Məhkəmə qərarları › İş №2(102)-133/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-133/2025

22.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-133/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma 22.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3948/2024 nömrəli iş üzrə 2 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 MTK i lə İddiaçı arasında bağlanmmış 034002 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, icraçı Cavabdeh1 MTK ünvan 1 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 99,5 kv.metr olan 2 otaqlı, 34 nömrəli mənzili payçı İddiaçı verməyi, sonuncu isə müqavilədə göstərilən mənzilin dəyərini tam və vaxtında ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 8.1-ci bəndinə əsasən, tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti olan mənzil “icraçı” tərəfindən təhvil verilir, “payçı” isə mənzili qəbul edir.

2. İddiaçı ünvan 1 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11ci mərtəbəsində yerləşən, ümumi sahəsi 99,5 kv..metr olan, 2 otaqlı, 34 nömrəli mənzilin dəyərini tam məbləğdə ödəmiş və bu barədə Cavabdeh1 MTK tərəfindən xx.xx.2022-ci il tarixli maliyyə arayışı verilmişdir.

3. Cavabdeh2 ünvan 2 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 99,5 kv.metr olan 2 otaqlı, 34 nömrəli mənzildə kirayə yaşaması üçün müddətin bir il artırılmasını xahiş etmiş və bu barədə xx.xx.2022-ci il tarixli əlyazma qəbz tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh2 (bundan sonra- iddiaçı) və Cavabdeh1 MTK-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK tərəfindən ünvan 2 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 99,5 kv.m olan, 2 otaqlı, 34 saylı mənzildə yaşayan C avabdeh2 mənzildən çıxarılması, mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması və iddiaçının mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında ünvan 2 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 99,5 kv.metr olan, 2 otaqlı, 34 nömrəli mənzilinə dair xx.xx.2022-ci il tarixdə 034002 nömrəli müqavilə bağlanmışdır. Həmin tarixdə də mənzilin dəyəri iddiaçı tərəfindən tam məbləğdə ödənilmiş və bu barədə Cavabdeh1 MTK tərəfindən maliyyə arayışı verilmişdir. Alınmış mənzil təmirli və yaşayış üçün yararlıdır. Mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh2 olmuş dur. Mənzil onun anasının adına rəsmiləşdirilmişdir. Lakin, mənzildə Cavabdeh2 ailəsi ilə birlikdə yaşayırmış. Mənzili aldıqdan sonra o, iddiaçıdan 1 il müddətində mənzildə kirayə yaşamasını xahiş etmiş, xx.xx.2022-ci il tarixdə buna dair onun tərəfindən yazılı öhdəlik də götürülmüşdür. Həmin öhdəliyə dair sənəd Cavabdeh2, Cavabdeh1 MTK-nın vəzifəli şəxsi X2 və İddiaçı tərəfindən imzalanmışdır. Cavabdeh2 ona verilmiş müddətin başa çatmasına baxmayaraq mənzili boşaltmaqdan imtina edir. İddiaçı tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciətlər edilsə də, heç bir nəticə əldə edilməmişdir.

6. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar mənzili boşalda bilmədiyini bildirmiş, mənzilin boşaldılması üçün ona 3 ay möhlət verilməsini xahiş etmişdir.

7. Bakı şəh əri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e-2(004)4261/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 2 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99,5 kv.metr olan, 2 otaqlı, 34 nömrəli mənzilindən Cavabdeh2 çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması, İddiaçı mənzildən istifadə hüququna maneçilik törədilməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qadağan edilməsi qət edilmişdir (hakim T.Xəlilova).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında olan razılaşmanın müddəti başa çatdığından, Cavabdeh1 MTK-nın İddiaçı ilə aralarında olan müqaviləyə əsasən sözügedən mənzili ona təhvil vermə k barədə öhdəliyi olduğundan, ünvan 2 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 99,5 kv.metr olan, 2 otaqlı, 34 saylı mənzildə yaşayan Cavabdeh2 mənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh1 MTK-nın üzərinə qoyulmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, qətnamədə işə aid edilən və mötəbər sübutl arla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Belə ki, hazırkı mülki iş üzrə mübahisəli mənzil anasının adına rəsmiləşdirilmişdir. 2016-ci il tarixdə anası həmin mənzili MTK-dan almışdır. İddiaçı ilə öz aralarında ondan 60.000 manat pulu illik 16% olmaqla, aylıq 800 manat ödəmək şərti ilə razılaşdırmışlar. İddiaçı həmin pulun əvəzi olaraq onun yaşadığı mənzili girov qoymağı təklif etmişdir. Mənzilin çıxarışı olmadığından belə qərara gəlmişlər ki, mənzili İddiaçı adına alğı-satqı edilsin. Razılaşma olduqdan sonra İddiaçı ona bir vərəqədə əlyazısı ilə yazmağı təklif etdi ki, guya bu mənzildə kirayə yaşayır. Halbuki, bu mənzil elə onun (cavabdehin) öz mənzili olmuşdur. Mənzildən çıxmağı ilə bağlı hər hansı bir razılaşma o lmamışdır. Beləliklə, hər ay faizlə birlikdə 800 manat ödənişlər etməyə başlamışdır. Ümumilikdə iddiaçıya 6.400 manat pul ödəmişdir. Daha sonra iddiaçı hazırkı tələb ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hazırlıq iclası zamanı iddiaçı və onun nümayəndəsi məhkəmə iclasından sonra ona yaxınlaşaraq mənzili boşaltmaq üçün vaxt verilməsini xahiş etməsini bildirdilər. Aralarında olan faizə pulu isə sonra həll edəcəklərini bildirdilər. O da heç bir etiraz etməyərək, növbəti məhkəmə iclasında iddiaçı tərəfin ona dediyi kimi izahat vermişdir. Halbuki, həqiqət də onlardan mənzili boşaltmaqla bağlı hər hansı bir söhbəti olmamışdır. İddiaçıya olan ödənişlərini faizi ilə birlikdə ödəmişdir. Bununla bağlı ödəniş qəbzləri də vardır. Göründüyü kimi birinci instansiya məhkəməsi obye ktivliyi təmin etmədən, yalnız iddiaçının dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçı ilə aralarında faizə olan pul məsələlərini ümumiyyətlə araşdırmamışdır. Belə ki, faktiki olaraq iddiaçıya hər ay 800 manat pul ödəmişdir. Birinci instansiya məhkəməsində üzrlü səbəbdən iddiaçıya ödədiyi ödəniş qəbzlərini təqdim edə bilməmişdir. Bu səbəbdən də həmin qəbzləri indi təqdim etmək zərurəti yaranmışdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3948/2024 nömrəli iş üzrə 2 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e-2(004)4261/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər X.Mərdanova sədrlik edən, m əruzəçi, E.Həsənov və M.Məmmədov).

13. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, icraçı Cavabdeh1 MTK ünvan 2 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 99,5 kv.metr olan 2 otaqlı, 34 nömrəli mənzili payçı İddiaçı verməyi, sonuncu isə müqavilədə göstərilən mənzilin dəyərini tam və vaxtında ödəməyi öhdələrinə götürmüşlər və iddiaçı həmin mənzilin dəyərini tam məbləğdə ödəmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında razılaşmaya əsasən Cavabdeh2 ünvan 2 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 99,5 kv.metr olan 2 otaqlı, 34 nömrəli mənzildə kirayə yaş aması üçün müddətin bir il artırılmasını xahiş etmiş, xx.xx.2022-ci il tarixdə buna dair onun tərəfindən yazılı öhdəlikdə götürülmüşdür.

14. Məhkəmə daha sonra qeyd etmişdir ki, həmin razılaşmanın müddəti başa çatmış, Cavabdeh2 ona verilmiş müddətin başa çatmasına baxmayaraq mənzili boşaltmaqdan imtina etmiş, iddiaçı tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciətlər edilsə də, heç bir nəticə əldə edilməmişdir.

15. Məhkəmə kollegiyası iddiaçı ilə öz aralarında ondan 60.000 manat pulu illik 16% olmaqla, aylıq 800 manat ödəmək şərti ilə razılaşdırmasını, iddiaçının həmin pulun əvəzi olaraq onun yaşadığı mənzili girov qoymağı təklif etməsini, mənzilin çıxarışı olmadığında nmənzili İddiaçı adına alqı-satqı edilməsi qərarına gəlmələrini, razılaşma olduqdan sonra İddiaçı ona bir vərə qədə guya bu mənzildə kirayə yaşaması barədə əlyazısı ilə yazmağı təklif etməsini, halbuki, bu mənzil elə onun (cavabdehin) öz mənzili olmasını, mənzildən çıxmağı ilə bağlı hər hansı bir razılaşma olmaması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 göstərilən dəlillərə münasibətdə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Hazırki halda cavabdehin apellyasiya şikayətinin dəlilləri onun iddiaçı qarşısında mülki məsuliyyətdən yayınmaq məqsədinin olmasını təsdiq etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 sentyabr 2024-cü il tarixli, 2(103)-3948/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə üçüncü şəxs qismində cəlb olunan X1 ifadəsini nəzərə almamış və buna dair qətnamədə əsaslandırma aparmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. T ətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

24. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Makddə 407.2. Kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nət icə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

32. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşara q müəyyən etmişdir ki, icraçı Cavabdeh1 MTK mübahisəli mənzili payçı İddiaçı verməyi, sonuncu isə müqavilədə göstərilən mənzilin dəyərini tam və vaxtında ödəməyi öhdələrinə götürmüşlər və iddiaçı həmin mənzilin dəyərini tam məbləğdə ödəmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında olan razılaşmaya əsasən, sonuncu sözügedən mənzildə kirayə yaşaması üçün müddətin bir il artırılmasını xahiş etmiş və 30 mart 2022-ci il tarixdə bu barədə yazılı öhdəlik götürmüşdür. Həmin razılaşmanın müddəti başa çatmış, lakin Cavabdeh2 ona verilmiş müddətin başa çatmasına baxmayaraq mənzili boşaltmaqdan imtina etmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə ra zılaşmayaraq qeyd etmişdir ki, iddiaçı ilə öz aralarında ondan 60.000 manat pulu illik 16% olmaqla, aylıq 800 manat ödəmək şərti ilə qaytaracağını şərtləndirməsini, iddiaçının həmin pulun əvəzi olaraq onun yaşadığı mənzili girov qoymağı təklif etməsini, mənzilin çıxarışı olmadığı üçün onu iddiaçının adına alqı-satqı etməsi qərarına gəlməsini, razılaşma olduqdan sonra iddiaçının ona bir vərəqədə guya mübahisəli mənzildə kirayə yaşaması barədə əlyazısı ilə yazmağı təklif etməsini, halbuki mənzilin elə onun (cavabdehin) öz mənzili olmasını, mənzildən çıxması ilə bağlı hər hansı bir razılaşma olmamasını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya ş ikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 sentyabr 2024-cü il tarixli, 2(103)-3948/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar