Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1330/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4684/2024 nömrəli iş üzrə 7 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 46 sayl ı Notariat Ofisi tərəfindən təsdiq edilmiş və reyestrdə 7E-8554 nömrəsi ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli etibarnamə ilə, X1 Füzuli Əliağa oğluna həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, ipoteka (girovdan) azad etməyi, özəlləşdirməyi, icarəyə və kirayə verməyi, buna dair müqavilələr bağlamağı və imzalamağı, zəruri sənədləri təhvil verməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, mirasın qəbulu barədə ərizəni imzalamağı, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı və s. hərəkətlər etməyi etibar etmişdir;
3. Zenfira Mikayılova ilə razılaşma əsasında Əliyev X9 Mikayılovanın mərhum həyat yoldaşı Rəfayel Rəsulovun qəbirüstü abidəsinin hazırlanması üçün 2000 AZN pul vəsaitini; Z.Mikayılovanın “MUĞANBANK" ASC-nin "Dostluq" filalına olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş 1858 ABŞ dolları kredit borcu üzrə ödənilməmiş 820 ABŞ dolları kredit borcunu; Y.Abdulrəhimovaya olan 800 ABŞ dolları borcunu; xx.xx.2018-ci il tarixində X18 İsayeviçin "xxxx" ASC-nin Nəsimi filalına olan 12.290 ABŞ dolları kredit borcunu ödəmişdir;
4. Z.Mikayı lova Gürcüstan Respublikasında olarkən ona 26 və 27 sentyabr 2018-ci il tarixlərində dollar şəkildə 2000 ABŞ dollar, AzərTürk bank ASC-nin ödəniş qəbzlərindən və pul köçürməsi barədə ərizələrinə əsasən, ZOLOTAYA Korona vasitəsilə xx.xx.2018-ci il tarixdə 1000 ABŞ Dolları, xx.xx.2018-ci il tarixdə 1000 ABŞ Dolları məbləğində pul vəsaitləri İddiaçı tərəfindən X3 adına köçürülmüşdür.
5. Cavabdeh xx.xx.2020-ci il tarixdə X8 və İddiaçı qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə (iddia ərizəsinə əlavə) ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə və Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
7. Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2022-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
9. Ba kı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, X4 apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh İddiaçı və X8 qarşı "alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə dair X3 adından İddiaçı ilə X10 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020ci il tarixdə bağlanmış AN-İ N° ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Nübar Sadıqovanın adına daşınmaz əmlakın dövl ət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X3 adından İddiaçı ilə X10 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ N ******* saylı alqı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh iddia tələbinin qalan hissədə, həmçinin X4 X8 və X12rşı "müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması, İddiaçı 210000 manat pulun alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə, kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5387/2021 nömrəli mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyi şdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair məhkəməyə müraciət edərək 15910 ABŞ dollarının ödəniş gününə dolların manata olan məzənnəsi nəzərə alınmaqla və 2000 manat pulun, həmçinin hazırkı iddianın qaldırılması üçün ödənilmiş 177,14 manat dövlət rüsumunun, ümumilikdə 15910 ABŞ dolları və 2177.14 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia belə əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli Tapşırıq Müqaviləsinin 1ci bəndində cavabdeh mübahsəli mənzillərin satılması üçün bütün zəruri sənədləri almağı, mənzillərin satışını həyata keçirməyi və özünün mülahizəsinə əsasən onların satış qiymətini müəyyən etməyi iddiaç ıya tapşırılmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat cavabdeh tərəfindən Notariat Ofisinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizə ilə, X5 məxsus olan mənzilin satılmasına razılıq vermişdir. İddiaçı təkcə bu əmlakların alqı-satqısını deyil, həmin şəxslərin şəxsi məsələlərinin həllində də bilavasitə yaxından iştirak etmişdir. Aralarında olan razılaşmaya əsasən, iddiaçının Z.Mikayılova üçün ödədiyi həmin pullar əmlak satışından sonra ona geri ödənilməli idi. Lakin, onun vəfatından sonra vərəsəsi olan hazırkı cavabdeh razılaşmanın şərtlərini tamamilə pozaraq, iddiaçıya qarşı məhkəmə mübahisəsi başlatmışdır. Məhkəmə müstəvəsində əmlaka dair məsələlər həll edilsə də, Z.Mikayılovanın vərəsəsi hazırkı cavabdeh mərhum anasının iddiaçıya borclu olduğu məbləğləri ödəmək istəmir. Halbuk i, Z.Mikayılovanın vərəsəliyini qəbul edən cavabdeh miras qoyanın öhdəlikləri üçün də məsuliyyət daşıyır və bu səbəbdən də həmin borc onun tərəfindən ödənilməlidir.
13. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, qanunverici müqavilə tələbləri üzrə 3 illik iddia müddəti müəyyən etmiş, iddiaçı tərəfindən həmin müddət ötürülmüşdür. Belə ki, iddiaya görə iddianın əsasını tapşırıq müqaviləsi, şıfahi tapşırıq müqaviləsi və şifahi əqdlərdən əmələ gələn öhdəlik təşkil edir. Sözügedən iddiaya görə öhdəliyin icrası daşınmaz əmlakların alqı-satqı müqaviləsi bağlanarkan icra olunmalı idi. İş materiallarından da göründüyü kimi, mənzilə dair alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixində, fərdi yaşayış evinə dair isə xx.xx.2019-cu il tarixində (1-ci dəfə) və 26.09.19-cu il tarixində (2-ci dəfə) bağlanmışdır. İddiaçı isə müddətinin ötürülməsi ilə məhkəməyə yalnız xx.xx.2024-cü ildə müraciət etmişdir.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 may 2024-cü il tarixli, 2(009)-525/2024 nömrəli qətnaməsi (hakim Rəna Qafarova) ilə iddia rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, X7 iddiaçının adına verdiyi 27 noyabr 2018-ci il tarixli etibarnamə ilə üç il müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi və s. hərəkətlər etməyi sonuncuya etibar etmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı yalnız müvafiq əmlakların alqı-satqısı ilə məşğul olmamış, eyni zamanda Zemfira Mikayılovna ilə aralarında əldə edilmiş razılığa əsasən, borc qismində Zemfira Mikayılovanın mərhum həyat yoldaşı Rəfayel Rəsulovun qəbirüstü abidəsinin hazırlanması üçün 2000 AZN pul vəsaitini, xx.xx.2018-ci il tarixində X18 İsayeviçin "xxxx" ASC-nin Nəsimi filalına olan 12.290 ABŞ dolları kredit borcunu, Zemfira Mikayılovanın "xxxx" ASC-nin “Dostluq” filalına olan xx.xx.2015-ci il tarixli N-043365 sayılı kredit müqaviləsinə əsasən ona verilmiş 1858 ABŞ dolları kredit borcu üzrə ödənilməmiş 820 ABŞ dolları kredit borcunu, həmçinin onun Y.Abdulrəhimovaya olan 800 ABŞ dolları borcunu iddiaçı ödəmiş, həmçinin X6 Respublikasında olarkən 26 və 27 sentyabr 2018-ci il tarixlərində dollar şəkildə 1000 ABŞ dolları olmaqla, ümumilikdə 2000 ABŞ dolları pul göndər mişdir. Aralarında olan razılaşmaya əsasən, iddiaçının Zemfira Mikayılovanın əvəzinə borc qismində ödədiyi pulları satılması ona həvalə edilmiş əmlakların satışından əldə edilmiş puldan 2019-cu ildə ona qaytarılmalı idi.
17. Məhkəmə cavabdeh tərəfin hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh anası X3 vərəsəsi olmaqla iddiaçının qarşısında hazırkı tələb üzrə öhdəlik daşısa da, iddiaçının hazırkı iddiası iddia müddətinin keçməsinə görə rədd edilməlidir.
18. Məhkəmə qeyd etmişdir ki, borc 2019-cu ildə qaytarılmalı olduğu halda iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən borcun qaytarılmasını tələb etməmiş, nə Zemfira Mikayılovnanın xx.xx.2020-ci il tarixli ərizəsindən, nə xx.xx.2020-ci il tarixində on un vəfatından sonra, nə də ki, xx.xx.2020ci ildə Cavabdeh məhkəməyə müraciət etdikdən sonra münasibətlərin pozulmasını iddiaçıya açıq-aydın aşkar olduğu halda, o bu hüququndan istifadə etməmiş və borcu məhkəmə qaydasında tələb etməmişdir.
19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehdən borcun qaytarılması tələbi üzrə istər evlərin 2019-cu ildə satıldığı tarixlərdən, istər etibarnamənin qüvvədən düşməsinə dair xx.xx.2020-ci il tarixli ərizədən, istər Zemfira Mikayılovanın vəfatından – xx.xx.2020-ci il tarixindən və istərsə də hətta Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixində məhkəməyə müraciət etdiyi vaxtdan üç illik iddia müddəti hesablandıqda belə məhkəməyə müraciət etmək üçün iddia müddətinin sonunun xx.xx.2023-cü il olmasını, iddiaçının isə hazırkı iddia ə rizəsi ilə xx.xx.2024cü il tarixində, yəni iddia müddətinin bitməsindən bir neçə ay sonra birinci instansiya məhkəməsinə müraciət etməsini (ərizə elektron qaydada imzalanmışdır) nəzərə alaraq hesab etmişdir ki, üç illik iddia müddəti ötürülmüşdür.
20. Məhkəmə hesab etmişdir ki, iddiaçının keçən müddət ərzində (cavabdehin ona qarşı olan məhkəmə mübahisələrinin davam etməsi iddia müddətinin axımını dayandırması üçün hüquqi əsas olmamaqla) mülki qaydada məhkəməyə hazırkı iddia ilə müraciət etmək üçün kifayət qədər imkanı olmuşdur.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 372.1, 372.2, 372.3, 377.1, 377.2, 385.1, 739.1, 1306.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şə rh edilməsinə dair» Qərarına, Avropa Məhkəməsinin « Deryus Litvaya qarşı» iş üzrə 31 iyul 2000-ci il tarixli qərarına və “Böyük Palatasının Baranovski və Braniovski Polşaya” 28 mart 2008-ci il və 22 iyul 2004-cü il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-525/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli qətnamədə qeyd etmişdir ki, iddiaçı hazırda ödənişlərin edilməsi ilə bağlı qəbzlərə istinad edərək cavabdehdən vərəsə o lduğu üçün borc məbləğinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə cavabdeh tərəfin hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehin anası X3 vərəsəsi olmaqla iddiaçının qarşısında hazırkı tələb üzrə öhdəlik daşısa da, iddiaçının hazırkı iddiası iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Belə ki, sonradan qanuni qüvvəyə minmiş qərarları ilə müvafiq alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, 210000 manatın Cavabdeh qaytarılması barədə qərar qəbul edilsə də, müəyyən edilmişdir ki, əmlaklar 2019-cu ildə satılmışdır. Buna baxmayaraq iddiaçı borcun qaytarılmasını Zemfira Mikayılovadan tələb etməmişdir, halbuki, aralarındaki razılığa əsasən borc evlər satıldığı halda qaytarılmalı idi. İddiaçı bu halı Zemfira Mikayılova ilə yaxşı münasibətinin olması ilə əsaslandırsa da, yuxarıda göstərilən qərardan da göründüyü kimi X7 xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə İddiaçı adına verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə "Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini xahiş etmiş, xx.xx.2020-ci il tarixdə isə vəfat etmişdir. Başqa sözlə, Zemfira Mikayılovanın sağ olduğu zaman iddiaçı ilə münasibətinin yaxşı qalması inandırıcı görünmür. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin iş üzrə həqiqi mövqeyinə uyğun olmamışdır. Belə ki, iddiaçı i lə hazırkı cavabdeh və onun mərhum anası arasında münasibətlər alqı-satqı zamanı və ondan bir müddət sonra yaxşı olmuş, lakin, mərhum Zemfira Mikayılovanın səhhətinin pisləşməsi və bu sonradan hazırkı cavabdehin bundan istifadə edərək, hazırkı iddiaçıya qarşı məhkəmə müstəvisində iddiaların qaldırılması iddiaçıya hazırkı iddianı gec qaldırmasına gətirib çıxarmışdır. Belə ki, mərhumla iddiaçı arasında şifahi formada razılaşmalara əsasən, iddiaçının ödədiyi məbləğlər həmin mənzillərin satış dəyərindən qaytarılmalı idi. Lakin mənzillər satılmasına baxmayaraq, həmin borc məbləği nəinki qaytarılmış, əksinə mənzillərə dair bağlanılmış müqavilələrə dair hazırkı cavabdeh tərəfindən məhkəmə mübahisələri açılmışdır. İddiaçı qeyd edilən müqavilələri etibarnamə əsasında bağladığından onun həmin müqavi lələr üzrə məsuliyyət daşıması səbəbindən o, hazırkı iddia tələbini qaldırmamış, həmin məhkəmə işlərinin yekunlaşmasını və müqavillərin talehinə məhkəmə müstəvisində aydınlıq gətirilməsini gözləmişdir. Nəticə etibarı ilə iddiaçının etibarnamə əsasında bağladığı həmin müqavilələr etibarsız hesab olunduğundan və qeyd edilən işlər üzrə məhkəmə icraatı bitdiyindən iddiaçı hazırkı iddianı qaldırmışdır. Həmçinin, qeyd edilən borc məbləğləri həmin mənzillərə görə qaytarılmalı olduğundan, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıdığından və qeyd edilən mənzillər cavabdehin mülkiyyətinə bu yaxınlarda daxil olduğundan burada iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmadığı, hazırkı qətnamə iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyini qeyd etmişdir.
24. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iddiaçı tərəf iddia müddəti ilə bağlı əlavə olaraq bildirmişdir ki, həmin iş üzrə məhkəmənin yekunlaşmasını gözləmiş, AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli sonuncu qərarından sonra məhkəməyə müraciət etmişdir. İddiaçının bu mövqeyi ilə də razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasındakı yaranan münasibətlərdən biri mənzil, digəri borc (əgər belə bir borc mövcud idisə) olaraq bir birindən asılı olmamışdır, borcun qaytarılmasını tələb etmək üçün digər məhkəmə mübahisəsinin nəticəsini gözləməyə heç bir zərurət y ox idi. Əlavə olaraq, (iddia ərizəsinin həqiqiliyinə inansaq) borc 2019-cu ildə qaytarılmalı olduğu halda, iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən borcun qaytarılmasını tələb etməmiş, nə Zemfira Mikayılovanın xx.xx.2020-xx.xx.2020-ci il tarixli ərizələrindən, nə xx.xx.2020-ci il tarixində onun vəfatından sonra, nə də ki, xx.xx.2020-ci ildə Cavabdeh məhkəməyə müraciət etdikdən sonra münasibətlərin pozulması İddiaçı açıq-aydın aşkar olduğu halda, o, bu hüququndan istifadə etməmiş və borcu məhkəmə qaydasında tələb etməmişdir. Bundan başqa, iddia ilə bağlı, onun tamamilə əsassız olduğunu qeyd etmək istəyir. Belə ki, AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-717/2023 saylı qərarında qeyd edilmişdir ki, həmin iş üzrə təqdim edilmiş notariat işləri ilə sübut a yetirilmişdir ki, hər iki mənzilin alqı-satqı müqavilələri zamanı notariusun depozit hesabından pul məbləğlərini məhz hazırkı İddiaçı məxaric etmişdir. Bir tərəfdən iddia ərizəsində göstərilir ki, tərəflər arasında şifahi müqavilə, razılaşma, öhdəlik olub və öhdəlik Zemfira Mikayılova tərəfindən mənzillərin satışı ilə icra olunmalı idi, digər tərəfdən sözügedən mənzillərin satışından əldə olunmuş pul məbləği notariusun depozit hesabından hazırkı iş üzrə İddiaçı tərəfindən məxaric edilir. Yuxarıda adı çəkilən məhkəmə çəkişməsində ilk olaraq verdiyi izahatında İddiaçı notariusun depozit hesabından götürdüyü pulların Z.Mikayılovaya verdiyini göstərmiş, daha sonra (pulların verilməməsi sübut olunduqda) pulları qabaqcadan, müqavilələr bağlanmamışdan əvvəl verdiyini göstərmişdir. Göründüyü kim i, qanuni qüvvəsini almış məhkəmə qərarı hazırkı iddianın tamamilə əsassız olduğunu bir daha göstərir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. İddiaçı apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4684/2024 nömrəli, 07 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayətini təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-525/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hüquqlarının pozulmasının bilməli olduğu zamandan pulun qaytarılmasını vaxtında tələb etməmiş, nə Zemfira Mikayılovnanın xx.xx.2020-ci il tarixli etibarnamənin qüvvədən düşməsinə dair ərizəsindən, nə xx.xx.2020-ci il tarixində onun vəfatından sonra, nə də ki, xx.xx.2020ci ildə Cavabdeh məhkəməyə müraciət etdikdən sonra o bu hüququndan istifadə etməmiş və borcu məhkəmə qaydasında tələb etməmişdir, iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində birinci instansiya məhkəməsinə müraciət etməklə üç illik iddia müddəti ötürmüş, müddətin kəsilməsi və dayandırılması ilə bağlı hallar müəyyən edilməmişdir.
27. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mü bahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən sübutedici dəlillər öz təsdiqini tapmır.
28. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 372.1, 373.2, 375.2, 377.1, 377.2, 377.3., 377.4-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli « Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Qərarına, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlillər
29. İd diaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti Mülki Məcəllənin 1151.1, 1153, 1306.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, şikayətçinin Z.Mikayılova üçün ödədiyi həmin pulların əmlak satışından sonra ona geri ödənilməli olduğunu, lakin Z.Mikayılovanın vəfatından sonra vərəsəsi olan hazırkı cavabdehin razılaşmanın şərtlərini tamamilə pozaraq, iddiaçıya heç bir məbləğ ödəmədiyini, ona qarşı məhkəmə mübahisəsi başlatdığını bildirərək, məhz bu səbəbdən aralarında olan məhkəmə mübahisəsinin nəticəsini gözlədiyini və cavabdehə qarşı iddia qaldırmadığını göstərsə də məhkəmə bu hallara düzgün q iymət verməmişdir. Göstərilənlərlə əlaqədar olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi obyektiv araşdırma aparmamış, sübutlara düzgün qiymət verməmiş və bununla da iddiaçının ədalətli araşdırma hüququnu da pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
33. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
34. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
35. Maddə 375.2. Mə hkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
36. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
37. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
38. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.
39. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
40. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiy yətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Baxılan işdə məhkəmələr iddiaçının Zemfira Mikayılova ilə olan tapşırıq münasibətləri çərçivəsində Cavabdeh valideynlərinin borclarını və xərclərini ödəməsi səbəbilə həmin ödənişlər həcmində pul vəsaitinin ona qaytarılmasını Cavabdeh tələb etmək hüququna malik olduğunu təsbit etmişlər (§ 16).
51. Bununla belə, məhkəmələr hesab etmişlər ki, iddiaçı müqavilədən irəli gələn üç illik iddia müddətini ötürülmüşdür. Cavabdeh də id dia müddətinin tətbiqinə dair ərizə verdiyi üçün iddia bu səbəbdən rədd edilməlidir.
52. Birinci instansiya məhkəməsi idda müddətinin əvvəlini belə hesablamışdır ki, borc 2019-cu ildə qaytarılmalı olduğu halda iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən borcun qaytarılmasını tələb etməmiş, nə Zemfira Mikayılovnanın xx.xx.2020-ci il tarixli ərizəsindən, nə xx.xx.2020-ci il tarixində onun vəfatından sonra, nə də ki, xx.xx.2020-ci ildə Cavabdeh məhkəməyə müraciət etdikdən sonra münasibətlərin pozulmasını iddiaçıya açıq-aydın aşkar olduğu halda, o bu hüququndan istifadə etməmiş, borcu məhkəmə qaydasında tələb etməmiş hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində, yəni iddia müddətinin bitməsindən bir neçə ay sonra müraciət etmişdir (§ 18-19).
53. Apellyasiya i nstansiyası məhkəməsi bu əsaslandırma və və nəticə ilə razılaşmışdır (§ 26-27).
54. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
55. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il ildir (§ 32-34).
56. İddia müddəti tətbiq edilərkən bu müddətin axımının hansı tarixdən başlaması və nə vaxt başa çatması mühüm əhəmiyyət kəsb edir. Çünki, iddia müddəti ötürülməmiş tələbin rədd edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir.
57. Mülki Məcəlləyə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (§ 36-37).
58. İddiaçının bildirdiklərindən belə aydın olur ki, onun Cavabdeh valideynlərinə qarşı mövcud olan tələb hüququ məbləğində pulu əvəzləşdirmək imkanı olmuşdur. Belə ki, əvəzləşdirmə tapşırıq əsasında daşınmaz əşyalar barəsində apardığı hüquqi hüquqi əməliyyatlar nəticəsində əldə olunan vəsaitdən aparılmalı idi (mənzillərin satış dəyərindən qaytarılmalı idi). Bu səbəbdən həmin hüq uqi əməliyyatlar qüvvəsində olduğu müddətdə öz hüququnu pozulmuş saymamışdır. Cavabdehin qaldırdığı iddia üzrə məhkəmə işlərinin yekunlaşmasını və müqavilələrin hüquqi taleyinə aydınlıq gətirilməsini gözləmişdir. Nəhayət Cavabdeh iddiası əsasında ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə dair X3 adından İddiaçı ilə X10 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ N° ******* saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Nübar Sadıqovanın adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X3 adından İddiaçı ilə X10 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ N ******* saylı alqı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, ondan 210000 manat pulun alınaraq Cavabdeh ödənilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, əvəzləşdirmə imkanı verən hüquqi əməliyyatların etibarsız sayılması və qüvvəsini itirməsi 31 yanvar 2023-cü il tarixdə qətiləşmişdir. Məhz bundan sonra iddiaçı alacağını əvəzləşdirmək imkanını itirdiyini bilmiş və hazırkı iddianı xx.xx.2024-cü ildə qaldırmışdır.
59. Kollegiya hesab edir ki, sözügedən əmlakın cavabdehə qaytarılması təmin edilərkən iddiaçı ona qarşı mövcud tələb hüququnu əvəzləşdirmək imkanında olmamışsa, həmin alacağa dair iddia mü ddətinin əvvəlinin bu imkanın itirildiyi andan hesablanması barədə kassatorun dəlili əsaslı hesab edilməlidir.
60. Belə olan halda, hazırkı iş üzrə üç illik iddia müddətinin ötürülməsi barədə məhkəmələrin gəldiyi qənaət yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun olmamışdır.
61. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
62. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tə rəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4684/2024 nömrəli iş üzrə 7 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.