Məhkəmə qərarları › İş №2(102)-133/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-133/2022

10.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-133/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqavilələrinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit və ipoteka müqavilələrinin etibarsızlığı, öhdəliklərin veriməsi, kəsici müddətlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6464/2 021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 27 may 2009-cu il tarixli 274, 275, 276, 277 və 278 saylı kredit müqavilələrinin surətlərindən görünür ki, kredit müqavilələri cavabdeh ilə müvafiq olaraq X21, X17, X11, X20 və X2 bağlanmış və müqavilələrə əsasən cavabdeh tərəfindən X18 5000 ABŞ dolları, X12 5000 ABŞ dolları, X8 5000 ABŞ dolları, X15 2500 ABŞ dolları və X7 1250 ABŞ dolları məbləğlərində kreditlər verilmişdir. 27 may 2009-cu il tarixli 65 saylı İpoteka müqaviləsinin surətindən görünür ki, müqavilə cavabdeh ilə X20 arasında bağlanmış və müqaviləyə əsasən X13 mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.03 ha torpaq sahəsi 27 may 2009-cu il tarixli 274, 275, 276, 277 və 278 saylı kredit müqavilələri üzrə kredit borcunun qaytarılmasının təminatı olaraq cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı 04.12.2019-cu il tarixdə CavabdehASC-nə ərizə ilə müraciət edərək, bankla həyat yoldaşı Babayev Murad Fərid oğlu arasında bağlanmış 277 saylı kredit müqaviləsi və 274, 275 276,278 saylı digər kredit müqavilələr üzrə həyat yoldaşının mülkiyyətində olan torpaq sahəsi ipoteka ilə yüklü edildiyini, rəsmiləşdiriən kreditlərin qeyd olunan şəxslərlə heç bir əlaqəsi olmadığını, bu kreditlərin vəfat etmiş həyat yoldaşı Murad Babayevə məxsus olduğunu göstərərək, həmin kredit öhdəliklərini üzərinə götürməklə əsas borcları, ümumi 18750 ABŞ dollarını ödəməklə yerdə qalan faiz borclarının bağışlanmasını və girov təminatının girovdan azad olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı ilə CavabdehASC arasında bağlanmış 06.12.2019-cu il tarixli 01 saylı Razılaşmaya əsasən, İddiaçı X1 5000 ABŞ dolları, X10 5000 ABŞ dolları, X4 5000 ABŞ dolları, X13 2500 ABŞ dolları və X3 1250 ABŞ dolları kredit borclarını razılaşma imzalandığı tarixdən 5 gün ərzində ödəməyi öhdəsinə götürmüş, bank isə nəzərdə tutlmuş öhdəlik yerinə yetirildikdə bu müqavilələr üzrə borcalanlara aid qalıq faiz borclarının bağışlanacağını və bu kredt müqavilələrinin təminatı olan torpaq sahəsinin 5 iş günü ərzində girovdan azad etməyi öhdəsinə götürmüşdür. 09.12.2019-cu il tarixli 5 ədəd qəbzə əsasən iddiaçı tərəfindən X16 5000 ABŞ dolları, X10 5000 ABŞ dolları, X4 5000 ABŞ dolları, X13 2500 ABŞ dolları və X3 1250 ABŞ dolları məbləğlərində kredit borcları cavabdehin hesabına ödənilmişdir. AZ-İ seriyalı 652080 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə X20 arasında 03.06.2008-ci il tarixdə nikah bağlanmışdır. AZ-İ seriyalı 450880 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X20 16.09.2010-cu il tarixdə ölmüşdür. 05.06.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, iddiaçı X13 vərəsəsi olmaqla, miras əmlak Bakı şəhəri, Badamdar qəsəbəsi, 3cü yaşayış massivində yerləşən 0.03 ha torpaq sahəsidir. Daşınmaz əmlakın alqı-satqısına dair 13.12.2019-cu il tarixli notarial müqaviləyə əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerlə şən 0.03 ha torpaq sahəsi İddiaçı tərəfindən X14 20.000 manata satılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1070/2017 saylı 20.11.2017-ci il tarixli Qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X16 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış 27 may 2009-cu il tarixli 274 saylı kredit müqaviləsi ləğv edilmiş və iddiaçı X16 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında həmin kredit müqaviləsi üzrə pul öhdəliyinə xitam verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin kredit müqaviləsi üzrə 5000ABŞ dolları vəsaitin verilməsi barədə 27.05.2009-cu il tarixli kassa məxaric orderindəki imza Samir Hüseynliyə məxsus olmamış, kredit məbləği onun tərəfindən götürülməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqavilələrinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və X21 arasında bağlanmış 27.05.2009-cu il tarixli 274 №-li, X17 ilə bağlanmış 27.05.2009-cu il tarixli 275 №-li, X11 ilə bağlanmış 27.05.2009-cu il tarixli 276 №-li, X20 ilə bağlanmış 27.05.2009-cu il tarixli 277 №-li və X2 bağlanmış 27.05.2009-cu il tarixli 278 №-li “Kredit müqavilələri”nin etibarsız hesab edilməsi, cavabdeh və X20 ilə bağlanmış 27.05.2008-ci il tarixli 65 №-li “İpoteka müqaviləsi”nin etibarsız hesab edilməsi, iddiaçı və cavabdeh arasında bağlanmış (tarixi qeyd olunmayan) 01 №-li “Razılaşma ”nın etibarsız hesab edilməsi, 09.12.2019-cu il tarixdə iddiaçıdan cavabdeh tərəfindən alınmış 18.750 ABŞ dolları məbləğində pul, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı, mərhum X13 arvadıdır. Murad Babayev 22 sentyabr 2010-cu il tarixdə vəfat etmişdir. 05.06.2012-ci il tarixdə iddiaçı mərhumun yeganə hüquqi varisi kimi tanınmışdır. Bu barədə iddiaçının adına Bakı şəhəri 11 saylı Notariat Kontoru tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnaməyə əsasən mərhum ərindən qalan miras əmlak, ona məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 3-cü y aşayış massivində yerləşən 0.03 ha torpaq sahəsidir. 2019-cu ilin dekabr ayında pula ehtiyacı olduğuna görə, sözügedən torpaq sahəsini özgəninkiləşdirmək qərarına gəlmişdir. Həmin əmlaka dair alğı-satqı müqaviləsi bağlamaq istərkən müəyyən edilmişdir ki, torpaq sahəsi cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank və mərhum əri arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından iddiaçının ümumiyyətlə məlumatı olmamışdır. Bank tərəfindən iddiaçıya 2020-ci ilin sentyabr ayında ipoteka müqaviləsinin surəti verilsə də, çoxsaylı təkidlərinə baxmayaraq kredit müqavilələrinin verilməsindən imtina edilmişdir. O vaxt təcili pul vəsaitinə ehtiyacı olduğuna görə, torpaq sahəsinin satılması üçün əmlakın ipotekadan azad edilməsini xahiş etmişdir. Bankda isə iddiaçıya göstərilən kredit müq avilələri üzrə yaranmış yalnız əsas borcun ödənilməsi təqdirdə torpaq sahəsinin ipotekadan azad edilməsinə razılıq verəcəklərini bildirmişlər. İddiaçı da çıxılmaz vəziyyətdə olduğundan təklif olunan şərtlərlə müqavilə bağlanmasına razılıq vermişdir. Beləliklə də, Bank iddiaçını aldadarıq, onun ağır vəziyyətdə olmasından istifadə edərək, qeyd olunan kredit müqavilələri üzrə pul öhdəliklərini öz üzərinə götürməsi barədə 01 saylı razılaşma imzalamağa məcbur qalmışdır. Həmin Razılaşmanı bu yaxınlarda çoxsaylı təkidlərindən sonra 2020-ci ilin sentyabr ayında əldə etmişdir. Razılaşmanı oxuyanda iddiaçıya məlum olmuşdur ki, iddiaçı, Samir Hüseynliyə, İsmayıl Məmmədova və Teymur Bağırova ayrı-ayrılıqda hesablanmış 5000 ABŞ dolları, Vladimir Naumovla hesablanmış 1.250 ABŞ dolları, Murad Babayevə he sablanmış 2.500 ABŞ dolları məbləğində borcu ödəməyi, Bank isə kredit müqavilələri üzrə faiz borcunu bağışlayacağını, habelə mübahisəli torpaq sahəsini ipotekadan azad etməyi barədə öhdəliklər götürmüşlər. Razılaşma bağlandıqdan sonra iddiaçı 09.12.2019-cu il tarixdə Banka cəmi 18.750 ABŞ dolları məbləğində pul ödəmişdir. Daha sonra Bank torpaq sahəsi üzərində məhdudiyyəti götürdükdən sonra 13.12.2019-cu il tarixdə iddiaçı ilə X19 arasında torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanmışdır. Bu yaxınlarda, 2020-ci ilin yay aylarında iddiaçı, cavabdeh Banka əvəzinə 5.000 ABŞ dolları məbləğində ödədiyi Samir Hüseynli ilə rastlaşmış və söhbət əsnasında iddiaçıya məlum olmuşdur ki, Bank iddiaçını aldatmış, heç bir hüquqi əsas olmadan iddiaçıdan cəmi 18.750 ABŞ dolları məbləğində pul almışd ır. Belə ki, Samir Hüseynlinin iddiaçıya bildirdiklərinə görə, onunla cavabdeh Bank arasında 27.05.2009-cu il tarixdə 274 №-li kredit müqaviləsi bağlanmamış, o Bankdan hər hansı məbləğdə borc almamışdır. Bu fakt Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 20.11.2017-ci il tarixli 2(006)-1070/2017 saylı qətnamə ilə müəyyən edilmişdir. Samir Hüseynlinin iddiaçıya bildirdiklərindən və göstərilən məhkəmə qətnaməsinin surətini 2020-ci ilin avqust ayında iddiaçıya verdikdən sonra, iddiaçı, qardaşı Vladimir Naumovla əlaqə saxlayaraq, Cavabdeh ASC-dən hər hansı məbləğdə borc alıb-almadığı barədə soruşmuşdur. Lakin qardaşı iddiaçıya bildirmişdir ki, o da, Bankdan hər hansı məbləğdə borc pul vəsaiti almamışdır. Bundan sonra cavabdeh Bank tərəfindən imzalamağa məcbur edildiyi 01 №-li Razılaşmada adla rı qeyd olunan Teymur Bağırov və İsmayıl Məmmədovu tapmağı cəhd etsə də, cəhdləri uğurla nəticələnməmişdir. Bundan sonra Cavabdeh ASC-yə gedərək, ipoteka müqaviləsini, kedit müqavilələrini və razılaşmanı tələb etmişdir. Cavabdeh ASC-dən həmin sənədlərin surətlərini 2020-ci iilin sentyabr ayında uzun sürən get-gəldikdən sonra əldə etmişdir. İddiaçıya həmin sənədlərin yalnız kserosurətləri verildiyinə görə, sənədlərin əslinin əldə etmək üçün Banka və Notariat Kontoruna müvafiq sorğular ilə müraciət etmişdir. İddiaçıya məlum olmuşdur ki, 27.05.2009-cu il tarixdə cavabdeh X23 arasında 274 №-li, Teymur Bağırov arasında 275 №-li, İsmayıl Məmmədov arasında 276 №-li, Murad Babayev arasında 277 №-li, Vladimir Naumov arasında 278 №-li müqavillər bağlanmamış, həmin müqavilələr üzrə müqavilələrdə borc alan kimi adları qeyd edilən şəxslərə borc verilməmişdir. Bunlardan başqa, iddiaçıya verilən məlumatlardan bəlli olur ki, sözügedən kredit müqavilələrində müqavilələrin bağlandığı tarix “27.05.2009-cu il” qeyd olunmuş, müqavilələrin qüvvədə olma müddəti isə bir il müəyyən edilmişdir. Göründüyü kimi, bütün bunlardan təfərrüatı ilə məlumatlı olan cavabdeh Bank, iddia müddəti artıq 9 il keçməsinə baxmayaraq, saxta müqavilələr üzrə iddiaçıya 09.12.2019-cu il tarixdə Banka cəmi 18.750 ABŞ dolları məbləğində pul ödətdirmişdir, iddiaçının hesabına Bank əsassız olaraq varlanmış, iddiaçının pulumnu mənimsəmiş, ələ keçirmişdir. Qeyd etdiyi halların hamısı onu təsdiq edir ki, Cavabdeh ASC və cavabdeh X24 arasında bağlanmış 27.05.2009- cu il tarixli 274 №-li, Teymur Bağırov arasında bağlanmış 27.05. 2009-cu il tarixli 275 №-li, İsmayıl Məmmədov arasında bağlanmış 27.05.2009-cu il tarixli 276 №-li, Murad Babayev arasında bağlanmış 27.05.2009-cu il tarixli 277 №-li, Vladimir Naumov arasında bağlanmış 27.05.2009-cu il tarixli 278 №-li müqavilələr məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Bunlardan başqa, mərhum əri Murad Babayev və cavabdeh Bank arasında bağlanması qeyd olunan 27.05.2008-ci il tarixli 65 №-li ipoteka müqaviləsi də etibarsız əqdir. Həmin razılaşmaya iddiaçı oxumadan imza etmişdir. O sənədi imzalayarkən iddiaçı üçün vacib olan - pul lazım olduğuna görə evini, torpağını satmaq olmuşdur. Bank da iddiaçının rus milliyətindən olmasını, azərbaycan dilində oxuya və danışa bilmədiyindən çox məharətlə istifadə edərək, tez-tələsik razılaşmanı iddiaçıyla imzalatdırmışdır. Cava bdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı banka ərizə ilə müraciət edərək qeyd olunmuş müqavilələr üzrə kredit məbləğlərinin onun həyat yoldaşı Murad Babayev tərəfindən götürüldüyünü, müqavilə bağlamış şəxslərin həmin kreditlərlə əlaqəsinin olmadığını, bu səbəbdən həmin kreditlər üzrə öhdəlikləri üzərinə götürdüyünü bildirmişdir. Həmçinin iddiaçı qeyd olunan razılaşmanı bağladıqdan sonra kredit müqavilələri üzrə ayrı-ayrılıqda ödənişləri etmiş və həmin ödənişlərə dair ödəniş qəbzlərinin vəsaiti alan qrafasında da müqavilə bağlamış şəxslərin adı qeyd olunmuşdur. Yəni iddiaçı əgər yalnız ərinin krediti üzrə (277 saylı) vəsaiti ödədiyini düşünürdüsə, bu zaman vəsaiti bir mədaxil qəbzi ilə tam şəkildə ödəyərdi və qəbzlərdə digər şəxslərin adları olmazdı. Ödəniş qəbzlərinin hər kredit müqaviləsi üzrə ayrı olması və müqavilə bağlayan şəxslərin adının qeyd olunması onu göstərir ki, iddiaçı həmin müqavilələrdən məlumatlı olmuş və razılaşmanın da təkcə 277 saylı müqaviləyə dair olmadığını, həmçinin digər müqavilələrə dair olduğunu da bilmişdir. Razılaşmanın yuxarı hissəsində yalnız 277 saylı müqavilənin adının qeyd olunması onun məzmununu etibarsız etmir. İddiaçının tələblərindən biri də kredit müqavilələrinin etibarsız hesab edilməsidir. İddiaçı həmin müqavilələr üzrə tərəflərə pulun verilmədiyini, bu səbəbdən həmin müqavilələrin də etibarsız sayılmalı olduğunu bildirir. Lakin buna dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin bildiririk ki, iddiaçının bu tələbi irəli sürməsi üçün subyektiv hüququ yoxdur, bu səbəbdən həmin tələb təmin olunmamalıdır. İddiaçı ipoteka müq aviləsinin etibarsızlığı ilə bağlı qeyd edərkən ipoteka müqaviləsinin tarixinin 27.05.2008-ci il, təminatı olduğu kredit müqavilələrinin isə 27.05.2009-cu il tarixli olmasını əsas gətirir. Lakin ipoteka müqaviləsinin 6.3-cü bəndindən və notariusun təsdiq qeydindən müqavilənin 27.05.2009-cu ildə bağlandığı görünür. Müqavilənin tarixinin texniki səhvliklə 27.05.2008-ci il göstərilməsi onun etibarsızlığına səbəb ola bilməz. İddiaçının iddia ərizəsində qeyd etdiyi əsaslardan biri də Samir Hüseynli ilə bağlanmış kredit müqaviləsinin məhkəmə tərəfindən ləğv olunduğu halda həmin müqavilə üzrə borcun onun tərəfindən ödənilməsidir. Bu hissə ilə bağlı bildirir ki, qeyd etdiyi kimi iddiaçı öncədən həmin müqavilə üzrə pulun Samir tərəfindən deyil, əri tərəfindən götürüldüyünü bilmiş, vicdanlılıq göstə rərək ərinin götürdüyü pulu banka geri qaytarmışdır. Həmçinin iddiaçının daha öncə Samir Hüseynliyə və Teymur Bağırova qarşı qaldırdığı iddia tələblərindən də görünür ki, iddaçı bu müqavilələr üzrə borcların əslində özünə (ərinin vərəsəsi olaraq) məxsus olduğunu bilirmiş. Belə ki, həmin şəxslərə qarşı olan iddia ərizələrində tələb ödənilmiş pulun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən ödənilən kompensasiyaya yönəldilərək ödənilməsi olmuşdur. Fərmana əsasən kompensasiya ödənilərkən ödənilmiş vəsait tam şəkildə deyil, borcun devalvasiya nəticəsində artmış hissəsi kompensasiya olaraq qaytarılacaqdı. Əgər iddiaçı başqasının borcunu ödədiyini düşünsə idi, kompensasiyanı deyil, ödədiyi pulun tam şəkildə ödənilməsini tələb edərdi. İddiaçı iddia ərizəsində Samir Hüseynli ilə rastlaşdığını və söhbət əsnasında əslində Samirin bankdan pulu götürmədiyini bilmiş, bundan sonra şübhələnərək qardaşı Vladimirlə əlaqə saxlayaraq bankdan hər hansı kredit götürüb-götürmədiyini soruşmuşdur. İddia ərizəsini bu hissəsi də həqiqəti əks etdirmir. Belə ki, iddiaçı iddia ərizəsində əvvəlcə razılaşmanı oxumadığını, ərindən başqa digər şəxslərin kredit borclarını ödədiyini yalnız razılaşmanı bağlayıb ödənişləri etdikdən bir müddət sonra bildiyini, həmçinin həmin digər şəxsləri (qardaşından başqa) əvvəllər tanımadığını qeyd etmişdir. Belə olduğu halda iddiaçı ilkin olaraq qardaşının bu krediti götürüb-götürmədiyini soruşmalı idi. Lakin iddiaçı qardaşından bu barədə soruşmamış, ə vvəlcə Teymur və Samirə qarşı iddialar qaldıraraq kompensasiya məbləğlərinin ona ödənilməsini tələb etmiş və Samirin kredit müqaviləsinin ləğvi ilə bağlı həmin məhkəmə işi zamanı məlumatlanmışdır. Buradan da görünür ki, iddiaçı kreditlər üzrə pulun yekunda kimə çatdığını, razılaşma ilə hansı kreditlərin qalıq borcunu ödədiyini əvvəlcədən bilmiş, bu səbəbdən qardaşı ilə hər hansı dəqiqləşmə etməyə ehtiyac qalmamışdır. Əlavə olaraq bildirir ki, Mülki Məcəllənin 354.1 -ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə müddət kəsici müddət hesab olunur. İddiaçı hazırda etibarsız hesab olunaraq nəticəsində vəsaitin geri qaytarılmasını tələb etdi yi müqaviləni 09.12.2019-cu il tarixdə icra etmişdir. İddia ərizəsi isə məhkəməyə 23.12.2020-ci il tarixdə təqdim olunmuşdur. Belə olduğu halda hazırki iddia tələbinin irəli sürülməsi üçün qanunda nəzərdə tutulmuş kəsici müddət bitdikdən sonra iddia verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) 2(006)-1672/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh ilə X21, X17, X11, X20 və X9 arasında 27 may 2009-cu il tarixli müvafiq olaraq 274, 275, 276, 277 və 278 saylı kredit müqavilələri bağlanmış və müqavilələrə əsasən cavabdeh tərəfindən X18 5000 ABŞ dolları, X12 5000 ABŞ dolları, X8 5000 ABŞ dolları, X15 2500 ABŞ dolları və X7 1250 ABŞ dolları məbləğlərində kreditlər veril mişdir. Cavabdeh ilə X20 arasında 27 may 2009-cu il tarixli 65 saylı İpoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən X13 mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.03 ha torpaq sahəsi 27 may 2009-cu il tarixli 274, 275, 276, 277 və 278 saylı kredit müqavilələri üzrə kredit borcunun qaytarılmasının təminatı olaraq cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. X20 16.09.2010-cu il tarixdə ölmüşdür. İddiaçı, X13 arvadı olmaqla vərəsəsidir. İddiaçı cavabdehə 04.12.2019-cu il tarixli Ərizə ilə müraciət edərək, X16, X10, X4 və X3 adlarına rəsmiləşdirilmiş kreditlərin onlarla heç bir əlaqəsinin olmamasını və həmin kreditlərin əri X15 məxsus olmasını bildirərək həmin kreditlərin öhdəliyini üzərinə götürmüşdür. Bundan sonra iddiaçı ilə cavabdeh arasın da 06.12.2019-cu il tarixli 01 saylı Razılaşma bağlanmış və razılaşmaya əsasən iddiaçı, X16 5000 ABŞ dolları, X10 5000 ABŞ dolları, X4 5000 ABŞ dolları, X13 2500 ABŞ dolları və X3 1250 ABŞ dolları məbləğlərində kredit borclarını cavabdehin hesabına ödəmişdir. Məhkəmə iddia tələbinin kredit müqavilələrinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı, cavabdeh ilə X21, X17, X11 və X9 arasında bağlanmış “Kredit müqavilələri”nin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Hazırkı vəziyyətdə iddiaçı cavabdeh ilə X21, X17, X11 və X9 arasında bağlanmış “Kredit müqavilələri”ni mübahisələndirmək hüququna malik deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı, vərəsəsi olaraq yalnız X20 ilə cavabdeh arasında bağlanmış kredit və ipoteka müqavilələrini mübahisələndirmək hüququna malikdir. Bu halda iddiaçı tərəfindən həmin müqavilələri mübahisələndirmək üçün iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. İş materiallarından göründüyü kimi həmin müqavilələr 27 may 2009-cu il tarixdə bağlanmışdır ki, iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. İddiaçı iddia ərizəsində müqavilələrdən həmin vaxtda məlumatının olmamasını qeyd etsə də, iş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 04.12.2019-cu il tarixli Ərizədən isə müəyyən olunur ki, iddiaçının müqavilələrdən məlumatı olmuşdur. Lakin həmin tarixlərdən 11 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Hətta, iddiaçının müqavilələrdən 2009-cu ildən məlumatının olmadığını nəzərə aldıqda belə, 04.12.2019-cu il tarixdən məlumatı olmuşdur. Bu halda belə iddiaçı həmin tarixdən 1 ildən artıq (04.12.2019-23.12.2020=1 il 19 gün) müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən 09.12.2019-cu il tarixli 01 saylı Razılaşmanın bağlanmasından da 1 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddia tələbinin 18.750 ABŞ dolları məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb əsassız olduğundan təmin oluna bilməz. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, həmin borcun ərinə məxsus olmasını etiraf etmiş, müqavilə ilə borcun ödənilməsi öhdəliyini üzərinə götürməklə ödəmişdir. Buna görə də ödənilmiş 18.750 ABŞ dolları məbləğində pul iddiaçı tərəfindən cavabdehdən tələb oluna bilməz. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 337.2, 324.1, 324.4, 324.5, 389.1, 377.1, 354.2, 375.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olaraq, iddia tələbinin təmin edilməsinə yönəldilmişdir. Apelyasiya instansiyası mə hkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov və Fuad Babayev) 2(103)-6464/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, “06.12.2019-cu il tarixli 01 saylı Razılaşma”nın X18 münasibətdə etibarsız hesab edilməsi, Cavabdeh ASC-dən 5000 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kollegiya birinci instansiya məhkəm əsinin mövqeyi ilə qismən razılaşaraq, qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1070/2017 saylı 20.11.2017-ci il tarixli Qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X16 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış 27 may 2009-cu il tarixli 274 saylı kredit müqaviləsi ləğv edilmiş və iddiaçı X16 Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qarşısında həmin kredit müqaviləsi üzrə pul öhdəliy inə xitam verilmişdir. Buna baxmayaraq, bank tərəfindən iddiaçıya X16 bank qarşısında öhdəliyinin olması bildirilmiş və 09.12.2019-cu il tarixli qəbzlə iddiaçı tərəfindən X16 olmayan öhdəliyi üzrə 5.000 ABŞ dolları məbləğində pul vəsaiti qəbul etmişlər. Kollegiya hesab etmişdir ki, “06.12.2019-cu il tarixli 01 saylı Razılaşma” X18 münasibətdə etibarsız hesab edilməli, cavabdeh iddiaçının hesabına əsassız olaraq varlandığından həmin 5.000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən alınaraq, İddiaçı ödənilməlidir. Kollegiya qeyd etmişdir ki, qanunvericilikdə əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia müddəti müəyyən edilsə də, iddiaçı S.Hüseynliyə münasibətdə üzərinə götürdüyü öhdəlik üzrə məhkəmə mübahisələri başlanmış, buna dair məhkəmə qətnaməsi qəbul edilmiş və qüvvəy ə minmişdir. İddiaçının pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanğıcını düzgün müəyyənləşdirməmiş, iddiaçının məhkəməyə müraciət üçün müddətin buraxılıb-buraxılmaması, buraxılıbsa, bunun üzürlü səbəbdən baş verib-verməməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Məhkəmə qəbul etdiyi qətnaməni yalnız iddia müddətinin keçməsi ilə əsaslandırmışdır. Halbuki, kollegiyanın qənaətinə görə iddia müddətinin ötürülməsindən asılı olmayaraq işə baxan məhkəmə iddia tələblərinin qanuniliyinə də hüquqi qiymət verməlidir. Belə olan halda qeyd olunan mübahisə üzrə tərəflər arasında məhkəmə mübahisələri olduğundan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Apellyasiya şikayətini n dəlillərinə qiymət verərək, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı mübahisəli razılaşmanı imzalayaraq, bank qarşısında digər borcluların öhdəliklərini üzərinə götürmüşdür. Digər borcluların bank qarşısında olan öhdəliklərinin icra edilməsi və ya mövcud olmaması iş materialları ilə müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21, 1091, 1092.1, 1096, 1097, 1115, 337.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6464/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışı na qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin kəsici müddət ilə bağlı 12.03.2020, 01.12.2020 və 02.04.2021-ci il tarixli qərarlarının, eləcə də Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qətnamə qəbul edərkən iddia müddəti ilə bağlı məsələyə toxunaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülüb-ötürülməməsini araşdırmadan iddia müddətinin ötürülməsinə istinad etməklə iddianı rədd etmişdir. Məhkəmə bu mövqeyində ona görə haqlı deyil ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən nəticə də iddia müddətinə deyil, kəsici müddətə istinad etmiş, qətnaməni kəsici müddəti ilə bağlı normaların tələblərinə istinad etməklə əsaslandırmışdır. Mübahisənin mahiyyətindən də görünür ki, bu hüquq münasibəti ilə bağlı mübahisə həll edilərkən iddia müddəti deyil, kəsici müddət ilə bağlı hüquq normaları və hüquq nəzəriyyəsinə istinad edilməli idi. Çünki mübahisə əqdin etibarsızlığı ilə bağlıdır. Apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.6-cı maddəsinin tələblərini pozmuşdur. Belə ki, apelyasiya məhkəməsi iddia müddətinin ötürülübötürülməməsini araşdırmamağı birinci instansiya məhkəməsinə irad tutsa da, özü də bunu etməmişdir. Halbuki birinci instansiya məhkəməsi müddətin ötüb-ötməməsinə də hüquqi qiymət vermişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklər in müqavilənin tərəflərinə deyil, onun əri Murad Babayevə məxsus olması barədə 04.12.2019-cu il tarixli ərizə və 06.12.2019-cu il tarixdən 1 ildən çox müddət keçdikdən sonra - 23.12.2020-ci il tarixdə iddia ərizəsi ilə müraciət etdiyinə görə Mülki Məcəllənin 354.2-ci maddəsinə istinad edərək müddətin ötürülməsini əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi inkar etsə də, birinci instansiya məhkəməsi işin hallarını araşdırmış, mübahisəyə təkcə müddətin ötürülməsinə münasibətdə hüquqi qiymət verməmiş, həmçinin iddianın əsaslarını iş üzrə təqdim olunmuş sübutların müşayiətində araşdırmış və iddianın əsası üzrə də nəticəyə gəlmişdir. Ən azından 12 vərəqlik qətnamədə təkcə müddətdən söhbət getməsi ağlabatan deyil. Apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 418.2 və 386-cı maddəsinin tələblərini pozaraq, hüququn tətbiq edilməsində səhv buraxmışdır. Apelyasiya instansiyası məhkəməsi 06.12.2019-cu il tarixli razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edərkən cavabdeh tərəfindən razılaşmanın bağlanması zamanı hansı hüquq normasının pozulmasına istinad etməmişdir. X5 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnaməyə istinad etmişdir. Halbuki iş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı 04.12.2019-cu il tarixli ərizədən müəyyən olunur ki, Samir Hüseynlinin, Teymur Bağırovun, İsmayıl Məmmədovun, Vladimir Naumovun adlarına rəsmiləşdirilmiş kreditlərin həmin şəxslərlə heç bir əlaqəsi yoxdur və həmin kreditlər əri X15 məxsusdur. Elə bu sübuta görə də normaldır ki, Hüseynli Samir ilə cavabdeh arasında olan kredit müqa viləsi ləğv edilib. Yəni həmin iş üzrə müəyyən edilib ki, kreditin məxaric qəbzinə Hüseynli Samir imza etməyib. İddiaçı da bu faktı 04.12.2019-cu il tarixli ərizəsi ilə təsdiq etmiş, kreditin onun ərinə məxsus olduğunu etiraf etmiş, ərindən ona qalan əmlakın ipotekadan azad olunması marağında olduğu üçün bu barədə 06.12.2019-cu il tarixli razılaşmanı bağlamış və vərəsəsi olduğu ərinə məxsus olan öhdəlikləri icra etmiş və həmin əmlakın girovdan azad olunmasına nail olmuşdur. X31 ilə olan kredit müqaviləsinin ləğv edilməsi iddiaçı üçün sürpriz deyildi. O, bu faktı bildiyi üçün mübahisələndirilən razılaşmanı bağlamışdır. Beləliklə, həmin razılaşmanın bağlanması ilə nə iddiaçının hüquqları pozulmuş, nə də qanunvericiliyinin tələbləri pozulmuşdur. Əksinə iş üzrə sübutlar, xüsusilə Samir ilə ola n kredit müqaviləsinə əsasən pulun ona çatmamasını təsdiq edən qətnamə və iddiaçının Samirə çatası pulun Samirə yox, onun mərhum ərinə çatmasını etiraf barədə sübutlar birəbir üst-üstə düşməklə əslində həqiqətin nədən ibarət olmasını asanlıqla aşkara çıxarır. Bunun əksinə düşünən apellyasiya instansiyası məhkəməsi isə qətnamədə öz mövqeyini əsaslandıran bir cümlə belə yazmamışdır. Apelyasiya instansiya məhkəməsi iddia müddətinin (əslində kəsici müddət) ötürülməməsini onunla əsaslandırır ki, tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur. Lakin bu mübahisəyə qədər iş üzrə tərəflər arasında məhkəmə mübahisəsi olmamışdır. Məhkəmə mübahisəsi iş üzrə tərəf olmayan Hüseynli Samirlə cavabdeh arasında olmuşdur. 06.12.2019-cu il tarixli razılaşmanın etibarsızlığı ilə bağlı kəsici müddətin isə ötürül üb-ötürülməməsinin, həmin müddətin başlanma anının Hüseynli Samirlə olan mübahisə ilə əlaqəsi yoxdur. Yuxarıda da qeyd edildiyi kimi, razılaşmanın bağlandığı tarixdən iddia ərizəsi verilən tarixədək artıq müddət ötmüşdü. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin edərək, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarsa da məhkəmə xərclərini ödənilmiş tələblərin məbləğinə münasib olaraq bölüşdürməmişdir. Ödənilmiş dövlət rüsumunu tam olaraq Bankdan tutmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarını n izahatları Cavabdehin vəkili Vəkil2 kasasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisəl əndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzind ə mübahisə edilə bilər. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Maddə

524. Öhdəliyi qəbul etmiş şəxs kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilər. O, əvvəlki borcluya mənsub tələbi hesaba ala bilməz. Öhdəliyi qəbul etmiş şəxs öhdəlik qəbul edənlə əvvəlki borclu arasında olan, öhdəliyin verilməsinin əsasında duran hüquq münasibətindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu poz untu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verilərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissədə mübahisələndirdiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsində maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna və bu düzgün olmayan qətnamənin qəbul edilm əsinə səbəb olduğuna görə qətnamə həmin hissədə ləğv edilməlidir. Belə ki, iddiaçı Bankla X21 ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi öz üzərinə götürmək haqqında 06.12.2019-cu il tarixli müqavilə bağlamış və həmin öhdəlik 09.12.2019-cu ildə icra edilmişdir. Məhkəmə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1070/2017 saylı 20.11.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X16 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə iddiasının təmin edilməsinə, həmin qətnamə ilə tərəflər arasında bağlanmış 27 may 2009-cu il tarixli 274 saylı kredit müqaviləsi üzrə 5000 ABŞ dolları pulun Samir Hüseynliyə verilməsi barədə kassa məxaric oderindəki imzanın sonuncuya məxsus olmamasının müəyyən edilməsinə və nəticədə Samir Hüseynlinin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qarşısında həmin kredit müqaviləsi üzrə pul öhdəliyinə xitam verilməsinə baxmayaraq, bank tərəfindən iddiaçıya X16 bank qarşısında öhdəliyinin olması bildirilərək, 09.12.2019-cu il tarixli qəbzlə iddiaçı tərəfindən X16 olmayan öhdəliyi üzrə 5.000 ABŞ dolları məbləğində pul vəsaiti qəbul etməsini bankın əsassız varlanması hesab etmiş və iddiaçı ilə bank arasında bağlanmış öhdəliyin verilməsi barədə 06.12.2019-cu il tarixli müqaviləni S.Hüseynlinin borcuna münasibətdə etibarsız hesab etmişdir. Lakin bu zaman apellyasiya məhkəməsi əqdin hansı əsasla etibarsız hesab edilməsini qətnamədə göstərməmiş, iddiaçının iddia ərizəsində əqdin aldadılma, çətin vəziyyətdə olmasından sui-istifadə edilməsi nəticəsində bağlanmasına əsaslanmaqla etibarsızlığını mübahisələndirdiyi halda, gəldiyi nəticəni bu h allardan heç biri üzrə əsaslandırmamış, əqdlərin etibarsızlığı barədə ümumi normaya Mülki Məcəlləsinin 337.1-ci maddəsinə istinad etmişdir. Bundan başqa, məhkəmə Hüseyni Samirin bank qarşısında hər hansı kredit öhdəliyinin olmamasına və bankın bu barədə iddiaçıya məlumat verməməsi nəticəsində əqdin etibarsız hesab edilməsi qənaətinə gələrkən iş materiallarında olan iddiaçının CavabdehASC-nə ünvanladığı 04.12.2019-cu il tarixdə ərizənin məzmununa, yəni rəsmiləşdiriən kreditlərin qeyd olunan şəxslərlə heç bir əlaqəsi olmadığını, bu kreditlərin vəfat etmiş həyat yoldaşı Murad Babayevə məxsus olduğunu bəyan etməsinə, buna görə də həmin kredit öhdəliklərini üzərinə götürməsinə dair iradə ifadəsinə müvafiq hüquqi qiymət verməmişdir. Halbuki qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 5000 ABŞ dollarının ödənilməsi onun bank qarşısında götürdüyü öhdəliklərini icra edilməsi barədə 06.12.2019-cu il tarixli razılaşmaya əsaslandığından məhkəmənin Mülki Məcəllənin 1091-ci maddəsinə istinad edərək, bankın əsassız varlanması barədə gəldiyi nəticə də maddi hüquq normasının dispozisiya şərtinə uyğun olmamışdır. Həmçinin məhkəmə kollegiyası əq din etibarsızlığı üzrə məhkəməyə müraciət edilməsi üçün müddətin tərəflər arasında məhkəmə mübahisələri olduğundan iddiaçı tərəfindən ötürülməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə z ərurət də yoxdur. Apellyasiya məhkəməsi yalnız tərəflər arasında məhkəmə mübahisəsi olmasına istinad edərək müddətin buraxımaması qənaətinə gəlmişdir. Halbuki bu mübahisəyə qədər iş üzrə tərəflər arasında məhkəmə mübahisəsi olmamışdır. Məhkəmə mübahisəsi iş üzrə tərəf olmayan Hüseynli Samirlə cavabdeh arasında olmuşdur. 06.12.2019-cu il tarixli razılaşmanın etibarsızlığı ilə bağlı kəsici müddətin isə ötürülüb-ötürülməməsinin, həmin müddətin başlanma anının Hüseynli Samirlə olan mübahisədən, yoxsa iddiaçının borcların ərinə məxsus olmasını etiraf edərək onların ödənilməsinə dair razılaşmanın bağlandığı tarixdən hesablanmalı olmasına apellyasiya məhkəməsi düzgün və əsaslandırılmış qiymət verməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyab r 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi iddianın təmin edilən hissəsində qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən h əqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də qətnamə qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6464/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi, iddianın təmin edilmiş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar