Məhkəmə qərarları › İş №2(102)-1331/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1331/2022

14.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1331/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Mənzildən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2624/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84,3 kvadrat metr olan 33 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) Abşeron rayon icra hakimiyyəti XDS İcraiyyə Komitəsinin 02 yanvar 1993-cü il trarixli qərarı ilə İddiaçı (bundan sonra - iddiaçı) adına qeydiyyata alınmışdır. Mübahisəli mənzilə dair iddiaçının adına dövlət reyetsrdən RX Seriyalı, ******* №-li 18.04.2015-ci il tarixli çıxarış verilmişdir. ASAN-Sumqayıt tərəfindən 06.10.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən mübahisəli mənzildə İddiaçı ilə birgə Cavabdeh1, X3, İba yev Rafət oğlu, Cavabdeh2 qızı və Cavabdeh3 da qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 övladları 18.10.2006-cı il təvəllüdlü X3 və 01.11.2012-ci il təvəllüdlü İbayev Rafət oğlu ilə birlikdə, Cavabdeh2 qızının və Cavabdeh3 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını və qəbul edilmiş qətnamənin cavabdehlərin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsas olmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlərdən biri onun oğludur, 2005-ci ildən faktiki olaraq sözügedən ünvanda yaşamır. Cavabdeh ailə həyatı qurduqdan sonra o, cavabdehə 2 dəfə ev almışdır. Cavabdeh hal-hazırda həmin evləri satm ış və indi faktiki olaraq başqa bir ünvanda yaşayır. Digər cavabdehlər isə onun baldızı və baldızı oğludur. Cavabdehlər müvəqqəti olaraq onun mülkiyyətində olan mənzilə qeydiyyata düşmələrini xahiş etmişdirlər. O, da yaxın qohum olduqlarından sözügedən ünvana müvəqqəti qeydiyyata düşmələrinə şifahi razılıq vermişdir. O, dəfələrlə cavabdehlərə müraciət edərək, ona məxsus mənzildən qeydiyyatdan çıxmalarını istəsə də bir nəticəsi olmamışdır. Cavabdehlərdən heç biri hazırda mübahisəli mənzildə yaşamırlar və cavabdehlərin onun mənzilinə olan qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh1 məhkəmədə izahatında göstərdi ki, iddiaçı onun atasıdır. O, mübahisəli mənzildə 15 ildir ki, yaşamır. Həmin evdə heç atası da yaşamır. Atası rayonda yaşayır. Adına həqiqətən mənzillər olmuşdur və o mənzilləri öz ü almışdır. Onun vaxtilə borcu olmuş, lakin heç kəs ona köməklik etməmişdir. Onun qardaşı ilə münasibətləri yaxşı deyildir. Bacısını isə sonuncu dəfə yas mərasimində görmüşdür. Hazırda onun qeydiyyata düşməyə başqa yeri yoxdur. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, bildirmişdir ki, iddianı qəbul etmir. Tələb əsassız olduğu üçün rədd edilməli, iddia təmin edilməməlidir. Belə ki, onu və uşaqlarını qeydiyyatdan çıxarmaq, evə istifadə hüquqlarının itirilməsini tələb etmək absurddur. Çünki, mübahisəli mənzilə onların da hüquqları vardır, başqa yerdə kirayədə qalsalar da, daimi yurdları kimi, onlar ora daim gedib gəlmişlər, orada vaxtaşırı yaşamışlar, indi də get-gəlini davam edir. İddia ərizəsində göstərilən ağ yalandır, belə ki, 2005-ci ildən o ünvanda yaşamamaqları, ona 2 də fə ev almaqları, onun evləri satmağı tamamilə yalandır. Onun iki azyaşlı övladı vardır, əgər o ünvandan onları çıxarsalar, kirayə pulu vermək imkanı olmayan kimi, onlar, uşaqlarla birlikdə küçələrdə qalacaqlar. Bundan başqa iddiaçı bildirir ki, cavabdehlər həmin ünvanda yaşamırlar, qeydiyyatları formal xarekter daşıyır. Bu da doğru deyildir. Belə ki, digər cavabdehlərdən fərqli olaraq, o, evin, ailənin, iddiaçının oğludur və həmin ev onun üçün çox doğmadır, həmişə gedib gəldiyi, vaxtaşırı qaldığı evdir. İddiaçı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 5-ci maddəsinə istinad edir. Ancaq həmin göstərişlər qeydiyyatdan çıxan, başqa yerdə evi olmayan ailə üzvüm şamil edilə bilməz. Onun mülkiyyət hüququ olan evi, ünvanı yoxdur, başqa birisinin evində kirayədə qalır. Həmin ün vanda qeydiyyata düşmək üçün həmin şəxsin razılığı lazımdır. Məhkəməyə təqdim edilmiş "xxxx"l MTK tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının C bloku, 7-ci mərtəbə, 3 otaqlı 144 saylı mənzil MTK tərəfindən 08.09.2004-cü il tarixdə Cavabdeh1 satılmışdır. Abşeron Rayon Məhkəməsinin (hakim Elman Məmmədov) 20 aprel 2021-ci il tarixli, 2(012)-973/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər – Cavabdeh1 övladları 18.10.2006-cı il təvəllüdlü X3 və 01.11.2012-ci il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh2 qızı və Cavabdeh3 onun mülkiyyətində olan mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilmişdir. Məhkəmə gəld iyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 2005-ci il tarixdən mübahisəli mənzili tərk edərək başqa bir yaşayış sahəsinə köçmüş, digər cavabdehlər Cavabdeh2 qızı və Cavabdeh3 isə heç bir vaxt mübahisəli mənzildə yaşamamışlar. Belə olan təqdirdə cavabdehlərin mübahisəli mənzildə formal olaraq istifadə hüquqlarının saxlanması mülkiyyətçi olaraq İddiaçı sözügedən mənzillə bağlı sərbəst sərəncam vermək və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1 övladları 18.10.2006-cı il təvəllüdlü X3 və 01.11.2012-ci il təvəllüdlü İbayev Rafət oğlu ilə birlikdə, Cavabdeh2 qızının və Cavabdeh3 mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları tələbi ilə bağlı qeyd etmişdir ki, həmin tələbə məhkəmədə baxılmalı olmaması əsasları ilə xit am verilməli və bu barədə ayrıca qərardad qəbul edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, 29cü maddənin İ və İİ hissələrinə, 33-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə qət olunmuşdur: Apellyasiya şikayəti qismən təmin edilsin, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edils in, iddia qismən təmin edilsin, qətnamə - «cavabdehlər 18.10.2006-cı il təvəllüdlü X3 və 01.11.2012-ci il təvəllüdlü X1 mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilsin» hissəsində ləğv edilsin və iddia həmin hissədə rədd edilsin, qətnamə - «Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququna xitam verilsin» hissəsində dəyişdirilmədən saxlanılsın, qətnamə cavabdehlər «Cavabdeh2 qızı və Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilsin» hissəsində mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdehlərdən Cavabdeh1 iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən istifadə hüququna xitam verilmiş X3 18.10.2006-cı il təvəllüdlü və X4 01.11.2012-ci il təvəllüdlü olmaqla mübahisəli yaşayış evində qeydiyyatdadırlar. Məhkəmə qeyd etmişdir ki, X3 18.10.2006-cı il təvəllüdlü və X4 01.11.2012-ci il təvəllüdlüdür, Rənanın 15 və Rafətin isə 9 yaşı vardır, yəni adları qeyd olunan uşaqlar azyaşlı omaqla yetkinlik yaşına çatmamışlar. Qanunla 18 yaşı tamam olmuş şəxslər tam fəaliyyət qabiliyyətli hesab olunur. Lakin iş üzrə cavabdeh qismində tanınmamış və istifadə hüquqlarına xitam verilmiş X3 və X1 qanunvericiliyə əsasən prosessual fəaliyyət qabiliyyətli deyillər. Hazırki halda onların prosessual fəaliyyət qabiliyyətli olmadığından iddia tələbinin də onlara aid hissədə hüquqi əsası yoxdur. İddiaçının tələbi həmin hiss ədə qanunvericiliyin tələbinə zidd olduğundan təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalara, əlavə olaraq Mülki Məcəllənin 27.2, 49.1, 49.4-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1 və 2-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi hissədə ləğv edilməsini və iddianın həmin hssədə rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual h üquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə almamışdır ki, uşaqlar azyaşlıdır və ondan ayrı yaşamaları qeyri-mümkündür. Bundan başqa, onların istifadə hüquqlarının saxlanması, onun istifadə hüququna xitam verilməsi, ailənin parçalanmasına, uşaqların ondan soyumaları və nəzarətsiz qalmaları deməkdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh1 qətnaməni yalnız iddia tələbinin ona münasibətdə təmin edilməsi hissədə mübahisələndirdiyindən məhkəmə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla q orunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iddia tələbinin qismən təmin olunmasına dair yeni qərar qəbul edilməlidir. İşin mübahisələndirilməyən hallarına görə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Cavabdeh1 iddiaçının oğludur və o, uşaqları ilə birlikdə mübahisəli mənzilin pasport qeytiyyatındadır. İddiaçı Cavabdeh1, onun uşaqlarının və digər cavabdehlərin mübahisəli mənzildən isifadə hüququna xitam verilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini yalnız Cavabdeh1 aid hissədə təmin etmiş, iddia tələbinin rədd edilən hissələri iddiaçı tərəfindən mübahisələndirilmir. Məhkəmə iddia tələbinin təmin edilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh1 2005-ci il tarixdən mübahisəli mənzili tərk edərək başqa bir yaşayış sahəsinə köçmüşdür, belə olan təqdirdə onun mübahisəli mənzildə formal olaraq istifadə hüquqlarının saxlanması mülkiyyətçi olaraq iddi açının sözügedən mənzillə bağlı sərbəst sərəncam vermək və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. MPM-in 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşə baxan məhkəmələr iddiaçı ilə Cavabdeh1 arasında mübahisəl i mənzillə bağlı hüquq mübasibətinin hansı vaxtdan yaranmasını müəyyən etməmiş və mübahisəyə istifadə hüququ ilə bağlı hansı normanın tətbiq edilməsini ümumiyyətlə müzakirə etməmiş, mülkiyyət hüququn müdafiəsi ilə bağlı Konstitusiyanın və Mülki Məcəllənin ümumi normalarına istinad etməklə qətnamə qəbul etmişlər. İşdən görünür ki, mübahisəli mənzilə dair iddiaçının adına 02.01.1993-cü ildə Qeyiyyat Vəsiqəsi verilmişdir. Cavabdeh1 isə iddiaçının oğludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan h üquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Baxılan işdə tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək yarandığında mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mübahisəli hüquq münasibətinin yaranma tarixində qüvvədə olan Mənzil Məcəlləsinin (08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş keçmiş Mənzil Məcəlləsinin) 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsaəsn icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə görə, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsi ni icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İş üzrə müəyyən edilmişdir ki, Cavabdeh1 2005-ci ildən mübahisəli mənzili tərk edib Bakı şəhərində başqa yaşayış sahəsinə getmişdir. "xxxx"l MTK tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli məktuba və cavabdeh Rufət İbayevin etirafına görə həmin yaşayış sahəsi MTK tərəfindən 08.09.2004-cü il tarixdə Cavabdeh1 satılmış Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının C bloku, 7-ci mərtəbə, 3 otaqlı 144 saylı mənzili olmuşdur. Belə olan halda yuxarıda istinad edilən normalara əsasən X2 mübahisəli mənzilə istifadə hüququ itirilmişdir. İşin birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər araşdı rıldığını, əlavə sübutların tətqiqinə zərurət qalmadığını və eyni zamanda apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin maddi hüquq normasının pozuntusu ilə əlaqədar olduğunu nəzərə alan məhkəmə kollegiyası işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət görmür. MPM-nin 417.1 və 417.1.4-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkə məsi mülki kollegiyasının 2(105)-2624/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84,3 kvadrat metr olan 33 saylı mənzildən istifadə hüququna xitam verilməsinin təmin olunması hissədə ləğv edilsin, iş üzrə həmin hissədə yeni qərar çıxarılsın. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84,3 kvadrat metr olan 33 saylı mənzildən istifadə hüququna xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar