Məhkəmə qərarları › İş №2(102)-1330/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1330/2021

14.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1330/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi xni maraqlı şəxs kimi cəlb etdiyi iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Ərizəçi vəkili Vəkil, Maraqlı şəxs xnin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi “AJ Crane” LTD, “Sparrows Offshore”xxxx“ASCO Caspian Holdings” SA şirkətlərində kran maşinisti kimi işlədiyi kranın yer səthindən müvafiq hündürlükdə olması faktının müəyyən edilməsi üçün aşağıdakı ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi 16.01.2004-cü ildən 05.01.2008-ci ilədək “AJ Crane” LTD şirkətində, 09.01.2008-ci ildən 30.09.2010-cu ilədək “Sparrows Offshore”xxxx“ASCO Caspian Holdings” SA şirkətində kran maşinisti kimi işlədiyi kranın yer səthindən 17 metr hündürlükdə olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizəçi xahişini belə əsaslandırmışdır ki, məhkəməyə müraciət etməkdə məqsədi onun Azər baycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən qanunla müəyyən edilmiş yaş həddindən tez əmək pensiyası hüququnun təmin edilməsi üçün işlədiyi kranın kabinasının yer səthindən 17 metr hündürlükdə olan “portal kranları” üzrə kran maşinisti vəzifəsində 16.01.2004-cü ildən 05.01.2008-ci ilədək “AJ CRANE” LTD şirkətində, 09.01.2008-ci ildən 30.09.2010-cu ilədək “Sparows Offshore”xxxx“ASCO CASPİAN HOLDİNGS” SA şirkətindən arayış ala bilməməyi səbəb olmuşdur. Tərəfindən xnə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir, lakin qeyd etdiyi qurum onun müraciətinə 18.09.2019-cu il tarixində cavab məktubu göndərərək güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış təqdim etdiyim halda ona pensiya təyin ediləcəyinini göstərdilər və o qeyd olunan arayışları işlədiyi müəssisələrdən ala bilmədiyi səbəbindən Qaradağ rayon məhkəməsinə ərizə verərək qeyd olunan faktın müəyyən edilməsini məhkəmədən xahiş etdi. Lakin Qaradağ rayon məhkəməsinin 23.10.2019-cu il tarixli qərardadı ilə ərizənin geri qaytarılması barədə qərardad qəbul edərək qeyd etdiyi şirkətlərin Azərbaycan Respublikasında fəaliyyətdə olmaması barədə məhkəməyə sübut təqdim etməni ondan tələb etdi və o AR-nın Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ərizə yazaraq qeyd olunan şirkətlərin Azərbaycan Respublikasında fəaliyyətdə olmamasını xahiş etdi, amma buna baxmayaraq qeyd olunan qurum onun ərizəsi əsasında tələb edilən məlumatın vergi sirri olması səbəbindən AR-nın Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən məlumatın verilm əsinin mümkünsüz olduğunu göstərərək ona imtina cavabı verdilər. 01.07.2015-ci ildən işlədiyi Bos Şelf MMC-şirkətində yer səthindən 17 metr hündürlükdə kran maşinisti işləməyi barədə arayış alsa da lakin adlarını yuxanda qeyd etdiyi “AJ CRANE” LTD, “Sparows Offshore”xxxx“ASCO CASPİAN HOLDİNGS” SA şirkətlərinin hal-hazırda Azərbaycan Respublikası ərazisində fəaliyyətləri olmadığından həmin şirkətlərdən işlədiyi kranın yer səthindən 17 metr hündürlükdə olması barədə arayış ala bilmir. 16.01.2004-cü ildən 05.01.2008-ci ilədək “AJ CRANE” LTD şirkətində, 09.01.2008-ci ildən 30.09.2010-cu ilədək “Sparows Offshore”xxxx“ASCO CASPİAN HOLDİNGS” SA şirkətinin Azərbaycan Respublikasında fəaliyyətləri olmadığından işlədiyi kranların kabinasının yer səthindən 17 metr hündürlükdə olması faktı məhkəmə tər əfindən müəyyən edilərək qərar qəbul edilməlidir.

4. Maraqlı şəxsin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında ərizənin təmin edilməməsini xahiş etmişdir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim G.Həşimova) 06 avqust 2020-ci il tarixli, 2(002)-3502020 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ərizəçi tələbini sübut edə bilməmişdir. Ərizəçinin ərizədə göstərilən illərdə həmin şirkətlərdə işləməsi işin mübahisəsiz halı olsa da, 16.01.2004-cü ildən 05.01.2008-ci ilədək “AJ Crane” LTD şirkətində, 09.01.2008-ci ildən 30.09.2010-cu ilədək “Sparrows Offshore”xxxx“ASCO Caspian Holdings” SA şirkətində kran maşinisti kimi işlədiyi kranın yer səthindən 17 metr hündürlükdə olması faktını təsdiq edə biləcək sübutlar şahid ifadələri dir. Məhkəmə şahid ifadələrinə qiymət verərək hesab etmişdir ki, sübutların kifayətliliyi və sübutların mötəbərliliyi baxımından şahid ifadələri qeyd edilən halın təsdiqi üçün kifayət deyildir. Bu səbəbdən ərizə təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 16 oktyabr 2020-ci il tarixli, xnömrəli qərardadı ilə Ərizəçi apellyasiya şikayəti qismən təmin edilmiş, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işin icraatına xitam verilməklə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin x saylı, 06.08.2020-ci il tarixli qətnaməsi ləğv edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Hazırki iş üzrə ərizəçinin müəyyən edilməsini istədiyi işlədiyi kranın yer səthindən 17 metr hündürlükdə olması faktına dair müvafiq sənədlər işlədiyi müəssisə tərəfindən verilə bildiyindən həmin faktın məhkəmə tərəfindən müəyyən edilməsi qeyd olunan hüquq normalarının tələblərinə ziddir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Ərizəçi kassasiya şikayəti verərək qərardadın ləğv, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilməsi üçün işin apellyasiya instansiyası məhkəməsinə g öndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinin dəlilləri ərizənin dəlilləri ilə eyni məzmunludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə

307. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

15. Maddə 307.2. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

16. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

17. Maddə

310. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə bax maqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi ka ssasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ə rizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadığı halda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.

25. Apellyasiya kollegiyası hesab etmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Hazırki iş üzrə ərizəçinin müəyyən edilməsini istədiyi işlədiyi kranın yer səthindən 17 metr hündürlükdə olması faktına dair müvafiq sənədlər işlədiyi müəssisə tərəfindən verilə bildiyindən həmin faktın məhkəmə tərəfindən müəyyən edilməsi qeyd olunan hüquq normalarının tələblərinə ziddir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisəl ərin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.4-cü bəndində qeyd olunur ki, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

27. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar