Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1324/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, mənəvi zərər tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərər görə pulun ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(104)2474/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (Vəkil) tərəfindən birgə verilmiş kassasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı1, İddiaçı2 və İddiaçı3 qardaş - bacı Cavabdeh isə onların bibisi, yəni ataları X1 bacısıdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ataları Nizami Adıgözəlov ilə övladları iddiaçılar - İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında aliment və müalicə xərci, bağışlama müqaviləsinin etibarsızlığı, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı mülki işləri olmuş, səhhəti ilə əlaqədar Nizami Adıgözəlov məhkəmə iclaslarında iştirak edə bilmədiyinə görə onu məhkəmə iclaslarında bacısı – h azırkı iş üzrə Cavabdeh təmsil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra iddiaçılar və ya ad, soyad) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə iddia ərizəsi ilə Gəncə şəhəri Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçılar barəsində işlədilmiş və yayılmış məlumatların həqiqətə uyğun olmayan, iddiaçıların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilərək, iddiaçılara vurduğu mənəvi zərərə görə cavabdehdən hər birinə 5.000 manat, maddi zərərə görə 1.000 manat və dövlət rüsumunun əvəzi olaraq 145 manat olmaqla, cəmi 18.145 manatın tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul olunmasını, cavabdehin iddiaçılar barəsində yaydığı məlu matı təkzib edilməklə iddiaçılardan üzr istəməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının çıxarılacaq qətnamədə öz əksini tapmasını və iddiaçılara qarşı söylənilən təhqiredici və alçaldıcı ifadələr əsasən məhkəmənin inzibati binasında xüsusilə də hakimin sədrlik etdiyi iclaslarda işlədildiyi nəzərə alınaraq cavabdehin məhkəmə zalında hakimin iştirakı ilə iddiaçılardan üzr istəməsinin təmin olunmasını xahiş etmişlər.
3. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki,cavabdeh və onun əri, vəkil X2 iddiaçılar arasında olmuş çoxsaylı məhkəmə proseslərində iddiaçıların şərəf və ləyaqətinə toxunan təhqiramiz ifadələr işlətmişdir. Onlar həm iddiaçılara həm də məhkəmə iclaslarına sədrlik edən hakimlərə qarşı hörmətsizlik və sayğısızlıq nümayiş etdirmişlər. Bütün bu pozuntuları qəsdən və bilərək dən törətmişlər. Çünki 30 ildən çox müddət ərzində vəkil kimi fəaliyyət göstərən Yusif Hüseynov və onun arvadı Cavabdeh məhkəmədə mövcud olan qaydalar haqqında yaxşı məlumatlı olmalı idilər. Buna baxmayaraq iddiaçıları, onların şərəf və ləyaqətini alçaldan ifadələri işlətməkdən çəkinməmişlər. Belə ki, cavabdeh tərəfindən: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyun 2021-ci tarixli məhkəmə iclasında (mövzu: aliment tələbi). 4. -Cavabdeh: “Gedib qonşulardan soruşmuşam. Deyir mənim atam... Vijdarsız.....” Cavabdeh: “Gedib qonşulardan soruşmuşam. Hamsınasa deyiblər ki,... Kəs səsini.... Birinə deyib Rusiyadadır. Birinə də deyib ölüb ta.”
5. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyun 2021-ci tarixli məhkəmə iclasında (mövzu: Şərəf və ləyaqətin müdafiəsi) -Cavabdeh: “Ölür o adam, şikəst ol ub. Bunların ujbatından, əsəblərindən, saymamazdığdan" - Cavabdeh: “Saymamazdığdan. Nankorlar!” Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 mart 2022-ci tarixli məhkəmə iclasında (mövzu: Bağışlama müqaviləsinin etibarsızlığı). -Cavabdeh: “Zavodlar bağlandı, getdi orada çörək pulu qazanmağa, bunları oxutmağa, bunları böyütməyə, bunlar nankorları.... Nəsə...” Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 mart 2022-ci tarixli məhkəmə iclasında (mövzu: Şərəf və ləyaqətin müdafiəsi). -Cavabdeh: “Yazdığların sataşmaq döyül? Yusif müəllimin işyerinə yaza bilərsiz?” Cavabdeh: “Ə kəs səsini!” - Cavabdeh: “Axmağın biri, axmaq!” -Cavabdeh: “Nankor....., nankor otur yerində. Nankorun biri, nankor!.....” -Cavabdeh: “Ə bəsdirin dana. Niyə vijdanınız yoxdur?! Qorxmursuz?” -Cavabdeh: “Hərbidə işləyir kişinin oğ lu. Geyindiyin o hərbi paltardansada utan! Xəcalət çək! Xəcalət çək ey! Onu qəhrəman oğlanlar torpaq uğrunda çalışıb geynirlər. Sənin kimi dədəni təhqir edib geyinmir. Qaniçən! Ata qanı içən! Zəhmətini yeyib boşqaba tüpürən! Burnundan gələcək hamısı dayan. İkinizin də..... üçünüzün də hələ..... Allah elə cavabınızı verəcək ki,.... Məhkəmə, məhkəmə nədi ki,...? Məhkəmə çox elə-belə şeydir!......Görəşsən. Günahınız göz qabağındadır. Dədənin qanını içibsən, atıbsan küçəyə. -Cavabdeh: “Deməli bu hərbiçi, hərbiçidir bu, bu özündə bir dənə nətər deyim ey cəsarət tapıb anasına, bacısına, bax bu qardaşına deyə bilmir ki, ay bala biz atamızın əməyi ilə böyümüşük, oxumuşuq, boya-başa çatmışıq. Bundan hərbiçi olar? -Cavabdeh: “Cəsarətin yoxdur sənin! Bax budu!”. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 mart 2022-ci tarixli məhkəmə iclasında (mövzu: Bağışlama müqaviləsinin etibarsızlığı). -Cavabdeh: “Naşükür, naşükürün biri naşükür! Özün polissən dana polisi neyniyirsən? Öl, boynunu yerə soxum! Polis polisi çağırır? Özün polis döyülsən? Bir ananın öhdəsindən də gələnmirsən? Kişinin oğlu polis çağırır. Özün polissən dana! Yalan danışan polis. Məhkəmənin qabağında gəlib yalan-yalan ifadə verən polis. Dədəsini nə günə qoyan, qanını içən, sümüyünü dartan, yaxşı görərsən indi. Qaniçən! Dədənin qanını içən! Polisə bax. Kişinin oğlu polisdir. Qorxaq! Qaçıb gizdənən. Deşiyə girən siçovul! Axmağın biri, axmaq! Hələm səni Respublikada tanıtdırajam! Dayan gedəjəm o Televiziyaya çıxajam. Gör səni nə..... bütün Respublikada tanıtdırajam. İş yerimə yazıb. İş yeri sayansan sən?! İş yeri sayan dədəsi ni o günə qoymaz! Dədənizin gününə düşəsiz! Dədənizdən betər olasız!
6. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında (mövzu: Bağışlama müqaviləsinin etibarsızlığı). -Cavabdeh: “Nankorlar qeyrətə gəlib qapını açmadılar, içəri girmədilər. Bir dəfə demədilər ki, sağol ata bizə ev aldın. Gəlmədilər. Yoxlamadılar. Qardaşım da ki, inanırsız ki, nətər orda getdi nətər pullar qazandı. Nələr tökdü. Nələr tökdü bunlara. Bunları elə xan, bəy balası kimi böyütdü. Utanmadan, qızarmadan gəlib məhkəmə qarşısında çıxıb deyirlər ki, mənim uşağımı aj qoyub getdi. Bizi tək atdı getdi.” -Cavabdeh: “Bunlar hesaba vursaq bunlar hələm ma pul verməlidir. Mən şərait yaratdım bunun əri, bunun da atası nankorlara getdi pul qazandı verdi. Əclaflar....” -Cavabdeh: “Nankorlar..... nankorlar. Nank orlar!?” Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında (mövzu: Bağışlama müqaviləsinin etibarsızlığı). -Cavabdeh: “Vijdansız! Babanla ev almısan? Baban mən duran yerdə sa verəjəydi?! Gəlib bir dəfə soruçmusan nağarırsan, nətərsən? Nankorlar!” -Cavabdeh: “Nankor........ nankor.......... Nankor övlad. Atanın əməyini yeyib sonra da deyir ki,” - Cavabdeh: “Qardaşım da məcbur olub bu nankor övladlarının ujbatından gedə bunları böyüdə orda pul qazana bunlara yollaya.” -Cavabdeh: “Qardaşımla mənim sövdələşməm olubdu. Sövdələşməmiz olubdu. Mən ona şərait yaratmışam ki, o Rusetdə işləsin sizi kimi nankorlara pul yollasın ayağa qaldırsın..” kimi ifadələr işlədilmişdir.
7. İddia ərizəsində daha sonra göstərilmişdir ki, bu təhqiramiz, şər-böhtan xarakterli sözlərdən başqa, onlarla qonşuluqda yaşayan bir neçə şəxsə cavabdeh, Nizami Adıgözlovun çarpayıda yatan şəkillərini göstərərək iddiaçıların haqqında şərəf və ləyaqətlərini alçaldan sözlər, o cümlədən “ataları yataq xəstəsidir, bu vicdansiz alçaqlar gəlib ona baxmırlar” - kimi şəxsiyyətə toxunan kəlmələr işlətmişdir. Bunu təsdiq edəcək sübut kimi Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyun 2021-ci tarixli məhkəmə iclasında cavabdehin söylədiyi ifadələrdir. Həmin məhkəmə iclasında cavabdeh təsdiq etmişdir ki, həqiqətən iddiaçılarla qonşuluqda yaşayan şəxslərin qapısına gedərək iddiaçıların barəsində heç də xoş olmayan məlumatlar yaymışdır. İddia tələbinə görə cavabdehin hüquqlarından iddiaçıların mənafeyinə zidd şəkildə, o cümlədən iddiaçıları cəmiyyət arasında (işlədikləri və ya yaşadıqları yerdə) nüfuz dan sala biləcək, iddiaçıların şəxsiyyəti haqqında mənfi rəy yarada biləcək şəkildə həyata keçirməsi qanuna zidd olmaqla özbaşınalıq və hüquqdan sui-istifadəni əks etdirir.
8. Gəncə şəhəri Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(125)2248/2023 nömrəli, 24 may 2023-cü tarixli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddiaçıların iddia ərizəsi qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 barəsində məhkəmə iclasında söylənilmiş və yayılmış ifadələr - “Nankorlar qeyrətə gəlib qapını açmadılar”, “Utanmadan, qızarmadan”, “nankorlara getdi pul qazandı verdi. Əclaflar....”, “Nankorlar..... nankorlar. Nankorlar!?” ifadələri iddiaçılar İddiaçı1 və İddiaçı2 şərəf və layəqətini ləkələyən ifadələr hesab edilməsi və vurulmuş mənəvi ziyana görə cavabdehdən iddia çılar İddiaçı1 və İddiaçı2 hər birinə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar aralarında olan ayrı-ayrı mülki işlər üzrə məhkəmə mübahisələrinə baxılan zaman məhkəmə iclaslarında cavabdehin onlar barəsində təhqiredici və alçaldıcı ifadələr işlətdiyini və yaydığını bildirirlər. Həmçinin iddiaçılar qeyd etmişdilər ki, onlarla qonşuluqda yaşayan bir neçə şəxsə cavabdeh, Nizami Adıgözəlovun çarpayıda yatan şəkillərini göstərərək iddiaçıların haqqında şərəf və ləyaqətlərini alçaldan s özlər işlətmişdir. İddiaçılar həmin məlumatların həqiqətə uyğun olmayan, iddiaçıların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsini və məlumatların təkzib edilməklə iddiaçılardan üzr istəməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, cavabdehin onlardan məhkəmə iclasında hakimin iştirakı ilə üzr istəməsinin təmin edilməsini, mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb edirlər.Əlavə olaraq İddiaçılar tələblərini təsdiq edən sübut qismində məhkəmə iclaslarında qeydə alındığı iddia edilən səs yazılarını əks etdirən elektron daşıyıcı (disk) təqdim etmişlər.
10. Məhkəmə onu da qeyd etmişdir ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq zənginləşdirməməli, digər tərəfi isə müflis etməməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, şərəf və lə yaqətin müdafiəsi hüququnun pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinin yeganə üsulu pul kompensasiya deyil. İddiaçının pozulmuş hüququnun məhkəmə qaydasında tanınması da pozulmuş hüququn müdafiəsinin mühüm mexanizmlərindən hesab edilir. iddianın təmin olunmuş hissəsi ilə iddiaçılar Arzu və İddiaçı2ların pozulmuş hüququ məhkəmə qaydasında tanınmışdır. Bunları nəzərə alaraq cavabdehin üzərinə 300 manat kompensasiya ödəmək öhdəliyinin qoyulması ədalətli və ağlabatandır. Ümumilikdə qəbul edilmiş qətnamə iddiaçılar Arzu və İddiaçı2ların pozulmuş hüququn bərpa olunması üçün yetərli vasitə kimi çıxış edir.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçılar Arzu və İddiaçı2lar barəsində söylənilmiş və yayılmış ifadələr həmin iddiaçıların şərəf və layəqətini ləkələyən if adələr hesab edilməli və vurulmuş mənəvi ziyanın xarakteri, iddiaçılar Arzu və İddiaçı2lar cəmiyyət içində müvafiq mövqeyə malik olmaları, habelə cavabdehin yaşı, əmlak və ailə vəziyyəti və işin digər halları nəzərə alınaraq mənəvi zərərin məbləği iddiaçılar Arzu və İddiaçı2ların hər birinə 150 manat olmaqla, cəmi 300 manat həddində müəyyən edilməsi məqsədəmüvafiq sayılmalıdır.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların sübut qismində məhkəmə iclaslarında qeydə alındığı iddia edilən səs yazılarını əks etdirən elektron daşıyıcı (disk) (xx.xx.2022-ci il tarixli məhkəmə iclası istisna olmaqla) qanunla icazə verilməyən, gizli yolla əldə edilmiş səs yazısı olduğundan hazırki iş üzrə sübut kimi istifadə oluna bilməz. Ona görə ki, bu səs yazılarının bütünlüklə məhkəmənin icazəs i ilə qeydə alındığını iddiaçılar sübuta yetirə bilməmişlər. Həmçinin iddiaçılar qeyd etmişdilər ki, onlarla qonşuluqda yaşayan bir neçə şəxsə cavabdeh, Nizami Adıgözəlovun çarpayıda yatan şəkillərini göstərərək iddiaçıların haqqında şərəf və ləyaqətlərini alçaldan sözlər işlətmişdir. Lakin bu hissədə iddiaçılar hər hansı mötəbər sübut təqdim etməmişlər. Hazırki iş üzrə bir neçə dəfə məhkəmənin hazırlıq iclası keçirilsə də, həmin sübutların mötəbərliyinin müəyyən edilməsi üçün iddiaçılar tərəfindən məhkəməyə hər hansı vəsatət verilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 46, 125.7-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.4, 46, 1096-ci maddələrinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 95-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən iddiaçılar İddiaçı1 və cavabdeh apellyasiya şikayətləri vermişlər.
15. İddiaçı1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işə faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq baxılaraq onlara vurulan maddi və mənəvi ziyana, o cümlədən hazırkı iş üzrə məhkəmə x ərclərinə görə (həm birinci instansiya məhkəməsindəki, həm də apellyasiya məhkəməsindəki xərclər nəzərdə tutulur) cavabdehdən cəmi 15.250 manat məbləğində pulun tutularaq onlara ödənilməsini və məhkəmənin inzibati binasında hakimin iştirakı ilə cavabdehin onlar barəsində yaydığı məlumatları təkzib etməklə onlardan üzr istəməsini təmin edən yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia tələbində qeyd olunanlara uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə ekspertizasının təyin edilməsinə dair şifahi müraciətinə baxılmamış və bununla bağlı əsaslandırılmış cavab verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında vəsatət verərək Gəncə şə hər Kəpəz Rayon Məhkəməsinin Nizami Adıgözəlovun iddiası üzrə xx.xx.2020-ci ildə keçən məhkəmə iclasının protokolunu sorğu edərək işə əlavə edilməsini xahiş etmiş, hakim onlar tərəfindən verilən şifahi vəsatəti qəbul etdiyini və həmin məhkəmə protokolunun sorğu edilərək işə əlavə ediləcəyini bildirmiş, lakin xx.xx.2023-cü il tarixdə vəsatət əsasında göndərilən sorğuya cavab gəlmədiyi halda məhkəmə iclasını təxirə salmamışdır. Əlavə olaraq Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli baxış iclaslarında ümümi sözlərdən istifadə edərək izahatlar verən cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli baxış iclasında onlar tərəfindən elektron daşıyıcıda (diskdə) təqdim edilən səs yazılarınının ona məxsus olmadığını qəti şəkildə bildirərək həmin ifadələ rin ona məxsus olmadığını demişdir. Nəticədə cavabdehin bu izahatları elektron daşıyıcıda (diskdə) təqdim edilən səs yazılarının saxtalığı ilə bağlı əsaslı şübhələr yaratmışdır. Bu şübhələrə son qoymaq və səs yazılarının cavabdehə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə ekspertizasının təyin edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən şifahi vəsatət verərək təkidlə məhkəmə ekspertizasının təyin edilməsini və ekspertizanın cavabı hazır olanadək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Sədrlik edən hakim ilkin olaraq məhkəmə iclasını təxirə sala bilməyəcəyini desə də sonradan bildirmişdir ki, müşavirədə vəsatətin qəbul olunub-olubolmamasını müzakirə edəcək. Hakim müşavirədən geri döndükdə isə bildirdi: “Vəsatətə yazılı olduğu halda baxılır. Ona görə də Sizin vəsatət qəbu l edilmədi.” Qeyd edilənlərdən aydın olmuşdur ki, onların disk daşıyıcıda təqdim etdiyi səs yazıları birinci instansiya məhkəməsi tərəfindən sübut kimi istifadə edilməlidir və həmin səs yazıları hazırkı məhkəmə mübahisəsinin həllində istifadə edilməsi öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Çünki həmin səs yazıları cavabdehin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilməyib və onların şərəf və ləyaqətlərini ləkələyən məlumatlar nə onlar, nə də ki cavabdeh üçün sirr deyil. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən onalrın şərəf və ləyaqətlərini ləkələyən məlumatları əks etdirən diskin qanuni əsaslarla əldə edilməmiş sübut sayılmasına, habelə həmin məlumatların əsassız olmasına dair aparılmış hüquqi qiymətləndirmə və bununla ba ğlı gəlinən qənaət düzgün əsaslandırılmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi nə şərəf, ləyaqətlərini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzibini, nə də onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ədalətli qaydada ödənilməsini təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onalrın şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarını pozmaqla cavabdehin gələcəkdə də bu kimi əməlləri törətməsinə zəmin yaratmışdır.Birinci instansiya məhkəməsində hüquqları pozulmuş, şifahi və yazılı müraciətləri isə əksər hallarda baxılmamış saxlanılmışdır.Məhkəmə iclas protokolları tərtib edilərkən çoxlu sayda saxtakarlığa yol verilmiş, məhkəmə iclas protokolları ilə tanış olmaq istəyərkən isə süründürməçiliklə qarşılaşmışlar. Nəhayət böyük çətin liklərdən və uzun müddətdən sonra məhkəmə iclas protokolları ilə tanış olsalar da qanunvericilikdə heç bir qadağa olmadığı halda həmin protokolların surətini onlara verməkdən imtina edilmişdir. Məhkəmə onların məhkəməyə gəlməkləri ilə əlaqədar yol xərclərinin və digər xərclərin cavabdehdən tutularaq onlara ödənilməsini təmin etməmişdir.
17. Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar onun qardaşı övladlarıdır. Onlar arasında dəfələrlə məhkəmə mübahisəsi olmuşdur. Belə ki, İddiaçı2 və qardaşı Nizami Adıgözəlov arasında şərəf və ləyaqətin müdafiəsi tələbinə dair ilkin və qarşılıqlı iddia olmuş, həmin məhkəmə proseslərində qardaşı ağır xəstə olduğu üçün məhkəmədə onu təmsil etmişdir. İddiaçılar qeyd edirlər ki, qeyd edilən sözləri o məhkəmə prosesində bildirmişdir. Lakin məhkəmənin icraatında olan mülki işin protokolunda qeyd edilənlər öz əksini tapmamışdır. Məhkəmə iclas protokolu sübut növü hesab edilir. Lakin iddiaçıların qeyd etdiklərinin heç biri həmin protokollarda öz əksini tapmadığı halda onlar tərəfindən protokola qeyd verilməmişdir. Onlar tərəfindən qanunsuz olaraq səs yazısı həyata keçirilmişdir. Bundan başqa, o, iddiaçılar barəsində “Nankor” sözünü işlətmiş olsa belə, bu sözün hərfi mənası “Yaxşılıq bilməyən, haqq-say itirən, yaxşılığı yerə vuran, duzçörək itirən” mənasını verir. Bu söz hər hansısa bir formada təhqiredici söz kimi qəbul edilməməlidir. İddi açılarla qardaşı arasında onsuz da gərgin münasibət olmuş, onlar ataları haqqında ləyaqəti alçaldan ifadələr işlətdiyi üçün o, əsəbi halda onların sözünə “nankor” sözü ilə cavab vermişdir. Səbəb isə o olmuşdur ki, onlar hələ də atalarının mülkiyyətində olan evdə yaşamaqla xəstə atalarına sahib çıxmamışlar, əksinə onun barəsində təhqiredici sözlər işlətməklə onun səhhətinə daha da ağır zərər vurmuşlar. Çünki bir ata üçün övladının nankorluğu ən ağır dərddir. O, iddiaçının şərəf və ləyaqətini təhqir etmək üçün onlar barədə hər hansısa bir məlumat yaymalı idi. Qarşılıqlı dava zamanı onun dediyi sözlərdən doğan sözlər məlumat xarakteri daşımır. Onun iddiaçılara dediyi hər hansı bir söz onların şərəf və ləyaqətinin təhqir olunması, ləkələnməsi kimi deyil, onun hərəkətlərinin cavabı kimi qiymətl əndirilməlidir. İddiaçılar özləri onu qıcıqlandırmışlar ki, onlara nankor sözünü desin və həmin zaman da onun səsini qanunsuz olaraq yazmışlar. Özlərinin qardaşı və onun haqqında, ailələri haqqında dedikləri sözləri isə qeyd etməmişlər. Onlar çalışırdılar ki, onları təhqir etsin. Lakin onları təhqir etməmişdir. İddiaçılar qeyd etmişdilər ki, o, guya ki, gedib qonşulara yayaraq onların atalarına baxmadıqlarını bildirmişdir. Lakin bu doğru deyil, bunu etmək üçün heç bir əsas yoxdur, şəhər kiçik şəhərdir və qardaşı və onun övladları ilə bağlı məhkəmədə kifayət qədər çox iş olmuşdur: ləyaqətsiz vərəsə tanıma, aliment tələbi, məcburi paydan məhrum etmə və sair. Aydın məsələdir ki, bir övlad əgər ataya baxırsa, xəstə ata heç zaman övladlarına qarşı aliment tələbi, ləyaqətsiz vərəsə tanınma və di gər iddiaları qaldırmazdı. Qardaşı hətta hər iki oğlunun iş yerinə bu barədə yazıb məlumat vermişdir. Bu barədə olan məhkəmə qətnaməsi bunu təsdiq edir. Qarşı tərəf məhkəməni aldadan iddia qaldırmışdır. Həm iddia ərizəsində, həm də keçən məhkəmə prosesində iddia tərəfi göstərmişdir ki, guya ki, o, varlı, imkanlı bir qadındır. Həyat yoldaşı Yusif Hüseynov polisdə uzun müddət işlədiyindən, onun vəfatından sonra bütün pensiyasını o, alır. Lakin qeyd olunmalıdır ki, həyat yoldaşı Yusif Hüseynov heç zaman polisdə işləməmiş, daima vəkil olmuşdur. O, hazırda öz pensiyasını alır.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-2474/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və mə ruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) ilkin iddia qismən, qarşılıqlı iddia tam təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin olunmamışdır.
20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların əmək qabiliyyəti olmayan, xəstə ataları Nizami Adıgözəlova qulluq etməməklə ona hər hansı yardım göstərməmələri, bu və digər səbəblərdən aralarında çoxsaylı məhkəmə çəkişmələrinin olması işin mübahisəsiz hallarıdır və bu işdəki çoxsaylı məhkəmə aktları ilə təsdiq olunur. Uşaqlarını saxlamağı valideyninin borcu kimi müəyyən etdiyi kimi, maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağı və onlara qayğ göstərməyi də əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların borcu kim i müəyyən etmişdir. İddiaçıların əmək qabiliyyəti olmayan, xəstə ataları Nizami Adıgözəlova qulluq etməməklə ona hər hansı yardım göstərməmələri, bu və digər səbəblərdən aralarında çoxsaylı məhkəmə çəkişmələrinin olması işin mübahisəsiz hallarıdır və bu işdəki çoxsaylı məhkəmə aktları ilə təsdiq olunur. Bu baxımdan da kollegiyanın qənaətinə görə məhkəmə iclasında xəstə ataları Nizami Adıgözəlovu etibarnamə əsasında təmsil edən bibiləri Cavabdeh iddia ərizəsinə qeyd olunan ifadələri işlətməsi iddiaçıların şərəf və ləyaqətini, onların işgüzar nüfuzlarını ləkələyən məlumat hesab edilməməlidir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçılar onlara mənəvi zərər vurulduğunu təsdiq edən mötəbər sübut təqdim edə bilmədiklərinə, həmçinin iddia tələbi şərəfini, ləyaqətini və ya işgüzar nüfu zunu ləkələyən məlumatların yayılması hissəsində təmin edilmədiyinə görə iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclaslarında iddiaçıların atası olan Nizami Adıgözəlovu təmsil etdiyini, iddiaçıların öz xəstə, köməksiz vəziyyətdə olan valideynini məhkəmə çəkişmələrinə cəlb etdiklərini kifayət qədər nəzərə almamışdır.
22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 23.1, 23.4cü, Ailə Məcəlləsinin 75.1, 82.1, 83.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.4, 46, 1096-ci maddələrinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respubl ikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 (Vəkil) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
24. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd o lunmuşdur ki, baxılan iş üçün əhəmiyyət kəsb edən sənədlərin əldə edilməsinə və sübutların saxta olub-olmaması ilə bağlı məhkəmə ekspertizasının təyin edilməsinə dair şifahi müraciətimizə (vəsadədimizə) həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində baxılmamış və bizə bununla bağlı əsaslandırılmış cavab verilməmişdir. Əlavə olaraq çoxsaylı ərizələri “Elektron məhkəmə” informasiya sistemində yerləşdirərək müraciət etmişlər. Onlara da mahiyyəti üzrə baxılaraq cavablandırılması təmin edilməmişdir. Bir çox məhkəmə iclaslarında onların şərəf və ləyaqətlərini, işgüzar nüfuzlarını ləkələyən və cavabdeh tərəfindən söylənilən məlumatlar aşağıdakılardan ibarətdir: “Nankorlar”, “Vijdansızlar”, “Naşükürün biri naşükür”, “Alçaqlar”, “Əclaflar”, “Axmağın biri axmaq”, “Qaniçən, at a qanı içən, zəhmətini yeyib boşqaba tüpürən”, “dədənin qanını içibsən atıbsan küçəyə.. ölür o adam şikəst olub.”, “Bunların ucbatından, əsəblərindən, saymamazlığından.....”, “hərbidə işləyir kişinin oğlu” (istehza ilə) və sairə. Onların şərəf və ləyaqətlərini ləkələyən bütün məlumatlar həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya məhkəməsinin (başqa məhkəmələrdə başqa mübahisə predmeti ilə bağlı) məhkəmə iclaslarında cavabdeh tərəfindən onların üzlərinə söyləmişdir. Məhkəmə iclaslarına sədrlik edən hakimlər dəfələrlə cavabdehə söylədiyi təhqiredici sözlərə görə xəbərdarlıq etsələrdə, o buna məhəl qoymamışdır. Onlar məhkəmə iclaslarında sədrlik edən hakimlərə cavabdehin onlara qarşı təhqiredici sözlərini iclas protokollarına salınmasını və qanuna uyğun qaydada tədbir görməsini x ahiş etsələr də edilməmişdir. Onlar hətta protokollara qeydlər yazsalar belə məhkəmə qəbul etməmişdir. Qabaqcadan “Elektron Məhkəmə” sistemində apellyasiya məhkəməsinin işə baxan bir neçə hakiminə (X4ə və hakim Loğman Süleymanova) etiraz yerləşdirmişlər. Apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında isə həmin etirazı bir neçə dəfə səsləndirmişlər və kağız daşıyıcıda X4ə təqdim etmək istəmişlər. X4 isə kağız daşıyıcıda olan etirazı qəbul etməmiş və buna səbəb kimi “Elektron Məhkəmə” informasiya sistemində etirazın yerləşdirilməsini göstərmişdir. Daha sonra isə digər hakimlərlə iclas zalını tərk etmədən müşavirə keçirərək etirazın əsassız hesab edilərək təmin edilmədiyini səsləndirmişdir. Etirazlarının baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinin sədrinə çatdırılması nı xahiş etdikdə isə hakim buna qarşı çıxaraq demişdir: “Üç hakimin üçünə də etiraz versəydiz etirazı məhkəmənin sədrinə çatdıraradıq. İki hakimə etiraz etdiyinizə görə etiraza biz baxdıq və etiraz təmin olunmadı.” Göründüyü kimi Mülki Prosesual Məcəllənin 22.3-cü maddəsi X4 və digər hakimlər tərəfindən kobud şəkildə pozulub. İş üzrə müəyyən hallar və tərəflərin qarşılıqlı münasibətləri qərəzli araşdırıldığı üçün qətnamə bəzi hallarda sübutlarla əsaslandırılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
25. Maddə
46. İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
26. Maddə
47. İ. Hər kəsin fikir və söz azadlığı vardır. İİ. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İİİ. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
27. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
28. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödəni lməsini tələb etmək hüququ vardır. 29. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008- ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki,...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessua l Məcəlləsi.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikay ətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 m ay 1999-cu il tarixli 7 №-li Qərarında məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda də rc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. 46. “Şərəf” dedikdə insanın əxlaqi, mənəvi keyfiyyətlərinə, başqa şəxslərə və cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymət anlaşılır. “Ləyaqət” isə şəxsin özünə, davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir.
47. Qeyd olunmalıdır ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.
48. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara ətraflı hüquqi qiymət vermişdir.
49. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətində qeyd olunan sübutların araşdırılması ilə bağlı dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
50. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kol legiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdi r. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
51. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumun un müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmi n dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
53. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin dəlili kimi, apellyasiya instansiya məhkəməsinin iki hakiminə etdikləri etirazla bağlı, həmin etirazın əsassız hesab edilərək təmin edilməməsi, etirazlarının baxılmaq üçün apellyasiya məhkəməsinin sədrinə çatdırılmaması ilə Mülki Prosesual Məcəllənin 22.3-cü maddəsinin kobud şəkildə pozulması barədə qeyd olunanları əsassız hesab edir.
54. Belə ki, Mülki Prosessual Məcəllənin 19.1-ci maddəsinə əsasən hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: 19.1.1. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; 19.1.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq ola raq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; 19.1.4. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.1.5. o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.6. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; 19.1.7. onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizli yinə dair şübhə doğuran kifayət qədər əsas varsa. 19.3. Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.
55. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər.
56. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir.
57. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır.
58. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəf olan şəxslərin barəsində başqa məzmunlu mülki işlərə hazırki işə baxan hakimlər və ya məhkəmə tərkibi tərəfindən əvvəllər baxılaraq müvafiq məhkəmə aktlarının qəbul edilməsi, baxılan iş üzrə onların tərəfindən işin tam, hərtərəfli araşdırma aparılması və iş üzrə obyektiv nəticəyə gəlinməsini şübhə altına almağa əsas vermir. Həmçinin bu hal hakimə etiraz edilməsi üçün Mülki Prosessual Məcəllənin 19-cu maddəsində nəzərdə tutulmuş hallara aid olmadığından, mülki iş üzrə obyektiv nəticəyə gəlinməməsi kimi qiymətləndirilə və məhkəmə tərkibinə etiraz verilməsi üçün əsas ola bilməz.
59. İş materiallarından görünür ki, iddiaçılar hakimlər Şamil Rzaquliyevə və Loğman Süleymanova etdikləri etirazda Mülki Prosessual Məcəllən in 19-cu maddəsində göstərilən halların olması barədə məhkəməyə sübut təqdim edə bilmədiklərindən, etirazın baxılmamış saxlanılması barədə məhkəmənin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olmuşdur.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
61. Bu səbəbdən, iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu mad dələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2474/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.