ödənilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia qaldırmaq hüququnu nəzərdə tutur. Hazırkı tələbin ipoteka predmetinin əvəzinə verilmiş əmlaka yönəldilməsi tələbi baxımından bu norma əhəmiyyət kəsb etmir.

18. Apellyasiya şikayətinin digər dəlilinə görə, rayon məhkəməsi qətnamənin əsaslandırılma hissəsində qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, ipoteka predmeti olan əmlakın digər əmlakla əvəz edilməsi yalnız tərəflərin razılaşdırılması əsasında mümkündür və hazırki iş üzrə tərəflər arasında belə bir razılaşmanın olması aşkar ed ilmir. Halbuki tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə ipoteka qoyanın vəzifələri müəyyən edilmişdir. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən, ipoteka predmeti tam və ya qismən zədələndikdə və ya onun mülkiyyət hüququna xitam verildikdə ipoteka predmetini ipoteka saxlayanla razılaşdırılmış müddətdə bərpa etmək və ya eyni dəyərli digər təminatla əvəz etmək kimi vəzifəsi nəzərdə tutulur. Odur ki, ipoteka predmeti olan əmlakın digər əmlakla əvəzedilməsi barədə razılaşma ipoteka müqaviləsində nəzərdə tutulduğundan sonradan təkrar razılaşmanın əldə edilməsinə ehtiyac yaranmır.

19. Kollegiya bu dəlillə bağlı qeyd etmişdir ki, ipoteka müqaviləsində ipoteka qoyanın ipoteka predmeti tam və ya qismən zədələndikdə və ya onun mülkiyyət hüququna xitam verild ikdə ipoteka predmetini ipoteka saxlayanla razılaşdırılmış müddətdə bərpa etmək və ya eyni dəyərli digər təminatla əvəz etmək kimi vəzifəsi qeyd edilməsi, öz-özlüyündə ipoteka saxlayanın razılığı olmadan ipoteka predmeti olan əmlakın digər əmlakla əvəz edilməsi anlamına gəlmir.

20. İpoteka müqaviləsinin 6.5-ci bəndinə əsasən, ipoteka predmeti tam və ya qismən zədələndikdə və ya onun mülkiyyət hüququna xitam verildikdə ipoteka predmetini ipoteka saxlayanla razılaşdırılmış müddətdə bərpa etmək və ya eyni dəyərli digər təminatla əvəz etmək kimi vəzifəsi nəzərdə tutulmuş olsa da, həmin ipoteka predmeti əvəzləşdirilməmiş, tərəflər arasında belə bir razılaşma olmamışdır, bu baxımdan apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır.

21. Mülki Məcəllənin 290.1-ci maddəsinə görə, girov qoyanın girov predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada, dövlət ehtiyacları üçün satınalma, rekvizisiya və ya milliləşdirmə nəticəsində xitam verildikdə və girov qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə girov hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə, girov saxlayan girov qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir.

22. Hazırkı iş materiallarından da görünür ki, əmlak dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə məqsədləri ilə məhv edilməmişdir. Belə olan halda məlum olur ki, tutmanın barışıq sazişi əsasında cavabdehə təqdim edilmiş əmlaklara və pul vəsaitinə yönəldilməsi mümkün deyil.

23. Bu baxımdan apellyasiya şikayətinin barışıq müqavil əsi üzrə əvəz kimi verilmiş əmlaklardan birinin, yəni yəni Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzilin tikintisi başa çatmış və borclu Cavabdeh2 təhvil verilməsi barədə dəlili də əsassızdır.

24. Məhkəmə mövqeyini Mülki Məcəllənin 269.1, 279, 295, 296.1, 385.1, 442, 448.1, 739-cu, “İpoteka haqqında” Qanunun 27.3, 32.1, 34, 48.1.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilmə sini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar verərkən AR Mülki Məcəlləsinin 269.10-cu maddəsini nəzərə almamışdır. Kollegiya qeyd etmişdir ki, həmin maddədən görünür ki, bu norma ipoteka predmeti olan əmlakın məhv olması və zədələnməsi nəticəsində həmin zərərin ödənilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia qaldırmaq hüququnu nəzərdə tutur. Hazırkı tələbin ipoteka predmetinin əvəzinə verilmiş əmlaka yönəldilməsi tələbi baxımından bu norma əhəmiyyət kəsb etmir.

27. Kassator qeyd etmişdir ki, bank yuxarıda qeyd olunanlara uyğun olaraq iddia tələbini dəqiqləşdirərək əvəz almaq tələbini irəli sürmüşdür. Lakin buna baxmayaraq, Xətai Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülk i Kollegiyası iddia tələbinə düzgün qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəlləsinin 81 və 88-ci maddələri Xətai Rayon Məhkəməsi öz mövqeyində qeyd edir ki, “məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası təyin edilmiş və bu əsnada barışıq sazişi üzrə cavabdehə təqdim edilmiş əmlakların mövcud olmaması, yəni gələcəkdə tikilməsinin nəzərdə tutulmasımüəyyən edilir. Beləliklə, iddiaçı bu gün faktiki olaraq mövcud olmayan əmlaka tutmanın yönəldilməsini xahiş etmişdir.” Məhkəmə icraatı zamanı tərəfimizdən müəyyən edilmişdir ki, əvəz kimi verilən əmlaklardan biri, yəni Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylımənzilin tikintisi başa çatmış və borclu Cavabdeh2 təhvil verilmişdir.

28. Həmçinin, müəyyən edilmişdir ki, kompensasiya kimi depozitə qoyulmuş pul vəsaiti Cavabdeh2 tərəfindən təhvil alınmış, lakin, buna baxmayaraq banka olan borcunun ödənilməsindən yayınmışdır. Bu barədə məhkəmə iclası zamanı tərəfimizdən bildirilmiş və həmçinin borclu və "xxxx" MMC-nin əməkdaşı tərəfindən şifahi təsdiq edilmişdir. Ona görə də, qiymətləndirmə təyin olunmazdan əvvəl müvafiq faktın rəsmi təsdiq edilməsi üçün "xxxx" MMC-nə rəsmi müraciət olunması xahiş edilmişdir. Lakin, buna baxmayaraq, məhkəmə ətraflı araşdırma aparmadan və müraciətimiz nəzərə alınmadan digər əmlakın qiymətləndirilməsi qərara almışdır. Halbuki, qiymətləndirmə təyin olunmazdan əvvəl düzgün və əsaslı nə ticəyə gəlmək üçün məhkəmə bütün lazımı araşdırmalar aparmalı idi. Odur ki, bütün təqdim olunmuş faktlar barədə məlumatlar olmasına baxmayaraq məhkəmələr onlara qiymət verməmiş və subyektiv yanaşaraq əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 1.2. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək Mülki Məcəllənin vəzifələri sırasındadır.

31. Maddə 6.1. Şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləri sırasındadır.

32. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

33. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

34. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

35. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür.

36. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

37. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

38. Maddə 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.

39. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

40. Maddə 269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən, girov saxlayanın (ip oteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin.

41. Maddə 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.

42. Maddə

287. Girov predmeti məhv olduqda və ya zədələndikdə və ya ona mülkiyyət hüququna xitam verildikdə girov qoyan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini ağlabata n müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir.

43. Maddə 290.1. Girov qoyanın girov predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada, dövlət ehtiyacları üçün satınalma, rekvizisiya və ya milliləşdirmə nəticəsində xitam verildikdə və girov qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə girov hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə, girov saxlayan girov qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir.

44. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

45. Maddə

297. Girov qo yulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.

46. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

47. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

48. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şər tləri pozmaqla icra edilməsi) başa düşülür.

49. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

50. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

51. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başq alarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

52. Maddə 27.2. İpoteka qoyan ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir.

53. Maddə 27.3. İpoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər.

54. Maddə 32.1. İpoteka qoyanın ipo teka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər.

55. Maddə

34. Öhdəliyin, yaxud onun bir hissəsinin icrası nın 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Baxılan işdə mübahisəli hal iddiaçının kredit müqaviləsindən irəli gələn alacağının ipoteka predmetinin əvəzində verilmiş əmlaka yönəldilməsi ilə bağlıdır.

65. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 25 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının tələb hüququnun təminatı kimi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipote ka ilə yüklü edilmişdir. Bununla belə, ipoteka qoyan Cavabdeh2, "xxxx" MMC ilə bağladığı barışıq sazişi əsasında həmin sahəni MMC-nin mülkiyyətinə verməyi, MMC isə Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında bir neçə mənzili və qeyri-yaşayış sahəsini, eləcə də 162.194 manat pulu Cavabdeh2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür (§ 2-4).

66. İddiaçı bildirir ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin sökülməsinə və Cavabdeh2 tərəfindən sazişdə göstərilən əmlakın (o cümlədən 162.194 manat pulun) alınmasına baxmayaraq, 9.111,8 manat kredit borcu ödənilməmişdir. Ona görə də məhkəmə qətnaməsi ilə tutulan kredit borcu girov obyektinin əvəzində verilmiş əmlaka yönəldilməli dir.

67. İddiaçı bu tələbinin müqavilə əsası kimi ipoteka müqaviləsinin 6.5-ci bəndinə, qanuni əsası kimi Mülki Məcəllənin 269.10-cu maddəsinə əsaslanır.

68. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 6.5-ci bəndinə görə, ipoteka predmeti tam və ya qismən zədələndikdə və ya onun mülkiyyət hüququna xitam verildikdə ipoteka predmetini ipoteka saxlayanla razılaşdırılmış müddətdə bərpa etmək və ya eyni dəyərli digər təminatla əvəz etmək ipoteka qoyanın vəzifəsidir.

69. Mülki Məcəllənin 269.10-cu maddəsinə əsasən, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.

70. İddiaçının bu tələbini rədd edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı faktiki olaraq mövcud olmayan əmlaka tutmanın yönəldilməsini xahiş etmişdir. Belə ki, tələbin yönəldilməsi istənilən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsi məhv edilmişdir. İpoteka predmeti məhv olduqda ipoteka müqaviləsinə xitam verilir (§ 11).

71. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya məhkəməsi isə qeyd etmişdir ki, Mülki Məcəllənin 269.10-cu maddəsi ipoteka predmeti olan əmlakın məhv olması və zədələnməsi nəticəsində həmin zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququdur. Hazırkı tələbin ipoteka predmetinin əvəzinə verilmiş əmlaka yönəldilməsi tələbi baxımından bu norma əhəmiyyət kəsb etmir. İpoteka müqaviləsinin 6.5 -ci bəndinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ipoteka predmeti əvəzləşdirilməmiş, tərəflər arasında belə bir razılaşma olmamışdır. Bundan əlavə, əmlak dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə məqsədləri ilə məhv edilmədiyi üçün tutmanın barışıq sazişi əsasında cavabdehə təqdim edilmiş əmlaklara və pul vəsaitinə yönəldilməsi mümkün deyil (§ 17, 20-22).

72. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

73. Mülki Məcəlləyə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ya ipoteka qoyan müqavilə əsasında kreditorun şəxsi borcluya qarşı tələb hüququna öz əmlakı ilə təminat verməklə həmin əmlak üzərindəki mülkiyyət hüququnu məhdudlaşdırır. Belə ki, şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əmlakın satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur (§ 33-34, 37, 44-47, 53, 55).

74. Girov və ya ipoteka hüququ yazılı müqavilənin bağlanması ilə (Mülki Məcəllə, maddə 270.1), yaxud digər əsaslarla meydana gəlir (Mülki Məcəllə, maddə 270.2): məsələn, qanuna əsasən yaranan ipoteka hüququ (Mülki Məcəllə, maddə 252.4, 253.3 və s.).

75. Hansı əsasla yaranmasından asılı olmayaraq, mülki dövriyyədə girov və ya ipoteka saxlayanın məhdud əşya hüququnun təmin edilməsi və qorunması üçün qanunvericilikdə bir sı ra müddəalar nəzərdə tutulmuşdur.

76. Belə ki, girovla təminat altına alınmış əsas öhdəlik icra edilmədikdə girov saxlayanın girov predmetini məcburi satdırmaq hüququ, eləcə də alacağın girov predmeti hesabına ödənilməsində girov saxlayanın üstünlük hüquqları təsbit edilmişdir.

77. Üstünlük hüququ dedikdə, girov saxlayanın girov predmetinin mülkiyyətçisinin digər kreditorlarına nisbətən üstün qaydada təminat almaqla (Mülki Məcəllə, maddə 269.7) yanaşı, girov əmlakın çevrildiyi digər maddi dəyərlərdən də üstün təminat almaq imkanı başa düşülür.

78. Bu cür hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin 290.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddələrində göstərilir ki, ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdi rilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər (§ 43, 54).

79. Eyni qaydada, girovda olan əşyanın kimin xeyrinə sığortalanmasından asılı olmayaraq girov (ipoteka) saxlaya nın hüququ var ki, əşyanın itirilməsi və ya zədələnməsinə görə verilən sığorta ödənişindən (əgər hadisə girov saxlayanın cavabdeh olduğu səbəblərdən baş verməyibsə) təminat alsın (Mülki Məcəllə, maddə 269.8 - § 40).

80. Qanunverici girov əmlakın zədələnməsi və ya məhv olması hallarında girov və ya ipoteka saxlayanın hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 269.10-cu maddəsində nəzərdə tutmuşdur ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Oxşar qayda girovla bağlı Mülki Məcəllənin 287-ci maddəsində nəzərdə tutulmuşdur (§ 41-42).

81. İstinad olunan normaların ortaq cəhəti ondan ibarətdir ki, girov (ipoteka) predmeti sıradan çıxdığı bütün hallarda girov saxlayanın əvəz almaqla predmetin yerinə keçən əmlaka üstün hüquqa malik olan şəxs kimi tutma yönəltmək hüququ vardır.

82. Baxılan iş üzrə tərəflər arasında bağlanmış ipoteka müqaviləsində şərtləşdirilmişdir ki, ipoteka qoyan, ipoteka predmeti üzərindəki mülkiyyət hüququna xitam verildikdə onu eyni dəyərli digər təminatla əvəz etmək öhdəliyi daşıyır (bənd 6.5). Bu şərt girov əmlaka mülkiyyət hüququnun aradan qalxacağı halda onu başqa əmlakla əvəz edəcəyinə dair ipoteka qoyanın ipoteka saxlayana notarial əqd əsasında razılıq verməsinə dəlalət edir.

83. Eyni zamanda ipoteka qoyan Cavabdeh2 bağladığı sazişlə sözügedən ipoteka predmeti üzərindəki mülkiyyət hüququnu "xxxx" MMC-yə verməsi, qeyri-yaşayış sahə sinin sökülməsi və bunun əvəzində ipoteka qoyanın başqa əmlak alması işin mübahisə olunmayan hallarıdır.

84. Belə olan təqdirdə ipoteka predmeti üzərində mülkiyyət hüququna xitam verilməsinin qarşılığı olaraq ipoteka qoyana verilən əmlakdan ipoteka saxlayanın (iddiaçının) əvəz istəməklə alacağını həmin əmlaka yönəltmək tələbinin yuxarıda sadalanan maddi hüquq normalarına və müqavilə şərtinə uyğun olub-olmamasına mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir.

85. O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əvəzləmək barədə ipoteka qoyanın üzərinə qanun norması və özünün razılıq verdiyi müqavilə şərti ilə qoyulan öhdəlik yerinə yetirilmədikdə onun icrasına məcbur etmə ipoteka saxlayanın qaldırdığı iddia üzrə məhkəmənin qərarı əsasında həyata keçirilməlidir.

86. Odur ki, apelyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qaydaları nəzərə almadan, işin halları ilə aidiyyəti qanun normalarının (və müqavilənin) dispozisiya şərtləri arasındakı uyğunluğa dair hüquqi dəyərləndirmə aparmadan “tərəflər arasında ipoteka predmetinin əvəzləşdirilməsinə dair razılaşma olmaması, tələbin ipoteka predmetinin əvəzinə verilmiş əmlaka yönəldilməsi iddiası baxımından Mülki Məcəllənin 269.10-cu maddəsinin əhəmiyyət kəsb etməməsi” barədə mövqeyi qanuni və əsaslı sayıla bilməz.

87. Məhkəmə tərkibi onu da qeyd edir ki, hüquqi dəyərləndirmə aparılarkən girov (ipoteka) predmetinin məhv olmasına və ya ona mülkiyyət hüququna xitam verilməsinə görə girov qoyanın girov predmetini eyni dəyərli başqa əmlakla əvəz etmək vəzifəsinə dair yuxarıda göstərilən normalar tət biq edilmədiyi halda bunun səbəbləri ümumi mülahizələrlə deyil, konkret arqumentlərlə əsaslandırılmalıdır.

88. O da nəzərə alınmalıdır ki, qanunverici oxşar vəziyyətlərdə (məsələn, ipoteka predmeti dövlət ehtiyacları üçün özgəninkiləşdirildikdə və s.) ipoteka hüququnun ipoteka qoyana verilən başqa əşya və (və ya) müvafiq əvəzə şamil edildiyini açıqca göstərir, ipoteka saxlayanın həmin əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu tanıyır (Mülki Məcəllənin 290.1-ci, “İpoteka haqqında” Qanunun 32.1-ci maddələri).

89. Belə bir hüquq qaydasının tətbiq edildiyi sistemdə ipoteka qoyanın özünün şəxsi mənafeyi üçün ipoteka predmetinə sərəncam verdiyi, bu barədə ipoteka saxlayanı dərhal xəbərdar etmək (§ 52) və əvəz vermək vəzifələrini yerinə yetirmədiyi, üstəlik qarşılığında aldığı əml akın kredit borcundan dəfələrlə böyük dəyərdə olmasına baxmayaraq borcunu qaytarmadığı halda girov saxlayanın ipoteka predmetinin əvəzində verilən əmlaka girov hüququnun tanınmaması mülki qanunvericiliyin məqsəd və vəzifələrinə, prinsip və şərtlərinə də uyğun olmazdı.

90. Belə ki, mülki dövriyyəni təmin etmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Mülki Məcəllənin vəzifələridir (§ 30), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsipləridir (§ 31). Həmin Məcəllə öhdəliklərin icrası zamanı vicdanlılıq və dürüst davranış qaydalarını əsas şərtlərdən biri kimi təsbit etməklə (§ 49-50), hüquqdan sui-istifadəni qadağan edir (§ 32,51).

91. Nəzərə alınmalıdır ki, m ülki hüquq mübahisələri həll edilərkən aidiyyəti maddi hüquq normaları sadalanan ümumi məqsəd və prinsiplərə zidd şəkildə təfsir və tətbiq edilə bilməz.

92. Kassasiya məhkəməsi onu da qeyd edir ki, ipoteka predmetinə əvəz kimi verilmiş maddi dəyərlər xüsusiyyətinə görə ipotekanın predmeti ola bilərsə (§ 36), kredit borcu üzrə tutmanın yönəldilməsi tələbi Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinə uyğun həll edilməlidir (§ 46-47). Lakin əvəz kimi verilmiş əmlak xüsusiyyətinə görə ipotekanın predmeti olmazsa (məsələn, müqavilədən irəli gələn hüquq, daşınar əşya), Mülki Məcəllənin 269.3-cü maddəsinə uyğun olaraq həmin əmlak üzərində girov hüququnun tanınması (§ 35) və tutmanın ümumi qaydada 295-ci və 297-ci maddələrinə əsasən həmin predmetlərə yönəldilməsi mümkündür (§ 44-45).

93. Bu xüsus atlara işin müəyyən edilmiş faktiki halları və maddi hüquq normaları əsasında mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə qiymət verməlidir.

94. Baxılan işdə apelyasiya məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, sadalanan maddi və prosessual hüquq normalarına uyğun bir araşdırma aparmamış, iddiaçının irəli sürdüyü dəlillərə lazımi şəkildə qiymət verməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır (§ 59-60).

95. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

96. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstə rilən şəkildə hüquqi qiymət vermədən çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

97. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

98. Təkrar apelyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, onların hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

99. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrin i rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6087/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar