Məhkəmə qərarları › İş №2(102)-1324/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1324/2023

13.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1324/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2(105)-1251/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5622/2020 saylı, 11 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia qismən təmin edilmiş, iddia ərizəsində göstərilən aşağıdakı əmlaklar: 900 manat dəyərində künc divanı, 100 manat dəyərində jurnal stolu, 1100 manat dəyərində yemək masası 6 stulu ilə birlikdə, 180 manat dəyərində kamod, 4200 manat dəyərində yataq otağı dəsti, paltar şkafı, yataq, tirmo, 1 stul, 2 tumba, 40 manat dəyərində çarpayı, 1750 manat dəyərində mətbəx mebeli (klassik mebel), 150 manat dəyərində mebelin içərisində 2 hissəli yuyucu, 900 manat dəyərində yemək masası (açıl ıb-böyüyən), 420 manat dəyərində 6 pizza modelli stul, 983 manat dəyərində soyuducu, 199 manat dəyərində elektrik süpürgəsi, 35 manat dəyərində toster, 90 manat dəyərində şirəçəkən maşın, 55 manat dəyərində ütü, 85 manat dəyərində ütü masası, 170 manat dəyərində elektrik soba, 45 manat dəyərində mikser, 260 manat dəyərində ətçəkən maşın, 144 manat dəyərində aspirator, 280 manat dəyərində mətbəx mebelinin üstü üçün qaz plitəsi, 935 manat dəyərində paltaryuyan maşın, 40 manat dəyərində elektrik çaydanı, 35 manat dəyərində blender, 170 manat dəyərində zal üçün xalça, 90 manat dəyərində dəhliz üçün xalça, 120 manat dəyərində yataq otağı üçün xalça, 190 manat dəyərində zal üçün pərdə dəsti, 190 manat dəyərində yataq otağı üçün pərdə dəsti, 50 manat dəyərində çilçıraq, 120 manat dəyərində açıq p udra rəngli örtük 2 nəfərlik yastıq və 2 nəfərlik yastıq və döşək üzləri ilə birlikdə, 80 manat dəyərində yun qalın örtük (pilet), 23 manat dəyərində bir dəst bir nəfərlik yataq dəsti mavi rəngli (içərisində döşək, yastıq və yorğan ağı), 23 manat dəyərində bir dəst bir nəfərlik yataq dəsti çəhrayı rəngli (içərisində döşək, yastıq və yorğan ağı), 140 manat dəyərində göy rəngli ipək materialdan 2 nəfərlik yataq dəsti, 90 manat dəyərində ağ rəngli üzləri mavi naxışlı 2 nəfərlik y/d, 50 manat dəyərində bənövşəyi rəngli üzəri naxışlı 2 nəfərlik y/d, 200 manat dəyərində 2 döşək, 2 yastıq, 2 yorğan (hamısı tək nəfərlik) 200 manat dəyərində döşək, yorğan, yastıq (2 nəfərlik), 40 manat dəyərində 2 sintifon yastıq, 160 manat dəyərində stol süfrəsi (salfetkaları ilə birlikdə), 150 manat dəyərində sto l süfrəsi (məxmər parça, tünd yaşıl), 60 manat dəyərində stol süfrəsi ağ rəngli, 130 manat dəyərində 10 ədəd əl-üz məhrabası, 3 manat dəyərində xalça üçün şotka, 70 manat dəyərində 8 ədəd məhraba, 40 manat dəyərində 10 ədəd çay dəsmalı, 17 manat dəyərində 4 ədəd mətbəx məhrabası, 30 manat dəyərində 20 ədəd paltar asmaq üçün asılqan (pencək üçün), 21 və 15 manat dəyərində 2 ədəd kirli paltar səbəti (biri qapalı düzbucaqlı formasında, biri açıq, yumru formada) 60 manat dəyərində gündəlik istifadə üçün 6 nəfərlik yemək qaşığı, 6 çay qaşığı,6 çəngəl, 6 limon çəngəli, 240 manat dəyərində qonaq üçün 24 yemək qaşığı, 24 çay qaşığı, 24 bıçaq, 24 çəngəl dəsti, 6 yemək çəkmək üçün böyük qaşıq, 540 manat dəyərində qonaq üçün yemək dəsti 24 dərin boşqab, 24 böyük düz boşqab, 24 orta ölçülü düz boşqab, 24 kiçik ölçülü düz boşqab, 6 böyük yemək üçün bulud, 6 kiçik yemək üçün bulud, 24 orta ölçülü kasa, 6 duzqabı dəsti, 6 salfet qabı, 24 nəlbəki, 24 mürəbbə qabı (yaşıl-ağ rəngdə), 40 manat dəyərində 24 bokal, 12 araq qədəhi eyni dəst birlikdə, 30 manat dəyərində 24 armudu stəkan, 300 manat dəyərində bənövşəyi qazan dəsti (5 ədəd), 130 manat dəyərində çəhrayı qazan dəsti (5 ədəd), 16 manat dəyərində aliminium qazan böyük ölçü, 12 manat dəyərində aliminium qazan kiçik ölçü, 25 manat dəyərində blinçik qazanı, 17 manat dəyərində blinçik çevirən, 50 manat dəyərində 2 tava (qızartma üçün), 60 manat dəyərində soyuducu üçün qazan dəsti (3 ədədli), 12 manat dəyərində aşsüzən (böyük ölçü), 8 manat dəyərində aşsüzən (kiçik ölçü), 22 manat dəyərində 2 ədəd samovar materialdan ləyən (böyük və orta ölç ülü), 70 manat dəyərində büllur güldan böyük ölçüdə, 60 manat dəyərində çex güldanı orta ölçüdə, 50 manat dəyərində büllur meyvə qabı böyük ölçü, 35 manat dəyərində orta ölçüdə meyvə qabı, 50 manat dəyərində böyük konfet qabı (büllur), 35 manat dəyərində kiçik konfet qabı (büllur), 40 manat dəyərində büllur çərəz qabı, 10 manat dəyərində külqabı, 6 manat dəyərində qırmızı qənd qabı, 80 manat dəyərində su qabı 6 bokalı ilə birlikdə (büllur), 18 manat dəyərində çaydan güllü, 2,5 litrlik, 27 manat dəyərində çaydan samovar materialdan 5 litrlik, 15 manat dəyərində dəm çaydanı və salfetqabı qırmızı rəngli üzü ağ xallı, 10 manat dəyərində qəndqabı (gündəlik istifadə üçün), 6 manat dəyərində pendir-yağ saxlamaq üşün qırmızı rəngli şüşə qab, 60 manat dəyərində bir dəst ərzaq və ədviyyat qabı 3 b öyük, 4 kiçik ölçülü, 20 manat dəyərində iri bıçaq dəsti (içərisində 5 ədəd), 7 manat dəyərində dəm çaydanı, 15 manat dəyərində çömçə-kəfkirqaşıq dəsti, 15 manat dəyərində bir böyük kəfkir (qara rəngli), 7 manat dəyərində un ələyi (dəmir materialdan), 7 manat dəyərində pizza bıçağı, 17 manat dəyərində cevzə, 10 manat dəyərində şirniyyat üçün düz şüşə qab, çörəkqabı (dəmir materialdan), 12 manat dəyərində çörək səbəti krem rəngli, çəhrayı krujevalı, 35 manat dəyərində dəmir materialdan çörək qabı, 5 manat dəyərində çörək səbəti qəhvəyi rəngli, 20 manat dəyərində qab toru, 6 manat dəyərində tvyorka, 5 manat dəyərində dəmir qayçı, 4 manat dəyərində qara qulplu qayçı, 5 manat dəyərində iynə-sap dəsti, 80 manat dəyərində üzəri ağ qarlı orta ölçü ilə birlikdə yolka oyuncaqları, 40 manat dəyərind ə saç üçün hava feni, 18 manat dəyərində manikür seti (Oriflame-içərisində 10 parça), 8 manat dəyərində daraq dəsti (içərisində 5 ədəd), 50 manat dəyərində 2 ətir, 35 manat dəyərində qara ayaqqabı, 50 manat dəyərində ağ zərli toy ayaqqabısı, 65 manat dəyərində hamam dəsti (içərisində hamam xalatı, 3 məhrabası, tərliyi), 90 manat dəyərində uzun, zərli, qızılı rəngli nişan donu, 90 manat dəyərində bardovu dizdən don (nişan üçün), 180 manat dəyərində uzun, zərli, açıq çəhrəyı nişan donu, 200 manat dəyərində gecəlik dəsti (içərisində 4 dəst), 160 manat dəyərində palto (boz rəngli), 10 manat dəyərində göz üçün ten, 35 manat dəyərində gündəlik boz rəngli kapşonkalı ev geyim dəsti (qış üçün), 50 manat dəyərində gündəlik çəhrayı rəngli qalın ev geyim dəsti, 25 manat dəyərində sarı zərli makiyaj ça ntası, 130 manat dəyərində uzun qara don (qısa qol), 80 manat dəyərində dizdən qara zərli don, 60 manat dəyərində məxmər bardovu don, 30 manat dəyərində qara qısa düz don, 60 manat dəyərində qalın qara balonka, 50 manat dəyərində yaşıl payızlıq qısa gödəkçə 50 manat dəyərində qırmızı payızlıq qısa gödəkçə, 35 manat dəyərində çəhrayı zərli toxunma yun jaket, 35 manat dəyərində tünd göy cins şalvar, 40 manat dəyərində açıq göy cins şalvar, 60 manat dəyərində düz ayaqqabı tünd göy rəngli, üzəri bağlı, 70 manat dəyərində hündür daban çəkmə, 27 manat dəyərində cızıqlı yun ətək, 33 manat dəyərində ağ köynək uzunqol, 25 manat dəyərində ağ yaxalıqlı tünd yaşıl kofta (qışlıq), 20 manat dəyərində açıq yaşıl qarşısı deşikli kofta (yun), 27 manat dəyərində tünd qırmızı qış koftası, 10 manat dəyərində açıq yaşıl nazik kofta, 4 manat dəyərində 6 fərqli rəng dırnaq boyası, 35 manat dəyərində açılıb yığıla bilən kənarları taxta, digər hissəsi parça olan krem yığmaq üçün qab, 45 manat dəyərində düzbucaqlı, enli bijuteriya qabı (üstü güllü şüşə içərisi qara məxmər materialdan), 10 manat dəyərində 2 əl kremi, 8 manat dəyərində üz kremi, 8 manat dəyərində enli bənövşəyi makiyaj çantası, 75 manat dəyərində qəhvəyi rəngli çanta (içərisində enli qəhvəyi pul kisəsi ilə birlikdə), 20 manat dəyərində ev üçün qırmızı yun kofta, 10 manat dəyərində ev üçün qırmızı güllü şalvar, 25 manat dəyərində yun qalın şalvar, 40 manat dəyərində qalın yun böyük ölçüdə şal, tünd qırmızı, 30 manat dəyərində enli nazik tünd qırmızı, üzəri güllü şal, 70 manat dəyərində böyük çemodan (paltar üçün) təkərli, 40 manat dəyə rində kiçik çemodan (əl üçün paltar çemodanı), 30 manat dəyərində ağ yun kofta, 5 manat dəyərində “Ariston”, 12 manat dəyərində 2 ədəd qabda olan orta ölçüdə plastmas güllər biri yumru qabda ağ güllər, 16 manat dəyərində digəri düzbuçaqlı qabda qırmızı güllər, 30 manat dəyərində armudu stəkan dəsti nəlbəkisi ilə birlikdə üzəri çobanyastığı çiçəkləri ilə naxışlı 6 nəfərlik dəst, 40 manat dəyərində 30-40 sm hündürlüyündə qız heykəli, 120 manat dəyərində qara uzun plaş, 4,5 manat dəyərində düşbərəkəsən (dəmir), 6 manat dəyərində oxlov, 20 manat dəyərində 2 böyük sini, 10 manat dəyərində çəhrayı zibil qutusu, 10 manat dəyərində yaşıl zibil qutusu, 30 manat dəyərində bijuteriya sırğadan (5 ədəd) ibarət əmlakların və ya onların dəyərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İdd iaçı verilməsi qət olunmuş, qalan hissədə iddia rədd olunmuşdur.

2. Qətnamədən İddiaçı (bundan sonra-iddiaçı) apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5622/2020 saylı, 08 dekabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1251/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasovun sədriliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5622/2020 saylı, 08 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Qətnamə ilə razılaşmayan iddiaçı kassasiya şikayə ti vermişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1251/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərardadı ilə(hakimlər Ş.R.Abasovun sədriliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) iddiaçının Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1251/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. (dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyinə və şikayət qanunla nəzərdə tutulmuş müddətdə verilmədiyinə görə).

6. Bundan sonra iddiaçı kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş iki aylıq müddət əvəzinə, yeddi ay keçdikdən sonra xx.xx.2021-ci ildə müddətin bərpasına dair ərizə vermişdir. Lakin müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut əlavə etməmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)1251/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair İddiaçı nın ərizəsi təmin edilməmişdir.

8. Həmin qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının ərizədə səbəb kimi iddiaçının xəstə olmaqla ev şəraitində müalicə olunması, əvvəlki vəkilin kassasiya şikayəti yazmaqdan imtina etməsi, bunu üçün ixtisaslı vəkil axtarması göstərilsə də, istinad edilən hallar barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən sadalanan həmin səbəblər kassasiya şikayəti verilməsi üçün müddətinin bərpasına əsas vermir. Bu səbəbdən idd iaçının ərizəsində istinad etdiyi kassasiya şikayətinin verilmə müddətinin buraxılmasına səbəb olması iddia edilən halları üzrlü hesab etməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1, 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri 10 İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)1251/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərardadının ləğv olunması, qətnamədən verilmiş kassasiya şikayətini mümkün hesab edilməsini xahiş etmişdir. 11 Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərardadı ilə həmin kassasiya şikayətinin geri qaytarılması qərara alınsa da, bu barədə vəkilə, habelə, onun təmsil etdiyi şəxsə bildiriş və ya qərardadın surəti göndərilməmiş, iş məhkəmənin dəftərxanasında saxlanmışdir. Bundan başqa kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən iddiaçıya və onun nümayəndəsinə bildiriş göndərilməmiş, şikayət və əlavə olunmuş sənədlərin geri qaytarılması haqda qərar qəbul edilsə də, iddiaçıya və onun nümayəndəsinə heç bir sənəd qaytarılmamış, qərardadda ondan şikayət verilməsinin mümkünsüzlüyü barədə qanunsuz müddəa göstərilmişdir. İddiaçı hesab etmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 aprel 2021-ci il tarixli 2(105)-1251/2021 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə onun əsaslı ərizəsi məhkəmə təcrübəsinə uyğun olmayan formal səbəblər göstərilməklə əsassız olaraq təmin edilməmişdir. Müddət pandemiya dövrünün şəraiti ilə əlaqədar üzrlü olaraq ötürülmüşdür. 12 Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyanın 22-ci, MPM-in 133,134,135 və 403-cü maddələri ilə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdehlər Cavabdeh1 və qeyriləri kassasiya şikayətinə etiraz verərək təmin olunmamasını, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2021ci il tarixli, 2(105)-1251/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kassasiya baxışının hədləri

15. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadını iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

19. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

20. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır.

21. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə o lunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

24. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti t əmin etmədən saxlaya bilər. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işləri

25. Məhkəmə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya in stansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İş materiallarından müəyyən olunur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1251/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi Mənsimə Nəsirova tərəfindən xx.xx.2021-ci ildə rəsmi şəkildə qəbul edilmişdir.

28. Həmin qətnamədən iddiaçı birinci dəfə xx.x x.2021-ci ildə kassasiya şikayəti vermiş və qeyd edildiyi kimi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)1251/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır.

29. Sonradan iddiaçı kifayət qədər uzun müddət keçəndən sonra, yəni xx.xx.2021-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayəti verilməsi üçün müddətin bərpasını xahiş etmişdir. Lakin müddətin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılmasını təsdiq edən hər hansı sübut təqdim olunmamışdır.

30. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq kassasiya şikayəti verilməsi üçün müddətin bərpasından imtina etmiş, prosessual müddətin hesablanmasına dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan R espublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2(105)-1251/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar