Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1332/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrlin ləğvi və işə bərpa tələbi) 14.04.2021 Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 28 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 04 mart 2019-cu il tarixdə SOCAR Cavabdeh İB-si ilə İddiaçı arasında bağlanmış 125 nömrəli əmək müqaviləsinə əsasən T.X3 Departamenti, Sayğacların müayinəsi laboratoriyası, əsas 14cü dərəcəli böyük mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Tərəflərin razılığına görə müqavilə bir il müddətinə bağlanmışdır. Müqavilənin 2.2-ci maddəsinə görə işin birinci ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərinə xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər.
2. Cavabdeh İB-nin 04 aprel 2019-cu il tarixli əmri ilə İddiaçı sınaq müddəti ərzində özünü doğrultmadığından əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir.
3. Hazırda iddiaçı həmin əmri mübahisələndirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş ü zrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onun işdən azad edilməsi barədə SOCAR Cavabdeh İB tərəfindən verilmiş 04 aprel 2019-cu il tarixli **********00070020B00346 nömrəli əmrin etibarsız hesab edilməsi və işəgötürən tərəfindən işə buraxılmadığı günlər hesablanmaqla əmək haqqının Birlikdən tutularaq işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə və cavabdehin 15 may 2009-cu il tarixli əmrinə əsasən SOCAR-ın müxtəlif idarə və təşkilatlarında 04 aprel 2019-cu il tarixə kimi işləmişdir. İşlədiyi dövrlərdə heç bir töhmət almamış, əksinə işini layiqincə yerinə yetirərək müxtəlif form alarda təşəkkürnamələr və dərəcələr almışdır. 20 may 2009-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” X7 36 saylı sexinin Proqram təminatı və mətbəə sahəsinə 11-ci dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir. 02 noyabr 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasına ixtisası üzrə 12-ci dərəcəli mühəndis vəzifəsinə təyin edilmiş, 23 noyabr 2016-cı il tarixdə öz peşəsinin öhdəsindən layiqlə gələn və yaxşı işçi kimi 13-cü dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir. 15 mart 2017-ci il tarixdə həmin laboratoriyanın 13-cü dərəcəli böyük mühəndisi vəzifəsinə keçirilmişdir. 03 noyabr 2017-ci il tarixdə laboratoriyanın 14-cü dərəcəli böyük mühəndisi vəzifəsinə keçirilmişdir. 01 mart 2019-cu il tar ixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün işdən azad olunur kimi və onunla bağlanmış əmək müqaviləsi ləğv edilir kimi əmr verilmişdir. Ona bildirilmişdir ki, sadəcə Şirkət daxilində İdarənin adı dəyişdirildiyinə görə belə bir əmr verilmiş və yenidən əmək müqaviləsi bağlanacaqdır. Lakin 04 mart 2019-cu il tarixdə əmək müqaviləsinə əsasən bir il müddətinə bir aylıq sınaq müddəti ilə Birliyin Metrologiya Departamentinin Sayğaclarının müayinəsi laboratoriyasında 14-cü dərəcəli böyük mühəndis vəzifəsinə təyin edilmişdir. Uzun müddət yüksək nailiyyətlər və peşə fəaliyyətində daim uğur qazanan işçinin nəyə görə 1 aylıq sınaq müddəti ilə işə götürülməsinə etiraz etdikdə, ona bildirilmişdir ki, qanunun tələbi belədir, sınaq müddəti bitdikdən sonra onunla uzun müddətli əmək müqaviləsi bağlanacaqdır. Beləliklə, cavabdeh onu aldadaraq 04 aprel 2019-cu il tarixdə guya sınaq müddətində özünü doğrultmadığına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsini ləğv edərək tutduğu vəzifədən onu azad etmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, ilk olaraq Azərbaycan Respublikası Əmək məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. İddiaçı (işçi) ilə 04.032019-cu il tari xdə 125 nömrəli əmək müqaviləsi bağlanılmaqla Birliyin Metrologiya Departamenti X1 14-cü dərəcəli böyük mühəndis vəzifəsinə 1 (bir) ay sınaq müddəti müəyyən edilərək işə qəbul edilmişdir. Göründüyü kimi əmək müqaviləsində qeyd edilmiş sınaq müddəti qarşılıqlı razılaşma əsasında müəyyən edilmişdir. Əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür. a) Müəssisə daxili nizam-intizam qaydalarına əməl etmək; b) Laboratoriyanın illik proqnoz iş həcminin tərtibində iştirak edir; Analizlərin keyfiyyətlə aparılmasına nəzarət edir; Analizlərin aparılması üçün tələb olunan kimyəvi maddələrin vaxtlı-vaxtında hazırlanmasını təmir edir; Görülmüş işlərin hesabatını hazırlayır; Analiz nəticələrinin jurnala düzgün qeyd olunmasına nəzarət edir; İşçilərin əm ək şəraitinin yaxşılaşdırılması üzrə illik və prespektiv planların işlənməsində iştirak edir və s. İşçi bir ay sınaq müddəti ərzində özünü doğrultmadığından onunla bağlanılmış əmək müqaviləsi 04.04.2019-cu il tarixli, SOCAR**********00070020B00346 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin d bəndinə əsasən, bu barədə qabaqcadan xəbərdar edilərək, işəgötürən tərəfindən ləğv edilmişdir. Odur ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddia tam əsassızdır.
7. Bakı şəhəri Rayon Məhkəməsinin (hakim İ.Abbasova) 03 iyul 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə əmək müqaviləsi sınaq müddəti şərti ilə bağlandığından, iddiaçı sınaq müddəti ərzində özünü doğrultmadığına görə ləğv edildiyin dən, əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edildiyindən, eyni zamanda iddiaçı Əmək Məcəlləsinin 52-cü maddəsində göstərilmiş əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilməyən şəxslərə aid olmadığından iddia tələbi əsassızdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məmmədova (sədrlik edən və məruzəçi), V.Həsənov və X.Sarıyev) 28 noyabr 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandı rma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun işlədiyi müəssisə - İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə-məişət qaz sayğaclarının kolibrləmə laboratoriyası SOCAR rəhbərliyinin müvafiq əmrlə tam avadanlıq və personalı ilə birgə digər idarəyə keçirilmişdir. Məhkəmə prosesi zamanı belə bir əmrin mövcudluğu cavabdehin nümayəndəsi tərəfindən də təsdiq olunmuşdur. Əmrin təqdim olunması barədə məhkəməyə təqdim etdiyi vəsatət təmin olunmuş, lakin əmr məhkəməyə təqdim olunmamış və tanışlıq üçün iş mat eriallarına daxil edilməmişdir. Halbuki həmin əmr iş üçün xüsusi əhəmiyyətə malikdir və bilavasitə işə götürənin hərəkətlərinin qanunsuzluğuna dəlalət edir. Bu əmrlə bir daha təsdiq olunur ki, iddiaçının vəzifə səlahiyyətləri və gördüyü işin prinsipi dəyişmədiyindən onunla sınaq müddəti tətbiq edilməklə əmək müqaviləsinin bağlanması mövcud hüquq normalarının və əmək qanunvericiliyinin müddəalarının pozulması ilə həyata keçirilmişdir. İşəgötürən iddiaçının sınaq müddəti ərzində özünü doğrultmadığını, əmək və müəssisədaxili intizam qaydalarına riayət etmədiyini hansı əsaslarla müəyyən etdiyini əsaslandırmamışdır. Halbuki, işə götürən tərəfindən iddiaçı ilə sınaq müddəti tətbiq etməklə əmək müqaviləsinin bağlanması, işçinin peşəkarlığının, vəzifə üzrə yüksək nailiyyətlərə malik olmasının və ə n əsası əmək funksiyasının və iş prinsipinin dəyişməməsi faktının nəzərə alınmaması qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir. Cavabdeh birinci instansiya məhkəməsində proses zamanı təqdim edilməmiş, lakin apellyasiya instansiyasında gecikmiş sübut kimi qiymətləndirilməli olduğu halda iş materiallarına əlavə olunmuş iddiaçı barəsində verilmiş əmrə sınaq müddəti ərzində işçinin özünü doğrultmadığı barədə Metrologiya Departamentinin rəisi xun Müddətli əmək müqaviləsinə xitam verilmə haqqında” xidməti yazı sənədini mötəbər sübut kimi qəbul etməsidir. Halbuki departament rəisinin işçi barəsində belə bir xidməti yazı vermək kimi bir səlahiyyəti yoxdur. Məhkəmə isə bütün bunları nəzərə almamış, mötəbər hesab edilə bilməyəcək sübuta istinad etməklə qanunvericilik normaların ı kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
16. Maddə 51, hissə
1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.
17. Maddə
52. Əmək müqaviləsi bağlanılarkən yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə və iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə sınaq müddəti müəyyən edilmir.
18. Maddə
53. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyə n edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.
19. Maddə 70, bənd d). Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
20. Maddə
84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsini n əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər, məlumatlar göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ib arət formada tərtib edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiy ası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
27. İş materiallarında olan SOCAR Cavabdeh İB-si ilə İddiaçı arasında bağlanmış 20 fevral 2019-cu il tarixli 125 nömrəli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Quliyev X4 Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyası, əsas 14-cü dərəcəli böyük mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi tərəflərin razılığına görə 04 mart 2019-cu il tarixdən 04 mart 2020-ci il tarixədək bir il müddətinə bağlanmışdır. Müqavilənin 2.2-ci maddəsinə görə işin birinci ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərinə __ gün xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər.
28. İş materiallarında olan SOCAR**********00070020B00346 №-li 04 apr el 2019cu il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh” İB-nin 04 aprel 2019-cu il tarixli SOCAR **********00070020B00296 nömrəli əmr ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə əsasən Birliyi Metrologiya Departamentinin X1 1 (bir) ay sınaq müddəti ilə 14-cü dərəcəli böyük mühəndis vəzifəsinə qəbul edilmiş və onunla 04 mart 2019-cu il tarixli, 125 nömrəli əmək müqaviləsi bağlanmışdır. Lakin sınaq müddəti ərzində işçi özünü doğrultmamışdır. Belə ki, verilən tapşırıqları lazımi səviyyədə icra etməmiş, əmək və müəssisədaxili intizam qaydalarına tam riayət edilməmişdir ki, bu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin tələblərinin pozulmasıdır. Göstə rilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin 4-cü bəndini rəhbər tutaraq, Birliyin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasının 14-cü dərəcəli böyük mühəndisi İddiaçı ilə bağlanmış 04 mart 2019-cu il tarixli, 125 №-li əmək müqaviləsin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində özünü doğrultmadıqda) 04 aprel 2019-cu il tarixdən xitam verilməsi əmr edilmişdir.
29. İş materiallarında olan 0300563№-li əmək müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 20 may 2009-cu il tarixdən 04 aprel 2019-cu il tarixədək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin müxtəlif idarələrində müxtəlif vəzifələrdə işləmiş, 04 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək, tutduğu vəzifədən azad edilmişdir.
30. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh” İB-si ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 04 aprel 2019-cu il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (d) maddəsi (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) göstərilmişdir.
31. İş materiallarından görünür ki, iddiaçının barəsində verilmiş əmrə sınaq müddəti ərzində işçinin özünü doğrultmadığı barədə Metrologiya Departamentinin rəisi xun Müddətli əmək müqaviləsinə xitam verilmə haqqında” xidməti yazısı əsas olmuşdur. Həmin Xidməti yazıdan görünür ki, Cavabdeh İB-nin 04 mart 2019-cu il tarixli SOCAR**********00070020B00296 əmri ilə Quliyev X4 Metrologiya Departamenti X1 14-cü dərəcəli böyük mühəndis vəzifəsinə 1 (bir) ay sınaq müddəti ilə 14-cü dərəcəli böyük mühəndis vəzifəsinə qəbul edilmişdir. Lakin İddiaçı verilmiş sınaq müddətində onunla bağlanılmış əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirməmiş, verilən tapşırıqları lazımi səviyyədə icra etməmiş, işinə məsuliyyətsiz və səhlənkar yanaşmış və əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin tələblərini pozmuşlar.
32. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatın surətindən görünür ki, Cavabdeh” İB ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş elektron informasiya sistemində qeydiyyata alınmışdır.
33. İş materiallarında olan 01 aprel 2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh” İB-si ilə İddiaçı arasında bağlanmış 04 mart 2019-cu il tarixli 125 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (d) maddəsinə əsasən xitam verilməsi barədə İddiaçı xəbərdarlıq edilmişdir.
34. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı 15 may 2009cu il tarixdən SOCAR-ın müxtəlif idarə və təşkilatlarında müxtəlif vəzifələrdə işləmişdir, 04 mart 2019-cu il tarixli 125 nömrəli əmrinə əsasən Birliyin Metrologiya Departamentinin X1 1 (bir) ay sın aq müddəti ilə 14-cü dərəcəli böyük mühəndis vəzifəsinə qəbul edilmişdir. X5 Departamentinin Sayğacların müayinəsi laboratoriyasının 14-cü dərəcəli böyük mühəndisi İddiaçı ilə bağlanmış 04 mart 2019cu il tarixli 125 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində özünü doğrultmadıqda) işçiyə əvvəlcədən xəbərdarlıq edilməklə 04 aprel 2019-cu il tarixdən xitam verilməsi əmr edilmişdir.
35. Müəyyən olunmuşdur ki, işəgötürənin iddiaçını sınaq müddəti ilə müvafiq vəzifəyə təyin etməsi və daha sonra onun özünü doğrultmadığına görə əvvəlcədən xəbərdarlıq etməklə vəzifədən azad etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İşçinin peşəkarlığı, vəzifə üzrə yüksək nailiyyətlərə malik olması və vəzifə səlahiyyətləri və əmək funksiyası eyni olan digər vəzifəyə keçirilməsi onun sınaq müddəti ilə işə təyin olunmasına mane deyil.
36. Belə ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 52-ci maddəsində əmək müqaviləsi bağlanılarkən sınaq müddəti ilə müəyyən edilməyən hallar konkret olaraq göstərilmişdir. İddiaçının qeyd etdiyi hallar isə həmin maddədə qeyd edilmiş halların heç birinə aid deyil.
37. İddiaçı (işçi) ilə 04 mart 2019-cu il tarixdə 125 nömrəli əmək müqaviləsi bağlanılmaqla Birliyin Metrologiya Departamenti X1 14-cü dərəcəli böyük mühəndis vəzifəsinə 1 (bir) ay sınaq müddəti müəyyən edilərək işə qəbul edilmişdir. Əmək müqaviləsində qeyd edilmiş sınaq müddəti qarşılıqlı razılaşma əsasında müəyyən edilmişdir. Əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçi əmək funksiyasının (Müə ssisə daxili nizamintizam qaydalarına əməl etmək; Laboratoriyanın illik proqnoz iş həcminin tərtibində iştirak edir; Analizlərin keyfiyyətlə aparılmasına nəzarət edir; Analizlərin aparılması üçün tələb olunan kimyəvi maddələrin vaxtlı-vaxtında hazırlanmasını təmir edir; Görülmüş işlərin hesabatını hazırlayır; Analiz nəticələrinin jurnala düzgün qeyd olunmasına nəzarət edir; İşçilərin əmək şəraitinin yaxşılaşdırılması üzrə illik və prespektiv planların işlənməsində iştirak edir; və.s.) icrasını öhdəsinə götürür. İşçi bir ay sınaq müddəti ərzində özünü doğrultmadığından onunla bağlanılmış əmək müqaviləsi 04 2019-cu il tarixli, SOCAR**********00070020B00346 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən, bu barədə qabaqcadan xəbərdar edilərək, işəg ötürən tərəfindən ləğv edilmişdir.
38. Cavabdehin 04.04.2019-cu il tarixli mübahisəli əmri əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib olunmuşdur (§ 20).
39. Kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq hüquqi qiymət verilmişdir. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli i ş üzrə 28 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.