Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1325/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(105)-482/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülk i işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(060)-7554/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli, 2(105)-482/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(060)-7554/2019 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi Cavabdeh üzərinə İddiaçı "xxxx" MMC-nin direktoru (qanuni təmsilç i) vəzifəsindən azad olunması ilə bağlı müəssisənin reyestr məlumatlarında dəyişiklik etmək barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmək öhdəliyi qoyulması qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli, 2(105)-482/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(105)-482/2020 nömrəli qərardadı ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) Cavabdeh verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(105)-482/2020 nömrəli qərardadının ləğv edilməsini və həmin Məhkəmənin qətnaməsindən verilmiş kassasiya şikayətinin qəbul edilmiş sayılması üçün növbəti prosessual hərəkətlərin görülməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən xəbəri olmamış, işə onun iştirakı olmadan baxılaraq prosesin çəkişmə prinsipi pozulmuş, işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılmışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsindən verilən şikayətin məzmunundan müəyyən olunur ki, cavabdeh apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 62-ci, MPM-in 9.2, 9.3, 35.1, 387.2.2-ci, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinin pozulmasına istinad etsə də, həmin pozuntuların nədə ifadə olunmasını göstərməmişdir. Bununla da, kassator Azərbaycan Respublikası MPM-in 407.1.4-cü madd əsinin tələblərini pozmuşdur. Hazırki kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər qətnamənin qanunsuz olmasına yönəldilmiş və hazırda mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarına əsasən cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsindən yeni məzmunda kassasiya şikayəti əlavə olunmuş və MPM-in 409cu maddəsinə əsasən həmin kassasiya şikayətinin prosessual qanunvericiliyə uyğunluğunun yoxlanılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyətindədir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı o lmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(105)-482/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1325/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1325/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver