Məhkəmə qərarları › İş №2(102)-1334/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1334/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1334/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraat xitam verilməsi, iş məhkəmədə baxılmalı deyildirsə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3794/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Notarial qaydada bağlanmış 04.08.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 04.11.2020-ci il tarixinədək 42000 manat məbləğində pulu borc vermişdir. Müqavilənin 7-ci bəndinə görə ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Müqavilənin 9-cu bəndinə görə tərəflərin bu müqavilə üzrə mübahisələr onların razılığıyla, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir. Sumqayıt Şəhər Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(060)-2382/2021 saylı qərardadı ilə i, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Ş əhər Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(060)-2382/2021 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, 42000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin, onun tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini, Cavabdeh hərəkətlərində cinayətin əlamətləri olduğundan onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun uşaqlıq dostudur və 2020-ci ilin yanvar ayında onunla iş birliy i yaratmaq qərarına gəlmişdir. 2020-ci ilin mart ayında ümumi iş birliyini reallaşdırmaq üçün cavabdeh ondan 42000 manat pul almışdır. Həmin pulu o, bankdan kredit götürərək cavabdehə vermişdir. Sahibkarlıq fəaliyyətinin məqsədi qazanc əldə etmək olmuşdur. Lakin sonradan cavabdeh ona ölkədə baş vermiş pandemiyanı əsas gətirərək onun verdiyi 42000 manat pulu mənimsəmişdir. Cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmış və pulunu mənimsəmişdir. Dəfələrlə cavabdehdən pulu qaytarmasını tələb etsə də, hər dəfə bir bəhanə gətirərək onun pulunu qaytarmamışdır. Sonradan o, cavabdehdən verdiyi pula görə onunla borc müqaviləsi bağlamışdır. Müqavilənin 2-ci bəndinə görə cavabdeh borcunu 04.11.2020-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilədə göstərilən vaxt tama m olsa da, cavabdeh aldığı borcu qaytarmamışdır. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə cavabdeh müxtəlif bəhanələr gətirərək, borcu ödəməkdən yayınmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin xüsusi qərardad çıxarılması hissəsində azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 42000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin, onun tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunu da cavabdehə aid edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbin in dəlillərini sübutlarla öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, onların təkzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi obyektiv olaraq çıxarılmamış, maddi və prosessual hüquq normalarına əsaslanmamış, MPM-nin 88-ci maddəsinə zidd olmaqla qanuni və əsaslı deyildir. Qeyd olunan məbləğlə bağlı 04 dekabr 2020-ci il tarixli notariusun icra qeydinə əsasən 42000 manat pulun ondan tutulması ilə bağlı icra qeydi verilmişdir. Sumqayıt şəhəri üzrə icra İdarəsinin İcra məmuru Ə.Hacıyevin 11 dekabr 2020-ci il tarixli icraata başlama haqqında qərarına əsasən icra sənədi üzr ə icraata başlanılmışdır. Buna baxmayaraq iddiaçı yenidən ona qarşı eyni predmet və eyni əsaslarla məhkəməyə müraciət etmiş, həmin bu əsasa görə də Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(060)-2382/2021 saylı qərardadına əsasən iddiaçı Ş.Ağaməmmədovun ona qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin icraata xitam vermə haqqında qərardadının olmasına baxmayaraq iddiaçı yenidən ona qarşı eyni predmet və eyni əsaslarla məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Telman Quliyev) 20 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qə tnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddianın qaldırılmasına əsas tərəflər arasında 04 avqust 2020-ci il tarixdə imzalanmış və notariat kontorunda təstiq edilmiş kredit müqaviləsi olmuşdur. İşdən görünür ki, tərəflər 04 noyabr 2020-ci il tarixədək qaytarmaq şərtilə 42000 manat məbləğində borcun verilməsi barədə razılığa gəlmiş, lakin həmin müddət ərzində borc iddiaçıya qaytarılmamışdır. Bundan sonra isə müqavilənin şərtinə uyğun olaraq, onu təstiq etmiş notarius vasitəsilə 21 dekabr 2020-ci il tarixli icra qeydi verilmiş və 04 avqust 2020-ci il tarixli kredit müqaviləsinə uyğun olaraq Cavabdeh 42000 manat pulun tutularaq İddiaçı ödənilməsi təklif edilmişdir. Buna baxmayaraq, iddiaçı müqavilənin 7 və 9-cu bən dlərinə əməl etmədən hazırkı tələblə birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı borc münasibəti üzrə icra qeydi aparıldığına və bu qeyd icra sənədi hesab olunduğuna görə tərəflər onun şərtlərinə əməl etməlidirlər. Ona görə də, hazırda İddiaçı borcun qaytarılması barədə iddiasına məhkəmədə baxıla bilməz. Buna baxmayaraq Sumqayıt Şəhər Məhkəməsi səhvən ərizəni icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, İddiaçı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə 02 aprel 2021-ci il tarixdə ərizə ilə müraciət edərək, İcra haqqında Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra edilməliyi və ya qismən icra edildiyi icra sənədi tə ləbkarın ərizəsi əsasənda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılmasını nəzərə alıb, icra qeydinin qaytarılmasını xahiş etmişdir. İşə əlavə olan 08 aprel 2021-ci il tarixli Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun Qərarına əsasən icra edilməyən icra sənədi Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin 14222 saylı 04 dekabr 2020-ci il tarixli icra sənədi icra edilmədən geri qaytarılmışdır. 12 dekabr 2021-ci il tarixli 4258 saylı Sumqayıt şəhəri 4 saylı Notariat Oisinin notariusunun məktubundan görünür ki, 04 avqust 2020-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinə dair borclu Cavabdeh öhdəliyi yerinə yetirməməsi ilə bağlı 04 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhər 4 saylı Notariat Ofisi tərəfindən çıxarılmış icra qeydinin icra məmuru tərəfindən icra edilmədə n geri qaytarılıb-qaytarılmaması barədə hər hansı məlumat daxil olmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, 04 dekabr 2020-ci il tarixli İcra Qeydi mövcud olduğu halda, iddiaçı yenidən mülki qaydada borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olmamışdır. Daha öncə qeyd olunduğu kimi tərəflər müqavilədə, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması barədə qayda müəyyən etmişlər. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İş materiallarından görünür ki, 02.04.2021-ci il tarixdə Sumqayıt şəhər İcra İdarəsinə ərizə ilə müraciət edərək, İcra haqqında Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə görə icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Ərizəsi təmin olunmuş və 08 aprel 2021-ci il tarixli Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun Qərarına əsasən icra edilməyən icra sənədi - Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin 14222 saylı 04.12.2020-ci il tarixli icra sənədi icra edilmədən geri qaytarılmışdır. Göründüyü kimi notariusun icra qeydi tələbkara qaytarılır. Məhkəmə bu halı araşdırmadan əsassız olaraq iş üzrə icraata xitam vermişdir. İş üzrə icraata xitam verilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq «İcra haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədi sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqe yi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-in tələblərinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1). “İcra haqqında” Azərbaycan Respublikası Qa nununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən notariusun icra qeydi – icra sənədi mövcud olmuş, iş materiallarında icra qeydinin qüvvədən düşməsi barədə hər hansı məlumat olmamışdır. İddia tələbi isə həmin sənədin verilməsinə əsas olmuş borc müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Bu baxımdan mövcud vəziyyətdə notariusun icra qeydi verdiyi kredit müqaviləsi üzrə borc məbləğinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi yolverilməz olmuşdur. İ ddiaçı tərəfindən icra qeydinin geri qaytarılması barədə icra orqanına müraciət etməsi də mövcud vəziyyəti dəyişmir. İddiaçı hüquqlarının müdafiəsinin yenidən İcra qurumunda icra qeydi vasitəsi ilə tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3794/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar