Məhkəmə qərarları › İş №2(102)-1332/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1332/2020

28.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1332/2020 28.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı vəkili Əbdurahmanov Kənan Səfər oğlunun, Cavabdeh və onun vəkili Səmədov Müşfiq Ədalət oğlunun iştirakları ilə, İddiaçı Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 okty abr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yardımlı rayon məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Həsənquliyev, iş 2(038)-352/2018) iddia təmin edilmiş, Cavabdeh 5000 (beş min) manat məbləğində borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5030 (beş min otuz) manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Q.Kərimov (sədrlik edən və məruzəçi), Z.Babayev və N.Mirzəyev, iş № 2(106)-2825/2019) Cavabdeh tərəf indən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Yardımlı Rayon Məhkəməsinin 2(038)182/2019 №-li, 23 may 2019-cu il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə əsasən ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1000 (bir min) manat və ödənilmiş 30 manat dövlət rüsumu cəmi 1030 (bir min otuz manat) alınıb İddiaçı verilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı veril miş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Əbdurahmanov Kənan Səfər oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh vəkili Səmədov Müşfiq Ədalət oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,borclu Cavabdeh 2013- cü ildə İddiaçı 2013-cü ildə şifahi borc müqaviləsinə əsasən aldığı 1000 manat borcla bağlı müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 882.1, 442, 448.1-ci maddəsini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini tə tbiq etmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instan siyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 ok tyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar