Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1325/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Hüseynova (Quliyeva) Mətanət Vəli qızına və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Hüseynova (Quliyeva) Mətanət Vəli qızı və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7308/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2012-ci il tarixli, ********** saylı çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 26 saylı evin 1/3 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmış, fərdi yaşayış evinin X5 məxsus qalan 2/3 hissəsi açıq saxlanılmışdır. 2. 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 183 nömrəli arayışına əsasən Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi şəxsi ev 26-da 1/3 hissə İddiaçı məxsusdur və aşağıdakı ailə tərkibi ilə qeydiyyatdadırlar: özü – İddiaçı, oğlu X9 və qızı X6 və 2/3 hissə Cavabdeh1 məxsusdur və aşağıdakı ailə tərkibi ilə qeydiyyatdadırlar: özü – Cavabdeh1, atası Cavabdeh3 və anası X7.
3. Bakı şəhəri 46 saylı DNK-da rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli 4Ə-01 nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 özünə məxsus payı Cavabdeh1 bağışlamış, həmin hissə sonuncunun adına qeydiyyatdan keçmişdir.
4. İddiaçı Cavabdeh3 bacısı, Cavabdeh1 Cavabdeh3 oğlu, Mətənat Hüseynova isə onun (Cavabdeh3) həyat yoldaşıdır.
5. Cavabdeh3 İddiaçı qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın etibarsız sayılması” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
6. İddi açı Cavabdeh1, Cavabdeh3, X3, Cavabdeh2, X8 və X4 qarşı “ümumi paylı mülkiyyətdə olan evdə qanunsuz inşa edilmiş tikililərin sökülməsi, evin çıxarış və texniki vəziyyətdə göstərilən ilkin vəziyyətə gətirilməsi, ondan sonra onun payının naturada bölünməsi, həmin evin bir hissəsinin kirayəyə verilməsi nəticəsində gəlirdən onun payına müvafiq 1/3 hissənin verilməsi, cavabdehlərin ümumi mülkiyyətdən çıxarılması” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
7. Həmin iş üzrə məhkəmələr müəyy ən etmişlər ki, Bakı şəhəri, Səbail rayonu, Y. Mürsəlov küçəsi 26 saylı fərdi yaşayış evinin 1/3 və 2/3 hissədə naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Səbayıl Rayon Məhkəməsinə müraciət edərək, 1/3 hissəsinin mülkiyyətçisi olduğu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsi 26 saylı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsi, 26 saylı ev paylı mülkiyyətdir. Həmin mənzilin 1/3 hissəsi iddiaçının, digər 2/3 hissəsi isə iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 mülkiyyətin dədir. Həmin mənzilin 1/3 hissəsinin iddiaçıya məxsus olması barədə çıxarış verilmişdir.
10. Mülkiyyətçi kimi eyni hüquq və vəzifələrə malik olsa da, iddiaçıdan fərqli olaraq iş üzrə cavabdehlər həmin evdə yaşayırlar. Cavabdehlər tərəfindən ona və ailə üzvlərinə qarşı edilən hər cür təhqir və əsassız mübahisələrdən bezərək iddiaçı xeyli müddətdir ki, evində yaşamır. İndi başa düşür ki, iddiaçı evindən kənar durduqca cavabdehlər iddiaçıya aid hissədən də sanki onlara aid imiş kimi istifadə edir. Başa düşür ki, iş üzrə cavabdehlər iddiaçıya və ailə üzvlərinə qarşı qəsdən bu cür süni maneələr yaradırlar ki, onu və ailə üzvlərini evindən uzaq tutsunlar. Buna də nail olublar.
11. Cavabdehlərə görə evinə daxil ola bilmədiyindən, iddiaçı mülkiyyətindən istifadə edə bilmir. Artıq neçə ildir ki, cavabdehlər süni maneələrlə iddiaçını mülkiyyətindən məhrum ediblər. Halbuki iddiaçı da cavabdehlərdən biri olan Cavabdeh1 kimi sözügedən evin paylı mülkiyyətçisidir. Cavabdehlər tərəfindən ona və ailəsinə şüurlu surətdə yaradılan maneələrə, mübahisəyə görə iddiaçı evinə daxil olub, mülkiyyətindən istifadə hüququnu həyata keçirib, evində rahat yaşaya bilmir. Məhz bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və Mülki Məcəllənin 152.1-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iddiaya yazılı etiraz vermiş və məhkəmə baxışında etirazını müdafiə edərək göstərmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi faktlar həqiqəti əks etdirməyən hallardır. Belə ki, işin faktiki halı bundan ibarətdir ki, iddiaçı ilkin olaraq qeyd edilən mübahisəli mənzilin naturada bölünməsini tələb etmiş, lakin məhkəmə tərəfindən iddia tələbi rədd edilmişdir. Bundan əlavə, iddiaçı ilə cavabdehlər arasında müxtəlif vaxtlarda fərqli predmetlərdə məhkəmə mübahisələri olmuşdur (mənəvi zərərin ödənilməsi, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və s.). Həmçinin Cavabdeh3 qarşı iddiaçının əri X10 tərəfindən dələduzluq cinayəti törədilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün sonuncu cinayət məsuliyyətindən azad edilmişdir. İddiaçının həyat yoldaşı tərəfindən törədilmiş cinayət əməli nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmə tərəfindən qeyd edilən iddia tələbi təmin edilmiş və X1 11000 ABŞ dollarının və 5000 manat məbləğdə pul vəsaitinin tutulması qət edilmişdir. Göründüyü kimi, iddiaçı və onun yaxın ailə üzvlərinin cavabdehlərə qarşı qərəzli mövqeyi vardır və bu səbəbdən də, iddiaçı qərəzli olaraq tərəflər arasında münaqişə yaradılması üçün hazırda yaşayış evinə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Çünki iddiaçı qanunvericiliklə ona verilmiş digər hüquqlarından istifadə etməyərək qanunsuz olaraq tərəflər arasında münaqişə və mübahisənin yaranmasına nail olmağa çalışır. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəm ə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Eyni zamanda, iddiaçının bir neçə yaşayış evləri (mənzilləri) var və daimi olaraq Keşlə qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Qanunvericilikdə konkret olaraq əmlakın naturada bölgüsü qeyrimümkün olduqda şəxsin əmlakdakı payının dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik olması qeyd edilmişdir. Lakin iddiaçı qeyd edilən hüququndan istifadə etməyərək mübahisəli mənzildə yaşayan digər şəxslərə maneə yaratmaq, tərəflər arasında münaqişə və mübahisənin yaranmasına nail olmaq məqsədi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və bu səbəbdən də qeyd edilən iddia tələbi məhkəmə tərəfindən rədd edilməlidir.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1328/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Mədinə Bağırova)
15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsi, 26 saylı evin 1/3 hissəsinin paylı mülkiyyətçisidir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Y. Mürsəlov küçəsi 26 saylı ev iddiaçının paylı mülkiyəti olduğundan, o, həmin evə köçürülməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və Mülki Məcəllənin 152.1-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icra at
18. Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişlər.
19. Apellyasiya şikayətləri iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçı ilə digər mülkiyyətçilərin birgə yaşamalarının mümkün olmadığını nəzərə almamış, maddi hüquq normasının düzgün tətbiq etməmiş, işin bütün faktiki hallarının aydınlaşdırmamışdır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7308/2023 nömrəli iş üzrə 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova,S abit Bəhrəmzadə)
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin hallarına əsasən həm iddiaçı, həm də Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Y. Mürsəlov küçəsi 26 saylı evin paylı mülkiyyətçidir. Bu kontekstdə, mübahisəsi gedən mənzilin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir, o isə bu hüquqların tanıdığı imkandan istifadə edərək evə köçürülməsini tələb, məhkəmə də bu tələbi təmin etməkdə haqlı olmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 1567.2, 213, 215.1, 215.2, 220.1-220.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsasland ırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 (vəkil X2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti iddiya etirazın və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. (bax:13-cü bənd) b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyə n edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213.1-213.2. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülk iyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya in stansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməs i işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
27. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir, həmçinin tələb bölünməzdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnasməsini tam yoxlayır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin t əmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
31. İddia tələbi 1/3 hissədə xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus mənzilə onun köçürülməsi barədədir. İddiaçı tələbinin əsası kimi mübahisəli mənzilin 1/3 hissədə mülkiyyətçisi olmasına, cavabdehlərin heç bir hüquqi əsas olmadan onu mənzilə buraxmamalarına istinad etmişdir.
32. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisədə adı keçən mənzil 1/3 hissədə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
33. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – iddiaçının qanunvericiliklə (Mülki Məcəllənin 220.4-cü maddəsi ilə) ona verilmiş digər hüquqlarından istifadə etməyərək qanunsuz olaraq tərəflər arasında münaqişə və mübahisənin yaranmasına nail olmağa çalışması, hazırki iddianı da bu məqsədlə verməsi – əsassız sayır. Belə ki, paylı mülkiyyətçi kimi qanunvericilikdə nəzərdə tutulmuş hansı hüquqlarından istifadə etməsi iddiaçının hüququdur.
35. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüqu qi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyi nə və əsaslılığına təminat kimi qiymətləndirilir.
37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7308/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.