Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1326/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi Sumqayıt 3 saylı şəhər Polikilinikasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2893/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi Sumqayıt 3 saylı şəhər Polikilinikası tərəfindən verilmiş kasasiya şikay əti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin Sumqayıt 3 saylı şəhər Polikilinikasına qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmağı ilə bağlı yazdığı ərizənin etibarsız hesab olunması, 09 aprel 2021-ci il tarixli, 34-K nömrəli əmrin ləğv edilməsi və onun əvvəlki iş yerinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1990-cı ildən 2017-ci il tarixədək fasiləsiz olaraq Sumqayıt şəhəri 3 nömrəli şəhər poliklinikasında tibb bacısı, 2017-ci i ldən 2021-ci ilin aprel ayının 9-dək isə həmin poliklinikada baş tibb bacısı vəzifəsinə işləmişdir. Cavabdeh təşkilatda işlədiyi bütün müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, əksinə bacarıq və qabiliyyətinə uyğun olaraq vəzifədə yüksəlmişdir. Daim kollektivin hörmət və ehtiramını qazanmışdır. 2021-ci ilin 8 aprel tarixində poliklinikanın baş həkimi onun otağına dəvət edərək bildirdi ki, Səhiyyə şöbəsindən bildiriblər ki, Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələri İdarəetmə birliyinə keçdiyindən təhvil-təslim zamanı işçilər arasında müəyyən balans yaratmaq zərurətindən (guya təbibə hansısa hesabat göndəriləcək və orada işçilərin sayının balanslaşdırılması zərurəti vardır) işçilərdən bir nəfərin formal olaraq işdən çıxmağı vacibdir. O, belə bir niyyətinin olmadığını, 30 ildən artıq müddətdə qüsursuz olaraq öz əmək funksiyasını yüksək səviyyədə yerinə yetirdiyini bildirərək işdən çıxmaq istəmədiyini bildirmişdir. Lakin onlar onu əmin etmişlər ki, bu tamamilə formal bir xarakter daşıyır, o, öz xahişi ilə işdən çıxmalı, bunun ona heç bir ziyanı olmadığını, onu ayın sonlarına yaxın yenidən işinə bərpa edəcəklərini və heç bir problemsiz öz işinə qayıdacağını bildirmişlər. Bundan sonra o, rəhbərliyə inanmış və işdən azad olma barədə rəhbərliyin diktə etdiyi fonda ərizə yazmışdır. Lakin bir müddətdən sonra o, baş həkimə işinə bərpa olunmağı ilə bağlı müraciət etdikdə ona bildirildi ki, o, öz xahişi ilə 09 aprel 2021-ci il tarixli, 34-K nömrəli əmrə əsasən işdən azad olunduğu üçün, işə bərpa olunmağı qeyrimümkündür. Belə olan halda o, aldadıldığını bilmiş və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Rəşad Qoşqarlı) 2(060)-4694/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı işdən azad olunmağı ilə bağlı yazdığı 07.04.2021-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə İcbari Tibbi Sığorta üzrə X1 Ərazi Bölmələrini idarəetmə Birliyi 3 nömrəli şəhər poliklinikasının 09 aprel 2021-ci il tarixli, 34-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı İcbari Tibbi Sığorta üzrə X1 Ərazi Bölmələrini idarəetmə Birliyi 3 nömrəli şəhər poliklinikasında əvvəlki iş yerinə bərpa edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı xəbərdarlıq müddəti bitənədək ərizəsinin etibarsız hesab edilməsi barədə cavabdehə yeni ərizə ilə müraciət etmiş və əvvəlki iş yerinə bərpa olunmasını xahiş etmişdir. Lakin cavabdeh ərizənin hüquqi qüvvəsi olmadığını iddiaçıya rəsmi məktubla bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2, 69.1, 69.3, 69.4, 74.2, 83.1, 84.1, 84.2, 186.2, 186.3, 187.1, 292.1, 294.1, 300.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(060)-4694/2021 saylı qətnaməsinin ləğv edilərək apelyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Gülnarə Tağızadə sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Telman Quliyev) 01 noyabr 2021-ci il tarixli 2(105)-2893/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(060)-4694/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından və yuxarıda qeyd olunanlarla müəyyən edilmişdir ki, iddiaçı xəbərdar lıq müddəti bitənədək ərizəsinin etibarsız hesab edilməsi barədə cavabdehə yeni ərizə ilə müraciət etmiş və əvvəlki iş yerinə bərpa olunmasını xahiş etmişdir. Lakin cavabdeh ərizənin hüquqi qüvvəsi olmadığını iddiaçıya rəsmi məktubla bildirmişdir və həmin məktublar sifarişli məktubla göndərmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən dəlillərini araşdırıb birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi Sumqayıt 3 saylı şəhər Polikilinikası (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 07 aprel 2021-ci il tarixli ərizəsi ilə işlədiyi yerinin rəhbərliyinə müraciət edərək səhhəti ilə əlaqədar olaraq işdən azad olunmasını xahiş etmişdir. Məhz səhhətində olan problemlərin işləməsinə maneçilik yaratdığı barədə iddiaçının özünün yazdıqları nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə 09 aprel 2021-ci il tarixində xitam verilmişdir. Məhkəmənin sözügedən əmrin Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmaqla verildiyi barədə gəldiyi nəticənin hər hansı hüquqi əsası yoxdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə 09 aprel 2021-ci il tarixdə xitam verildikdən sonra, onunla son haqq-hesab aparılmış və iddiaçı bu zaman hər hansı etiraz və narazılıq bildirməmişdir. Yalnız 21 gün keçdikdən sonra 30 aprel 2021-ci il tarixdə iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, 07 aprel 2021-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsini və yenidən işə qəbul edilməsini xahiş etmişdir. Ərizənin məzmunundan görünür ki, iddiaçı özünün qanunsuz işdən çıxarılmasını mübahisələndirməyərək əvvəlki işinə bərpa olunmasını deyil, yenidən işə qəbul edilməsini cavabdehdən xahiş etmişdir. Məhkəmə həmin ərizəyə düzgün olmayaraq əmək müqaviləsinə xitam verilməsi barədə 09 aprel 2021-ci il tarixli əmrin ləğv ol unmasına dair ərizə kimi qiymət vermişdir. 09 aprel 2021-ci il tarixdən etibarən sözügedən ərizənin verildiyi 30 aprel 2021-ci il tarixədək iddiaçı işdə olmamış və işdən çıxarılmasını hər hansı şəkildə mübahisələndirməyərək buna etirazını bildirməmişdir. İddiaçının 21 gündən sonra işə qəbul edilməsi barədə verdiyi ərizəni məhkəmə tamamilə əsassız olaraq xəbərdarlıq müddətində işdən çıxma barədə verdiyi əvvəlki ərizəsini geri götürmək ərizə kimi qiymətləndirmişdir. Məhkəmə yanlış olaraq sözügedən 21 günlük müddəti xəbərdarlıq müddəti hesab edərək iddiaçının 30 aprel 2021-ci il tarixdə işə qəbul edilməsi ilə bağlı verdiyi ərizəni xəbərdarlıq müddətində verilmiş ərizə kimi qiymətləndirmiş və bu zaman iddiaçının işə çıxmamasını və işdə olmamasını nəzərə almayaraq maddi hüquq normasının pozuntu suna yol vermişdir. Məhkəmə iddiaçının 07 aprel 2021-ci il tarixli ərizəsini etibarsız sayarkən, o cümlədən onun həmin ərizəni guya rəhbərliyin təzyiqi altında yazdığı barədə bildirdiklərinə istinad etmiş, lakin bununla əlaqədar hər hansı araşdırma aparmamış, hər hansı mötəbər dəlilə istinad etməmişdir. İş materiallarında iddiaçının özünün işdən çıxmaq barədə və sonradan da işə qəbul edilməsi barədə yazdığı iki ziddiyyətli ərizə olduğu halda, məhkəmə bu ərizələrdəki ziddiyyətləri qiymətləndirmədən, obyektiv və hərtərəfli araşdırma aparmadan onlara sübut kimi müvafiq qiymət verməklə aşkar səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş süb utlar əsasında mahiyyəti üzrə baxmalı olduğu halda, məhkəmə bu normanın tələblərini pozmuş, iş üzrə mahiyyəti üzrə hər hansı araşdırma aparmadan birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəni təkrarlamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69.4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərd arlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər i zahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində iddiaçının işdən azad olunma barədə ərizə ilə müraciət etdikdən 21 gündən sonrakı müraciətini yeni işə qəbul olunma kimi dəyərləndirib onun ərizəsini geri götürmək kimi qiymətləndirilməməli olmamasına istinad etsə də, bu hal Əmək Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə ziddir. Odur ki, apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqedə olmuş, qətnamə qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi Sumqayıt 3 saylı şəhər Polikilinikası tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2893/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1326/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1326/2022
01.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver