Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1331/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin vəkili Bədəlov Mürsəl Natiq oğlunun iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilin boşaldılması və ondan istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3040/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağcəbədi Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2(017)-753/2019 saylı qətnaməsi ilə (hakim S.P.Ləzimov) iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilin boşaldılması və ondan istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiasının təmin olunması, Bakı şəhəri, YYY, LLL 0.00308 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 26.2 kv.m.-dən ibarət olan qeyri -yaşayış sahəsinin, V.V.V 0.00243 ha torpaq sahəsi və onun üzərində yerləşən 24.3 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən boşaldılması və bütün ev əşyalarının həmin evdən çıxarılmaqla boşaldıl mış vəziyyətdə iddiaçı «xxxx» ASC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, YYYndən və LLL 0.00308 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 26.2 kv.m.-dən ibarət olan qeyri -yaşayış sahəsindən, V.V.V 0.00243 ha torpaq sahəsi və onun üzərində yerləşən 24.3 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 10 manat dövlət rüsumu tutularaq «xxxx» ASC-yə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3040/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər K.S.Bəşirov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və E.İ.Əliyev), Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmi n edilməyərək, Ağcəbədi Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2(017)-753/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilin boşaldılması və ondan istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti «Külək» Hərrac Mərkəzinin hərracın nəticələri haqqında 24 avqust 2018-ci il tarixli, 38/03 saylı protokoluna və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 24 aprel 2018-ci il tarixli, «Külək» Hərrac Mərkəzinin hərracın nəticələri haqqında 24 avqust 2018-ci il tarixli, 000 nömrəli Protokolun və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 24 aprel 2018-ci il tarixli, «Külək» Hərrac Mərkəzinin hərracın nəticələri haqqında 05 dekabr 2018-ci il tarixli, 61/02 saylı protokolun və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 05 dekabr 2018-ci il tarixli müqavilələrə əsasən Bakı şəhəri, YYYni, LLL 0.00308 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 26.2 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsini, V.V.V 0.00243 ha torpaq sahəsini və onun üzərində yerləşən 24.3 kv.m.-dən ibarət olan qeyri- yaşayış sahəsini açıq həracdan almış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 29 dekabr 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarı şa əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 29 dekabr 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 29 dekabr 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, YYYnə, LLL 0.00308 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 26.2 kv.m.-dən ibarət olan qeyriyaşayış sahəsinə və V.V.V 0.00243 ha torpaq sahəsi və onun üzərində yerləşən 24.3 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsinə tam mülkiyyət hüququnu əldə etmişdir. Həmin əmlak hazırda iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabdehlər mənzilin boşaldılmasından imtina edirlər. Dəfələrlə edilən xəbərdarlıqlara cavabdehlər tərəfindən heç bir məhəl qoyulmamışdır. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili X1 kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası kassatorun kirayə müqaviləsi bağlanması məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh1 teleqramla müraciət edərək məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin vəkili Bədəlov Mürsəl Natiq oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin vəkili Bədəlov Mürsəl Natiq oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiya sı məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 24 avqust 2018-ci il tarixli, 38/03 saylı protokolundan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, YYY ilə bağlı hərrac keçirilmiş və keçirilmiş hərracda qeyd olunan ev ipoteka saxlayan «xxxx» ASC-nin nümayəndəsinə 70.125 manata satılmışdır. -Hərracın yekunları üzrə 24 avqust 2018-ci il tarixli əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən ½ saylı evin 24 saylı mənzili «xxxx» ASC-nin nümayəndəsi tərəfindən 70.125 mana ta alınmışdır. -Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 24 avqust 2018-ci il tarixli, 000 saylı protokolundan görünür ki, X2 məxsus Ağcəbədi şəhəri, Ü.Hacıbəyov prospektində 0.00308 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 26.2 kv.m.-dən ibarət olan qeyri yaşayış sahəsi ilə bağlı hərrac keçirilən LLL da qeyd olunan qeyri-yaşayış sahəsi ipoteka saxlayan «xxxx» ASC-nin nümayəndəsinə 16.575 manata satılmışdır. -Hərracın yekunları üzrə 24 avqust 2018-ci il tarixli əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, X2 məxsus LLL prospektində 0.00308 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 26.2 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi «xxxx» ASC-nin nümayəndəsi tərəfindən 16.575 manata alınmışdır. -Hərrac təşkilatının ipoteka s axlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 05 dekabr 2018-ci il tarixli, 61/02 saylı protokoldan görünür ki, X2 məxsus Ağcəbədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0.00243 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24.3 kv.m.-dən ibarət olan bir mərtəbəli qeyri- yaşayış binası ilə bağlı hərrac keçirilmiş və keçirilmiş hərracda qeyd olunan qeyri yaşayış binası ipoteka saxlayan «xxxx» ASC-nin nümayəndəsinə 15.300 manata satılmışdır. -Hərracın yekunları üzrə 05 dekabr 2018-ci il tarixli əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, X2 məxsus LLL küçəsində 0.00243 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24.3 kv.m.-dən ibarət olan bir mərtəbəli qeyri-yaşayış binası «xxxx» ASCnin nümayəndəsi tərəfindən 15.300 manata alınmışdır. -Azərbaycan Respublikası Əmlak M əsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 29 dekabr 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, YYY 29 dekabr 2014-cü il tarixdən iddiaçı «xxxx» ASC-nin adına hüquqi qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 dekabr 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, LLL prospektində yerləşən qeyri- yaşayış binası 29 dekabr 2014-cü il tarixdən iddiaçı «xxxx» ASC-nin adına hüquqi qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 dekabr 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Ağcəbədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində qeyri-yaşayış binası 0.00243 ha torpaq sahəsi ilə birlikdə 29 dekabr 2014-cü il tarixdən iddiaçı «xxxx» ASC-nin adına hüquqi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərənjam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsin ə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna omaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -153.3-cü maddəyə görə isə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən kirayə müqaviləsi bağlanması məqsədi ilə onun məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırıldığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir v ə hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabde h1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3040/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1331/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1331/2020
17.03.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver