Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1333/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsinə görə borcun tutulması; daşınar əşyanın ipotekası haqqında müqavilənin rəsmi reyestr üzərində qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borc tələ binə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6939/2023 nömrəli 6 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 1 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 23% ödəmək şərtilə, 24 ay müddətinə 52.000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******NK041119-01 saylı bank hesabı və kredit müqaviləsinə əsasən sonuncuya illik 23% ödəmək şərtilə, 24 ay müddətinə 20.000 manat məbləğind ə kredit verilmişdir.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı ipoteka müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə görə ipotekaqoyan Cavabdeh xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı kredit müqaviləsi üzrə və bu müqavilədə göstərilən öhdəliklərin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi “X1 VV 12” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili ipotekasaxlayan LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə girov qoymuşdur. 4. **********240 və **********241 saylı, xx.xx.2022-ci il tarixli maliyyə arayışlarına əsasən xx.xx.2022-ci il tarixində Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 35330,95 manat əsas borc, 73 35,11 manat faiz borcu, 1664,49 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu və 29,38 manat cərimə borcu olmaqla, cəmi 44359,93 məbləğində; xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə isə 12100,83 manat əsas borc, 7680,99 manat faiz borcu, 540,96 müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu və 3,67 manat cərimə borcu olmaqla, cəmi 20326,45 məbləğində borcu mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli ***-*******NK041119-01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə 20.326,45 manat bor cun- 12.100,83 manat əsas borc, 7.680,99 manat faiz, 3,67 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 540,96 manat faiz borcu və iş üzrə ödənilmiş 150,98 manat dövlət rüsumunun; -xx.xx.2019-cu il tarixli ***-*******AKİ-171019-01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə 44.359,93 manat borcun – 35.330,95 manat əsas borc, 7.335,11 manat faiz, 29,38 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1664,49 manat faiz borcu və iş üzrə ödənilmiş 223,08 manat dövlət rüsumunun Cavabdeh tutulması; -xx.xx.2019-cu il tarixli 012- 7309622AKİ-171019-01 saylı kredit müqaviləsi üzrə tutmanın həmin kreditin ipoteka predmeti olan “X2 VV 12” minik markalı (Buraxılış ili - 2013, BanSCBEM53W1EC091456), göy metallik rəngli, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ö dənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci tarixli **********180 və **********185 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/571 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “... İş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə borcalana illik faiz dərəcəsi 23% olmaqla 24 ay müddətinə 52.000.00 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafikində alınmış kredit vəsaitlərinə ödənilməli olan faizin həcmi 13.380.47 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən banka 19 noyabr 2019-cu il tarixdən 17 oktyabr 2021-ci il tarixədək 21.008.00 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 21.008.0 manat məbləğində pulun 7.168.88 manat əsas borcdan, 13.839.12 manat faiz borcundan silinir. -Hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 17 oktyabr 2021-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 51.987.74 manat məbləğində müəyyən edilir, o cü mlədən: əsas borc üzrə 44.831.12 manat, faiz borcu üzrə - 7.156.62 manat. -Hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən sonra 18.800,0 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2021-ci il tarixə göstərildiyindən 18.800,00 manat məbləğində ödəniş nəzərə alınmadı. -İş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ***-*******NK-041119-01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə borcalana illik faiz dərəcəsi 23% olmaqla 24 ay müddətinə 20.000.00 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafikində alınmış kredit vəsaitlərinə ödənilməli olan f aizin həcmi 5.148.33 manat məbləğində müəyyən edilmişdir. -İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən banka 19 noyabr 2019-cu il tarixdən 04 noyabr 2021 -ci il tarixədək 4.145.00 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 4.145.00 manat məbləğində pulun 2.899.17 manat əsas borcdan, 1.245.83 manat faiz borcundan silinir. -Hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, ***-*******NK-041119-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 4 noyabr 2021-ci il tarixinə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 23.830.96 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 17.100.83 manat, faiz borcu üzrə 6.730.13 manat. -Qeyd edilir ki, h azırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən sonra 6.500.0 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2021-ci il tarixə göstərildiyindən 6.500,00 manat məbləğində ödəniş nəzərə alınmadı”.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3221 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: - “... İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən banka 19 n oyabr 2019-cu il tarixdən 05 iyun 2023-cü il tarixədək 39.808.00 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 39.808.00 manat məbləğində pulun 21.705.38 manat əsas borcdan, 18.102.62 manat faiz borcundan silinir. - Hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, ***-*******AKİ-171019-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: xx.xx.2022- ci il tarixə (sual üzrə tarixə): əsas borc üzrə 30324 manat, faiz borcu üzrə 3652,72 manat, faiz borcu üzrə (5%) – 109,50 manat; xx.xx.2023-cü il tarixə (rəy verilən tarixə): əsas borc üzrə 30.294,62 manat; faiz borcu üzrə 2439,01 manat, faiz borcu üzrə (5%) – 900,42 manat. -... Hazır kı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, ***-*******NK-041119-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə (sual üzrə tarixə): - əsas borc üzrə - 12101,24 manat, faiz borcu üzrə - 7433,34 manat, faiz borcu üzrə (5%) – 43,70 manat; 05 iyun 2023-cü il tarixə (rəy verilən tarixə): əsas borc üzrə - 11106,36 manat, faiz borcu üzrə - 6976,74 manat, faiz borcu üzrə (5%) – 331,71 manat”
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-683/2023 nömrəli 6 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli, 012- 7 309622AKİ171019-01 saylı Kredit müqaviləsi üzrə 30.294,62 manat əsas borc, 2.439,01 manat faiz borcu, 900,42 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 29,38 manat cərimə borcu olmaqla, cəmi 33663,43 manat; xx.xx.2019-cu il tarixli, 012- 7309622NK041119-01 saylı bank hesabı və kredit müqaviləsi üzrə 11.106,36 manat əsas borc, 6.976,74 manat faiz borcu, 331,71 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 3,67 manat cərimə borcu olmaqla, cəmi 18.418,48 manat; cəmi iki müqavilə üzrə 52.081,91 (əlli iki min səksən bir manat doxsan bir qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 301,16 (üç yüz bir manat on altı qəpik) manat hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmi şdir
12. Məhkəmə iddia tələbinin borcun tutulmasına münasibətdə qeyd etmişdir ki, cavabdeh müqavilələr üzrə öhdəliyini icra etməmiş və həmin həddə iddiaçı qarşısında məsuliyyət daşıyır. Təyin edilmiş ekspertizalar əsasında cavabdehin iddiaçı qarşısında öhdəliyinin həcmi müəyyən olunmuş və yekun olaraq Cavabdeh xx.xx.2019-cu il tarixli, 0127309622AKİ171019-01 saylı kredit müqaviləsi üzrə 30.294,62 manat əsas borc, 2.439,01 manat faiz borcu, 900,42 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 29,38 manat cərimə borcu olmaqla, cəmi 33.663,43 manat; xx.xx.2019-cu il tarixli, 0127309622NK041119-01 saylı bank hesabı və kredit müqaviləsi üzrə 11.106,36 manat əsas borc, 6.976,74 manat faiz borcu, 331,71 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 3,67 manat cər imə borcu olmaqla, cəmi 18.418,48 manat; cəmi iki müqavilə üzrə 52.081,91 (əlli iki min səksən bir manat doxsan bir qəpik) manat məbləğində borcun olması müəyyən edilmişdir.
13. Məhkəmə tələbin ipoteka predmetinə aid hissədə mövqeyini onunla əsaslandırmışdır ki, avtomobil daşınar əşya olsa da, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara aid olduğundan, mexaniki nəqliyyat vasitəsi sayılan avtomobillərin ipotekası haqqında müqavilələr isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı olduğundan, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmasını təsdiq edən sənəd olmadığından (iddiaçı tərəf ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasın ı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir), bununla da ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmadığından, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qüvvəyə minməmişdir
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4, 307.7, 309, 448.1 və 739, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4, 11.1, 12.2-ci, Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək müvafiq olaraq qətnamənin iddianın rədd edilən (iddiaçı) və təmin edilən (cavabdeh) hissəsində ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsini qətnaməsi qismən - cavabdehin kredit borcunun təminatı olan “X2 VV 12” minik markalı (Buraxılış ili- 2013, Ban-SCBEM53W1EC091456), göy metallik rəngli, **-TL*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməməsi hissəsində ləğv edilməklə, LPO İddiaçı ASC-nin iddia tələbinin tam təmi n edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmənin bu hissədə mövqeyi həm hüquqi, həm də faktiki xüsusatla bağlı yanlışdır. Ola bilər ki, elektron məhkəmə sistemində olan sənədlərin siyahısına diqqət edilməyib. Çünki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən öncə Bank əməkdaşları tərəfindən kredit borcunun ipoteka predmetinə yönəldilməsi barədə müvafiq xx.xx.2021-ci il tarixli bildiriş səlahiyyətli AR DİN-in BDYP İdarəsinə təqdim edilmiş və aidiyyəti orqan tərəfindən qeydiyyata alınmış və iş materiallarına da daxil edilmişdir. Həmçinin kreditin təminatı olan “X2 VV 12” minik markalı (Buraxılış ili - 2013, BanSCBEM53W1EC091456), göy metallik rəngli, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsində İddiaçı ASC-nin xeyrinə özgəninkiləşdirilm əsi qadağan edilmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin qüvvədə olduğu vaxt Cavabdeh mülkiyyətində olan və ipotekaya qoyulmuş **-TL-*** dövlət qeydiyyat nişanlı “X2 VV 12” minik markalı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində ciddi zərər dəymiş, lakin iddiaçı tərəf bağlanmış ipoteka və sığorta hadisəsinə görə zərəri qarşılamaqdan imtina etmişdir. Məhz bu səbəbdən kreditin ödənilməsində çətinlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Lakin iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.7-ci maddəsinin və “İpot eka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin tələblərini pozmaqla hüquqi qüvvəsi olmayan ipoteka müqaviləsi bağlamış və nəticədə də tərəflər arasında sığorta ödənişi ilə bağlı yaranmış ziddiyyət kreditin vaxtında ödənilməməsinə və düzgün hesablanmamasına gətirib çıxarmışdır. Hal-hazıra kimi kredit borcu üzrə 39.808 manat ödənilməsinə baxmayaraq, məhkəmə qətnaməsi ilə ümumilikdə 52.081,91 manat ödənilməsi qərara alınmışdır. Hesab edir ki, istər ekspert tərəfindən, istərsə də məhkəmə tərəfindən kredit müqaviləsi üzrə hesablama düzgün aparılmamışdır. Ona görə də iş üzrə təkrar ekspertiza aparılmalı idi.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6939/2023 nömrəli 6 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov və Fuad Talışinski) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, istinad edilən bank əməkdaşları tərəfindən kredit borcunun ipoteka predmetinə yönəldilməsi barədə səlahiyyətli AR DİN-nin BDYP İdarəsinə təqdim edilmiş xx.xx.2021-ci il tarixli bildiriş tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmasını təsdiq edən sənəd hesab olunmur.
20. Kollegiya həmçinin cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qey d etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsindəki icraat zamanı təyin edilmiş ekspertizanın nəticəsində təqdim olunmuş hesablamaların düzgün olmaması ilə bağlı əsaslı sübut təqdim edə bilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4, 307.7, 448.1, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 10.4, 11.1, 12.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 372.6-cı maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göründüyü kimi, cavabdeh kredit borcu üzrə öhdəliyini icra etmədiyi halda, iddiaçının vicdanlı girovsaxlayan kimi tam hüququ vardır ki, borcun ödənilməsini “X2 W12 ” minik markalı, göy metallik rəngli, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəltsin. Həmçinin əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır. Qanunun tələbinə uyğun olaraq da sözügedən nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi əsasında DİN-in BDYPİ orqanında qeydə alınmış və ipoteka predmetinin özgəninkiləşdirilməsi qadağan edilmişdir.
24. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haq qında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında ipoteka ilə yüklü edilən avtomobilin likvid qiyməti barədə tərəflər arasında razılaşma olmadığından, hazırda isə ipoteka predmeti məhkəmə ekspertizasına təqdim edilmədiyindən, ipoteka perdmetinin qiyməti məhkəmə qətnaməsinin icrası zamanı icra prosesində müəyyən edilməklə açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Bundan başqa, tərəflər arasında nəqliyyat vasitəsinin ipotekaya qoyulması barədə imzalanmış müqavilənin heç bir bəndində bankın və borclunun sözügedən müqavilənin mütləq şəkildə notarial qaydada təsdiq edilməsi barədə qarşılıqlı öhdəliyi mövcud olmamışdır. Sadəcə olaraq, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin yekun müddəlarında bu müqavilənin bir nüsxəsinin DİN-in BDYPİ orqanında saxlanılması qeyd edilmiş və nəticə olaraq, həmin əmlak 3-cü şəxslərin hüquqlarından azad bir şəkildə bankın xeyrinə yüklü edilmişdir.
25. Məhkəmə iş materiallarında olan ipoteka müqaviləsinin və maliyyə sənədlərinə ciddi yanaşmamış və kredit borcunun olmasını təsdiq edən sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir.. Belə ki, iş materiallarında kredit borcunun ipoteka predmetinə yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli bildiriş və onun səlahiyyətli AR DİN-in BDYPİ tərəfindən idarənin rəsmi möhürü ilə təsdiq edilməklə təqdim edilmiş və aidiyyəti orqan tərəfindən qeydiyyata alınmış və iş materiallarına da daxil edilmişdir. Həmçinin kreditin təminatı olan “X2 VV 12” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsində İddiaçı ASC-nin DYP orqanında yüklü edilmişdir. Hətta səlahiyyətli dövlət orqanı belə ipoteka müqaviləsini öz rəsmi reyestrinə daxil edərkən tərəflərdən notarial təsdiqin zəruri olması ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
28. Maddə 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
29. Maddə
309. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpotekanın dövlət qeydiyyatı qanun da nəzərdə tutulmuş qaydada aparılır.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
32. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tə rtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
33. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
34. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
35. Maddə 12.2. Rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır. Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak n övlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”
36. Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf e dilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətind ə qətnamə iddiaçı tərəfindən qismən mübahisələndirildiyindən (ipoteka predmetinə tələbin yönəldilməsinin rədd edilməsi hissəsindən) apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. İddiaçı məhkəməyə barışıq sazişi təqdim edərək tərəflər arasında həm əsas borc məbl əğinə və bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka predmetinə müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində tələbin yönəldilməsinə dair razılığa gəlmələri və barışıq sazişi bağlanmasını qeyd edərək sazişin təsdiq edilməsini xahiş etmişdir.
51. Bununla bağlı ilkin olaraq qeyd edilməlidir ki, istinad olunduğu kimi apellyasiya instansiya məhkəməsinin qətnaməsi yalnız iddiaçı tərəfindən və hissəvi olaraq mübahisələndirilmişdir.Qətnamənin borc tələbinə aid olan hissəsi ümumiyyətlə mübahisələndirilməmiş və dəlillər irəli sürülməmiş, həmin hissə kassasiya baxışının predmeti olmamışdır. Belə olan halda aşkar olaraq müəyyən olunur ki, kassasiya məhkəməsinin mübahisələndirilən hissə istisna olmaqla digər hissəyə müdaxilə etməsi yolverilməzdir.
52. Barışıq sazişinin məzmunundan isə aydın olur ki, r azılaşma bütün iddia tələbi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsində işin icraatı yalnız mübahisələndirilən hissədə mümkün hesab edildiyindən, mübahisələndirilməyən hissə üzrə təqdim olunmuş barışıq sazişinin təsdiqi prosessual qanunvericiliyin pozulmasına səbəb olduğundan yolverilən hesab edilə bilməz.
53. Digər tərəfdən işin faktiki hallarını araşdıran məhkəmələr ipoteka müqaviləsinin nəzərdə tutulmuş formada bağlanmaması və qüvvəyə minməməsi ilə bağlı nəticəyə gəlmiş və müqaviləni etibarlı müqavilə hesab etməmişlər. Kasassiya instansiya məhkəməsi işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrin həmin mövqeyi ilə razılaşır.
54. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı icraatda da məhz iddianın təmin olunmayan hissəsi mübahisələndirili r. Faktiki olaraq etibarlı olmayan, eyni zamanda qüvvəyə minməyən müqavilə şərtlərinə istinad edilərək bağlanmış barışıq sazişinin təsdiq olunması maddi və prosessual hüquq normalarının pozulmasına şərait yaradır.
55. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə istinadla hesab edir ki, barşıq sazişinin şərtləri maddi və prosessual qanunvericiliyin istinad olunan tələblərinə zidd olduğundan barşıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır.
56. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişinin təsdiq olunmasından imtina olunduğuna görə apelyasiya instansiya məhkəməsinin qətnaməsinin kasassiya şikayəti ilə mübahisələndirilən hissəsi üzrə kassasiya baxışı davam etdirilməlidir.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən mübahisələndirilən hissə üzrə mübahisəli faktiki hallar işdəki sübutlar əsasında araşdırılmış, onlara və tərəflərin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6939/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.