Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1336/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Qazax Rayon və İcra Probasiya Şöbəsi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdə olan əmlaka dair hərracın nəticələrinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Qazax Rayon və İcra Probasiya Şöbəsi və "xxxx" MMC-yə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2361/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 28 aprel 2025-ci tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən ünvan 1ində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi 12000 manata açıq hərracdan satılaraq əldə olunan vəsatin 5/6 hissəsi Cavabdeh3, 1/6 hissəsi İddiaçı verilməlidir.
2. Qətnamə əsasında verilmiş icra vərəqi üzrə icra hərəkətlərinə başlayan Cavabdeh1 94 saylı xx.xx.2022-ci il tarixli sifariş məktubu ilə açıq hərracın keçirilməsini "xxxx" MMC-yə sifariş etmişdir. 3. "xxxx" MMC açıq hərracın keçirilməsini xx.xx.2022- ci il tarixə, saat 11:00-17:00dək təyin edərək bu barədə xx.xx. 2022-ci il tarixdə Cavabdeh1nə, İddiaçı və Cavabdeh3 bildirişlər göndərmiş, həmçinin “X” qəzetində xx.xx.2022-ci il tarixdə elan dərc edilmişdir.
4. Həm bildirşdə, həm də qəzetdə əmlakın qiymətinin 12.000 manat olduğu göstərilmişdir.
5. Həmin bildiriş xx.xx.2022-ci il tarixdə “XXX” soyadlı şəxs tərəfindən imzalanaraq təhvil alınmışdır.
6. Hərrac baş tutmuş və torpaq sahəsi 12.000 manata Cavabdeh3 satılmışdır. 7. “Hərracın yekunları barədə” xx.xx.2022-ci il tarixli, 25/01 nömrəli protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır.
8. Bundan sonra xx.xx.2022-ci il tarixdə bu əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (bundan sonra “iddiaç ı”) iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus olan Qazax rayon İkinci Şıxlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin hərracda satılmasına dair hərracın nəticələri haqqında yekun protokolunun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş olan qərarların, daşınmaz əmlaklara dair çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh3 (bundan sonra “cavabdeh”), Qazax Rayon və İcra Probasiya Şöbəsi (bundan sonra “İcra şöbəsi”) və "xxxx" MMC iş üzrə cavabdehdirlər.
11. İddia iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1ində yerləşən torpaq sahəsinin paylı mülkiyyətdə olduğu üçün istifadə edə bilmədiyini, həmin paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması, ayrıla bilmədikdə i sə kompensasiya ödənilməklə cavabdehin çıxarılması tələbinə dair Qazax rayon məhkəməsinə iddia ərizəsi vermişdir. Qazax Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(023)-193/2022 saylı qətnamə ilə iddia qismən təmin edilmiş, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin açıq hərrac satılması, həyətyanı torpaq sahəsinin satılmasından əldə edilən vəsaitin 5/6 hissəsinin cavabdehə, 1/6 hissəsinin iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı torpaq sahəsinin hərracda satılması barədə xəbərdar edilməmişdir. Hansısa formada həmin torpağın satılması, həmin torpaq sahəsinin hansı şəkildə cavabdehin mülkiyyətinə keçməsindən iddiaçının xəbəri belə yoxdur. Həmçinin həmin iş üzrə məhkəmə mübahisəsi olmasına baxmayaraq, iş üzrə tam yekun qərar çıxarılmadan, torpağın iddiaçıya m əxsus olan hissəsini cavabdehin adına sənədləşdirmək iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarıb. Bu işdə cinayət faktı mövcuddur. Çünki Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə zidd olaraq torpaq sahəsi mənimsəmişlər.
12. Qazax rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilmişdir.
13. Cavabdeh iddiaya etiraz edərək, hərracın qanunauyğun keçirlməsini bildirmişdir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-486/2024 saylı, 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən ünvan 1ində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələri haq qında 17 avqust 2022-ci il tarixli, 25/01 nömrəli protokolun etibarsız hesab edilməsi və həmin əmlakın Cavabdeh3 tam payda xüsusi mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan çıxarışın ləğv edilməsi qət olunmuşdur. (hakim Aytən Novruzova)
15. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək ilk növbədə qeyd etmişdir ki, ünvan 1ində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin hərracdan əvvəl 5/6 hissədə Cavabdeh3, 1/6 hissədə isə İddiaçı mülkiyyətində olması, bu əmlakın açıq hərracdan satılmalı olması və əldə olunan vəsaitin paylara uyğun olaraq tərəflər arasında bö lüşdürülməli olması məsələsini araşdırmağa zərurət yoxdur. Belə ki, bu hallar qanuni qüvvəsini almış məhkəmə qətnaməsində öz əksini tapmışdır. Tərəfin həmin qətnamədən apellyasiya şikayəti vermək kimi prosessual hüququ olmuşdur.
16. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən məsələ açıq hərracın keçirilməsində qanunvericiliyin tələblərinin pozulmuş olmasıdır. İddiaçı bildirir ki, hərrac barədə ona heç bir məlumat verilməyib, əmlak ondan xəbərsiz satılıb.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi vaxı və yerinə dair göndərilmiş bildirişə dair xəbərnamədən bu bildirişin iddiaçının özünün də iddia ərizəsinə qeyd etdiyi ünvanına göndərildiyi və bildirişin “XXX” soyadlı şəxs tərəfindən təhvil alındığı görünür. Y əni "xxxx" MMC bildirişin düzgün ünvana göndərilməsi ilə bağlı vəzifəsini yerinə yetirmişdir.
18. Bununla belə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, "xxxx" MMC bildirişin göndərilməsi vaxtına dair qanunvericiliyin tələblərini pozmuşdur.
19. Belə ki, Mülki Məcəllənin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilə n müddət göstərilməlidir.
20. Birinci instansiya məhkəməsi qeyd etdiklərinə əsasən belə qənaətə gəlmişdir ki, "xxxx" MMC hərrac barədə bildirişi hərracın keçirilməsinə ən geci otuz gün qalmış göndərməli olmasına baxmayaraq qanunvericiliyin bu tələbini pozmuşdur. İş materiallarından aydın olur ki, hərrac xx.xx.2022-ci il tarixə təyin edilmiş, buna dair bildiriş isə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Yəni bildiriş hərracın keçirilməsinə 21 gün qalmış göndərilmişdir.
21. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, qanunverciliyin hərracın keçirilməsi barədə bildirişin göndərilməsinə dair yuxarıda qeyd edilən normasının məzmunundan bu normanın imperativ xarakter daşıdığı görünür. Məlumdur ki, hüquq normaları icra edilməsi tələbinə görə dispozitiv və imperativ ola bilər. Dispozitiv nor ma subyektlərə müəyyən şəraitdə birdən daha çox davranış imkanı versə də, imperativ norma konkret davranış qaydası müəyyən edir. Hazırki halda normanın tətbiq edildiyi subyekt olan "xxxx" MMC Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş müddətə əməl etməli idi, ona başqa davranış imkanı verilməmişdi. Lakin "xxxx" MMC əməl etməli olduğu normanın tələbini pozmuşdur.
22. Birinci instansiya məhkəməsi göstərmişdir ki, yuxarıda qeyd edilən normanın tələblərinin hərrac təşkilatı tərəfindən pozulmasının hüquqi nəticələri Mülki Məcəllədə öz əksii tapmışdır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın et ibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
23. Birinci instansiya məhkəməsi diqqətə çatdırmışdır ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlardan aydın olur ki, "xxxx" MMC tərəfindən ünvan 1ində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin açıq hərracdan satılması zamanı hərracın keçirilməsinə dair qanunvericiliyin tələbləri pozulmuşdur.
24. Buna görə də iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməklə yenidən hərrac keçirilməsi tərəflər arasında yaranmış mübahisənin daha ədalətli həll yoludur.
25. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı iddia tələbində hərracın yekunlarına dair protokolun ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iddia ərizəsinin əsaslandırılmasından və iddiaçı tərəf in məhkəmə iclaslarında verdiyi izahatlardan hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsini xahiş etdiyi aydın olur.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, 416.1, 416.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
27. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Cavabdeh apellyasiya şikayətini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, məhkəmə heç bir əsas olmadan iddia tələbini təmin etməklə onu ağır və çıxılmaz bir vəziyyətə salmışdır. Belə ki, hazırda mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinə və üzərində tikdirdiyi fərdi yaşayış evinə daxil olmağa maneələr yaradılmış, mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Bundan başqa, hərrac xx.xx.2022-ci il tarixdə keçirilmiş və iddiaçıya bu barədə bildiriş göndərilmiş və iddiaçı hərracın keçirilməsindən məlumatlı olmuşdur. Lakin üzərindən 2 il keçdikdən sonra hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı iddia qaldırmışdır. Hərracın keçirilməsi tam olaraq qanunvericiliyin tələblərinə riayət edilməklə keçirilmişdir. Lakin iddiaçı tərəf məhkəmədə sadəcə torpağı satmaq istəməməsini bildirmişdir. İddia ərizəsində isə sadəcə ona aid torpağın hərracda satılmasından məlumatının olmamasını bildirmişdir. Halbuki iddiaçıya hərrac tərəfindən məlumat verilmiş və həmin bildirişi imza etmiş və buna dair iş materillarında qəbz mövcuddur. Mülkiyyət hüquqlarının toxunulmazlığı və hərracın keçirilməsindən 2 ilə yaxın müddət keçməsini nəzərə almayaraq, əqdlərin etibarsızlığı müddətinin 1 il müddət olmasını müəyyən etməməklə, məhkəmə sonda iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur.
29. Cavabdeh "xxxx" MMC də həmçinin qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Cavabdeh "xxxx" MMC də apellyasiya şikayətində Cavabdeh3 apellyasiya şikayətində göstərdiyi eyni dəlilləri irəli sürmüşdür.
31. Apellyasiya baxışında iddiaçı apellyasiya şikayətlərini qəbul etməyərək, bildirmişdir ki, "xxxx" MMC-nin nümayəndəsi ona telefon vasitəsi ilə zəng edərək, əmlakın satıldığını demişdir. L akin o, buna cavab olaraq, əmlakını satmadığını və satılmasına razı olmadığını qeyd etmişdir. Ümumiyyətlə, əmlakın hazırda da satılmasına razı deyil.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2361/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-486/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamənin qəbul edilərək iddia tələbinin rədd edilməsi qət edilmişdir. (X1 (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov)
33. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyinə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilikdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, sifarişli poçt göndərişi (məktubu) ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.
34. Hazırda mübahisələndirilən hərrac məhkəmə qətnaməsinin icrası qaydasında, Qazax rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş və keçirilmişdir. Bununla əlaqədar sifarişi aldıqdan sonra "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə, saat 11:00-17:00-dək (növbəlik əsasında) təyin edilmiş və bu barədə xx.xx.2022-ci il tarixdə İcra Şöbəsinə, iddiaçıya və cavabdehə bildirişlər göndərmiş, habelə “X” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışında elan dərc edilmişdir. Poçt qəbzinə əsasən iddiaçıya göndərilmiş bildiriş ünvan 1i ünvanı üzrə xx.xx.2022-ci il tarixdə “XXX” qeydi aparılmaqla və imza edilməklə qəbul edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İcra şöbəsi öz səlahiyyətləri çərçivəsində icra sənədinin icrası ilə bağlı zəruri tədbirlər görmüş, "xxxx" MMC də hərracın təşkili və keçirilməsi ilə bağlı qanunvericiliklə onun üzərinə qoyulmuş bütün vəzifələrini lazımi qaydada yerinə yetirmiş, qanunvericiliklə müəyyən edilm iş üsullara uyğun olaraq məlumatlandırmanı həyata keçirmiş, həmçinin hərracı sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq (iki aylıq müddət çərçivəsində) keçirmişdir. Elan və bildiriş də məzmun (orada əks olunmuş məlumatların dolğunluğu baxımından) etibarı ilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş, habelə bildirişin sifarişli poçt göndərişi (məktubu) ilə iddiaçıya göndərilməsi təmin edilmişdir. Belə olan halda, həmin bildirişin hər hansı səbəbdən iddiaçı tərəfindən şəxsən qəbul edilməməsi (iddiaçı poçt qəbzində olan imzanın ona məxsus olmadığını iddia edir), habelə iddiaçının “X” qəzeti barədə məlumatlı olmaması və ya orada yerləşdirilmiş məlumatları izləməməsi iddiaçının istinad etdiyi əsaslarla hərracın etibarsız hesab edilməsini birmənalı şəkildə istisna edir v ə apellyasiya şikayətlərinin əsaslı olmasını təsdiq edir. Müddət etibarı ilə hərracın keçirilməsinə 22 gün qalmış elanın dərc edilməsi və bildirişin göndərilməsi isə özü-özlüyündə (yəni hər hansı başqa bir pozuntunun olmadığı bir halda, yalnız məlumatın bir neçə gün gec göndərilməsi əsası ilə) bu hərracın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, hərracın keçirilməsinin onun keçirilməsinə ən geci otuz gün qalmış bildirilməsi ilə bağlı tələb Mülki Məcəllənin 415.2-ci maddəsində təsbit edilmiş, eyni zamanda, bu müddətin qanunvericilikdə ayrı qaydanın nəzərdə tutulmadığı halda, tətbiqi şərtləndirilmişdir. Oxşar münasibətləri tənzimləyən “İpoteka Haqqında” Qanunun 42.1-ci maddəsinin əvvəlki redaksiyası da eyni müddəti təsbit etmişdir. Lakin həmin maddəyə 2018-ci ild ə edilmiş dəyişikliyə uyğun olaraq elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməlidir (göndərilməlidir).
36. Apellyasiya instansiyası məhkəməsi xüsusilə o halı da qeyd etmişdir ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair mediada və internet saytda elan dərc etdirmək, tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə sifarişli poçt gö ndərişi (məktubu) ilə bildiriş göndərməklə, habelə media elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Başqa sözlə, qanunvericiliyin tələbləri baxımından həmin bildirişlərin tərəfin faktiki ünvanı və ya həmin vaxt olduğu yer üzrə göndərilməsi, elanların yerləşdirildiyi mediadan çıxarışlar edilməklə ona təqdim edilməsi, habelə bildirişlərin hər hansı səbəbdən çatdırılması mümkün olmadıqda hərracın təxirə salınması istisna edilir.
37. Eyni zamanda, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, bununla bağlı müddətlərin müəyyən edilməsini və bununla da onların, xüsusilə də borclunun (hazırki vəziyyətdə iddiaçının) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, əmlakın onun özü tərəfindən alınmasına şərait yaradır. Başqa sözlə, ə sas məqsəd mülkiyyətçinin hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil. Əksinə müəyyən edilmiş bu qayda mülkiyyətçiyə (borcluya) həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra əmlakı satın almaq üçün real imkan yaradır. Bu barədə məlumatlandırmanın müxtəlif növlərinin (media və internet saytda məlumatın dərc edilməsi, bildirişin göndərilməsi) təsbit edilməsi də həmin prosedurun onun iştirakçıları, o cümlədən borclu (mülkiyyətçi) üçün mümkün qədər əlçatımlı edilməsi məqsədini daşıyır.
38. Lakin iddiaçı hərracın keçirilməsi barədə bildirişi almadığını, poçt qəbzində olan imzanın ona məxsus olmadığını iddia etməklə yanaşı, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən ona telefon vasitəsi ilə zəng olunara q, əmlakın hərracdan satılması barədə məlumat verildiyini, lakin bunun cavabı olaraq əmlakını satmadığını bildirdiyini, nəinki hazırda, ümumiyyətlə, əmlakı satmaq niyyətində olmadığını vurğulamışdır. İddiaçı həmin əmlakı tam şəkildə almaq niyyətini də bildirmir və bu mövqedən çıxış etmir. Başqa sözlə, iddiaçı nəticə etibarı ilə hərracın keçirilməsi barədə məlumatlı olmuş və əmlakı, ümumiyyətlə, satmadığını bildirmişdir. Qeyd edilənlər öz növbəsində iddianın əsassız olduğunu, dəlillərin isə formal xarakter daşıdığını təsdiq edir, eyni zamanda, hərracın etibarsız hesab edilməsinin iddiaçıya münasibətdə hər hansı fərqli hüquqi nəticə yaratmayacağı qənaətinə gəlmək üçün əsas yaradır.
39. Apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstituisya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb, hazırkı iddianın müddətinin ötürülməsi ilə verilməsi barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab etmiş və belə qənaətə gəlmişdir ki, hazırki iddia, iddia və ya kəsici müddət tədbiq edilməklə rədd edilə bilməz.
40. Apellyasiya instansiyası məhkəməsi “hərracın nəticələrinin ləğv edilməsi” tələbinin əsas tələb olduğunu, “çıxarışın etibarsız hesab edilməsi” tələbinin isə bu tələbə münasibətdə törəmə tələb olduğunu və bilavasitə “hərracın nəticələrinin ləğv edilməsi” tələbinin təmin edilib edilməməsindən asılı olduğunu, əsas tələbin də təmin edilməməsi qənaətinə gəlindiyini nəzərə alaraq, hesa b etmişdir ki, törəmə tələb də təmin edilməməlidir. İddia üzrə irəli sürülmüş “protokol əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi” tələbi isə nəinki əsassız, ümumiyyətlə, anlaşılmazdır. İddiaçı bu tələbdə göstərilən qərarlar barədə nəinki sübutlar, ümumiyyətlə hər hansı məlumat təqdim edə bilməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.3, 415.1, 415.2, 416.1, 416.2-ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1-ci, “İcra haqqında” Qanunun 61.1, 61.2, 62.1-ci, “Poçt haqqında” Qanunun 1.0.10-cu maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a) Kassasiya şikayətinin dəlilləri:
42. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi, işin obyektiv araşdırılması üçün işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
43. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, müddətə riayət olunmadan bildirişin verilməsi halı baş vermişdir. Hətta iddiaçının birinci qrup müharibə əlili olması ilə onun aldadılmaqla poçt çatdırılmasına imza atmadığını, ümumiyyətlə, hərracın keçirilməsindən xəbərdar olmadığını bildirməsi, hərrac komissiyasında ona olunan telefon zəngi ilə nə istədiyini aydın şəkildə bildirməməsinə baxmayaraq onu düzgün başa düşməməsi halının baş verməsini sübut kimi qəbul etməklə həmin hissəyə hüquqi qiymət düzgün verilməmişdir. Bu iş üzrə mübahisə edilən əqd olaraq, hərracın keçrilməsi və hansı şə kildə keçirilməsi, həmin əmlaka baxış keçirilmədən, ümumi birgə mülkiyyətdə olan əmlakın hərracda satılması halı mübahisələndirilmiş və həmin hərrac protokolunun etibarsız sayılması halı mövcud olmasına baxmayaraq, qanunsuz qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz ərizəsi müraciət etmişdir.
45. Etirazda işin faktiki hallarına istinad edilmiş, iddianın və kassasiya şikayətinin əsassız olduğunu göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 414.2. hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 414.3. bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 415.5. hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 416.1. bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının İcra haqqında” Qanunu Maddə 51.1. borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qa nununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Maddə 53.2. borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüqu quna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Maddə 61.1. vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Maddə 61.2. ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
51. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkəmələrin hazırki qərarın 33-40-cı bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və buna görə də əlavə şərhə zərurət görmür.
36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsi nin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
37. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
38. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, işin müəyyən edilən hallarına görə iddiaçıya hərracın keçirilməsi barədə məlumat verilmiş, lakin bu məlumat hərracın keçirilməsinə azı 30 gün qalmış yox, 22 gün qalmış verilmişdir. İddiaçı hərrac barədə 22 gün əvvəl məlumatlandırılsa da, hərracda iştirakla bağlı niyyətini bildirməsi məhkəmələr tərəfindən müəyyən edilməyib. Əksinə, apellyasiya baxışında iddiaçı hərraca çıxarılan əmlakı almaq niyyətində olmamasını, ümumiyyətlə, onun hərracda satılmasına etiraz etdiyini bildirmişdir.
39. Məhkəmə kollegiyası izah edir ki, hərrac bar ədə məlumatın hərracın keçirilməsinə azı 30 gün qalmış verilməli olması barədə qaydanın müəyyən edilməsi əmlakı hərracdan almaq niyyəti olan şəxsin hərracda iştirakının real olaraq təmin edilməsi, bunun üçün onun vaxt baxımından zəruri tədbirləri qabaqcadan görməyə imkanlarını səfərbər etmək məqsədini daşıyır. Lakin belə bir niyyəti olmayan şəxsə hərrac barədə məlumatın 30 gün yox, 22 gün əvvəl verilməsi nəticəni dəyişmir. Buna görə də qeyd edilən hala istinad etməklə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2361/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.