Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1336/2024 27.02.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Cavabdehlər Cavabdeh1 Vasif oğlunun və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdehlər Cavabdeh1 Vasif oğlunun və Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2(103)-7602/2023 nömrəli qərardadından kassasiya şikayətləri vermişlər. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edi lmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Hazırki iş üzrə kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə 3 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Bununla yanaşı MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiy a instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 Vasif oğlunun və Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2(103)-7602/2023 nömrəli qərardadından verdiyi kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1336/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-1336/2024
27.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver