Məhkəmə qərarları › İş №2(102)-1325/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1325/2023

04.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1325/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya” Publik Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsəl ələri Üzrə Milli Observatoriya Publik Hüquqi şəxsinə qarşı “işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4808/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 04 aprel 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Əmək və Sosial Problemlər Üzrə Elmi-Tədqiqat Mərkəzində xx.xx.2015-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında Əmək şəraiti və əməyin mühafizəsi şöbəsində şöbə müdiri vəzifəsində çalışmışdır.

2. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikası Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən iddiaçının işlədiyi tədris mərkəzi ləğv edilmiş və Azərbaycan Respublikası Prezidentinin 04 iyul 2019cu il tarixli Fərmanı və Fərmanın icrası olaraq Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmaqla, Observatoriyanın Nizamnaməsi və strukturu təsdiq edilmişdir.

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın PHŞ-də Əmək bazarının proqnozlaşdırılması şöbəsinə 3 ay müddətinə müdir vəzifəsinə təyin edilmişdir.

4. İddiaçı 30 iyun 2020-ci il tarixli, **********2 nömrəli əmrə əsasən əmək müqaviləsinin müddəti bitdiyindən əmək bazarının proqnozlaşdırılması şöbəsinin müdir vəzifəsindən 30 iyun 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh ƏƏSM Nazirliiyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya Publik Hüquqi şəxsiə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsinə dair əriz ə ilə müraciət edərək, işdən azad olunması barədə qəbul edilmiş əmrin ləğvi, ƏƏSM-nin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriyada əmək bazarının proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ƏƏSM Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 №li Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və id arə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Prezidentin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən ƏƏSM nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2019-cu il tarixli, 775 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli, 95 nömrəli Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeli yində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi, məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmi-tədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun “Məşğulluq sahəsində dövlətin vəzifələri” barədə 8ci maddəsinin 8.03-cü bəndinə uyğun olaraq “işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırl anmasından” ibarətdir. Lakin, aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əməl etməməsi, səriştəsiz və yarıtmaz fəaliyyəti dövlətin apardığı məqsədyönlü struktur islahatlarına kölgə salmaqdadır. Azərbaycan Respublikası Prezidentinin ETTM-in ləğvi ilə bağlı yuxarıda sözü keçən Fərmanın icrasının ƏƏSM Nazirliyi tərəfindən guya “gerçəkləşdirildiyi” vaxt iddiaçını 29 mart 2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar onlara evdə oturmağa icazə vermişdilər) ərizə yazmağa məcbur etdilər ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində ”Əmək Bazan və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da işlə təmin olunmağına dair X5 adına ərizə yazdırdılar. 29 mart 2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan öz xahişi ilə işdən azad olunmağa ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 mart 2020-ci il tarixli, 01/411 nömrəli sənədə əsasən 29 mart 2020-ci il tarixindən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 30 iyun 2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar yenə evdə olduğuna görə işə çağırıb işdən azad olunduğunu şifahi olaraq bildirdilər. İşdən azad olunduğu gün bu barədə heç bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Belə bir kobud hüquq pozuntuları ilə əlaqədar 02 iyul 2020-ci il tarixdə nazir cənab Sahil Babayevə kollektiv müraciət etmişlər. Hazırkı vaxta qədər heç bir cavab verilməmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, əmək müqaviləsi onlara təqdim edilməmişdir. Tez-tələsik müqavilə imzalanmışdır. Oxumağa belə imkan verilməmişdir. Onlarda balanslaşdırma forması vardır. Məqsəd yüksək ixtisaslı kadrların əlçatanlığı və transfer olunmasının təmin edilməsidir. Araşdırma edərək yekun cədvəl müəyyən edirlər. Əvvəlki qurumun ləğv edilməsinə səbəb idarəetmə strukturunun optimallaşdırılması olmuşdur. Sahil Babayev rəsmi məktub ünvanlayaraq sərbəstləşən işçilərin yeni yaradılan qurumlarda işlə təmin edilməsi barədə məlumat verir. Prezidentin özü pandem iya dövründə işçilərin əmək müqavilələrinə xitam verilməklə işdən çıxarılmasını düzgün hesab etməmişdir. İşəgötürənin səriştəsizliyi ucbatından bu hallar baş verir. Onlar həmin idarədə çalışırlar. Heç bir təqdimatı olmadan idarəyə yeni müdir Elşən Əsədov təyin edilir. Təyin olunduqdan sonra faktiki olaraq 1 ildir ki, işləyir və bir neçə mükafat almışdır. Əmək haqqından 50 % tutulma olmuşdur. Əmək Məcəlləsinin 69- cu maddəsinin tələbləri kobuud şəkildə pozulub. O müqaviləni imzalayanda müddətli olmasından, müddətin 3 ay olmasından xəbərsiz olmuşdur. İnsan resurslarından əmək haqqının 1800 manat olduğu halda nəyə görə 900 manat aldığını soruşduqda, həmin kadr ona bağlanmış əmək müqaviləsindən xəbərsiz olduğunu demişdir. Əmək müqaviləsi məxvi saxlanmışdır. İşdən çıxarkən tələsik imzalanmışdır. Onlara əmək müqaviləsinin müddətinin uzadılacağı, onların daimi işçi hesab edildiyi söylənmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, 70 ştat vahidi olan iş yerində 29 nəfərin 12-sini işdən çıxarıblar. Əgər yeni yaradılan observatoriya özündən əvvəlki qurumun varisidirsə, əvvəlki qurumun işçiləri ilə yenidən əmək müqaviləsinin imzalanması düzgün deyil.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək izahatında bildirdi ki, yeni yaradılan müəssisə əvvəlkinin hüquqi varisi deyildir. Verilmiş əmr tam qanuna uyğundur. Müddətli əmək müqaviləsi tərəflərin razılığı ilə imzalanmışdır. İddiaç ı portalda əmək müqaviləsinin 3 aylıq olduğunu gördüyünü desə də, sonra deyir ki, bunu görməmişdir. Şəxs öz arzu və istəyi ilə 3 aylıq əmək müqaviləsini imzalamışdır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1731/21 nömrəli, 18 mart 2021-ci tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsin İddiaçı işdən azad edilməsi ilə bağlı olan 30 iyun 2020ci il tarixli, **********2 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı ƏƏSM Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsində “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin müdiri vəzifəsinə bərpa olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Mərkəzin hüquqi varisi olmasa da, fəaliyyət sferası və işçinin əmək funksiyası baxımından faktiki olaraq onların fəaliyyəti eynilik təşkil edir. Mərkəzin ləğv edilməsi və yeni Publik hüquqi şəxsin yaradılması isə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Fərmanları əsasında həyata keçirilmiş və iki halın bir-birinin davamı olması isə aşıq aşkardır. İddiaçı isə Mərkəzdə 5 ildən artıq işləmiş və onunla yeni bağlanılan əmək müqaviləsi isə bu baxımdan da müddətsiz olmalı idi. Lakin iddia ərizəsindən görü nür ki, iddiaçı əmək müqaviləsinin müddəti ilə bağlı olan şərtin etibarsız hesab edilməsi barədə tələbini irəli sürməmiş, əmək müqaviləsinin müddətsiz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Buna baxmayaraq iddia tələbinin əsaslandırılmasında əmək müqaviləsinin müddətli bağlanmasının əsassız olması qeyd edilmişdir.

12. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının hazırki tələbdə əmək müqaviləsinin müddətsiz hesab edilməsi ilə bağlı tələbi hüquqi nəticə doğurmur. Belə ki, Əmək Məcəlləsinin 46-cı maddəsində qeyd edildiyi kimi əmək müqaviləsində müddətin göstərilmədiyi, geniş şərh edildikdə isə səhv göstərildiyi, əsassız göstərildiyi halda tərəflərdən biri əmək müqaviləsinin və ya hər hansı hissəsinin etibarsız sayılması tələbini və ya əmək müqaviləsinin yenidən tər tib edilməsini tələb edə bilər. Bunun davamı olaraq tərəflər həmin şərtin hansı tarixdən etibarlı hesab edilməsi barədə razılığa gələ bilərlər. Eyni zamanda əmək müqaviləsinə hər hansı dəyişiklik əmək müqaviləsinə daxil edilməlidir. Odur ki, iddiaçı əmək müqaviləsinin müddətlə bağlı şərtinin və ya əmək müqaviləsinin tamamilə yenidən tərtib edilməsi tələbini irəli sürməmiş, yalnız hüquqi nəticə doğurmayan və əmək qanunvericiliyi proseduruna uyğun olmayan tələb irəli sürmüşdür. Eyni zamanda həmin tələblə qəbul edilmiş qətnamənin icrası işəgötürənin səlahiyyətlərinin mənimsənilməsi ilə nəticələnəcəyindən mümkün olmayacaqdır. Bu baxımdan göstərilən tələb təmin edilməməlidir.

13. Birinci instansiyanın qənaətinə görə məhkəmə tərəfindən əmək müqaviləsinin müddətli bağlanması ilə bağlı şərti etiba rsız hesab edildiyindən, həmin müqavilə özlüyündə müddəti müəyyən edilmədən bağlanmış hesab edilməklə, dolayısı ilə müddətsiz hesab edilir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 337.4-cü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 46,47, 300.1-ci, MPM-nin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, hazırki iş üzrə tərəflər arasında 30 mart 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 30 iyun 2020-ci il tarixdə bitmişdir. 30 iyun 2020-ci il tarixli, **********2 nömrəli əmr ilə İddiaçı əmək bazarının proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən 30 iyun 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əmək qanunvericiliyinin qeyd olunan normalarının məzmununa əsasən əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər. Tərəflər arasında əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinin tələbinə müvafiq olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razı lığı ilə müddətli bağlanılmış, iddiaçı tərəfindən bu halı istisna edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, əmək müqaviləsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra müqaviləyə xitam verilmişdir. Qeyd olunanlara əsasən, istinad olunan sahəvi qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, cavabdeh hesab edir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyin tələbləri pozulmamışdır. Lakin buna baxmayaraq məhkəmə iş üzrə səhv nəticəyə gələrək iddia tələbini qanunsuz və əsassız olaraq təmin etmişdir. Başqa sözlə sözügedən əmək müqaviləsinin şərtləri tərəflərin sərbəst iradə azadlığına əsasən müəyyən edilmiş, təsadüf deyildir ki, iddiaçı əmək müqaviləsinin müddət müəyyən edən normasını heç vaxt, hər hansı bir məhkəmə icraatında mübahisələ ndirməmişdir. Halbuki işçi əmək müqaviləsinin müddətli bağlanması barədə müddəası ilə onun məzmunundan tanış olmuş, hətta məhkəmə prosesində də elektron hökumət portalında müqavilənin 3 aylıq müddətə bağlanması barədə müddəasını gördüyünü etiraf etmişdir. Onun iş təcrübəsinin və təhsilinin "Əmək bazarının proqnozlaşdırılması" şöbəsinin fəaliyyəti ilə heç bir əlaqəsi mövcud deyil, iddiaçı Əmək Məcəlləsində müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmış, iddia müddətinin bərpa olunması ilə bağlı hər hansı vəsatət təqdim etməmiş və iddia müddətinin bərpa olunmasına əsas verən hər hansı səbəb göstərməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 21 sentyabr 2021-ci il tarixli, 2(103)-6574/2021 nömrəli qətna məsi ilə (sədrlik edən – E.Mehdiyev, hakimlər X.Sarıyev və N.Cəfərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya" Publik Hüquqi şəxsinə qarşı “işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinin müddəti 30 iyun 2020-ci il tarixdə bitmiş, cavabdeh təşkilat isə Əmək Məcəlləsinin 73-cü maddəsinin verdiyi imkandan istifadə edərək, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixli əmrlə xitam vermişdir.

19. İddiaçının, onunla əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olması dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər və iddiaçı ilə müqavilə də məhz həmin maddi hüquq norması çərçivəsində müddətli bağlanmışdır.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 45, 47, 68, 73-cü, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 4 iyul 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Nazirlər Kabinetinin 2020-cü 17 mart tarixli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazan və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs (bundan sonra Publik hüquqi şəxs) yaradılmaqla Observatoriyanm Nizamnaməsi və strukturu təsdiq edilmişdir. Publik Hüquqi şəxsin yeni rəhb ərliyi əvvəlki strukturda çalışan işçilərə qarşı qərəzli mövqe nümayiş etdirərək, həmin işçiləri əsassız, olaraq işdən çıxarmağa çalışmışdır. Məhz bu məqsədlə də xx.xx.2015-ci il tarixdən müddətsiz əmək müqaviləsi üzrə Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və X10 şəraiti və əməyin mühafizəsi şöbəsində şöbə müdiri vəzifəsində çalışan iddiaçı ilə yeni yaradılan publik hüquqi şəxsin yaradılmasından istifadə edərək 30 mart 2020-ci il tarixdə 3 aylıq müqavilə hazırlatdırmışdır. X9 işçilərə qarşı qərəzli əməli bundan əvvəl də olmuş, pandemiya dövründə işçilər tam iş saatlarında əməyə cəlb edilsələr də aylıq əmək haqları 50 faiz həcmində ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsi iş üzrə səthi araşdırma aparmış, sübutlara düzgün qiymət verməmiş və mübahisənin mahiyyətinə varmadan tələsik qət namə qəbul etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1931/2022 nömrəli, 05 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: X1 (məruzəçi), X3 və X6) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2(103)6574/2021 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

25. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında mövcud olmuş münasibət daimi xarakterə malik olduğundan əmək müqaviləsi müddətli bağlana bilməzdi. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin məzmunundan da görünür ki, onun tutduğu vəzifə daimi xarakterə malik olmuşdur, əvvəllər də həmin əmək funksiyalarını uzun müddət yerinə yetirmiş və işin həmin halı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1, 45.4, 47-ci, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş dir.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2022-ci il tarixli, 2(103)-4808/2022 nömrəli qətnaməsi ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X4 və X8) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)-1731/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Mərkəzin hüquqi varisi olmasa da, fəaliyyət sferası və işçinin əmək funksiyası baxımından faktiki olaraq onların fəaliyyəti eynilik təşkil edir. Mərkə zin ləğv edilməsi və yeni Publik hüquqi şəxsin yaradılması isə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Fərmanları əsasında həyata keçirilmiş və iki halın bir-birinin davamı olması isə aşkardır. İddiaçı isə Mərkəzdə 5 ildən artıq fəaliyyət göstərmiş və onunla yeni bağlanılan əmək müqaviləsi isə bu baxımdan da müddətsiz bağlanmalı idi. Bu baxımdan iddiaçı ilə əmək müqaviləsi müddətli bağlanıla bilməzdi və əmək müqaviləsinin 3 ay müddətə bağlanılması ilə bağlı olan şərt, yəni 30 mart 2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi etibarsız və cavabdeh müddətli bağlamalı olmadığı əmək müqaviləsinə görə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndi ilə əmək müqaviləsinə xitam verməkdə də haqlı olmamışdır.

30. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisələndirilən əmrin in qanunsuz olması, bunun nəticəsində iddiaçının əmək hüquqlarına qanunsuz müdaxilə baş verməsi halı müəyyən edilmişdir. Cavabdeh isə etirazının əsasını və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 45, 47, 300-cü, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının xx.xx.2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edi lməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Milli Observatoriadan əvvəl fəaliyyət göstərmiş Mərkəz arasında bağlanmış əmək müqaviləsi də müddətli olmuşdur. Belə ki, ilk dəfə iddiaçı ilə Mərkəz arasında 1 il müddətinə xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Bundan sonra xx.xx.2015-ci ildə yenidən 1 illik müqavilə (Mərkəzin Əmək şəraiti və əməyin mühafizəsi şöbəsinin müdiri vəzifəsi üzrə) bağlanmışdır. Mərkəz AR-nın Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı ilə ləğv edilmişdir. Göründüyü kimi iddiaçının Mərkəzdəki əmək stajı ümumilikdə 4 il 3 ay (xx.xx.2014-xx.xx.2019) olmuşdur. Yəni iddiaçı ilə Mərkəz arasında bağlanmış əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq davam etməmişdir. Belə ola n halda isə iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilə bilməz.

34. Həmçinin qeyd edilmişdir ki, məhkəmə kollegiyası Əmək Məcəlləsinin 45.4-cü maddəsinin 4-cü hissəsini tətbiq edərkən həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndində müəyyən edilmiş halı nəzərə almamışdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin kontekstində yanaşdıqda müəyyən olunur ki, hətta işçinin əmək funksiyası daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan iş kateqoriyalarına aid olduğu halda belə tərəflər əmək müqaviləsini qarşılıqlı razılıq əsasında müddətli bağlaya bilərlər. İş üzrə materiallardan göründüyü kimi iddiaçı əmək müqaviləsinin müddət müəyyən edən 2.1-ci bəndini heç vaxt iddia tələbində mübahisələndirməmişdir. Halbuki, iddiaçı həm fiziki formada olan əmək müqaviləsi, həm də AR Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “esosial” portalı, my.gov.az, e-gov.az portalları vasitəsilə şəxsi elektron kabinetindən əmək müqaviləsinin mühüm şərtəri ilə tanış olmaq imkanına malik olmuşdur. Bununla yanaşı, iddiaçı nəinki Observatoriya ilə, eyni zamanda Mərkəzlə 2014-cü ilin 01 oktyabrında bağladığı əmək müqaviləsinin müddətlə bağlı şərtlərini işlədiyi dövrdə heç vaxt mübahisələndirməmişdir. Bu isə onun qeyd olunan şərtlə razı olduğunu, məhz əmək müqaviləsinin müddətinin başa çatması ilə əmək müqaviləsinə xitam verildikdən sonra hüquqlardan sui-istifadə edərək işə bərpa olunmaq üçün əvvəllər razılaşdığı müqaviləni sonradan mübahisələndirdiyini göstərir.

35. Bundan başqa göstərilmişdir ki, iddiaçı faktiki olaraq iddia tələbini irəli sürmək üçün kəsici müddəti ötürdüyü halda Məhkəmə kollegiyası qeyd olunan xüsusatı nəzərə almamış və iddia tələbinə kəsici müddəti tətbiq etməmişdir.

36. Məhkəmə kollegiyası iddia tələbindən kənara çıxaraq iddiaçı birbaşa tələb etmədiyi halda tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinin etibarsızlığını irəli sürmüş, lakin bununla belə qətnamədə bunun üçün istinad etdiyi qanunu və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz verilmş etirazda şikayətin əsassız olması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

38. Maddə 35. (Vİ) Hər kəsin təhlükəsiz və sağlam şəraitd ə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsi

39. Maddə 45 (1) Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

40. Maddə 45 (4) Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

41. Maddə 45(5) Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 42. 47 (f) Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

43. Maddə 68.(2 “b”) Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər

44. Maddə 73 (1) Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

45. Maddə 296 (2) Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etib arən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

46. Maddə 296 (3) Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

47. Maddə 300 (1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiym ət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərə flərin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

59. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır.

60. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.

61. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

62. Bu baxımdan kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki ha lda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 01 oktyabr 2014-cü ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, sonradan yeni yaradılmış qurumda cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.

63. Cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin ümumiyyətlə ilk andan müddətli olmasına dair dəlil irəli sürür və kassasiya şikayətinə müvafiq olaraq müqavilələrin surətini təqdim edir. Qeyd edilməlidir ki, həmin müqavilələr işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan mə hkəmələrə təqdim olunmamışdır. Bununla yanaşı müəyyən olunur ki, cavabdehin göstərdiklərindən fərqli olaraq iddiaçının müddətsiz əmək müqaviləsi əsasında işləməsi və məhz həmin müqavilənin müddətsiz olmasına dair elektron qeydiyyat aparılmışdır.

64. Kassasiya şikayətinin digər dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilmiş müddətin iddia müddəti olması həmin normanın adından müəyyən edilir.

65. Həmçinin, əmək mübahisələrində Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan müddətin iddia müddəti olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə” dair 30 iyul 2021-ci il tarixli Qərarın da da göstərilmişdir. 66. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında MM-in 375.2-ci maddəsinə şərh verilərkən qeyd olunmuşdur ki, “Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qayd anı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək ve rilə biləcəyi əks etdirilir.... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələ lərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

67. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsində təmsil olunmuş, iddiaya etiraz etsə də, iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir.

68. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2022-ci il i tarixli, 2(103)-4808/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar