Məhkəmə qərarları › İş №2(102)-1326/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1326/2024

22.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1326/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin açıq hərracda satılması, əldə olunmuş vəsaitin paylara münasibətdə bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satış pulunun bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5579/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 6, 8 saylı mənzilin 1/5 hissəsinin hüquqi sahibi Cavabdeh, 4/5 hissəsinin hüquq sahibi İddiaçıdur.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-248/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış evinin mülkiyyətçilər arasında naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009 )-1659/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1659/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı xx.xx.2023-cü il tarixli təkliflə Cavabdeh müraciət edərək, mənzilin real bazar qiymətinin 4/5 hissəsinin əvəzi kimi 200000 (iki yüz min) manat pulun ona ödənilməsini və bununla da mənzilin Cavabdeh mülkiyyətinə keçməsini təklif etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvan ında yerləşən mənzilin açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaitinin onunla Cavabdeh (bundan sonra “cavabdeh”) arasında paylarına mütənasib nisbətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, RX seriyalı, ******* nömrəli və **********60-05101-093003 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 üzərində 4/5 hissədə iddiaçının, 1/5 hissədə cavabdehin xüsusi mülkiyyət hüququ tanınmışdır. Mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən mənzilin real bazar qiymətinin 4/5 hissəsinin əvəzi kimi 200000 (iki yüz min) manat pulun iddiaçıya ödənilməsi və bununla da mənzilin cavabdehin mülkiyyətinə keçməsi təklif edilmişdir. Lakin bu təklifə cavabdeh hər hansı münasibət bildirməmişdir.

7. Həmçinin iddiaçı tərəfindən mənzilin mülkiyyətçilər arasında naturada bölünməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)724/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və bununla da mənzilin naturada bölünməsinin mümkün olmaması öz təsdiqini tapmışdır. Hazırda həm əmlakın naturada bölünməsi mümkün olmadığına, həm də cavabdeh tərəfindən hər hansı təklif olmadığına görə iddiaçı hesab edir ki, mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri (tərəflər) arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi zəruridir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 220-ci maddəsinə istinad etmişdir.

9. Cavabdeh iddia t ələbinə etiraz təqdim etmiş və birinci instansiya məhkəməsində etirazını müdafiə edərək göstərmişdir ki, iddia tamamilə əsassızdır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən sahə 3 ayrı-ayrı mənzildən ibarətdir. Cavabdeh hazırda həmin mənzilin bir hissəsindən istifadə edir. Qeyd olunan sahədən cavabdehin istifadə etməsi iddiaçının istifadəsində olan mənzildən sərbəst və tam istifadə etməsinə hər hansı maneə yaratmır, yarada da bilməz. Çünki cavabdehin istifadə etdiyi sahənin girişi tamamilə başqadır. Həmin yaşayış sahəsinə 5 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan da göründüyü kimi 8 saylı mənzil 3 hissədən ibarət olmaqla 76,7 kv.metr ümumi sahəyə malikdir. Mənzildə 3 ailə yaşayır. Qardaşı (iddiaçı) 14,4 kv.metr sahəyə malik bir otaqda ailəsi ilə yaşayır, ayrıca girişi mövcuddur. İddiaçı həmin mənzilin 2 otağında (9,0 və 9,9 kv.metr sahəyə malik) tək yaşayır, ayrıca girişi mövcuddur. Cavabdeh isə həmin mənzilin 9,6 kv.metr sahəyə malik yaşayış sahəsinə daxil edilməyən texniki pasportda göstərilən sahə də qızı ilə birlikdə yaşayır, həmin sahənin ayrıca girişi mövcuddur. Göründüyü kimi bütün yaşayış sahələrinin ayrıca girişləri mövcud olduğundan onun iddiaçıya heç bir maneçiliyi yoxdur. Bu səbəbdən də iddianı tamamilə əsassız sayır. Bundan əlavə, cavabdehin iddiaçının payına düşən hissəni almaq üçün maddi imkanı yoxdur. Cavabdehin başqa yaşayış yeri də yoxdur, iddiaçı onun payına uyğun ölçüdə həmin ərazidə ona yaşayış sahəsi alıb versə, cavabdeh də hazırki əmlakdakı payından imtina edə bilər. Başqa şəkildə razılıq əldə edilməsi mümkün deyil.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-936/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh və İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 6, 8 saylı mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin Cavabdeh (1/5 hissə) və İddiaçı (4/5 hissə) arasında onların paylarına mütənasib olaraq bölünməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Rəna Qafarova)

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil 4/5 hissədə iddiaçının, 1/4 hissədə cavabdehin xüsusi mülkiyyətindədir. İddiaçı həmin mənzilin mülkiyyətçilər arasında naturada bölünməsinə dair Səbail Rayon Məhkəməsinə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)724/2019 nömrəli qətnaməsi ilə mənzilin naturada bölünməsi mümkün olmadığından iddia təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən mənzilin real bazar qiymətinin 4/5 hissəsinin əvəzi kimi 200000 (iki yüz min) manat pulun iddiaçıya ödənilməsi və bununla da mənzilin cavabdehin mülkiyyətinə keçməsi təklif edilmiş, lakin bu təklifə cavabdeh hər hansı münasibət bildirməmişdir.

12. İşin araşdırılmış hallarına əsasən hazırkı mübahisə predmeti olan mənzil tərəflərin paylı mülkiyyətindədir, mənzilin naturada bölünməsi mümkün olmamaqla, mülkiyyətçilər arasında mənzilin bölünməsinə dair razılaşmaları yoxdur. Belə ki, iddiaçı tərəf cavabdeh tərəfə mübahi səli mənzilin naturada bölünməsi mümkün olmadığı üçün öz payını bazar qiymətinə uyğun olaraq almağı və mənzil barədə məsələyə 5 gün ərzində cavab verməyi təklif etmiş, buna cavab almadıqda isə qanunvericiliyə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılması üçün mənzilin açıq hərrac yolu ilə satılması qaydasında satış pulunun payına nisbətdə ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçının təklifinə münasibət bildirərək, onun iddiaçının payına düşən hissəni almaq üçün maddi imkanının, başqa yaşayış yerinin olmadığını, iddiaçının onun payına uyğun ölçüdə həmin ərazidə ona yaşayış sahəsi alıb verdiyi halda, hazırki mənzildəki payından imtina edə biləcəyini, başqa şəkildə razılıq əldə edilməsinin mümkün olmadığını qeyd etmişdir.

13. B irinci instansiya məhkəməsi cavabdehin iddiaya etirazının dəlillərini qəbul etməmiş vəbunu onunla əaslandırmışdır ki, paylı mülkiyyətçi olan cavabdehin digər paylı mülkiyyətçi olan iddiaçının paylı mülkiyyətdə olan əmlakının satılması ilə bağlı iddiasına göstərilən formada mövqe sərgiləməsi ilk növbədə iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırması deməkdir və cavabdehin bu mövqeyini hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

14. Birinci instansiya məhkəməsi işin faktiki hallarını, tərəflərin hər birinin mənafeyini, mübahisəli mənzilin naturada bölünməsinin və ya ondan payın ayrılmasının mümkün olmadığını, eləcə də tərəflər arasında hər hansı bir razılaşmanın əldə edilmədiyini, başqa sözlə Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətb iq edilməsini nəzərə alaraq, paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qaydasını nəzərdən keçirərək belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbləri baxımından Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 6, 8 saylı mənzil açıq hərracda satılmalı və əldə edilmiş vəsait arasında paylara mütənasib olaraq bölünməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 213.1, 213.2, 220-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88-ci maddələri və "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrı ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilib, cavabdeh məhkəmə tərəfindən hərraca çıxarılmış mənzildə doğulub boya başa çatmışdır, mənzil cavabdehə valideynlərindən miras qaldığından onun üçün mənəvi dəyəri vardır. Paylı mülkiyyətdə olan əmlakın qətnamədə qeyd olunan formada məcburi satılması cavabdehin xüsusi mülkiyyət hüquqlarını pozur.

18. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən mənzilin real bazar dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin etmiş, ekspertizanın aparıl masını "xxxx" MMC-yə həvalə etmişdir. 19. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin real bazar dəyəri 197000 manat təşkil edir.

20. Cavabdeh apellyasiya baxışında bildirmişdir ki, onun bu evdən başqa yaşayış yeri yoxdur, həmin ərazidə yaşamağa öyrəşdiyindən istəyir ki, iddiaçı ona həmin əraziyə yaxınlıqda başqa mənzil alıb versin.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5579/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), hakimlər Kamran Əkbərov, Elşən Kazımov)

22. Apellyasiya instansiya məhkəməsi apelyasiya şikayətini dəlillərin ə münasibətdə qeyd etmişdir ki, paylı mülkiyyət zamanı paylar əşya üzərində deyil, əşya üzərindəki mülkiyyət hüququ üzərində olur. Başqa sözlə, paylı mülkiyyətdə bölünən əşyanın özü deyil, bu əşya üzərindəki mülkiyyət haqqıdır.

23. Hazırkı işin araşdırılmış hallarına əsasən hazırkı mübahisə predmeti olan mənzil tərəflərin paylı mülkiyyətindədir, mənzilin naturada bölünməsi mümkün olmamaqla, mülkiyyətçilər arasında mənzilin bölünməsinə dair razılaşmaları olmamışdır. İddiaçı tərəf cavabdeh tərəfə mübahisəli mənzilin naturada bölünməsi mümkün olmadığı üçün öz payını bazar qiymətinə uyğun olaraq almağı və mənzil barədə məsələyə 5 gün ərzində cavab verməyi təklif etmiş, buna cavab almadıqda isə qanunvericiliyə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılması üçün mənzilin açıq hərrac yolu ilə satılması qaydasında satış pulunun payına nisbətdə ona verilməsi üçün məhkəməyə müraciət etmişdir.

24. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qaydasına əsasən, Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbləri baxımından həmin mənzilin açıq hərracda satılması və əldə edilmiş vəsaitin paylara mütənasib olaraq bölünməsi Qanunun tələblərinə uyğun olmuşdur.

25. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə Mülki Məcəllənin 220.2ci maddəsində paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb edə bilməsi müəyyən edildiyindən, hazırkı mülki iş üzrə mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına m ütənasib surətdə bölüşdürülməsi Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalardakı ardıcıllığa riayət edilməklə tətbiq edildiyindən cavabdehin apellyasiya şikayəti əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Mübahisəli mənzil cavabdehin yeganə yaşayış yeridir. Hazıkı iş üzrə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatına əsasən ünvan 1-in real bazar dəyəri 197.000 manat təşkil edir. Mübahisəli mənzil hərracda s atılanda, adətən mənzil paylı mülkiyyətdə olanda onun alıcısı olmur, buna görə də iki dəfə keçirilən hərracdan sonra mənzilin dəyəri satış dəyərindən 25% aşağı qiymətə tərəflərə təqdim edilir. Bu halda 197.000 25%=147.750 manat dəyərlə həmin mənzili iddiaçı öz mülkiyyətinə qəbul edib, oradan ona 1/5 paya uygun olan 29.550 manat vəsait verəcəkdir. Bu miqdarda vəsaitə cavabdeh harada mənzil ala bilər, mənzil satıldıqdan sonra o, bir qadın olaraq harada yaşamalıdır kimi suallar yaranır. Bu mənzil cavabdehin valideynlərindən miras qalmış mənzildir, onun xüsusi mülkiyyətindədir, hansı əsasla məhkəmələr onun xüsusi mülkiyyətində olan və valideynlərindən miras qalan evi digər payçının iddiası ilə satmağa qərar verirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qar şı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna mali kdir. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ü mumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarı Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə, belə qərar paylı mülkiyyətçilərin birinin id diası əsasında da qəbul edilə bilər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılar aq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnam ə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

35. İddia tələbi paylı mülkiyyətdə olan və naturada ayrılması mümkün olmayan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölünməsi barədədir.

36. İşin müəyyən edilmiş hallarına əsasən, mübahisəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun naturada bölünməsi mümkün deyil, bu barədə qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsi var, eləcə də iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsi təklif etsə də, bununla bağlı razılıq yoxdur.

37. Göründüyü kimi, tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

38. Belə ki, Mülki Məcəllənin 220.3-220.6-cı maddələri paylı mülkiyyətin mülkiyyətçilərinin ümumi əşyanın bölünməsi və ondan payının ayrılmasını mərhələli şəkildə nizama salır. Bu normalarda müəyyən edilən qaydaya görə ilkin olaraq paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Payın natu rada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi də mümkün olmadıqda məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

39. İşdən görünür ki, hazırki işdə Mülki Məcəllənin 220.3-220.6-cı maddələrində nəzərdə tutlmuş bütün mərhələlərə əməl edilməklə iddia tələbi təmin edilmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldi yi nəticə və hüquqi qiymətləndirməni qanuni və əsaslı sayır. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

41. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, şikayətin dəlilləri ondan ibarətdir ki, mənzil cavabdehin valideynlərindən miras qalmış mənzildir, cavabdehin xüsusi mülkiyyətindədir, məhkəmələr onun xüsusi mülkiyyətində olan və valideynlərindən miras qalan evi digər payçının iddiası ilə satmağa qərar verərkən cavabdehin mülkiyyət hüquqlarını pozmuşlar, cavabdehin başqa yaşayış yeri yoxdur, hərracda satılacağı halda mənzilin dəyəri aşağı düşəcəkdir.

42. Məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır. Belə ki, əvvəla, bu qayda, yəni paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması Mülki Məcəllənin hazırki işə tətbiq edilən 220-c i maddəsində nəzərdə tutulub. Həmin norma paylı mülkiyyətçilərin paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasını ilkin olaraq razılıq əsasında olmasını, belə bir razılıq olmadıqda isə mərhələli şəkildə ümumi əşyanın bölünməsi və ondan payın ayrılmasını müəyyən edir. İşdən görünür ki, belə bir razılıq əldə edilməyib. Buna görə də cavabdehin hüquqlarının pozulması, başqa yaşayış yerinin olmaması, mənzilin hərracdan daha ucuz qiymətə satılması barədə kassasiya şikayətinin dəlilləri Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından əsaslı sayıla bilməz.

43. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında d a hüquqi mövqe belə olmuşdur ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə, belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi h aqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5579/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar