Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1330/2022 11.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ARDNŞ “Azneft” İB-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1330/22 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı şəhəri, 11 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı ARDNŞ “Azneft” İB-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9896/2021 nömrəli, 18.10.2021- ci il tarixli qətnaməsindən iddiaçı ARDNŞ “Azneft” İB t ərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30.12.1999-cu il tarixli, 2740 saylı vətəndaş Cavabdeh Buzovna qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında sərəncamı ilə Buzovna qəsəbəsində 5-407 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılması qərara alınmışdır. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2019-cu il tarixli, 2-1(82)105/2019 nömrəli qərardadı ilə (hakim Z.M.Tağıyev) İddiaçı Bakı Şəhər Xəzər Rayon İcra Hakimiyyətinə qarşı 30.12.1999-cu il tarixli, 2740 nömrəli sərəncamın etibarsız hesab edilməsi tələbi barədə iddiası mümkün sayılmamış, həmin qərardaddan apellyasiya şik ayəti verilməmiş, qərardad qanuni qüvvəsini almışdır.
3. ARDNŞ “Azneft” İB Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna–Maştağa magistral yolunun sağ tərəfində H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0418962, ******* koordinatda) yerləşən mədən ərazisinin bir hissəsində tikilmiş fərdi yaşayış evinin mühafizə zolağına düşdüyünə görə sökülməli olması əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)
4. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SOCAR-ın “Azneft” (İB) neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə verilmiş torpaq sahələrinin hü dudları daxilində yerləşən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna Maştağa magistral yolunun sağ tərəfində H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0418962, ******* koordinatda) yerləşən mədən ərazisinin bir hissəsində vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçı istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3345/2019 nömrəli, 14.11.2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətin in mütəxəssis rəyinə əsasən, iş üzrə mübahisəli, yəni Cavabdeh faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna - Maştağa magistral yolunun sağ tərəfində yerləşən torpaq sahəsi H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0413962, ******* koordinatda) yerləşən mədən ərazisində yerləşir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.02.2021-ci il tarixli, 10/317 nömrəli rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində qeyd olunur ki, iş üzrə mübahisəli, yəni Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa magistral yolunun sağ tərəfində yerləşən torpaq sahəsi H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0413962, ******* koordinatda) yerləşən mədən ərazisində yerləşir. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Tikilinin hüquqmüəyyənedici və texniki sənədlərinin mərkəzə təqdim edilməməsi səbəbindən bu sual üzrə tədqiqat aparılmadı.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-41/2021 nömrəli, 31.05.2021-ci il tarixli qə tnaməsi ilə (hakim E.Məmmədli) iddia rədd edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, qanunvericilikdə müəyyən edilmiş qaydada lazimi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 20 ildən çox müddət ərizəndə həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbi baxımından toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci m addəsində təsbit olunmuşdur. Bu səbəbdən magistral neft kəmərinin mühafizə zonasında yerləşən cavabdehə məxsus olan fərdi yaşayış evi özbaşına tikili hesab edilərək sökülə bilməz.
10. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdehə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı müvafiq icra hakiməyyəti orqanının sərəncamı mövcud olmaqla hazırda qüvvədədir. Sözügedən torpaq sahəsinin ayrılmasına əsas olmuş sərəncam qüvvədə olduğu halda orada sərəncamda göstərilən qaydada təyinatı üzrə cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi qanuni və əsaslı hesab edilə bilməməklə hazırki iddia tələbi bu baxımından da təmin edilə bilməz.
11. İddiaçı ARDNŞ “Azneft” İB həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Talışinski sədrlik edən və məruzəçi, R.Eyvazov və Ş.Məmmədova) 2(103)-9896/2021 nömrəli, 18.10.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-41/2021 nömrəli, 31.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
14. İddiaçı ARDNŞ “Azneft” İB qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etm iş və kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, tikinti işləri neft-qaz quyusunun təxminən 37 metrliyində inşa edilmişdir. Həmin tikili qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, neft-qaz quyularının istismarına və istifadəsinə maneələr törətdiyindən, cavabdehin hesabına sökülməlidir. Neft quyularında baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası:
17. Maddə.
12. İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
18. Maddə.
12. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
19. Maddə.
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə.
29. İ və İİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
21. Maddə.
43. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanla rın mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
22. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə. 158.2.1. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.
24. Maddə. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
25. Maddə. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ist ifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə b ağlı düzgün nəticəyə gəlmişdir.
34. Beləki, iddiaçı tələbinin əsası kimi ona istinad edir ki, Bakı şəhər İH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 03.10.2009-cu il tarixdə təsdiq edilmiş topoqrafike plana əsasən həmin sahə iddiaçının fəaliyyətinə aid mədən sahəsi hesab olunmuşdur.
35. Məhkəmələr müəyyən etmişlər ki, Bakı şəhəri, Əzizbəyov rayon İH-nin 30.12.1999-cu il tarixli sərəncamı ilə mübahisəli 1200 kv.m torpaq sahəsi fərdi ev inşa etmək üçün iddiaçıya ayrılmışdır. Göründüyü kimi, cavabdehə torpaq sahəsi ayrıldıqdan 10 il sonra iddiaçının istinad etdiyi sənəd qəbul edilmişdir.
36. İddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla, hüquqi qiymət verilmişdir.
37. Cavabdehin icra hakimiyyətinin sərəncamı əsasında ona fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilində tikinti işləri aparması işin mübahisəsiz halıdır.
38. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, icra hakimiyyəti tərəfindən verilmiş sərəncam qüvvədə olduğu halda, mübahisəli tikilinin sökülməsi barədə tələbin qanuni əsası yoxdur. Həmçinin, qeyd olunmalıdır ki, sözügedən sərəncam məhkəmə qaydasında hazırki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilsə də, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2019-cu il tarixli, 2-1(82)-105/2019 nömrəli qərardadı ilə iddia qeyri-mümkün hesab edilmiş, qərardad qanuni qüvvəsini almışdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, fərdi yaşayış evinin özbaşına tikili olması və mühafizə zolağı hüdudlarınd a yerləşməsi əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin Konstitusiya ilə təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
40. Nəzərə alınmalıdır ki, cavabdehə mübahisəli ərazidə fərdi yaşayış evi tikmək üçün icazə 30.12.1999-cu il tarixdə verilmişdir. Qanunvericilikdə müəyyən edilmiş qaydada lazimi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 20 ildən çox müddət ərizəndə həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən hüququ vardır.
41. Kollegiya qeyd edir ki, mübahisəli sahə fərdi ev inşa etmək üçün cavabdehə dövlət orqanı-müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında ayrılmış, uzun illər bu qərar müb ahisələndirilməmiş və hal-hazırda qüvvəsindədir. Cavabdeh həmin qərara güvənərək orada öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın zərəri kompensasiya olunmalıdır.
42. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsu s olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.
43. M ülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir.
44. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir.
45. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
48. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı SOCAR “Azneft” İB-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9896/2021 nömrəli, 18.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova