Məhkəmə qərarları › İş №2(102)-133/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-133/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-133/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1028/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq m əhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Saatlı Rayon Məhkəməsinin 2(055)-1435/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 1000 manat borc və 30 manat dövlət rüsumu, cəmi 1030 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 7000 manat pulun, habelə 100 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 7130 manat pulun alınaraq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxx 2016-cı il tarixdə xx xxxxxx 2018-ci il tarixdə qaytarmaq şərti ilə 3500 manat və xx xxxxxx 2016-cı il tarixdə 2018-ci ilin noyabr a yında qaytarmaq şərti ilə 3500 manat borc pul vermiş və bu barədə xx xxxx 2016-cı il tarixdə və xx xxxxxx 2016-cı il tarixdə cavabdeh qəbz yazaraq öz imzası ilə həmin qəbzi təsdiq edərək ona vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi pozaraq həmin 7000 manat məbləğində borcu ona qaytarmamışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurəti olan qəbzdən görünür ki, həmin qəbzdə “xx xxxxxx 2018-ci il tarixdə qaytarmaq şərti ilə İddiaçı 3500 AZN borc pul aldım” sözləri əllə yazılmış və imza ilə təsdiq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurəti olan qəbzdən görünür ki, həmin qəbzdə “noyabr ay ında 2018- ci il tarixdə qaytarmaq şərti ilə İddiaçı 3500 AZN borc pul aldım” sözləri əllə yazılmış və imza ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 29493 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 7ci vərəqəsində Cavabdeh adından olan xx xxxx 2016-cı il tarixli qəbzdəki əlyazmalar («25 декабр 2016-чы» yazılarında “6” rəqəmindən başqa) və həmin qəbzdə «...тəсдиг едирəм», «...06707997», «...галачаг» və “Имза” əlyazmaları qarşısındakı imzalar; 8-ci vərəqəsində Cavabdeh adından olan xx xxxxxx 2016-cı il tarixli qəbzdəki əlyazmalar («Hojaбp аjында 2018-чи ил» yazılarında “8” rəqəmindən başqa) və həmin qəbzdə «...едирəм», «...05707997» və «...2016чы ил» əlyazmaları qarşısındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Saatlı Rayon Məhkəməsinin (hakim İxtiyar Abuşov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Saatlı rayonu Əliabad kəndində yaşayan xx xxxxxxxx 1972-ci il təvəllüdlü Cavabdeh 7000 manatın, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının əvəzinin, cəmi 7130 (yeddi min yüz otuz) manatın tutulub Saatlı rayonu Əliabad kəndində yaşayan xx xxxxxxx 1952-ci il təvəllüdlü İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının məhkəməyə sübut növü kimi təqdim etdiyi qəbzlərdəki əlyazmalar Cavabdeh tərəfindən icra edilmişdir. Cavabdeh 7000 manat pulu iddiaçıdan almamasına dair göstərdiyi halları məhkəmədə sübut edə bilməmişdir, eyni zamanda da iddiaçının bu tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, cavabdehin izahatından başqa, etirazının əsasında duran bu faktın mövcudluğunu təsdiq edə biləcək digər mötəbər sübut növünü məhkəməyə təqdim edə bilmədiyindən cavabdehin izahatı özü-özlüyündə etirazının əsasını istinad edən sübut növü kimi qəbul edilə bilməz. Buradan da görünür ki, cavabdeh Mübariz Taran oğlu İddiaçı qaytarmaq şərti ilə 7000 manat məbləğində borc almış, lakin hazırki vaxtadək cavabdeh həmin iddiaçıya ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 29493 saylı ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. M əhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.2, 739.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Saatlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlham Əsədov sədrlik edən və məruzəçi, Müşfiq Həsənov və Zeynal Zeynalov) xx xxxx 2020-ci il tarixli 2(106)1028/2020 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(055)-18/2020 sаylı qətnaməsinin ləğv edilərək İddiaçı Cavabdeh qarşı 7000 manat pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəflərin izahatları ilə müəyyən etmişdir ki, Cavabdeh, hazırki iş üzrə iddiaçıdan 2016-cı ildə borca pul istəmiş, İddiaçı, əvvəldən qalan borcunu ödəmədiyinə istinad edərək, pul vermədiyi halda, əvvəlcə Cavabdeh əvvəlki borcu barədə qəbz yazdırmağa sonuncunu məcbur etmişdir. Bundan sonra, İddiaçı müəyyən məbləğ Cavabdeh borca pul vermiş və xx.xx.2016-cı il tarixli ikinci qəbzi imzalatmışdır. Beləliklə, Cavabdeh həm əvvəlki borcuna görə, 3500 manat borcunun olduğunu etiraf edən xx.xx.2016-cı il tarixli qəbzi, həm də təkrarən 3500 manat borcunun olduğunu etiraf edən xx.xx.2016-cı il tarixli qəbzi imzalamışdır. İddiaçı tərəf izahatı ilə bağlı yazılı ərizə də təqdim etmişdir. (MPM-nin 106.1, 106.3) Məhk əmə hesab etmişdir ki, iddiaçı dolayı olaraq borcun etirafına əsaslanır. Bu zaman iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsi təşkil edir. Kollegiya hesab edir ki, iddiaçının xx.xx.2016-cı il tarixli qəbzə əsasən 3500 manat pul tələb etməsi barədə iddiası təmin edilə bilməz. Əvvəla, ona görə ki, bu qəbz, iddiaçının özünün etirafına görə, 2010-cu ildəki borcla bağlı olmuşdur. Həmin borca dair qüvvədə olan (preyudisial qüvvəyə malik) məhkəmə qətnaməsi vardır. Saatlı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı münasibətlər üzrə müəyyən edilmiş həmin hala qiymət verilmiş, iddia qismən- 1000 manat miqdarında təmin edilmişdir. İddiaçının özünün etirafına görə qətnamə icra olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi qey d etmişdir ki, bu borc məbləği cavabdeh tərəfindən dolayı etiraf edilsə də qəbul edilməməlidir. Çünki iddiaçının özünün bildirdiyinə görə xx.xx.2016-cı il tarixli qəbzi Cavabdeh pula ehtiyacı olduğu üçün, məcburiyyət qarşısında qalıb imzalamışdır; başqa sözlə, İddiaçı onu məcburən imzalatmışdır. (Əks halda ona yenidən borca pul verməzdi!) xx.xx.2016-cı il tarixli qəbzlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin bildirdiyinə görə borcuna görə özünə məxsus, ünvanlı sosial yardım barədə bank kartını İddiaçı vermiş və o, 22 ay, yəni 2018-ci ilin yanvar ayına kimi, ayda 162,52 manat olmaqla, ümumilikdə 3575 manat pul çıxarmışdır. İddiaçı bu barədə müvafiq arayışların surətini də təqdim etmişdir. İddiaçı izahatında, cavabdehin iddia etdiyi bank kartının onda olduğunu etiraf etmiş, l akin cavabdeh həbsdə olduğundan onun kartından 22 ay ərzində çıxardığı pulları cavabdehin ailəsinə xərclədiyini, bununla həmin pulların yenə cavabdehə verilmiş hesab olunduğunu, lakin hazırda həmin pulların cavabdehin ailəsinə xərclədiyi barədə hər hansı sübutunun olmadığını bildirmişdir. Belə halda, yəni cavabdehə məxsus bank kartından çıxarılan pulları cavabdehə qaytardığını sübuta yetirmək iddiaçının üzərindədir. İddiaçı bu halı sübuta yetirə bilməmişdir. Ona görə cavabdehə məxsus bank kartından pulların (22 ay x 160.52 manat = 3531,44 manat) iddiaçı tərəfindən çıxarılıb götürülməsi müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, hazırki halda iddianı əsaslandırmaq və sübuta yetirmək iddiaçının üzərindədir. İddiaçı isə öz tələbini sübuta yetir ə bilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən işin faktiki halları düzgün müəyyən edilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur ki, bu da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 740.2, 386.1, 882.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)1028/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatl arı Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işi tam, obyektiv və qərəzsiz araşdırmamış və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iki məhkəmə instansiyasında iş üzrə mövcud olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzlərin sonuncuya zorla və ya hər hansı formada təzyiq göstərilərək yazılıb imzalanması təsdiqini tapmamışdır. Cavabdeh kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı sübutları hərtərəfli qiymətləndirilmiş və əsassız olduğu üçün, tələbi rədd edilmişdir. Şirvan Apelyasiya məhkəməsinin qətnaməsində bütün tərəflərin dəlilləri tam və ədalətli araşdırmış və bütün hallara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili iş üzrə verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştir akçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması q ətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə iddia tələbini rədd edərkən hazır kı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1028/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar